Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   21   22   23   24   25   26   27   28   ...   147

33 
 
öz dillərində çoxlu qədim türk sözləri qoruyub saxlamış türk tayfalarından biri olmuşdur. Lakin, şübhəsiz, 
Markvartın göstərdiyi kimi, türkdilli tayfalarla təmasda olan udinlər onlardan çoxlu qədim türk sozləri  əxz 
etmişlər.
33
 
Bu günədək Dağıstanda, Kuma çayı yaxınlığında yaşayan qumuqlar, ehtimal ki, həmin müəlliflərin 
qeyd etdikləri Qafqazda məskunlaşmış qədim köçəri türklərin nəsilləridir. 
Hunların, onoqurların, bulqarların, savirlərin və  xəzərlərin Albaniyaya gəlmələri və buraya hücumlan 
haqqında bir sıra erkən orta əsr müəllifləri bəhs etmişlər. Hunlar Qafqaza ilk dəfə II əsrin ortalarında, 
Albaniyaya isə III əsrin əvvəllərində və IV əsrin sonlarında (395-ci il) gəlmişlər.
34 
[66 - 67]
 
V əsr Bizans müəllifi Panili Prisk 448-ci ildə Atillanın düşərgəsində görüşdüyü Roma səfıri Romulun 
dilindən hun dəstələrinin bundan xeyli əvvəl Midiyaya, yəni Cənubi Qafqazdakı Sasani torpaqlarına - 
Albaniyaya hücıım etdiklərini xəbər verir. Meotis gölündən (Azov dənizi) 15 gündən sonra dağları (Böyük 
Qafqaz) aşaraq, Midiyaya gəlib çatan hunlar buranı qarət etdilər. Geri dönərkən düşmənin - farsların 
həmləsindən yaxa qurtarmaq məqsədilə onlar "sualtı qayalarından alov qalxan (ex petra maritima flamma 
ardet)" başqa yolla gedərək, dağları aşıb öz ölkələrinə qayıtdılar.
35
 Panili Priskin Abşeron yarımadasına və onun 
yanar qazlarına aid olan bu məlumatı göstərir ki, V əsrdə və sonralar hunlar, başqa köçəri türklər kimi, dəfələrlə 
gəldikləri bu ölkənin yolunu tanıyırdılar, hətta ehtimal ki, burada yerli əhali ilə qaynayıb-qarışaraq 
məskunlaşırdılar. 
Hunlarm, sabirlərin, xəzərlərin və başqa türk tayfalarının Albaniyaya dəfələrlə hücum etmələri barədə 
V-VIII  əsr erməni müəllifləri Yeğişe, Favstos Buzand və Gevondun əsərlərində  məlumatlar vardır. Yeğişe 
Artamonovun və başqalarının hunlarla eyniləşdirdikləri xaylandurların V əsrin 40-cı illərində  və 460-462-ci 
illərdə  sərhəd qalası Çoradan (Dərbənd bölgəsi) keçərək, Albaniyaya hücum etdiklərini xəbər verir.
36
 Favstos 
Buzandda hunların adı IV əsrin 30-cu illərində Kürü keçərək Albaniyanı və Ermənistanı tutan Masqut hökmdarı 
Sanasenin qoşunları
*
 sırasında çəkilir.
37
 Ehtimal ki, “
A
ğyan tarixi”ndə də həmin hücumdan bəhs olunur və onun 
440-cı ildən az sonra baş verdiyi göstərilir. Sonuncu əsərdə deyüir ki, rosmosokların (massagetlərin  
masqutların) hökmdarı "öz qoşunlarını  və quzğun dəstələrini, eləcə  də, bütün hun qoşunlarını toplayıb Kürii 
kecdi, utilərin vilayətinə  səpələnərək Xalxal şəhəri yaxınlığında düşərgə saldı"
38
 (indiki Qazax-Ağstafa 
bölgəsində). Ehtimal ki, burada hun adı altında Albaniyaya, oradan da Ermənistana və Gürcüstana hücumlar 
edən şimal köçəriləri - savirlər nəzərdə tutulur. Hələ Ptolomeyin (II əsr) adını çəkdiyi savirlər Volqadan şərqə 
və  qərbə doğru Xəzər sahili çölləri tutan aorslarla qonşuluqda yaşayırdılar.
39
 Ehtimal ki, onlar elə  həmin 
vaxtlarda Dərbənd keçidindən keçərək, Arrana (Albaniyaya) girirdilər. Savirlər V əsrin ikinci yarısından 
Dağıstanda Kuma çayı rayonunda, Xəzər dənizi və Qafqaz dağları boyunca Dərbəndədək olan ərazidə 
məskunlaşdılar.
40
 Bizans yazıçıları dəfələrlə "sabir adlandırılan hunlardan" bəhs etmişlər.
41 
503 -cü ildə savirlər 
fars qarnıizonunun mühafızə etdiyi Dərbənd keçidini yarıb keçdilər və  şərqdən Qafqaz sıra dağlarındakı 
keçidləri aşaraq, Albaniya və  İberiyaya soxulub, zəngin  şəhər və  kəndlərini tutdular. Savirlərin Sasani 
dövlətinin  şimal  əyalətlərini işğal etməsi xəbərini Bizansla müharibə zamanı qoşunları ilə birlikdə  Dəclə 
çayındakı Kallinik yaxınlığında eşidən Sasani şahı Qubad sərkərdə Şapuru 12 minlik süvari ilə türklərin üstünə 
göndərdi. Şapur Arrana daxil olan savirləri Araz çayı ilə Şirvan arasındakı vilayətlərdən (Mil, Muğan və Şirvan 
düzləri) sıxışdırıb çıxardı. 508-ci ilə qədər davam edən hərbi əməliyyatlar nəticəsində Qubad savirləri Qafqaz 
dağlarının arxasna sıxışdırdı. Dərbənd və Dəryal keçidlərində möhkəmləndi.
42
 VI əsrdə Dağıstanda, Albaniya ilə 
sərhəddə savirlərin sayı  təqribən 100 min nəfərə çatırdı.
43
  Həmin vaxtlar və ondan əvvəllər onlar Dərbənd 
keçidindən 
[67 - 68]
 keçərək dəfələrlə Albaniyaya, oradan Ermənistana, Gürcüstana və Bizans vilayətlərinə 
basqınlar edirdilər. VI əsrin ortalarında Qafqazda ən güclü və sayca ən böyük xalq olan savirlər öz 
məskənlərinin mərkəzi sayılan (Dərbənd -Qəbələ bölgəsində bütün şimali Albaniyanı (Şirvan və Arran) tutaraq, 
100 ildən çox burada qaldılar.
44 
Bu hadisələrlə  əlaqədar Alban katalikosluğunun iqamətgahı Çordan - 
Dərbənddən Partava - Bərdəyə koçürüldü.
45
 Görünür, bu zaman savirlərin bir hissəsi oturaq həyata keçərək 
ölkənin yerli əhalisi ilə qaynayıb-qarışmışdı.
46 
 
Türklərin  şimaldan etdikləri aramsız hücumlardan və onların qüdrətindən qorxuya düşən Sasani 
hökmdarı I Qubad və I Xosrov Ənuşirəvan özlərinin şimal sərhədlərini köçəri türklərin basqınlarından müdafıə 
məqsədilə bir sıra iri istehkamlar və  məşhur Dərbənd səddini
47
  çəkdirdilər, çoxlu qala və  şəhər saldırdılar. 
Xorasandan, Lahicandan, Təbəristandan, Gilandan və başqa yerlərdən bir sıra irandilli tayfaları  şimal-qərbi 
Albaniyaya, yəni Şirvan zonasına köçürdülər.
48
 Həmin yerlərin adları bu bölgədə iz buraxmışdır. Mənbələr (VI 
əsr pəhləvi məxəzindəki məlumatları hifz etmiş İbn Misqəveyh, IX əsr) təsdiq edirlər ki, I Xosrov Ənuşirəvan 
(531-579-cu illər) savirlərə qalib gəldikdən sonra Şimali Qafqazın dörd türk tayfasından olan 50 min nəfərdən 
ibarət 3 min ailəni Arrana və Azərbaycana köçürdü. İbn Misqəveyhin dediyinə görə türklərin qafıləsi (dəstəsi) 
on fərsəxədək uzanırdı
49
 (təqribən 60 km). Başqa məlumatlara görə, Azərbaycanda yerləşdirilən əsirlərin sayı 10 
min nəfərə çatırdı.
50
 Savirlərin bir hissəsi könüllü surətdə Arrana köçərək, Bələncər, Gəncə, Qazax və başqa 
                                                 
*
 M. Artamonov Sanasenin bu yürüşünü V əsrə aid edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə