Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   41   42   43   44   45   46   47   48   ...   147

54 
 
üz çəkilmiş müdafiə divarlarının qalıqları  aşkara çıxarılrmışdır.
82
 Divarların qalınlığı 2,5 metrdir. Divar 
qalıqlarının aşkar olunmasi onun h.437 (1045)-ci ildə  Şirvanşah Qubad tərəfindən çəkildiyinə dair mənbənin 
məlumatını təsdiq edir.
83
 Onun ətrafında qrafik rəsmlərlə bəzədilmiş müxtəlif monoxrom və polixrom keramik 
qablar tapılmışdır. Bir sıra qabların dibində  Şamaxı  şəhəri üçün səciyyəvi olan möhürlər vurulmuşdur.  Şirli 
keramika 
[102 - 103] 
parçaları arasında IX-XI əsrlərə aid saxsı və şüşə qab qırıqları tapılmışdır.
84
 Qazıntılar təsdiq 
edir ki, Şəmaxiyyə VIII-XI əsrlərdə müasir şəhərin  ərazisində mövcud olmuşdur. Ehtimal ki, X əsrin birinci 
yarısında  Şəbərandan sonra Şirvanşahların paytaxtı olan Şamaxı Sirvanın mühüm şəhərlərindən birinə 
çevrilmişdir. 
Şamaxı şəhərindən şimalda və Gülüstan qalasının şərqində Pirdirəyi dağında (350 m) həmin dövrlərdə 
Azərbaycanın şəhər və yaşayış məskənlərində rast gəlinən pir olmuşdur. Pirdirəyi dağının şərq ətəyində aparılan 
arxeoloji işlər zamanı orta əsrlər dövrü üçün səciyyəvi olan çoxlu keramik qab qırıntıları, təsərrüfat küpü 
parçalarının tapılması Şamaxı yaxınlığında böyük yaşayış məskəninin olduğunu göstərir.
85 
Əl-İstəxri,
86
 ibn-Havqəl
87
 və əl-Müqəddəsi
88
 Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını 
çəkirlər. İbn Havqəlin xəritəsində
89
 Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da 
Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı 
məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları 
verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən 
çay keçir".
90
  V. F. Minorskinin  fikrincə,  Şirvanşah  şəhərinin bu təsviri  Şəbərana aiddir, belə ki, İstəxrinin 
əsərinin bizə  gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində  Şirvan  əvəzinə  Şəbəran 
yazılmışdır. İstəxrinin de Quye tərəfindən olunmuş nüsxəsində getmiş bu səhvi Müqəddəsi də təkrar etmişdir. 
Onun  Şirvan kimi təsvir etdiyi Şəbərana uyğun gəlir. Mənə  Şirvan haqqında məlumat cüzi olduğundan onun 
yerini müəyyənləşdirmək çətindir. V. F. Minorskinin hesab etdiyi kimi, əgər bu ad Istəxrinin nüsxəsində (de 
Quyenin nəşri) və onun ardınca ibn Havqəl və Müqəddəsi tərəfındən Şəbəranla qarışıq salınmayıbsa, onda çox 
ehtimal ki, Şamaxıdan üç mərhələ aralı belə bir şəhər olmuş  və  Şirvan vilayəti də onun adı ilə adlanmışdır. 
Şəbəran vilayəti və onun əsas şəhəri Şəbəran (Şəburan, Şəbran) Məsqətdən cənubda, Xəzər dənizinin sahilində 
yerləşirdi. Şəbəran qalıqları və xarabalıqları  indiki Dəvəçi rayonunun Şahnəzərli kəndinin yaxınlığında, Padar-
Şəbran
*
  kəndindən aralı  aşkar edilmişdir.  Ərəb müəllifləri  Şəbəranı Sasani hökmdarı Xosrov Ənuşirəvanın 
(531-579) saldırdığım qeyd edirlər.
92
 Görünür Şəbəran adı (1124 ilə aid gürcü salnaməsində qeyd olunmuş 
forma onun Azərbaycanda rast gəlinən Şapur
93
 İran adı ilə bağlılığına
 
işarədir. 
İstəxrinin Qota nüsxəsində (təqribən 930-cu il) və Yaqutda deyilir ki, Xəzər dənizinin sahilində, 
Məsqətdən aşağıda kiçik, lakin
 
möhkəmləndirilmiş  Şəbəran  şəhəri yerləşir. Onun çoxlu rustaqdarı (kənd 
nahiyələri) var. Ondan üstdə Çeşmodan (Xaçmataka -Xaçmasa) rustağıdır. Onun digər tərəfində Bakı, Dəraik və 
Ləkzə qədər kəndlər (diyə), Cəbəl (Qafqaz sıra dağları) və Şirvan dağları
94 
yerləşir. Burada yoxa çıxmış şəhərin 
yeri çox dəqiq lokallaşdırılır. "Hüdud əl-aləm"ə görə (982/3-cü il) Şəvəran (Şəbəran) Şirvanın inzibati 
[103 - 
104]
 mərkəzi (qəsəbə) olub, dəniz sahilində yerləşən səfalı biryer idi. Oradan zərgərlərin qızılın əyarının təyin 
olunmasında istifadə etdikləri məhək daşı (sangi mihakk) ixrac olunurdu.
95
 "Tarix-i əl-Bab"a gorə, Şirvanın əsas 
gəlirini Şəbəran və onun kəndlərindən, habelə Bakının neft quyularından və duz mədənlərindən yığılan vergilər 
təşkil edirdi.
96
 
Müqəddəsi sonra Şəbəranın adını  çəkir. "Şəbəran qalasız yerdir, Əhalisinin  əksəriyyəti xristiandır, 
sərhəddədir.
97
 X əsrin ikinci yarısında Şəbəran və ətrafındakı kəndlər varlı və münbit yerlər idi. Əl-Bab əmiri 
h.357 (968)-ci ildə oradan saysız-hesabsız qənimət aparmışdı. "Tarix-i əl-Bab"da Şirvanşah Əbu Nəsrin h.392 
(1002)-ci ildə əl-Bab əmirinin qardaşını həbsdə saxladığı Şəbəran qalasının adı çəkilir.
98
 Şəbəran şəhəri indiki 
Qubanın cənuba doğru axan eyniadlı çayın sahilində idi. Ehtimal ki, Şəbəran üç Şirvan nahiyəsindən biri olan 
Xursanın inzibati mərkəzi olmuşdur." Burada şüşə bilərziklər, çoxlu miqdarda şirli və şirsiz saxsı qab qırıntıları 
və kürə aşkara çıxarılmışdır ki, bu da sənətkarlığın inkişafından xəbər verir.
100
 "Tarix-i əl-Bab"ın verdiyi xəbərə 
görə,  Şəbəran  şəhərinin divarının h.373 (983)-cü ildə  Şirvanşah Məhəmməd ibn Əhməd çəkdirmişdir.
101
 XI 
əsrdə Şirvanşahların ailə məqbərəsi Şəbəranda olmuşdur. H.418 (1027)-ci ildə ölmüş Yəzid ibn Əhməd və onun 
h.459 (1067)-ci ildə Gülüstanda (Şamaxı yaxınlığında) ölmüş qızı Şəmkuyyə burada dəfn edilmişdir.
102
 Ehtimal 
ki, Şamaxı böyüyənədək Şirvanın paytaxtı olmuşdur. 
XVIII əsrin sonlarında Şəbəran ərazisində olmuş Biberşteyn yazır: "Vaxtilə mühüm şəhər olub, indi isə 
yalnız xarabalıqları qalmiş Səbəran şəhəri düzənlikdə onun adını daşıyan çayın sol sahilində yerləşmişdir' 
103
 
"Tarix-i  əl-Bab"da adı  çəkilən Sədun  Şəbəranın yaxınlığında idi.
104
 Xaqani və  Fələki  Şirvani kimi 
şairlər
105
 III Mənuçöhrün Girdimanda və  Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin 
şəhərlərin  Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə 
rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir".
106
 Sədun -Sədan Xəzər dənizi və Ataçay çayının, 
Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır. 
                                                 
*
 
Şəbəran şəhərinin qalıqları 1935-cİ ildə Y. A. Paxomov və S. B. Aşurbəylidən müştərək tədqiq edilmişdir.
91
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə