52
Ibn Havqəl qeyd edir: "Bərdədən əl-Əbvaba olan yol: Bərdədən Kür çayı üstündə yerli və gətirilmə
mallar satılan mühüm ticarət şəhəri Bərdicə 18 fərsəx; Bərdicdən Kürü keçərək Şəmaxiyyəyə14 fərsəx;
Şəmaxiyyədən Şərvana 3 gün, Şərvandan Abxaza
*
2 gün; Abxazdan Samurn körpüsünədək 12 fərsəx
və Samur
körpüsündən Bab əl-Əbvaba 20 fərsəxdir.
60
Əl-Müqəddəsi göstərirdi: "Bərdicdən əş-Şəmaxiyyəyə 2 hələ; sonra Şərvana 3 mərhələ; sonra əl-Abxaza
2 mərhələ; Samur körpüsünə 2 mərhələ və sonra Bab əl-Əbvaba 3 mərhələdir".
61
Bəzi müəlliflərin fıkrincə, yuxarıda gətirilən hər üç marşrutda Şəbəran əvəzinə, səhvən, Şirvan
getmişdir. Belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmamış, lakin Yaqutun istifadə etdiyi müxtəsər nüsxənin
Şamaxıya dair fəslində marşrutda Şərvan deyil Şəbəran yazılmışdır.
62
Buna görə də, dovrümüzədək gəlib çatan
səhv
getmiş nüsxələrdə Şərvan yox, "Hüdud əl-aləm"ə görə, Şirvan vilayətinin mərkəzi olan Şəbəran kimi
oxunmalıdır.
63
Bizə elə gəlir ki, bu fikir göstərilən müəlliflərin əsərlərinin digər əlyazmaları əsasında
yoxlanılmalıdır.
Yuxarıda qeyd olunan marşrutlarda Şəbərandan Abxaza, Abxazdan Samura və Samurdan Dərbəndədək
olan məsafənin fərsəxlərlə göstərilməsi Abxazı indiki Qubanın yerində və onun yaxınlığında lokallaşdırmağa
imkan verir. Maraqlıdır ki, Abxaz və Məsqət adlarına eyni məxəzdə bir yerdə rast gəlinmir. Bu, hər iki
toponimin eyni yerə aid olduğunu güman etməyə imkan verir. Belə ki,
XVI əsrədək mənbələrdə, Məsud ibn
Namdar istisna olmaqla (Quva şəklində), Quba adına rast gəlinmir. Güman etmək olar ki, X əsrdən XVI əsrədək
Abxaz adı Qubaya və eyni zamanda Məsqət adlanan, yaxud Məsqətin tərkibinə daxil olan vilayətə aid olmuşdur.
Məsudi Abxazı buranın başqa şəhərləri kimi bərəkətli yer adlandırmışdır.
64
Hal-hazırda da Quba rayonu özünün
meyvə bağlari ilə məşhurdur. Məsud ibn Namdar Sədunun (indiki Siyəzən)
daxil olduğu nahiyədə Qavadan
65
kəndinin adını çəkir. Burada Qavad adına yer, şəhər və s. bildirən "an" suffiksi artırılmışdır. Ola bilər ki, bu elə
həmin Firuz Qubad Qubanın qədim adıdır.
Tədqiq olunan dövrdə Şirvan vilayətinə, habelə, Şəmaxiyyə Şirvan və Şəbəran şəhərləri də daxil idi.
Yaqutun sözlərinə görə, Şəmaziyyə ilə Yəzidiyyə eyni bir şəhər idi. "Yəzidiyyə Şirvan Vilayətinin (əsas)
şəhərinin adıdır: qədimlərdə o, Şamaxı adı ilə də məşhur olmuşdur".
66
Bəlazuri yazır ki, qocaların söylədiklərinə
əsaslanan Bərdə sakini Məhəmməd ibn İsmayılın
dediyinə görə, güya Şirvan vilayətindəki Şəmaxiyyə şəhərinin
adı Ərminiyyə
[99 - 100]
valisi Səid ibn Səlim (Səlma) əl-Bəhalinin [h. 180 (796) yaxud h 182 (798)-ci il –
S. A. ]
67
vaxtında Şirvanın məliki olmuş əş-Şəmmax ibn Sücanın adından götürülmüşdür. V əsr müəllifı Favstos
Buzand IV əsrin birinci yarısında baş vermiş hadisələrdən bəhs edərkən Maskut hökmdarının "müxtəlif köçəri
tayfalardan"
ibarət qoşunları arasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların (kursiv mənimdir –
S. A. ), balasiçilərin
68
və başqalarının adını çəkir. Bu tayfalar Cənubi Dağıstanda və Şirvan ərazisində
yaşayırdılar, Onlardan biri - ijmaxlar daha sonrakı digər bir müəllif tərəfindən xatırlanır. "VII əsr erməni
coğrafıyası"nda (610-cu il) Şirvan ərazisində ijmaxlar - ijmachi
69
, yəni şamaxlar etnotoponiminin adı çəkilir ki,
bu da həmin adın qədimdən - Şəmmax ibn Şücanın Şirvanda hakimiyyətindən
çox-çox qabaqlar, demək olar ki,
beş yüz il əvvəl mövcud olduğunu göstərir. Yunan dilində fışıltılı "ş" səsi olmadığına görə Şamaxı Samexiya,
yaxud Kamexiya (Ptolomey) şəklində tələffüz edilə bildiyi kimi, ermənicə də həmin sözdəki eyni "ş" səsi "ij"
kimi səslənə bilərdi. IX əsrdə Bərdə əhalisi Şamaxının adını VIII əsrin lap sonlarında yaşamış Şəmmax ibn
Şücanın tanış olan adı ilə bağlayırdılar. V əsr müəllifinin və "Erməni coğrafıyası"nın, onlara qədər isə
Ptolomeyin (II əsr) verdikləri məlumat qədim məskən yerində, yaxud onun yaxınlığında salınmış Şamaxı
şəhərinin qədimliyini göstərir, Görünür, bu toponim yerli dildə Şamaxı kimi səslənirdi.
Q.
Qapançyan belə güman edir ki, Şamaxı adı erməni, gürcü və Akkad dillərində mövcud olmuş yerli
"şam" (qamış) sözünə "ha" suffiksi artırlmaqla yaranmış düzəltmə sözdür, beləliklə, Şamaxı Qamışlı deməkdir.
A. Q. Həsənov Şamaxı adını dağ yaxınlığındakı Çayqırağı zolağın relyefı ilə əlaqələndirir. Şamaxının adı,
ehtimal ki, Favstos Buzandın və "VII əsr erməni coğrafıyası"nın IV əsrdə adların çəkdikləri əvvəllərdən Cənubi
Dağıstanda yaşayan ijmaxlar " - şamaxlar tayfasına gedib çıxır.
“Tarix əl-Bab”da göstərilir ki, Yəzidiyyə şəhərini h.306 (918)-ci ildə Şirvanşah Əbu Tahir Yəzid
saldırmışdır. Lakin h. 140 (757/8), 140 (766/7) və 150 (767/8)-ci illərdə kəsilmiş "əl-Yezidiyye" möhürlü
sikkələr
70
Ərminiyyənin ərəb
valisi Yəzid ibn Üseydin
**
hakimiyyət vaxtına aid olub, hələ o zaman ərəb
əmirinin oturduğu Yəzidiyyə şəhərinin mövcudluğuna dəlalət edir. Ehtimal ki, qədim Şəmaxiyyə şəhəri Yəzidin
hakimiyyəti dövründə onun adı ilə adlandırılmışdır ola bilər ki, o, şəhərin tikintisini başa çatdırmışdır. "Tarix-i
əl-Bab"
xəbər verir ki, h.437 (1045)-cı ildə "Şirvanşah Qubad türk quzların qorxusundan Yəzidiyyə şəhərinin
ətrafına yonulmuş daşdan möhkəm qala divan çəkdirdi və qapısını dəmirdən düzəltdirdi", "Tarix-i el-Bab"da
Yəzidiyyənin adına Şirvanın paytaxtı kimi h.464 (1072)-ci ilə qədər rast gəlinir.
71
Y. A. Paxomovun ehtimalına
*
Nasir V. F. Minorskinin əsərinə əsaslanaraq, İbn Havaəlin mətnindəki əl Abxaz adını Laycanla əvəz etmişdir.
**
Yəzid ibn Üseyd Ərminiyyədə ilk dəfə h.134 (751/2) - 135 (752/3)-ci vali olmuşdur. O, bu vəzifəni ikinci dəfə Ərminiyyədə və
Azərbaycanda h.141 (758/9)-ci ildən gec olmayaraq 148 (765/6)-cİ, digər ehtimala görə 152 (768)-ci ilədək, üçüncü dəfə isə h.159
(775/6)-cu ildən 163 (779/80)-cü ilədək tutmuşdur.