Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   33   34   35   36   37   38   39   40   ...   147

46 
 
zorla  ələ keçirdilər. Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib, əsirlərlə birlikdə öz ölkələrinə 
qayıdarkən  əl-Babın taxta (əl-əsab) qapılarına çatdılar, lakin sərhəd vilayətlərinin  əhalisi  əmir Mənsurun 
başçılığı ilə onlara hücum etdi və çoxunu məhv edərək Sirvandan qarət etdikləri hər  şeyi  əllərindən aldı. 
Alanların cüzi bir hissəsi  əmirləri ilə birlikdə xilas ola bildi. H.424 (1033)-cü ildə alanların dəstəsi  əl-Bab 
sakinlərindən qisas almaq məqsədilə yenidən basqın etdi və bu dəfə də məğlubiyyətə uğradı. H.425 (1034)-ci 
ildə  Şirvanşah Mənuçöhr yeddillik hökmranlıqdan sonra öz evində qardaşı  Əbu Mənsur ibn Yəzid tərəfindən 
xaincəsinə öldürüldü. Səbəb bu idi ki, Əbuı Mənsur özü Şirvanşahdan qorxur və ondan gizlənirdi. "Tarix-i əl-
Bab"da  Şirvanşahın öldürülməsi hadisəsi müfəssəl təsvir olunur. Şirvanşahlar sarayının dəb və adətlərini, 
hökmdarların  şəxsi həyatını  səciyyələndirən həmin mətni bütövlükdə veririk: “[Əbu Mənsur]” Yəzidiyyə 
əhalisinin sayıqlığını azaltdığı gecələrin birində şəhərə girdi və bu barədə qardaşının arvadına - Fəzlin [Şəddadi] 
qızı Sittə [xəbər] göndərdi. Sittə ona ürəkdən vurulmuşdu.  Əbu Mənsur öz vəziyyətini xəbər verdi və Sittin 
tapşırdığı kimi, onun qulamlarından birinin evinə düşdüyünü bildirdi. Bu xəbəri alan həmin qadın yaxın 
adamlarından olan bir qadını  mətbəx sandığı ilə onun yanına göndərdi. Həmin qadın onun sandıqda qalaya 
girməsinə kömək etdi. Əbu Mənsur [Sittin] evinə çatanda Sitt adam göndərərək əri Mənuçöhrü öz yanına dəvət 
etdi. Mənuçöhr gəlib [onun qabağında dayananda] Sitt qardaşından, Arran hakimi Fəzlin oğlu Musadan aldığı 
məktubu ona göstərdi. Mənuçöhr oxumağa başladı. Mənuçöhr məktuba 
[88 - 89]
 baxa-baxa onun məzmununu 
arvadına izah edərkən Əbu Mənsur qəfıldən evin uzaq küncündən sıyrılmış qılıncla içəri daxil oldu. Mənuçöhr 
soruşdu: Səni mənim evimə kim buraxmışdı?" Lakin Mənuçöhr sözlərini deyib qurtarmamış  Əbu Mənsur 
qılıncla onun boynunun ardından vurdu. O, zərbəni təkrar eləmək istədi. Lakin ürəyini bürümüş qorxudan qılınc 
onun əlindən sürüşüb düşdü. Bu vaxt məlun qadın adamlarından [birinə] qətli başa çatdırmağı  əmr edəndə o, 
Manuçöhrün [cəsədini] palaza [zilliyə] bükdü. H.425 (1034)-cü ildə  çıxan  Əbu Mənsur  Əli ibn Yəzid ibn 
Əhməd qardaşının dəfn olunmasını  əmr etdi və adət üzrə bir ildən sonra - h.426-cı ilin rəbiyül  əvvəl ayında 
(yanvar, 1035) onun dul arvadına evləndi.
45 
Əl- Babın  əhalisi cümə axşamı, rəbüyül  əvvəlin 17-də (9 fevral 
1034) öz əmirləri Əbd ül-Məliki qovduqdan sonra Şirvanşah Mənsura tabe oldular. O, içqalanı bərpa etdirdi və 
orada öz qoşunlarının qarnizonunu yerləşdirdi. Göründüyü kimi, Şirvanşahlar  Şirvan dövlətinə birləşdirməyə 
cəhd göstərdikləri əl-Baba iddialarından əl çəkmirdilər. Şirvanşahların əl-Baba iddiaları onunla izah edilirdi ki
xəlifə Mütəvəkkil h.237 (851)-ci ildə  əl-Bab  şəhərini ondan asıli olan torpaqlarla birlikdə ikta şəklində 
Ərminiyyə, Arran və Azərbaycan valisi Məhəmməd ibn Xalidə bağışlamışdı.  Şirvanşah  əbu Mənsur da, öz 
sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin  əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri 
Mənsur ibn Müsəddidi  əl-Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 
(1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara 
hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı  və  rəis  Əli ibn Həsən ibn Ənakın 
vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1 -də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, 
şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı 
və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi. Əl-Babın 
hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə  də onlar tabeliyində olanlarla 
birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı. 
Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs 
etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə ol-Babda öz hakimiyyətini bərpa etməkdə 
kömək göstərdi.
40
  Əmir  Əbd ül-Məlik doqquzillik hakimiyyətdən sonra h.434-cü il rəcəb ayının 25-də, cümə 
axşamı (10 mart 1034-cü il) öldü.
47
 Əbu Mənsur Şirvanda on il h.435 (1043)-ci ildə ölənə qədər hakimiyyət 
sürdü. Həmin vaxtdan Şamaxı rayonunun Çuxuryurd həndəvərində tapılmış alçaq əyarlı gümüş sikkə qalmışdır. 
Sikkənin üzərində aşağıdakılar təsvir olunmuşdur: 1 - səthində bir neçə kiçicik dairələr, sağ tərəfdən oxunmayan 
söz var, sol tərəfı budanmışdır. Çevrə boyu budanmiş yazı nəzərə çarpır II [Məhəm]məd rəsulullah, [əl]-Məlik 
əl-adil...əd-dövlə  Əbu [Mənsur  Əli ibn Yəzid] [şir]vanşah, müvali əmir [əl-Möminin.]; çevrə boyu hər  şey 
budanmışdır.
48
 
Əbu Mənsurun hökmranlığı dövründə  Şirvanşahla hərbi rəislər arasında ç  əkişmələr davam edirdi. 
Onun ölümündən sonra Şirvanşahlığa qardaşı Qubad ibn Yəzid keçdi. H.436 (1044)-cı ildə  əl-Bab  əmiri ilə  
hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum 
[89 - 90]
 çəkdilər, onun arvadı Şəmkuyyəni ələ 
keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şemkuyyəni qalaya saldı, lakin sonra azad etdi və 
h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı 
Yəzidiyyənin  ətrafına yonulmuş daşdan möhkəm qala divan çəkdirdi və  dəmir qapı qoydurdu. Qubad altı il 
səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü. 
Qubadın öldüyü ilk gündən hakimiyyətə onun qardaşı  oğlu Buxtnəssar  Əli ibn Əhməd ibn Yəzid ibn 
Əhməd ibn Məhəmməd ibn Yəzid keçdi. Təqribən bir ildən sonra o, hakimiyyətdən salındı və onun əmisi Salar 
ibn Yəzid Şirvanşah elan olundu. Qala təslim olunduqdan sonra Buxtnəssar Şirvandan qaçdı, lakin Saların onun 
dalınca saldığı dəstə Beyləqan yaxınlığında onu yaxalayıb öldürdü.
49 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə