Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   34   35   36   37   38   39   40   41   ...   147

47 
 
 
Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu
*
 (Maluğ) qalasını tutaraq 
möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş,  ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxmlığında 
ətrafında istehkamlar qurulmuş  şəhər (Mədinə) saldırmış, oraya əhali köçürmüş  və cümə  məscidi tikdirmişdi, 
Salar "kaftrlərlə", ehtimal ki, (Dağıstanın islamı  qəbul etməyən  əhalisi ilə) müharibəni davam etdirmiş  və 
Şirvanı onların basqınlarından qorumuşdur. O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər 
ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi  Əbü-1-Əsvar  Şavur ibn Fəzllə qohumluq 
münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir.
51
 Onun adına üzərində dörd sətirlik yazı olan sikkə  zərb 
edilmişdir, Məhəmməd rəsulullah! Kömək edən Şah, Əbu... - ... Salar ibn Yəzid, Şirvanşah.
52
 Salar ibn Yəzidin 
adı  Qəffarinin "Cahan ara" əsərində  də yad edilir. Bütün bu məlumatlara  əsasən A. Bakıxanov onun adını 
çəkir.
53
 Lakin Şirvanşahların Qəffari tərəfindən verilmiş şəcərəsi səhvdir, belə ki, burada Saların atasının adının 
Yəzid ibn Əhməd deyil, Yəzid ibn Məzyəd olduğu göstərilir.
54
 Abşerondakı Buzovna
**
  kəndində, qədim 
qüllənin xarabalıqlarında üzərində yarım silinmiş kitabə olan daşlar tapılmışdır  İ. Berezin onun məzmununu 
belə oxumuşdur: "Bu binanı böyük və  nəcabətli insan, hər  şeyin dərin bilicisi, etiqadın parlaq ulduzu 
müsəlmanların  ən yaxşısı, padşah Məlik Salar 53-cü ildə tikdirmişdir".
55
 Hal-hazırda Sankt-Peterburqda 
Şərqşünaslıq institutunda saxlanılan həmin iki daş kitabədən Y. A. Paxomov da bəhs edərək, onun aşağıdakı 
oxunuşunu vermişdir: "İqamətgahın və binanın sahibi, sədr... müdrik, alicənab, kamil... icmanın və dinin məşəli, 
islamın kamilliyi Şah məlik Salar h.53-cü ilin [Dörd] yüz üç və beşinci
***
 ilin rəcəb ayı".
56
 İ. Berezin qeyd edir 
ki, "görünür, yüzlük rəqəmi pozulmuşdur və Məlik Salar haqqında mənə heç kim doğru bir söz deyə bilmədi".
57
 
İ. Berezin mətni dəqiq oxumamışdır. Münəccimbaşının məlumatına görə, Məlik Salar [ibn Yəzid] Şirvanşah 
[90 
- 91] 
olmuş və təqribən h.441 (1049)-ci ildən 455 (1063)-ci ilədək, yəni 15 il hakimiyyət sürmüşdür.
58
 Beləliklə, 
Y. A. Paxomovun oxuduğu h.53-cü il tarixi h.453 (1061)-cü il kimi düzəldilməlidir ki, bu da həqiqətə uyğundur. 
Şirvanşahların siyasi tarixi araşdırılarkən aşağıdakılar müşahidə olunur. Şirvanşahlar İrandakı Sasani ənənələrini 
davam etdirərək, taxta oturarkən rəqib və hakimiyyət iddiasında olmasın deyə öz qardaşlarını öldürtdürürdülər. 
Şirvanşahlar ilkin hökmranlıqları dövründə böyük əraziyə malik idilər. Buraya təkcə Şirvanın qədim torpaqları 
deyil, bir sıra hallarda, Arranın, Dağıstanın cənub vüayətləri, Təbərsəran və Mavakaniyayadək Dərbənd də daxil 
olmaqla, Baş Qafqaz dağlarına qədər  şimal vilayətlərinin  əraziləri də daxil olmuşdur.  Şirvanşahlar Arranın 
paytaxtı Bərdəni, cənubda Muğanı da tez-tez ələ keçirirdilər. Görünür, Şəbəran Şirvanın mərkəzi şəhəri, hətta 
erkən dövrlərdə, ehtimal ki, paytaxtı olmuşdur.  Şirvanşahların bir çox ailə üzvlərinin  Şəbəranda və onun 
həndəvərində dəfn edilməsi də bunu göstərir. Zəngin və inkişaf etmiş bu şəhər ölkənin iqtisadiyyatında mühüm 
rol oynamışdır. Mənbələrdə onu zəbt etməyə can atan qonşu feodalların basqınlarına dair məlumatlara tez-tez 
rast gəlinir. Şirvanşahlar keçmiş ənənəyə əsasən Dərbəndi də özlərinin qədim torpağı sayırdılar: hərçənd o, artıq 
IX əsrdən müstəqil Haşimilər cülaləsi tərəfindən idarə olunan şəhər-dövlət idi. Bununla belə, Sirvanşahlar daim 
Dərbəndin işlərinə qarışır, dəfələrlə onu zəbt edərək, Haşimiləri sıxışdırıb aradan çıxarmağa və  Dərbəndi öz 
torpaqlarına birləşdirməyə çalışırdılar. Məzyədilərin səltənət dövrü "kafirlərə", yəni aralarında islamın hələ 
geniş yayılmadığı, qədim bütpərəstlik ayinlərinin mövcud olduğu bir sıra Dağıstan tayfalarına qarşı yürüşlərlə 
səciyyələnir. IX əsrdə ərəblər Şirvanda islamı bərqərar etdilər. Lakin onlar burada xristianlığı, eləcə də qədim 
din və ayinləri tamamilə  məhv edə bilmədilər. Məsələn,  Şirvan rayonlarında bu günədək astral ayinlər, 
müqəddəs ağaclara, daşa, oda və s. sitayişin qalıqları qalmaqdadır. 
Şirvan  əhalisi islamı  qəbul etdikdən sonra VIII-X əsrlərdə  qədim pirləri müsəlmanlaşdırılmağa, 
müsəlman ənənələri ilə müqəddəsləşdirilməyə, ərəb-müsəlman adları ilə adlandırılmağa başladı. Lakin mənşəcə 
ərəb olan Məzyədi Şirvanşahlar qatı mömin müsəlman olduqlarından "kafırlərlə" müharibə aparmağı özlərinin 
müqəddəs vəzifəsi sayırdılar.  Ərəb və erməni mənbələri  ərəblərin VII-VIII əsrlərdə apardıqları müharibələrə, 
şimala - Dərbəndə  və daha sonra Dağıstan  ərazisinə istilaçı yürüşlərinə, burada artıq VII əsrdən  Şirvan və 
Albaniyaya dəfələrlə hücum edərək, onun qala və  şəhərlərini tutub dağıdan xəzərlərin böyük ordusu ilə 
toqquşmalarına
59
 dair məlumat verirlər. Ərəb mənbələrində Şirvanın şəhərlərində və başqa yerlərində əhalinin 
ağır vergilər, dözülməz zülm və istismarla əlaqədar ərəb ağalığı əleyhinə üsyanları haqqında məlumatlar vardır. 
Bu və ya digər  əyalət xəlifəyə itaətsizlik göstərərək, istila dövründə  ərəb canişinləri ilə bağlanmış sazişləri 
pozaraq Üsyan qaldırdıqda onlar amansızcasına yatırıldı.
60
 
X  əsrin 1-ci yarısına aid ərəb mənbələrində  Şirvanın iri feodallarının idarə etdikləri və böyük gəlir 
götürdükləri varlı  şəhər və  kəndlərindən bəhs olunur. Belə ki, İbn Havqəl böyük malikanələrə sahib olan iri 
feodalları  xırda hökmdarlar (məlik) adlandırır. "Tarix-i əl-Bab"da 
[91 - 92] 
Təbərsərandakı  Məhəmmədiyyə, 
Rizkiyyə (ehtimal ki, və digər malikanələrin adı çəkilir. Feodalların möhkəm qalaları, böyük sürüləri, ilxıları, 
çoxlu nökərləri, şəhə

vilayət və nahiyələri, onlara böyük qazanc gətirən məhsuldar torpaqları var idi. İbn Havqəl 
                                                 
*
 V. F. Minorskinin fıkrincə, Malu Şaki vilayətində yerləşirdi.
50 
**
 K. Spasski-Avtonomovun fıkrincə, bu daşlar Bıızovna kəndindəki qullənin xarabalıqlarından tapılmışdır. Lakin İ. Berezin  yazır ki, 
həmin qüllə Mərdəkan kəndində olmuşdur. Bu flkir ayrılıği həmin kİtabənin müəyyən konkret tikili ilə inamla bağlamağa imkan vermir. 
***
 Rusca tərcümədə 5 (50?) rəqəmi buraxılmışdır.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə