Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   36   37   38   39   40   41   42   43   ...   147

49 
 
darvazasının qarşısında öldürülməsilə  əlaqədar xatırlanır. Bundan bir il sonra Şirvanşah dayısı  oğlu 
Ləşkəristanın qisasını almaq üçün Kuni əhalisinə hücum edərək çoxlu adam qırdı, sürüləri aparıb, kəndləri 
yandırdı.
9
 
IX-XI  əsr  ərəb və fars mənbələrinin məlumatına görə möhtəşəm müdafiə istehkamları olan Qəbələdə 
müsəlman məmurları, habelə tacirlər və sənətkarlar, ətraf kəndlərdə isə ehtimal ki, mənbələrdə "quldur, avara və 
dələduz" adlandırılan hun və xəzər məskunlarının qalıqları yaşayırdılar. Qəbələdə aparılan arxeoloji qazıntılar 
zamanı hun və  xəzərlər üçün səciyyəvi 
[93 - 94]
 olan deformasiyaya uğramış uzunsov kəllələr tapılmışdır,
10
 
Qəbələ inkişaf etmiş yerli mədəniyyətə malik mühüm orta əsr qala və şəhərlərindən biri idi. 
Qəbələ  şəhər yerində aparılan arxeoloji qazıntılar nəticəsində üç orta əsr mədəni təbəqəsi aşkara 
çıxarılmışdır. Burada çıraqlar, təkinə möhür basılmış  şirli qab-qacaq, saxsı  və çini qablar, ox ucluqları  və s. 
əşyalar tapılmışdır. Şirli qablar əsasən VIII-XII əsrlərə aiddir. X əsrdən sonra bəzi şirli qabların altında ustaların 
müxtəlif nişanələri müşahidə edilir. Ehtimal ki, İrandan gətirilmə zərnaxışlı sazsı qab parçaları tapılmışdır. Artıq 
X  əsrdə  şəhərdə gil borularla –tünglərlər çəkilmiş su kəməri olduğu müəyyənləşdirilmişdir. Külli miqdarda 
kərpic tapılması burada çox iri binaların olduğunu sübut edir. Çoxlu dəmir əşyalar dəmirçiliyin inkişaf etdiyini 
göstərir.
11
 Gil çıraqlarda Bakıdan gətirilən neftdən istifadə olunurdu.
12
 Qəbələdə,həmçinin şüşə qablar, qolbaqlar 
və digər bəzək şeyləri də istehsal edilirdi. Qəbələdən, IX-XII əsrlərə aid çoxlu Arran sikkəsinin tapılması onun 
ticarət əlaqələrinin inkişaf etdiyini göstərir. Bütün bıınlar Qəbələnin inkişaf etmiş orta əsr şəhəri - Qəbələ feodal 
vilayətinin mərkəzi olduğunu sübut edir. 
Qeyd etdiyimiz kimi, XI əsr  ərəb mənbələri digər feodal vilayətləri  -  "səltənətləri" arasında hakimi 
Şirvanşah adlanan Şirvanın da adını  çəkirlər. X əsrin sonlarında  Şirvanşahlar bir sıra vilayətləri zəbt edərək 
Şirvanşahlar dövlətinin tərkibinə qatdılar. "Hüdud əl-aləm"də  Şirvan, Xursan və Lizan (Layzan) vilayətləri 
haqqında maraqlı məlumatlar verilir. Həmin əsərdə yazılır: "Şirvan, Xursan və Lizan üç nahiyədir ki, padşahı 
birdir. Bu padşah Şirvanşah, Xursanşah və Lizanşah adlanır. O, Şamaxıdan bir fərsəx (6 km) aralı ordugahda 
yaşayır. Onun Kürdüvanda yüksək zirvəsi geniş  və hamar olan bir dağı vardır. Dağın eni ilə uzunluğu dörd 
fərsəxdir. Ona yalnız bir tərəfdən çətin və  ağır keçilən yol çəkmişlər. Burada dörd kənd vardır. Bu padşahın 
(yəni  Şirvanşahın –S. A. )  xəzinəsi və bütöv sərvətləri orada saxlanılır. Onun bütün adamları - kişili-qadınlı 
orada qalır. Onlar orada bir yerdə əkin əkər və (öz məhsullarını) yeyərlər. Bu qala Niyalqala adlanır. Ondan bir 
fərsəx aralıda daha möhkəm bir qala vardır, [şahın] zindanı oradadır". Daha sonra Dərbəndlə Şirvan aras;ndakı 
Qabh (Qafqaz) dağına bitişik Xursan nahiyəsindən danışılır. "Burada yun parça istehsal edilir. Bütün dünyada 
tanınan məhfuri xalılar bu üç nahiyədə toxunur". Bundan sonra "fıravan və səfalı Kürdüvan qəsəbəsindən" xəbər 
verilir.
15
 
"Hüdud  əl-aləm"in həmin parçasında  Şirvanşahın yaşadığı  Şamaxıdan bir fərsəxlik (6 km) məsafədə 
yerləşən ordugahdan danışir.  Şirvanşahın bu ordugahı, ehtimal ki, Qız qalası adı ilə tanınan qalasına uyğun 
gəlir. Onun xarabalıqları Şamaxıdan üç km Şimal-qərbdə indiyədək qalmaqdadır. Gülüstan qalası sıldırım dağın 
zirvəsində  ətraf  ərazidən 190-200 m hündürlükdə tikilmişdi. Qalada aparılan 113 arxeoloji qazıntılar zamanı 
qala divarlarının, müxtəlif binaların qalıqları  aşkar edilmişdir. Habelə, IX-XI əsrlərə aid materiallar başlıca 
olaraq Gülüstanın
*
 təkcə müdafiə qalası yox, hərn də Şirvanşah və onun 
[94 - 95]
 ailəsinin iqamətgahı olduğunu 
göstərən keramika saxsı, çini və seledon qablar və digər məişət əşyaları aşkara çıxarılmışdır.
17
  
Kürdüvan sahəsi Lahıcdan təqribən 12 km cənubdadır. Girdiman çayının aşağı axarında yerləşən 
Kürdiyan, yaxud Kürdüvan kəndinin adı bu günədək qalmaqdadır.
18
 Kürdüvan kəndi  İsmayıllı rayonunda 
Basqalın yaxınlığındadır. Uca zirvəsi düz səthi (təxminən 25x25 km) olan və bir tərəfdən cığır qalxan Niyaldağ 
dağı Girdiman
**
  ərazisindədir. Buradakı, çox güman, indiki Basqal, Tircan, Müci və  Zərnəva kəndlərinə 
müvafıq gələn dörd kənddə Şirvanşahın rəiyyəti olan əkinçilər yaşayırdılar. Şirvanşahın xəzinəsinin saxlandığı 
əlçatmaz Niyalqala qalası da bu dağda idi. 
Məsudi Şirvanşahın Qabh dağındakı Niyal adlanan qalasını xatırladır və onun "dünyada misli-bərabəri 
olmayan qala" olduğunu göstərir. Niyalqaladan bir fərsəx aralı, ondan 7-8 km şərqdə şahın zindanının yerləşdiyi 
daha bir möhkəm qala, ehtimal ki, Sulut qalası yerləşirdi.
19
 
"Hüdud  əl-aləm"də Xursan vilayətindən də danışılır. Xursan -Xrsan
20
 adına ilk dəfə V əsr müəllifı 
Yeğişedə rast gəlirik. "Erməni coğrafiyası"nın
21
  qədim nüsxəsində Asiya Sarmatiyasının
***
 xalqları  sırasında 
xsranların da adı  çəkilir. Həmin coğrafiyanın yeni nüsxəsində deyilir: "Qafqaz iki dağ silsiləsinə bölünür. 
Onlardan biri düz istiqamətdə  Şirvan və Xsrvandan keçərək Xorsvemədək uzanır..."
22 
Xsranlar, xsrvan adları, 
görünür, təhrif olunmuş xursanlar, xursan, eləcə də, Xors-Xurs, qayası demək olar, Xorsvem Beşbarmaqdır. IX 
əsr  ərəb müəllifı  əl-Yəqubi XIII əsrdə  xəzərlərin xəlifə ordusu ilə müharibəsi barədə  məlumat verərkən  ərəb 
sərkərdəsi Yəzid ibn Üseydin geri çəkildiyi  Ərminiyyədəki Xurs vayətinin adını qeyd edir
23
. Xursanın adı 
                                                 
*
 
Gülüstan qalasının adı Minorskinin “Şirvanın tarixi” əsərində və XI əsrdə Məsud Nambarda çəkilir
16

**
 İndiki İsmayıllı rahyonı. 
***
 Müəllif Azərbaycanın şimalını, Dağıstanı və Şimali Qafqazın digər bölgələrini Asiya Sarmatiyası adlandırırdı.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə