Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   38   39   40   41   42   43   44   45   ...   147

51 
 
lakin h.218 (833)-ci ildə əl-Bab əmirləri Məsqəti zəbt etdikdən sonra onların müstəqilliyinə son qoyulmuşdur. 
Vilayətə Mücqubad, Mehyariyə və Samsuyə mülk və qalaları daxil idi.
38
 
Maskutlar Cənubi Dağıstanda, Xəzəryanı ovalıqda, Samur və Vəlvələ çaylarının arasında yaşayırdılar.
39
 
Onların daha cənubda ta Abşeronadək məskunlaşması müşahidə edilir.
40
 Göründüyü kimi, Məsqətin  əhalisi 
qarışıq olub, qədim massagetlər olan irandilli alanlardan,
41
 habelə Qafqaz və müxtəlif türk tayfalarından ibarət 
idi. Bəlazurinin məlumatına görə, Mərvan ibn Məhəmməd VIII əsrdə islamı  qəbul etmiş  xəzərləri Məsqətdə, 
"Samurla Şəbəran arasında ləkzlər vilayətindəki düzənlikdə yerləşdirmişdir".
42
 
Məsqət  şəhəri Samur çayının yaxınlığında, onun sağ sahilində olub, hələ Sasanilər vaxtından məlum 
idi.
43
 "Hüdud əl-aləm"də verilən məlumatlara görə Məsqətdən islam ölkələrinə çoxlu qul qətirilirdi. O, Sərirə, 
yəni avarlar ölkəsinə tabe idi.
44
  Bəlazuri və Ibn əl-Fəqih onun müstəqil  şəhər olduğunu göstərirlər.
45
  Məsudi 
xəbər verir ki, burada Sasanilər dövründən daş tikililər var idi
46
. "Tarix-i əl-Bab"da Məsqət X-XI əsrlərdə 
deyləmlilərin, və kürdlərin hücumlarına məruz qalmış bir şəhər kimi xatırlanır, XI əsrin ikinci yarısında 
Şirvanşah Fəribürz Məsqət vilayətinə sahib olmaq uğrunda əl-Bab əmirləri ilə müharibələr aparmış, onun bütün 
torpaqlarını  zəbt edib Şirvan vilayətinə qatmışdı. XI əsrin ikinci yarısında Məsqət  şəhəri Yəzidiyyə  və Bakı 
kimi türklərin dağıdıcı hücumlarına məruz
 
qalaraq viran edilmişdi. Bundan sonra Şirvanşah Fəribürz öz 
mülklərinin mərkəzini Məsqətdəki Mehyariyəyə köçürməyi qərara alır. Ortasında qəsr olan şəhərə çevrilmiş 
Mehyariyə malikanəsinin  ətrafına divar çəkildi.  Şirvanşah çox vaxt Mehyariyədə yaşayaraq, buradan əl-Baba 
basqınlar edirdi. H.464 (1071)-cü ildə türk Yağma Şirvanşahdan tələb edir ki, əl-Bab qalasını və Məsqəti təslim 
etsin. H.468 (1075)-ci ildə səlcuqlar onları tutdular. Bab və Firuz Qubad şəhərləri də Məsqət vilayətinə daxil idi. 
Sonuncunun adı, ehtimal ki, Sasani hökmdarı I Qubadın adından götürülmüşdür.
47
 Yaqutun lokallaşdırılmasına 
görə (1227) "Bab əl-Əbvab, 
[97 - 98]
 yaxud Dərbənd yax;nlığındakı bu qədim  şəhər",
48
 ehtimal ki, indiki 
Qubanın yerində olmuşdıır. IX-X və daha əvvəlki  ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin 
A. A. Bakıxanov  Şirvanşah Kavus ibn Keyqubadın [h.774 (1373)-cü il] Quba yaxınlığında gözəl türbəsini 
gördüyünü xəbər verir ki,
49
 bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə  qəsəbə  və ya şəhər 
olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki
"dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582~ci il – S. A. ) Quba çoxlu kəndi əhatə 
edən nahiyənin adı idi".
50
 Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə 
mövcud olmuş, qala isə dağılmışdı. Biz belə hesab edirik ki, Quba Xilafətin Azərbaycanı  və Dağıstanı istila 
edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı 
toponimlər sırasına daxildir. Bu adın
*
 ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba 
şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: "Qədimdə 
ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır".
52
 Firuz Qubada köçüb gələn  ərəblər 
Mədinənin yaxınlığındakı  şəhərin adı ilə  səsləşən adı  eşitdikdə, Məsqət kimi, onu da tanış olan Quba adı ilə 
adlandırmışlar. 
IX-X  əsr  ərəb müəllifləri Arranın iri şəhərlərinin - Bərdənin, Rab əl-Əbvabın və Tiflisin adlarını 
çəkirlər. Onlar "mühüm olmayan böyüklükdə, lakin məhsuldar, geniş  və yararlı  təsərrüfat sahələrinə malik" 
şəhərlər sırasında  Şirvan  ərazisinə daxil olan Beyləqan,  Şamaxı,  Şərvan, Abxaz, Şəbəran, Qəbələ,  Şəki 
şəhərlərinin adlarını çəkirlər.
53
 
Əl-İstəxri, İbn Havqəl və əl-Müqəddəsi bəzi müəlliflərin Oubada, yaxud onun yaxınlığında yerləşdirdiyi 
Abxaz
54
  şəhərinin adını  çəkirlər.
55
 A. Markvart və  V. F. Minorski  adın bu cür oxunduğunu səhv sayaraq onu 
Alaycan
56
 kimi təshih etmiş  və Lahıc  ərazisində yerləşdirmişlər. Lakin XII əsr Bizans yazıçısı  İoann Tsetsin 
belə bir qeydi var. "Kolxlar, əslində hind skifləridir. Onlar lazlar da adlandırılırlar və  abasqların, keçmiş 
massagetlərin yaxınlığında yaşayırlar".  O, sonra yazır: "Lazlar da deyilən kolxlar Misirdən köçürülmüşlər. 
Onlar, həm də, massagetlər adlandırılan abasqların
57
 yaxınlığında yaşayırlar" (kursiv mənimdir – S. A. ) XIII 
əsr erməni yazıçısı Vardan daha dəqiq məlumat verərək, özünün "Coğrafıya"sında yazır: "Abxaz Vrkan 
(Girkan) dənizinin sahilində yerləşən mazkutlar ölkəsidir".
58
 Bu mənbələr X əsr  ərəb müəlliflərinin Abxaz və 
Məsqət kimi xatırladıqları mövcud olmuş real Abxazdan və massagetiər - maskutlar ölkəsindən bəhs edirlər. 
Ona görə ki, Markvartın və Minorskinin Abxaz sözünü Alaycan kimi oxuması  səhvdir, xüsusən ona görə ki, 
eyni  ərəb müəllifinin bu iki toponimi müxtəlif cür yazması onların ayrı-ayrı toponimlər olduğunu sübut edir. 
Abxazın yerini dəqiqləşdirmək üçün üç X əsr  ərəb müəllifinin marşrutlarını  nəzərdən keçirək.  Əl-İstəxri 
(təqribən 930-cu ildə yazmışdır) göstərir: "Bərdədən Bab əl-Əbvaba olan yol: Bərdədən Bərzəncə (Bərdicə  
S. A. )  18 fərsəx, 
[98 - 99]
  Bərzəncdən Kürü keçərək  əş-Şəmaxiyyəyə 14 fərsəx, əş-Şəmaxiyyədən  Şərvana 3 
gün; Şərvandan əl-Abxaza 2 gün; əl-Abxazdan Samur körpüsünədək 12 fərsəx və Samur körpüsündən Bab əl-
Əbvabadək 20 fərsəxdir". İstəxrinin əsərinin başqa bir nüsxəsində "Samur" körpüsündən Bab əl-Əbvabadək 20 
fərsəxdir" əvəzinə "on fərsəxdən azdır" getmişdir.
59
 
                                                 
*
 Ə. Hüseynzadə Qubanın salınmasına dair müfəssəl məlumat və rəvayətlər 
 
gətirir. Lakin onun bu adı açıqlaması inandırıcı deyil.
51
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə