Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   40   41   42   43   44   45   46   47   ...   147

53 
 
görə,  şəhər Gülüstan qalasının xarabalıqları rayonunda, müasir Şamaxının 1,5 kilometrliyində olmuşdur.
72
 
Ancaq "Tarix-i əl-Bab"da deyilir ki, h.416 (1025)-cı ildə  Şirvanşahın Yəzidiyyədə canişini olan oğlu 
Ənuşirəvan ibn Yəzid 
[100 - 101]
 atasına qarşı baş tutmayan qiyamdan sonra sığınacaq üçün Gülüstan qalasına 
qaçmış, lakin vəzir onu təqib edərək ələ keçirmiş və atasına vermişdi. Bu məlumat ehtimal etməyə imkan verir 
ki, Yəzidiyyə Gülüstandan bir qədər aralı olmuşdur. Həmin mənbədə, həmçinin, 1067-ci ildə  Şirvanşah 
Fəribürzün bibisi, Yəzidin qızı Şəmkuyyənin öldüyü xəbər verilir. O, Culistanda (Gülüstanda) ölmüş, cənazəsi 
isə  Şəbərana aparılmışdı.
73
 Göründüyü kimi, həmin vaxt Şirvanşahın ailəsi Gülüstan qalasında yaşayırdı. Bu 
mətn də göstərir ki, Yəzidiyyə Gülüstanın  ərazisində deyil, ehtimal ki, indiki Şamaxının yerində olmuşdur. 
"Tarix-i əl-Bab"dan başqa bütün IX, X və XI əsr ərəb mənbələrində Şəmaxiyyə şəhərinin adı çəkilir. Göründüyü 
kimi, bu şəhər həm Yəzidiyyə, həm də  qədim adı  üə  Şəmaxiyyə adlanırdı. Bunu Yaqut da təsdiq edir.
74
 
Şəmaxiyyə adı XI əsrdən sonra Yəzidiyyə adını sıxışdırıb aradan çıxarmişdır. Sonralar bu ada rast gəlinmir. 
İstəxri təqribən 930-cu ildə "mühüm olmayan, eyni böyüklükdə, lakin bərəkətli, geniş yararlı təsərrüfat 
sahələri olan şəhərlər" sırasında Şəmaxiyyə, Şərvan, Abxaz, Şəbəran, Qəbələ və Şəkinin adların çəkir. İstəxri bu 
şəhərlərdəki ucuzluğu və ərzaq bolluğunu təsvir edir. ''Bu səhərlərdə [satış] qiymətləri o qədər ucuzdur ki, bir 
sıra yerlərdə qoyunun qiyməti yalnız iki dirhəmədəkdir, bəzi yerlərdə isə iki-üç man balın qiyməti bir dirhəmdir. 
Orada hər şey boldur..."
75
 
İstəxrinin  əsərinin Yaqutun istifadə etdiyi, lakin bizə  gəlib catmayan nüsxəsində  Bərdədən Bərzəncə 
(Bərdicə - Kür üstündə salınmış şəhər – S. A. ) qədər yol göstərildikdən sonra xəbər verilir "... Bərzəncdən Kürü 
keçərək əş-Şəmaxiyyəyə qədər 14 fərsəxdir. Burada minbər (Cümə məscidi – S. A. ) yoxdur. Şamaxıdan minbər 
olan kiçik Şəbəran şəhərinədək üç günlük yoldur". Yaqut əlavə edir: "İstəxrinin sözlərinə əsasən düşünmək olar 
ki, Şamaxı şəhəri nisbətən təzə (yəni, İstəxrinin vaxtında – S. A. ) salınmışdır".
76
 Lakin gətirilmiş numizmatik 
dəlillər göstərir ki, Şamaxı - Yəzidiyyə  ərəblərin zamanında, VIII əsrin  əvvəlindən gec olmayaraq mövcud 
olmuşdur. X əsrin birinci  rübündə müsəlman  şəhərində - Şirvanşahların paytaxtında Cümə  məscidinin 
olmamasını köhnə  məscidin tez-tez baş verən zəlzələlərdən uçııb-dağılması ilə izah etmək mümkündür, 
Şamaxıdakı Cümə  məscidinin həyətində aparılan arxeoloji qazıntılar zamanı iki mədəni təbəqə  aşkara 
çıxarılmışdır. Onlardan alt təbəqə IX-X əsrlər üçün səciyyəvidir. Həmin məscid bir neçə dəfə bərpa edilsə də
qədim plan quruluşunu saxlamışdır. Məscid plan quruluşu etibarilə ölçüsü 38x12,8 m olan və üç kvadrata 
ayrılan düzbucaqlıdan ibarətdir. Yerli rəvayətlərə görə, məscid VIII əsrdə tikilmişdir.
77 
Arxeoloji materiallar 
VIII-IX  əsrlərdə Cümə  məscidinin mövcudluğunu təsdiq edir, lakin ehtimal ki, o, X əsrdə  zəlzələdən 
dağılmışdır. 
Ibn Havqəl 977/8-ci ildə yazdığı  əsərində  Bərdə, Bab əl-Əbvab və Tiflisi Arranın  ən böyük şəhərləri 
adlandırır. Sonra o, eyniadlı gözəl, eyni böyüklükdə  şəhərləri olan, məhsuldar 
[101 - 102]
  və geniş  təsərrüfat 
yerlərinə malik xırda vilayətlər Beyləqan,  Şəmaxiyyə,  Şirvan,  əl-Abxaz,
*
  Şəbəran,  Şəki haqqında yazır.  İbn 
Havqəlin xəritəsində göstərilir:  əl-Bab (Dərbənd),  Şəbəran,  əl-Abxaz (Quba), Kabisi,
**
  Şəki, Qəbələ. O, 
Şəbərandan başlayıb,  Şirvan və  Şəmaxiyyə  şəhərlərindən keçərək Bərdicə, oradan da Bərdəyə gedən yolun 
marşrutunu verir.
78
  Mətndə o, İstərxinin verdiyi marşrutu təkrar edir İbn-Havqəlin yazdığına görə, 
Azərbaycanda dəniz sahilində  dənizə
 
doğru uzanmış dildə Muğan yerləşir. Varsan, Muğan və Beyləqan 
şəhərlərindən danışarkən ibn Havqəl onların kiçik və demək olar ki bir böyüklükdə oldııqlarını qeyd edir. Bu 
yerlər kənd təsərrüfatı məhsulları və meyvələrlə, bulaq və çay suları, meyvə bağları və ağaclarla, ətirli otlarla 
zəngindir.  Əkinçi və  kəndlilər çox olduğundan (nahiyədə) kənd təsərrüfatı bitkilərindən yüksək məhsul 
götürülür. Bu yerlər öz məhsulları ilə  məşhurdur, meyvələri çox ucuz, yemək  şeyləri isə demək olar ki
havayıdır. Sonra İbn Havqəl Beyləqandan danışaraq onun gözəl, axar sulu, ağacları, bağ  və meyvəli yer 
olduğunu,  şəhərin çaylar üstündə salındığnı, burada dəyirmanlar qurulduğunu (ehtimal ki, arxlar üzərində - 
S. A. )  göstərir. Bıınunla yanaşı,  İbn Havqəl Arranın paytaxtı  Bərdənin xeyli tənəzzülə  uğradığını, vaxtı ilə 
burada min iki yüz çörəkxana olduğu halda, onun vaxtında bunlardan cəmisi beşinin qaldığını qeyd edir. 
Şəhərin tənəzzülə  uğraması rusların Bərdəyə hücumu və onu dağıtmalarının nəticəsi idi.
79
 Müqəddəsi 985-ci 
ildə  Bərdənin  şəhərləri arasında  Şəmaxiyyə,  Şirvan, Bakı,  Şəbəran, Bab əl-Əbvab, Abxaz, Qəbələ  və  Şəkinin 
adlarını  çəkir. Sonra o, Şəmaxiyyənin müxtəsər təsvirini verir. "Dağın  ətəyində  şəhərdir. Binalar daşdan və 
kərpicdəndir. Buranın axar suları, bağları və gəzməli yerləri vardır".
80
 
"Hüdud  əl-aləm"in müəllifı 982-ci ildə  Şəmaxiyyənin adıni yalnız bircə  dəfə - onun Şirvanşahın 
ordugahından bir fərsəx arali olduğunu göstərərkən xatırlayır.
81
 
Müasir  Şamaxının  ərazisindəki  Şəhristanda aparılan arxeoloji qazıntılar VIII-XI əsrlərdə  Şəmaxiyyə 
şəhərinin mövcudluğunu təsdiq etmişdir. Şəhristanda mədəni təbəqənin dərinliyi 5,75 metrə çatır. Təqribən 0,75 
m qalınlığında olan alt təbəqə VIII-IX əsrlərə aiddir. Bu təbəqədə bayır tərəfinə əhəng məhlulu ilə iri daşlardan 
                                                 
*
 Kramer, Havqəlin mətnində V. F. Minorskiyə əsaslanaraq düzəliş aparır və Abxaz əvəzinə Laican yazır. Lakin biz Laicanı, Havqəlin 15 
№ li xəritəsində və mətnində olduğu kimi, Abxaz kimi düzəldirik. 
**
 Ehtimal ki, antik müəlliflərdəki Kambisana - İori (Kambis) və Alazan qayaları arasındakı quraqlıq rayon. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə