Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   35   36   37   38   39   40   41   42   ...   147

48 
 
daha sonra xəbər verir ki, feodalların gözəl xidmətçiləri, müğənni cariyələri, kişi və qadın aşpazları vardır... 
Onlar qızıl və gümüşdən hazırlanmış qablardan, tabaqlardan, taslardan, dolçalardan, gildən (şirli keramika – 
S. A. ) və qiymətli metallardan düzəldilmiş, satıllardan bununla yanaşı nəfi

şüşə qablardan, qiymətli büllurdan 
və  əla cəvahiratdan istifadə edirlər".
61
 Şirvan  ərazisində aparılan arxeoloji qazıntılar zamanı  aşkara çıxarılmış 
külli miqdarda maddi mədəniyyət əşyaları ərəb mənbələrinin verdiyi məlumatlar təsdiq edir. 
IX  əsrin ikinci yarısından Abbasilər xilafətinin zəifləməsi və  tənəzzülə  uğramağa başlaması, habelə 
onda mərkəzdənqaçma meyllərinin güclənməsilə  əlaqədar bəzi vilayətlər ayrılaraq müstəqil məlikliklər 
yaratmağa başladılar. Bu dövrdə Şirvanda feodal torpaq sahibliyi möhkəmlənir və feodalların siyasi əlahiddəlik 
cəhdləri nəticəsində daha da güclənirdi.  Şirvanın  əhalisi feodal zadəganlardan, neftverən və  şumluq torpaq, 
duzlu göl, bağ  və üzümlük sahiblərindən,  şəhər məmurları, tacir və ruhanilərdən, sənətkarlardan,  şəhər 
rəiyyətindən, kəndlilərdən və qullardan ibarət idi. 
Məzyədilər ilk müsəlman Şirvanşahlar sülaləsi idi. Onlar Bərdədə oturan ərəb canişininə - əmirə tabe 
idilər.
62
  Əmirlər xəlifələr tərəfindən təyin olunurdular və tam mülki və  hərbi hakimiyyətə malik idilər. Onlar 
ərəblərin qoyduqları yerli hakimlərin fəaliyyətinə,  şəhər və  kənd  əhalisinin üzərinə qoyulan vergilərin (cizyə, 
xərac və s.) yığılmasına nəzarət etməli idilər.
63
  Şirvanşahlar bütün tarixləri boyunca istiqlaliyyət uğrunda 
mübarizə aparmış və əsasən, müstəqil hakimiyyət sürmüşlər. Lakin Şirvan bu və ya digər işğalçının hakimiyyəti 
altına keçdikdə  Şirvanşahlar vassal asılılığına düşür və öz suverenlərinə  xərac verirdilər. X əsrin ortalarında 
Şirvanşah Salar Mərzuban ibn Məhəmməd ibn Müsafırə ildə 1.000000 dirhəm xərac ödəyirdi.
64
  İbn Havqəlin 
yazdığına görə, vergi kimi qul, pul, təsərrüfat ləvazimatı, qatır, yük heyvanları və bəzək əşyaları alınırdı.
65
 Şəhər 
sənətkarları işğalçılara və Şirvanşahın xəzinəsinə böyük miqdarda vergi verməklə ərəblərin və yerli feodalların 
ikiqat zülmünə məruz qalırdılar. Abşeronun neftverən torpaqları, neft quyuları, duzlu gölləri, eləcə də Şirvanın 
şum üçün yararlı torpaqları istər dövlətin, istərsə  də ayrı-ayrı feodalların mülkiyyəti olub, adətən vergi verən 
əhalini qəddarcasına  istismar edən icarədarlara icarəyə verilirdi. 
 
§2. Şirvanın şəhər və kəndləri. İqtisadi vəziyyət 
(hasilat sənayesi, sənətkarlıq, ticarət) 
 
IX-X əsrlərdə Şirvanın şəhərləri və digər yerləri haqqında ərəb mənbələrinin məlumatları natamam və 
cüzidir. İbn Xordadbeh və digər ərəb müəllifləri Qafqazın şərq hissəsində öz məmləkəti olan 11 "dağ  şahı"nı 
qeyd edir. Həmin məmləkətlər sırasında Qəbələ,  Şirvan, Məsqət,  Şəbəran, Ləkz, Bab Firuz Qubad və 
başqalarının adını  çəkirlər.
1
  Bəlazuri Arran hakimi 
[92 - 93]
  Məsləmə ibn Əbd  əl-Məlikin VIII əsrin birinci 
yarısında Cənubi Dağıstanda xəzərlərlə müharibəsindən bəhs edərək yazır: "dağ  şahları onunla (Məsləmə ilə) 
saziş bağlamağa tələsdilər.  Şirvanşah, Miranşah, Təbərsəranşah, Xursanşah
*
, habelə  Məsqət hakimi onun 
hüzuruna gəldi.
2
 Göstərilən vilayətlər VIII əsrdə "şahlıq" adlandırılan ayrıca feodal məliklikləri idisə, artıq IX 
əsrdən onlar tədriclə  Şirvan tərəfındən zəbt edilərək müstəqilliklərini itirirlər. Bu məlikliklər IX-XI əsrlərdə 
müxtəlif vaxtlarda Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşlar. Eyniadlı  şəhərlə birlikdə  Qəbələ mahalı 
Şəkidən  şərqdə, Türyançay çayı hövzəsində yerləşirdi. Onun cənub sərhədləri isə Kürə  qədər gedib çatırdı. 
Qəbələ  şəhərinin xarabalıqları indiki Qəbələ (keçmiş Qutqaşen – S. A. )  rayonunun Çuxur-Qəbələ  kəndi 
yaxınlığında, Qocalançay və Qaraçay çaylarının qovuşduğu yerdədir. Orta əsrlər Qəbələsinin qala divarları və 
bürclərinin qalıqları bu günədək durur.
3
  Ərəblərin gəlməsindən, Dərbəndədək bütün Albaniyanın Sasanilər 
tərəfindən işğal edilməsindən xeyli əvvəl Qəbələ türklərin, un-sabirlərin hakimiyyəti altında olan ərazinin 
mərkəzi olmuşdur. Bəlazurinin məlumatına görə  Qəbələ  xəzərlərin  şəhəri idi.

Mənbələr xəbər verirlər ki, 
Qəbələ 646-cı ildə  ərəblər tərəfindən zəbt olunduqdan sonra da türk tayfaları... bu vilayətə  gəlməkdə davam 
etmişlər. Cərrah ibn Abdulla əl-Həkəmi h.104 (722)-cü ildə
 
Dərbənddən keçərək, xəzər şəhərlərini zəbt edərkən
xəzərləri Qəbələ mahalının kəndlərinə köçürmüşdür.
5
 Məsudinin məlumatına görə Şəkidən sonra "Qəbələ ölkəsi 
gəlir, buranın  şəhər  əhalisi müsəlman,  ətraf qəsəbə  və  kəndlərin (əl-Əmair vəldiya), isə  xristianlardır. Hal-
hazırda oranın hökmdarının adı Taygöz Ənbəsədir. O, oğru, quldur və pozğunlara sığınacaq verir"
6
.Müqəddəsi 
aşağıdakıları xəbər verir: "Qəbələ istehkamlarla
 
möhkəmləndirilmiş şəhərdir; çay şəhər divarlarının kənarından 
axır Cümə  məscidi  şəhərdən aralı, təpənin üstündədir".
7
 "Hüdud əl-aləm"də deyilir: "Qəbələ  Şəki, Bərdə  və 
Şirvan arasında firavan səfalı şəhərdir. Buradan çoxlu miqdarda qunduz xəzi ixrac olunur".

"Tarix-i əl-Bab"da 
Qəbələ  və onun nahiyələri xatırlanır. H.371 (981/2)-ci ildə  Qəbələnin hakimi həmin Taygöz Ənbəsənin oğlu 
Əbd əl-Bərr idi. Şirvanşah Məhəmməd ibn Əhməd Qəbələni onun əlindən tutub almışdı. Şirvanşah Yezid ibn 
Əhməd h.389 (999)-cu ildə Gürzül (Göyçay çayı üstündəki Girdədül) qalasını da həmin hakimdən almışdı. 
Sonralar və XI əsrin birinci rübündə  də  Qəbələ  və Gürzül qalası  Şirvanşahların  əlində olmuşdur. "Tarix-i əl-
Bab"da Qəbələ kunililərin h.459 (1067)-cu ildə  Şirvanşahın dayısı  Fəribürzün oğlu Ləşkəristanı  şəhər 
                                                 
*
 
Bəlazurinin əsərinin ərəbcə mətnində Xursanşah əvəzinə səhvən “Çarşanşah” getmişdir. Bu səhv mürəttibin diakritik işarələri düzgün 
qoymaması üzündən baş vermişdir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə