Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   29   30   31   32   33   34   35   36   ...   147

42 
 
xoşbəxtlik Heysəmin evini tərk edib, onun qardaşı  [əminəvəsi Yəzidin] evinə köçdü...". Gətirilən parçadan 
aydın olur ki, IX əsrin ikinci yarısında Xilafət zəiflədikdən sonra bir sıra vilayətlərin hakimləri, o cümlədən 
Şirvanşah və Layzanşah müstəqillik  əldə etmişdilər.  Şirvanın zəifləməsindən istifadə edən Layzan hakimi öz 
qohumunu öldürmüş, Şirvanı tutaraq Layzana birləşdirmişdi. 
"Tarix-i əl-Bab"a görə Əbu Tahir Yəzid ibn Məhəmməd ibn Yəzid ibn Xalid ibn Yəzid ibn Məzyəd ibn 
Zaidə  əş-Şeybani h.305 (917)-ci ildə  Şirvanı  zəbt etmiş, h.306 (918)-cı ildə isə  Şirvan torpağında Yəzidiyyə 
şəhərini saldırmışdır. Göstərdiyimiz kimi, Yəzidiyyə qədim yaşayış məskəninin yerində tikilmişdir. Ehtimal ki, 
Əbu Tahir Yəzid onun tikintisini başa çatdırmış, möhkəmləndirmiş və öz şərəfınə Yəzidiyyə adlandırmışdır. O, 
Layzanı [iqta] şəklində oğullarından birinə - Məhəmmədə vermişdir. Əbu Tahir Yəzidin hakimiyyəti dövründə 
Dərbəndlə bağlı bir sıra hadisəler baş verdi. H.318 (930)-cı ildə  Şəbəranın qapıları qarşısında onun oğlu 
Məhəmmədlə  əl-Babın  əmiri  Əbu  əl-Malik  əl-Haşimi arasında vuruşma oldu. Lakin tərəflərin heç biri qəti 
qələbə çala bilmədi və onlar arasında barışıq bağlandı. Bu dövrdə Dərbənddə "Tarix-i əl-Bab"a görə, əsası h.255 
(869)-ci ildə Haşim ibn Süraqə tərəfindən qoyulmuş Haşimililər sülaləsi hakimiyyət sürürdü.
17 
Lakin əl-Kufı və 
Yəqubi xəbər verirlər ki, Harun ər-Rəşid (h.170-193 (786-809)-cu illər) Səid ibn Səlma əl-Bəhilini Ərminiyyə, 
Şirvan və Arrana göndərərkən  əl-Babın hakimi (sahibi) Nəcm ibn Haşim idi. Bir neçə aydan sonra Dərbənd 
əhalisi 
[81 - 82]
 Seidə qarşı üsyan qaldırdı, onun maliyyə  məmuruna (amil) hücum etdi. Səid Nəcmi edam 
etdirdi, lakin sonralar Nəcmin oğlu Həyyun Səid əleyhinə Usyan qaldıraraq, xəzərlərin xaqanı ilə əlaqəyə girdi.  
Xaqan böyük qoşunla hərəkət edib bir sıra yerləri dağıtdı, əhalini qarət edib, Araz çayına çatdı. Xəlifə 
Səidi hakimiyyətdən götürdü. Şirvana və Arrana bir-birinin ardınca üç hakim göndərdi. Ancaq Yəzid ibn 
Məzyəd hakim təyin olunandan sonra üsyanlar yatırıldı  və ölkə sakitləşdi.
18
  Həyyunun sonrakı taleyi məlum 
deyil. Lakin onun ailəsi Dərbənddə qalırdı. Onun nəvəsi h.255 (864)-ci ildə müstəqil Haşimilər sülaləsinin 
əsasını qoymuşdu.
19
 
Əbu Tahir Yəzidin hakimiyyəti dövründə bir sıra mühüm hadisələr baş verdi. Azərbaycanda Sacilər 
sülaləsinin hakimiyyətinə son qoyuldu. Onları Deyləmi Müsafırilər  əvəz etdi. Onlardan Müsafıri Mərzuban 
Bərdəni tutmuş ruslarla müharibələr apardı H.333 (944)-cü ildə Dərbənd əhalisi Əbdülməlik əl-Haşiminin oğlu 
əmir Əhməd əleyhinə üsyan qaldırdılar və onu şəhərdən qovdular. Onlar Şirvanşah Əbu Tahir Yəzidin yanına 
adamlar göndərərək, onu əl-Bab hakimliyinə dəvət etdilər. "Əbu Tahir Yəzid oğlu Əhmədi əl-Baba göndərdi və 
əhali ona öz əmiri kimi sədaqət andı içdi. Əhməd bir qədər orada qaldıqdan sonra əhali onu qovub, Əhməd əl-
Haşimini hakimiyyətə qaytardı.  Əbu Tahir Yəzid  əl-Babın  ətrafına (savad) hücum çəkib, oraları qarət etdi".
20
 
Sasanilər dövründən ənənəvi olaraq Dərbəndi özünün irsi mülkiyyəti sayan Şirvanşahlar bu iddia ilə dəfələrlə 
hücum edib oranı tutmuşdular. Lakin həmin vaxt Dərbənddə artıq başqa sülalə - ərəb Xilafəti tərəfındən təyin 
edilmiş, eyni zamanda ərəb mənşəli Haşimilər hakimiyyətdə idi. Ancaq yadelli işğalçıların və başqa feodalların 
hücum təhlükəsi olduqda Şirvanşahlar ümumi düşməni dəf etmək üçün Dərbənd hakimləri ilə birləşirdilər. 
"Tarix-i  əl-Bab"da bu barədə söhbət gedir: "Bundan azacıq sonra deyləmlilər  Şirvana girdilər. Yəzid  əl-Bab 
əhalisi ilə sülh bağlamağa və onlardan kömək istəməyə məcbıır oldu. O, Şəbəranda və kəndlərdə onlardan tutub 
aldıqlarını, neft mədənlərindən və duz karxanalarından toplanan rüsumları [rüsum ən-nəffatə  vəlməllaxə] geri 
qaytardı.  Əl-Bab  əhalisi Yəzidə kömək göstərdi və o, deyləmliləri qovdu, sonra isə onlarla sülh bağladı".
21
 
Xəlifələr, Sasanilər dövründə olduğu kimi, sərhəd məntəqəsi olan Dərbəndə böyük əhəmiyyət verərək, onu varlı 
Şirvan vilayətinə aramsız basqınlar edən xəzərlərdən, türklərdən və digər xalqlardan müdafıə  məqsədi ilə 
möhkəmləndirirdilər. Onlar Dərbənddəki  ərəb qarnizonunun saxlanmasına külli miqdarda vəsait sərf edir, bu 
xərcləri isə neft hasilatından böyük gəlir götürən Bakıdan və duz mədənlərindən çıxarırdılar. Şirvanşahlar neft 
quyularının və duz mədənlərinin mədaxilini toplamaq üçün xüsusi vergiyığanlar təyin etmişdilər. Toplanan gəlir 
xəlifənin fərmanı ilə  vəqf kimi Dərbəndin müdafıəçilərinə  ənam verilmək üçün oraya göndərilirdi. 
"Dərbəndnamə"nin verdiyi məlumata görə xəlifə Mütəmid h,276 (883/4 ) – ci ildə Məhəmməd ibn Əmmarəni 
həmin mədənlərin rəisi təyin etdi ki, o, toplanan bütün gəliri keçidləri qoruyan əsgərlərə paylamaq üçün 
Dərbəndə göndərsin.
22
 
"Tarix-i əl-Bab"ın göstərdiyinə görə, mərkəzi hökumət zəiflədikdə və Xilafət tənəzzülə uğradıqda yerli 
hakimlər - istər Şirvansahlar, istərsə də Dərbənd əmirləri - neftdən və duzdan əldə edilən gəliri mənimsəyirdilər. 
[82 - 83]
 Şirvanşahlar qısa bir müddət (908/9-cu ilədək) tabe olduqları Cənubi Azərbaycanın feodal hakimləri - 
Sacilərlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılar. Belə ki, Yəzid xətadan qurtarmaq üçün h.320 
(932)-ci ildə Yusif ibn Əbu Sacın Azərbaycan  əmiri Balduyədən qaçaraq, ondan sığınacaq istəyən qulamı 
Müflihi həbs edib Balduyəyə göndərmişdi. Deyləmlilərlə sülh bağladıqdan sonra Şirvanşah onlarla birgə 
bizanslılara (Rum), gürcülərə və digər "kafır" xalqlara hücum etməyə razılıq verdi. Şirvanşah Əbu Tahir Yəzid 
otuz üç ilə yaxın hökmranlıq etmiş h.337-ci ilin rəbiül-əvvəl (948-ci il, sentyabr) ayında ölmüşdür. Onun yerinə 
atasının vaxtında Layzan
*
 hakimi olmuş oğlu Məhəmməd ibn Yəzid keçdi. O, bir oğlu Əhmədi Layzana, o biri 
oğlu Heysəmi isə babası Məhəmməd ibn Yəzidin vaxtında özünün əmir olduğu Tebərsərana hakim təyin etdi. 
                                                 
*
 
Mətndə Layzan şəklində getmişdir. Lakin "Tarix-i əl-Bab"ın əvvəlki üç nüsxəsində İran (Aran? – S. A. ) kimi göstərilmişdir
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə