Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   42   43   44   45   46   47   48   49   ...   147

55 
 
Təbərsəran Dərbənddən şimal-qərbdə, Cənubi Dağıstanda, indiki Təbərsəran ərazisində mövcud olmuş 
və ehtimal ki, X-XI əsrlərdə arabir Şirvanşahlara tabe ərazilərə daxil olmuşdıır. "Tarix-i əl-Bab"da göstərilir ki, 
Şirvanşah Məhəmməd ibn Yəzid X əsrin birinci yarısının sonlarında oğlu Heysəmi Təbərsərana hakim təyin 
etmişdi. Daha sonra, 1025-ci ildə  Təbərsəranda  Şirvanşah Yəzidin qardaşının öldüyü Məhəmməd mülkünün 
(diyə) adı  çəkilir. Sonralar, 1065-ildə  Şirvanşahın oğlu Mənuçöhr ibn Yəzid Hürmüz Təbərsərandakı mülkdə 
ölmüş  və dayılarının yanında dəfn edilmişdi.
107
 Göründüyü kimi, Şirvanşahlar Təbərsəran hakimləri ilə 
qohumluq  əlaqələrilə bağlı idilər və bu ərazi çox vaxt Şirvanın tabeliyində olurdu. Təbərsəran qalası  və 
məmləkəti  əl-Məsudi və digər  ərəb müəlliflərinin  əsərlərində xatırlanır. "Əl-Ləkz ölkəsi Samur çayı boyunda 
yerləşirdi. Onun adı, gorünür, Cənubi Dağıstanda yaşayan tayfaların adından əmələ gəlmişdir. Bu iki məmləkət 
Şirvanşahların zəbt etdikləri  əl-Cibəl (Dağlıq) vilayətinə daxil idilər və göründüyü kimi, Şirvan dövlətində 
əlahiddə inzibati vahid təşkil edirdilər,
108
 
[104 - 105]
 
Şirvanın mühüm şəhərlərindən biri Bakı idi. Müqəddəsi (985-ci il) Bakının liman kimi əhəmiyyətini ilk 
dəfə qeyd etmişdir: "Bakı dənizin kənarında şəhərdir. İqlimin yeganə limanıdır"
109
 "Hüdud əl aləm"də (982-ci 
il) Bakıdan dağların yaxınlığında dəniz sahilində kiçik bir şəhərcik kimi bəhs edilir. Deyləmən ölkəsində 
işlədilən neftin hamısı  oradan    gətirilirdi.
110
 Erkən və    inkişaf etmiş orta əsrlərdə neft, başlıca olaraq, hərbi 
texnikada istifadə edilirdi. Mənbələr xəbər verirlər ki, ərəb qoşunlarının tərkibində xüsusi yanar neft atanlar 
hissəsi var idi. IX-XI əsrlər ərəb tarixçisi və coğrafiyaşünaslarının əsərlərində Bakı vilayətində külli miqdarda 
neft hasil edilrnəsinə  və  hərbi məqsədlərlə bir sıra  Şərq ölkələrinə daşınmasına dair məlumatlara rast gəlirik. 
Abşeronda çıxarılan neftdən, eyni zamanda təsərrüfatda, məişətdə, habelə, dərman vasitəsi kimi də istifadə 
olunurdu.  İbn Sinanın (980-1037) məşhur "əl-Qanun fı-t-tib"  əsərində neftdən müxtəlif xəstəliklərin 
müalicəsində istifadə edilməsi göstərilmişdir
111
. IX-XI əsr ərəb mənbələrində Abşeronda və Bakı ətrafında xeyli 
neft və duz istehsalma dair məlumatlar gətirilir. Xəlifələr Bakı  əyalətinin gəlirini vəqf kimi Dərbənd keçidini 
köçəri türk tayfalarının Azərbaycana hücumlarından qoruyan ərəb qarnizonunun saxlanmasına sərf edirdilər. 
Şirvanşahlar da Dərbəndin müdafiəsinə böyük əhəmiyyət verir, hətta gəliri yığıb Dərbənd hakiminə vermək 
üçün xüsusi şəxslər - məmurlar təyin edirdilər. X əsr  ərəb müəllifləri  əl-İstəxri,  əl-Məsudi və başqaları Bakı 
ətrafında çıxarılan neftin müxtəlif çeşidləri barədə  məlumat verirlər. Abşerondakı Suraxanı  kəndində böyük 
ehtiyatı olan ağ neft daha qiymətli sayılırdı.
112
 Azərbaycanın bir sıra şəhərlərini təsvir etmiş X əsr ərəb səyyahı 
Əbu Duləf Bakuyədən (Bakı) və onun neft mədənlərindən danışarkən yazır: "...Burada neft mənbəyi gördüm. 
Onun gündəlik qəbələsi (icarə haqqı) min dirhəmə çatır. Yanında isə gecə-gündüz civə yağına oxşayan ağ neft 
axan başqa bir mənbəyi də vardır. Onun da qəbələsi elə birincidəki kimidir".
113
 Əbu Duləfin göstərdiyi məbləg 
hər birindən gündə 1000 dirhəm, yaxud ildə 720.000 dirhəm gəlir götürən təkcə iki neft quyusundan (belə 
quyuların isə sayı çox idi) əldə edilən məbləğdir. Bu həmin dövrdə böyük miqdarda neft hasil olduğunu göstərir. 
İcarə haqqına gəldikdə isə görünür, icarədarlara verilən dövlətə məxsus neft quyularından gedir. quyuda 1000 
dirhəm məbləğində gəlir dövlətin icarədardan aldığı icarə pulu idi. Neft mədənlərinin icarəyə verilməsi sistemi 
X əsrdə və daha sonralar da tətbiq edilirdi. 
Ərəb müəllifləri  Şirvanda, Xəzər dənizi sahilində balıqçılığın da inkişaf etdiyini xəbər verirlər. Bəzi 
qiymətli balıq növləri bir sıra Yaxın Şərq ölkələrinə ixrac olunurdu. X əsrin ikinci yarısından ərəb müəllifləri 
Bakının Xəzər dənizində mühüm liman şəhəri olduğunu qeyd edirlər. Buradan İrana və Xəzər sahilində yerləşən 
qonşu ölkələrə neft, duz və s. mallar aparılır və oradan Şərqin  ıızaq ölkələrinə daşınırdı. Ticarət gəmiləri 
Xəzərin cənub sahillərindən Bakıya, oradan isə Atilə (Volqa), xəzərlər ölkəsinə  qədər üzürdülər. Mənbələr, 
həmçinin,  Şirvandan və  Xəzər dənizindəki adalardan dənizlə Cürcana, oradan isə karvan yolu ilə hind 
torpaqlarına boyaqotu aparıldığını xəbər verirlər. Uzaq ölkələrlə - Hindistanla və ehtimal ki, bahalı ipək parçalar 
gətirilən Çinlə ticarət edilirdi.
114 
[105 - 106]
 
Əgər xilafətin Azərbaycanı  işğal etdiyi ilk əsrlərdə ölkə var-yoxdan çıxmış  və  tənəzzülə  uğramışdısa, 
artıq IX və X əsrlərdə onun iqtisadiyyat və  təsərrüfatı inkişaf mərhələsinə  qədəm qoymuşdu.  İbn Havqəl və 
başqa müəlliflər Şirvan və bütün Azərbaycan şəhər və yaşayış yerlərinin rifahından və zənginliyindən danışırlar. 
Xarici və daxili ticarətin, eləcə  də, pul dövriyyəsinin inkişafı ilə  əlaqədar  şəhər həyatında böyük canlanma 
müşahidə olunur. 
Feodal münasibətlərinin inkişafı,  əmək bölgüsünün yaranması, sənətkarlığın və ticarətin yüksəlməsi 
nəticəsində X əsrdə  Şirvanın  şəhərlərində  əmtəə istehsalı artımı gücləndi. Bu vaxt Şirvanın Dərbənd, Bakı, 
Şamaxı, Şəbəran kimi şəhərləri iri ticarət mərkəzlərinə çevrildilər. Həmin şəhərlərin sənətkarları qızğın ticarət 
gedən bazarlar üçün mallar hazırlayırdılar. Xammal bazasına malik Şırvan  şəhərlərində nazik şüşədən 
hazırlanan gözəl qablara, Bakıda,  Şəbəranda, Beyləqanda, başqa  şəhərlərdə istehsal olunan keramikaya, 
Şamaxıda toxunan ipək parçalara, gümüş  və  qızıldan hazırlanan məmulatlara - bütün bunlara feodal əyanları 
 
arasında tələbat var idi.
115
 
Şirvanın şəhərləri spesifik malların istehsalı və satışı sahəsində ixtisaslaşırdı ki, bu da həmin şəhərlərdə 
çoxlu miqdarda sənətkarın toplandığını göstərir. Bazarlar üçün şəhərin kənarında iri sahələr ayrılırdı.  Şirvan 
şəhərlərinə Xəzərdən, Rus dövlətindən, İrandan, Bizansdan və Uzaq Şərq ölkələrindən - Hindistandan, Çindən,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə