Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   23   24   25   26   27   28   29   30   ...   147

35 
 
bilmədiklərini görüb, hər şeylərini ataraq qaçdılar. Bu vaxt türklər onları təqib etməyə basladılar. 1042-ci ildə 
(e. 73 1 -ci ili) türklər tayaye torpaqlarına girdilər. Onlar Azərbaycan  ərazisində çoxlu şəhər və  kənd  ələ 
keçirdilər. Türklərin tayaye torpaqlarındakı digər  şəhərləri tutmasına imkan verilmədi. Onlar zəbt etdikləri 
şəhərlərdə  məskən saldılar.
63 
Suriya tarixçisinin bu məlumatında türk tayfalarının və  xəzərlərin Azərbaycanın 
şəhər və  kəndlərində kütləvi  şəkildə  məskunlaşdığı göstərilir.  Şirvanın və Arranın  ərəb hakimi Mərvan ibn 
Məhəmməd h.117 (735/6)-cı ildə xəzərlərin ölkəsinə soxularaq, 40.000 xəzər əsirini Samurla Şəbəran arasındakı 
düzənlikdə yerləşdirdi. Külli miqdarda türklərin Albaniyada məskunlaşması ölkədə türk dilinin yayümasına 
əlverişli imkan yaradırdı. Mil düzündəki Üçtəpə kurqanında aparılan arxeoloji qazıntılar zamanı VII əsrin 
əvvəlinə, yaxud birinci yarısına aid edilən adlı-sanlı  xəzər döyüşçüsünün qəbri aşkar edilmişdir.
64
  Qəbələ  və 
onun həndəvərində hunlar və  xəzərlər üçün səciyyəvi olan deformasiyaya uğramış uzunsov kəllələr tapılmış-
dır.
65
 Məlumdur ki, Qəbələ ərazisində VI əsrdə türk qəbilələri məskun olmuş və bu şəhər sabir məskənlərinin 
mərkəzi sayılmışdır. Beləliklə, göstərilən mənbələrə  əsasən, artıq eramızın ilk əsrlərində Azov və  Xəzər 
dənizləri arasındakı çöllərdə, Şimali Qafqazda, Şimali və Cənubi Dağıstanda müxtəlif türk tayfaları yaşayırdılar. 
Həmin dövrdə onlar Şimali Albaniyaya, Şirvan, Arran və Muğan vilayətlərinə gələrək, Dərbənd və Alan (Dər-i-
aian) keçidindən keçib gəlmiş hunlar, bulqarlar, sabirlər, xəzərlər, qıpçaqlar və digər köçəri dəstələrlə birlikdə 
burada məskən salmışdılar. Daha sonrakı müəlliflər (Yaqut,  əkəriyyə Qəzvini)
66
 çoxlu kəndi və türkmənlərin 
sürülərini otardığı  çəmənlikləri olan Muğan vilayətindən buranın  əhalisinin  əsasən türkmənlərdən ibarət 
olmasından xəbər vermişlər. 
VI əsrin ikinci yansında türklərin Albaniyaya axını daha da gücləndi, türk dili isə albanlar arasında geniş 
yayıldı. Belə ki, VI əsr Suriya salnaməsinin verdiyi məlumata görə Arran yepiskopu Kardost əsrin 20-ci 
illərində yeddi din xadimi ilə xristianlığı yaymaq sədilə sabirlərin arasına getmiş, sabirlərin dili üçün əltfba 
tərtib iş, kilsə kitablarını onların dilinə çevirmişdi.
67
 VII əsrdə Alban yepiskopu İsrail sabirlərin vassal məliki 
Eltəbərin ("Alban 
 
tarixi"ndə Alp İlitver) xahişi ilə  Cənubi Dağıstana gedərək, burada sabirlərə müqəddəs 
kitablardan moizələr oxumuş, kahinlər və cadugərlərlə mübahisələr aparmış, məlikə  və sabirlərin bir çoxuna 
xristianlığı  qəbul etdirmişdir. Göründüyü kimi, artıq o zaman türk dili Albaniyada geniş yayılmışdı,  əks 
təqdirdə, yəni dilin fonetikasına və quruluşuna yaxından bələd olmadan, sabirlər 
[70 - 71]
 üçün əlifba tərtib etmək 
mümkün olmazdı. Türk dilinin VII-VIII əsrlərdə Albaniyada yayılması barədə Musa Kalankatlının "Alban 
tarixi" də  və  ərəb mənbələrindəki türkizmlər də  fıkir yürütməyə imkan verir. Onlarda qədim türk titulları ilə 
yanaşı, Azərbaycan dilində də, işlənən avçı, çöpçü, tanrı, atma və s. sözlərə də rast gəlinir.
68 
Azərbaycan (türk) 
dili leksikası nümunələri ilk dəfə Bəlazurinin (IX əsr) əsərində təsbit olunmuşdur. O, Azərbaycanın 646-cı ildə 
ərəblər tərəfındən istila olunmasını  təsvir edərək  ərəblərin Azərbaycan dilində  eşitdikləri "hannan-hana" 
ifadəsini ərəbcəyə tərcüraə etmədən vermişdir. Əl-Bəlazuri yazır: ("Valid") gedəndən sonra əhali üsyan qaldırdı 
və  əl-Aşas Validdən yardım istədi. Valid ona Kufə  əhlindən yığılmış böyük ordu göndərdi. Həmin ordunun 
köməyilə o, yenidən bütün ölkəni çətinliklə, tədricən (hannan-hana) tabe etdi". Sonra əl-Bəlazuri onun bilmədiyi 
dildəki "hannan-hana" ifadəsini yanlış izah edir - (Azərbaycanlıların dilində han "bağ" deməkdir). Bəlazurinin 
mötərizədə verdiyi bu izahat tərcüməçilərin mətni yanlış  şərh etməsinə  səbəb olmuşdur.  P. K. Juze  həmin 
parçanı belə tərcümə edir: "...o, bağdan-bağa keçə-keçə bütün ölkəni yenidən tabe etdi".
69
 (Hannan-hana). Türk-
Azərbaycan dilində indiyədək qalmış arxaik "hannan-hana" ifadəsi bu kontekstdə "tədricən, çətinliklə" kimi 
başa düşülür. 
Arran toponiminin semantik mənasının açılması,  Şirvan və Arran ərazisində erkən orta əsr türk 
toponimlərini (Aran, Sabir, Biləcori, Türkan, Ağsu, Qarasu, Türyançay, Qarayazı, Bozdağ  və s.) aşkara 
çıxarılması Azərbaycan xalqının etnogenezi məsələsinin tədqiqi, qədim azərbaycanlıların dilinin 
müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. IX-X əsrlər ərəb müəllifləri Azərbaycanda və Ərminiyyədə əhalinin 
bir qisminin fars və  ərəb dillərində danışdığını göstərirlər.  İbn Havqəl yazır: "Azərbaycan və  Ərminiyyə 
əhalisinin  əksəriyyətinin dilinə  gəldikdə isə onlar fars və  ərəb danışırlar. Lakin ərəb dilində danışanlar azdır. 
Farsca danışanlar isə  ərəb dilini başa düşmürlər.  Ərəb dilində  təmiz danısanlar tacirlər və mülk sahibləridir 
(feodallardır – S. A. ),  Ərməniyyənin ucqarlarında və ona yaxın yerlərdə yaşayan  əhali zümrələri Üçün başqa 
dillər mövcuddıır. Dəbil (Dvin – S. A. )  və onun nahiyələrinin  əhalisi erməni dilində, Bərdə  əhalisi isə Arran 
dilində danışır".
70
 Bu məlumatlar  İstəxridə  də vardır, lakin İbn Havqəl onları tamamlamışdır. Görünür, fars 
dilində Azərbaycanın irandilli əhalisi - tatlar, talışlar, kürdlər danışırdı. 
Müqəddəsi göstərir: "Ərminiyyədə ermənicə, Arranda isə arranca danışırlar; onlar farsca danışanda başa 
düşmək olur, buranın farscası bəzi cəhətlərdən Xorasan farscasını xatırladır".
71
 Bıırada, ehtimal ki, söhbət Xəzər 
dənizinin qərb sahilində yaşayan tatlardan gedir. Arran dili haqqında eyni məlumatları İstəxri (X əsr) də təkrar 
etmişdir. Deyilənlərdən ehtimal etmək olar ki, eramızın  əvvəllərində  Şirvanda və Arranda irandilli əhali ilə 
yanaşı türkdilli tayfalar da məskən salmışlar. Onlar burada uzun müddət ərzində (bir neçə yüz il) iri kompakt 
kütlə şəklində yaşayaraq, Azərbaycanın əsl yerli əhalisinə çevrilmişlər və "Arran dili" dedikdə onuncu əsrədək 
formalaşmış Azərbaycan - türk dili başa düşülmüşdür. Azərbaycanın toponimikasında və hidronimikasında türk 
ünsürlərinin mövcudluğu və arxeoloji məlumatlar müxtəlif türk tayfalarının  Şirvana və Arrana gəlmələri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə