Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   27   28   29   30   31   32   33   34   ...   147

39 
 
bulqarların, sabirlərin, xəzərlərin, xanlıqların və başqalarının miqrasiyası ilə  də bağlıdır, lakin bu məsələ 
öyrənilməmişdir. 
Ta qədimdən yerli alban tayfalarının və köçərilərin birgə yaşadıqları bir ərazidə 20-dən çox böyük 
monumental heykəlin tapılması adlı-sanlı adamların, tayfa başçılarının, sərkərdələrin dəfh mərasimi ilə əlaqədar 
yaradılan və  əcdadlara sitayiş  əks etdirən belə heykəllərin geniş yayıldığını göstərir.  Əsrlərin dərinliklərinə 
gedib çıxan qədim  Şirvan plastik sənəti müxtəlif gil, terrakota və daş beykəl nümunələrində  təzahür edərək
Mezolit və Tunc dövrlərindən eramızın  əvvəllərinə  qədər gəlib çıxışdır. Ehtimal ki, Şirvanda monumental 
heykəltəraşlıq e.ə. II minillikdə meydana gəlib, eramızın ilk əsrlərinədək mövcud olmuşdur. Bu heykəllərin 
zədələnmiş halda tapılması göstərir ki, onlar xristianlığın və islam dininin "bütləri" qadağan etməsi ilə əlaqədar 
sındırılmışlar. 
Nəzərdən keçirdiyimiz insan və heyvan təsvirləri qədim azərbaycanlıların dini etiqad və totemizm 
baxışları ilə bağlıdır.  Şirvan və Arranın bu incəsənət və maddi mədəniyyət abidələrinin tədqiqi Azərbaycan 
xalqının etnogenezi probleminin aydınlaşdırılmasında mühüm əhəmiyyətə malikdir.  
 


40 
 
III FƏSİL 
MƏZYƏDİ ŞİRVANŞAHLAR DÖVLƏTİ 
(IX ƏSRİN İKİNCİ YARISI-XI ƏSRİN BİRİNCİ RÜBÜ) 
 
§1. Məzyədi Şirvanşahlar 
 
Məhəmməd ibn Xalidin ölümündən sonra onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi oldu. H.247 
(86l)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü 
müstəqil elan etdi. O. təkhakimiyyətliliyə nail oldu və  Şirvanşah titulunu qəbul etdi.
1
 Ehtimal ki, Heysəm 
ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdıır. Beləliklə, Heysəm ibn Xalid Şirvanın 
Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən 
V. F. Minorskinin  haqlı olaraq qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun 
əvvəllər Bağdaddan  əmir vəzifəsinə  təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara 
çevrilirlər..."
2
  Şirvanda sonralar baş verən hadisələr Məzyədi  Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə 
qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında nıəlumat çox cüzidir. Onun 
Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət 
sürmüşdür, Heysəmdən sonra onun oğlu Məhəmməd ibn Heysəm ibn Xalid Şirvanşah olmıışdur. Deyildiyinə 
görə o, "atasının vəsiyyətlərinə  əməl edərək,  ədalətli olmuş  və kafırlərlə müharibə aparmışdır. O habelə bu 
diyarda özü haqqında yaxşı ad qoyub getmişdir".
3
 
Onun varisi - oğlu Heysəm ibn Məhəmməd ibn Heysəm də, ehtimal ki, Cənubi Dağıstanda "kafır" 
qonşuları ilə vuruşmuşdur. O, bir neçə kəndi Dərbənd qazilərinə vəqf vermişdi; bütün məhsulu daşıyıb yığmaq 
və əl-Babın korluq çəkən sərhəd vilayətlərinin sakinləri və qazilər arasında paylamaq üçün paytaxtında anbarlar 
tikdirmişdir. O, əmir kimi mərhəmətli, ədalətli, (kafırlərlə) mübarizdə qeyrətli idi; o, uzun ömür sürmüşdür..."
4
 
Onun ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəldi. Şirvanda baş verən 
bir sıra hadisələr onun adı ilə bağlıdır.  Əli ibn Heysəm  əl-Babın  əmiri ilə birlikdə qonşu  Şəndana, "kafırlər" 
üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Babın əmiri 10 min 
müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra 
sərirlilər  əsirləri  Əli ibn Heysəmi və  əl-Bab  əmirini  əvəzində heç nə almadan azad etdilər,  şəndanlıların və 
xəzərlərin tutduqları  əsirlər isə satıldı  və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da 
göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafır tayfaları içərisində müsəlmanların  ən qəddar düşməni 
Şəndanın  əhalisi idi". Adı  çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.
5
  Əli ibn Heysəmin hakimiyyəti 
dövründə  əl-Məsudinin bəhs etdiyi başqa hadisə  də olmuşdur. Xəzərlərlə yanaşı,  Şirvana ruslar da dəfələrlə 
dənizdən basqınlar edirdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Xəzər 
dənizinin əhalisi sıx olan cənub-qərb sahilləri yadelli işğalçıların diqqətini çoxdan cəlb edirdi. Ticarət məqsədilə 
[78 - 79]
 öz gəmilərində  Xəzər dənizinin sahillərinə üzüb gələn rus tacirləri bu diyara yaxşı  bələd idilər və 
xəzərlər kimi Azərbaycanın, xüsusilə  Şirvan vilayətinin zənginliyi barədə  məlumatlarlı yayırdılar. Ruslar 
təqribən 914-cü ildə Bakı sahillərinə hücum etdilər. "Rus drujinaları buraya ilk dəfə  gəlmirdilər. Onlar 
qədimdən  şərqi Avropa ölkələri, Qafqaz və  İran arasında qızğın ticarət gedən yaxşı  bələd olduqları yolla 
irəliləyirdilər".
6
 Ruslanın bu səfərini  əl-Məsudi  ətraflı  təsvir etmişdir. O göstərir ki, h.300 (912-13)-cü ildən 
sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların 
gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin  ətrafında 
yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını  xəzər xaqanına verməyi vəd edib, ondan bütün ölkəni 
keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb Çayın mənsəbinə  və  Xəzər dənizinə  çıxmağa razılıq aldılar.
7
 
"Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, (Donun) mənsəbinə yetişdilər və 
onun vasitəsilə üzüyuxarı başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil
*
  şəhərinədək 
endilər, onun yanından Ötərək, çayın Xəzər 
 
dənizinə töküldüyü yerdə  mənsəbinə yetişdilər, oradan isə 
(Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri dənizə  səpələndi və Gilana, Deyləmə, 
Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə [biləd  ən-nəffətə - Abşeron] və Azərbaycan 
istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər... bu dənizin ətrafında yaşayan xalqlar Özlərini itirdilər, 
çünki keçmişdə onların üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı 
gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əl-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra 
onlar  Şirvan  şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə  gəlib çıxdılar. [Sahilboyundan[ qayıdarkən 
ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda
**
 daldalandılar. O vaxtlar [təqr, 914-cü il] 
Şirvanın şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırhq gördü, qayıqlarına [kəvarib] mini, həmin adalara qədər üzdü. 
Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu. Əl-Məsudi xəbər verir ki, 
                                                 
*
 Yəni Azov dənizindən Dona qədər, sonra isə gəmiləri sürüyə-sürüyə çəkib Volqaya salaraq üzüaşağı üzdülər. 
**
 Bakı buxtasının girəcəyindəki Böyük Zirə, Çilov, Pirallahı və s. Adalar.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə