Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   17   18   19   20   21   22   23   24   ...   147

29 
 
məlumatlara görə, Yəzid ölümündən sonra onun oğulları Əsəd ibn Yəzid, Məhəmməd ibn Yəzid
53
 və xəlifənin 
h.205 (802)-ci ilə  qədər bir-birinin ardınca Azərbaycana, Arrana, Ərminiyyəyə  təyin etdiyi bir sıra  əmirlər 
hakimiyyət sürmüşlər. H.205-ci ildə xəlifə Məmun Yəzd ibn Məzyəd əş-Şeybaninin oğlu Xalidi həmin ölkələrə 
vali gondərdi. Xalid Şəkidə, Gürcüstanda və  Sənariyyədə üsyanları yatırtdı.
54
 H.212-217 (827/8-823/4)-ci 
illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa 
başlayır.
55
  Bəlazurinin məlumatına görə  xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən 
salmışdır.
56
  Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş  sərkərdə Afşinə vermişdi. Xalid 
Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. 
Xilafətin zəiflədiyi bu dövrdə  Cənubi 
[59 - 60]
 Qafqazın bir sıra vilayətləri müstəqilliyə  və Xilafətdən 
ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi 
çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək  İshaqla 
mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşıınu 
ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi. O, Cavax (Cavaxeti) adlı yerdə xəstələndi və iki gündən 
sonra öldü. Dəbilə (Dvin) gətirilərək, bir məlumata görə h.230 (844)-cu, digər məlumata görə isə h.228 (842)-ci 
ildə dəfn olundu. Xalidin ölümündən sonra Xəlifə Vasiq onun böyük oğlu Məhəmmədi Azərbaycan, Ərminiyyə 
və Arrana vali qoydu və  İshaqın üzərinə getməyi  əmr etdi. H.230 (844)-cu ildə hakimiyyətə başlayan 
Məhəmməd  İshaqla müharibədə  məğlubiyyətə  uğradı  və elə  həmin il Dərbənddə Buğa  əş-Şərabi tərəfindən 
devrildi. Xəlifə Mütəvəkkil Dərbənd  şəhərini və onun həndəvərindəki torpaqları iqta kimi Məhəmməd ibn 
Xalidə verdi. Sonralar Şirvanşahlar, xəlifənin hədiyyəsi kimi, daim Dərbənd torpaqlarının iddiasında olmuşlar. 
Xəlifənin  əmri ilə  Məhəmməd türk Əbu Musa ilə birgə  İshaqın üzərinə yürüdü. Çoxlu vuruşmalardan sonra 
İshaq məğlub edildi və öldürüldü. Məhəmməd Dərbəndə qayıtdı. Onun sonrakı  fəaliyyəti Dərbəndin 
qonşuluğunda və Sünikdə yaşayan "gavurlara" qarşı yürüşlərlə bağlı olmuşdur.
57
 H.242 (846)-ci ildə o, Buğa əl-
Kəbirin köməyilə yenidən Azərbaycan,  Ərminiyyə  və Arranın valiliyinə qaytarılmışdır. Bir mənbədə onun 
h.245 (859)-ci ildə Arran vilayətində Cənzə (Gəncə) şəhərini saldırdığı göstərilir. Şəhər, xəlifənin ona hədiyyə 
etdiyi mülklərlə birlikdə, onun irsi sahibliyinə keçdi. Məhəmməd  Ərminiyyə hakimliyini buraxıb Gəncəyə 
qayıtdı.
58
 
Əl-Bəlazuri, Yəqubi və əl-Kufinin məlumatlarına əsasən bu nəticəyə gəlmək olar ki, Şirvanın ilk istilası 
dövründən IX əsrin birinci yarısınadək  ərəblər  Şirvanşahları  xəlifəyə  xərac verən və onun xəzərlərə qarşı 
yürüşlərində iştirak edən vassallar kimi hakimiyyətdə saxlamışlar. Əl-Bəlazuri 797/8-ci ildə Ərminiyyənin valisi 
olan Səid ibn Səlm  əl-Bəhili ilə bir dövrdə hakimlik etmiş  əş-Şəmax ibn Şücanın adını  Şirvanın məliki kimi 
çəkir. Ehtimal ki, o, ərəblərin hakimiyyətdə saxladıqları islam dinini və  ərəb adını  qəbul etmiş  Şirvanşah 
olmuşdur. Lakin o, xəlifə  tərəfindən  Şirvana vali təyin edilmiş  ərəb canişini də ola bilərdi.  Şirvanşahlar 
Xilafetin inzibati bölgüsünə görə  Şirvanın daxil olduğu Azərbaycan və  Ərminiyyə valisinə tabe idilər.  Əl-
Bəlazuri xəbər verir ki, yerli feodallar öz mülklərində yaşayır və hər biri öz vilayətini müdafıə edirdi. Canişinin 
göndərdiyi vilayət rəisi (amil) bu ölkəyə  gələrkən yerli feodallar onu saya salmamağa çalışırdılar. Rəisin 
dəyanətli, sərt və  hərbi gücə malik olduğunu gördükdə vergi verir və itaət göstərirdilər.  Əks təqdirdə isə ona 
böhtan atmağa çalışırdılar. Onlar çox vaxt rəisə saymazcasına yanaşırdılar.  Ərminiyyədə  və Arranda Xilafət 
əleyhinə üsyanlarla əlaqədar xəlifə Mütəvəkkil Buğa  əl-Kəbiri həmin ölkələrə vali göndərdi. O, "Curzam 
yenidən fəth etdi, itaət etməyənləri Arran, Ərminiyyənin dağlıq vilayətləri və Sisəcandakı (Sünik) iğtişaşın 
bütün günahkarlarını - istər xristian, ıstərsə  də başqalan - əsir tutub xəlifənin hüzuruna göndərdi. Beləliklə, 
indiyədək görüşmənin qayda-qanun bərqərar edən Buğa h-241 (855/6)-cı ildə Samirəyə qayıtdı"
59
 Buğa 
gedəndən sonra Məhəmməd ibn Xalid üçüncü dəfə  Ərminiyyə  və Arranın valisi təyin olundu. Onun ölüm ili 
məlum deyil. 
[61 - 62]
 
 
§5. Köçəri şimal tayfalarının Şirvan və Arrana gəlmələrinə dair 
 
Köçəri türk tayfalarının eramızın ilk əsrlərində Qafqaz Albaniyası  ərazisinə  gəlmələri məsələsi 
Azərbaycan xalqının etnogenez probleminin araşdırılması üçün mühüm əhəmiyyətə malik olub, qədim 
Azərbaycanın türkləşməsi məsələsi ilə  sıx bağlıdır.  Şimali Qafqazda və Dağıstanın dənizsahili  ərazilərində 
yaşayan bu tayfalar artıq eramızın ilk əsrlərindən Dərbənd keçidindən Albaniyaya keçib gəlirdilər. Sonralar - V-
VI  əsrlərdən tarixi ənənəyə görə Sasani hökmdarları yalnız Zaqafqaziya ölkələrinin deyil, İranın da 
təhlükəsizliyini hədələyən koçəri türk tayfalarının axınının qarşısnı almaq üçün burada möhtəşəm istehkamlar 
tikmişdilər.

Türk tayfalarının Albaniya ərazisinə ilk dəfə nə vaxt gəlmələrinin aydınlaşdırılması üçün Dərbənd 
səddinin tikilmə tarixi məsələsi mühüm əhəmiyyət kəsb edir. 
Artıq eramızın ilk əsrlərindən etnolinqvistik proseslərin ən mühüm komponentlərindən olan türk etnosu 
qonşu Albaniyanın tarixi inkişaf mənzərəsini xeyli dərəcədə  dəyişdirdi. Məlumdur ki, Azərbaycan xalqının 
təşəkkülündə müxtəlif - türk, İran, Qafqaz etnik ünsürləri iştirak etmişlər. Türk ünsürləri azərbaycanlıların 
etnogenetik inkişafında mühüm rol oynamış, onlara etnosun başlıca təyinedici əlaməti olan dil vermişdir.
2
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə