Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   20   21   22   23   24   25   26   27   ...   147

32 
 
tərzinə təsiri yalnız dildə deyil,
19
 həm də, kənd təsərrüfat işlərinin, xüsusilə onun başlıca sahəsi olan maldarlığın 
aparılmasında, habelə, dini görüşlərdə  və incəsənətdə  də  nəzərə çarpır. Məlumdur ki, Azərbaycanda qədimdə 
olduğu kimi, orta əsrlərdə  də oturaq 
[64 - 65]
  və köçəri maldarlıq formaları aparıcı rol oynayırdı. Lakin 
mütəxəssislər yarımköçəri maldarlığın artıq erkən orta əsrlərdə yarandığını  və  tədricən inkişaf etdiyini 
göstərirlər. "Əgər bu son forma başqa ölkələrdə, xüsusilə Orta Asiyada ta qədim zamanlardan yayılmışdısa, 
Azərbaycanda onun yayılmasını erkən orta əsrlərə aid etmək lazım gəlir. Hərçənd, ola bilər ki, o, bir qədər 
əvvəllər də mövcud olmuşdur.  Şübhəsiz, burada yarımköçəri maldarlığın yayılmasında gəlmə köçəri tayfalar 
mühüm rol oynamışlar. Belə ki, hələ e.ə. IV-V əsrlərdə Azərbaycan türkdülli tayfaların hücumlarına məruz 
qalmışdı..."
20
 Azərbaycanda son vaxtlara qədər davam edən bütün əhalinin öz sürüləri ilə yeni otlaqlar axtardığı 
yarımköçəri maldarlığın başlıca olaraq, qoyunçuluğun meydana gəlməsi, ehtimal ki, köçəri türklərin eramızın 
əvvəllərində Şirvana, Arrana, Qarabağa Mil, Muğan və Şirvan düzlərinə köçməsi ilə bağlıdır. 
Demək olar ki, il boyu şirəli yem otları ilə zəngin olan çöl rayonlarının isti iqlim şəraiti qoyunçuluq və 
mal-qara üçün əlverişli idi. Buna görə də qədim türk qəbilələri əsrlər boyu əlverişli otlaqlar sorağı ilə, habelə 
orta əsrlər Albaniyasının varlı şəhər və kəndlərini qarət etmək məqsədilə Şirvana və Arrana can atmışlar. Köçəri 
türklərin Albaniyanın aborigen əhalisinə təsiri dini görüşlərdə və incəsənət əşyalarında müşahidə edilir. Şamaxı 
rayonunda, Xınıslı və Çıraqlı deyilən yerlərdə aparılan arxeoloji qazıntılar zamanı üslubi baxımdan qədim türk 
daş heykəllərini xatırladan və əcdadlara sitayiş kultunu əks etdirən iyirmidən çox monumental (adam boyundan 
hündür) daş heykəl aşkar olunmuşdur. Bu heykəllərin tarixi indiyədək dəqiqləşdirilməmişdir; e.ə. birinci 
minilliyin sonundan V-VI əsrlərinədək aid olduğu fərz edilir.
21
 O vaxtlar Qafqaz Albaniyasında Yeddi su və 
Qazaxıstan, cənubi Sibir, Tuva və Monqolustan daş heykəltəraşlığını xatırladan monumental heykəltəraşlığın 
meydana gəlməsi, ehtimal ki, oxşar bədii  ənənəyə malik müxtəlif köçəri tayfaların - hunların, sabirlərin, 
bulqarların, xəzərlərin miqrasiyası ilə bağlıdır. Həmin tayfalar ölkədə iri kompakt kütlələrlə oturaq həyata keçir, 
yerli  əhali ilə qaynayıb-qarışaraq türk dilini, öz məişət tərzini və  mədəniyyətini yayırdı. Lakin bütün bu 
məsələlər xüsusi tədqiqata möhtacdır. 
Toponomik məlumatlarla yanaşı, Albaniya ərazisindəki və qonşu Dağıstandakı köçəri türk tayfaları 
haqqında müəyyən məlumat verən erkən ortaəsrlərə sinxron yazılı mənbələri nəzərdən keçirək. 
Klavdi Ptolomeyin (II əsr) "Coğrafı  təlimnamə"  əsərində Qafqaz və Kerav dağları
*
 arasında yaşayan 
tayfalar sadalanır: "tuskla (türklər?)
**
  və didurlar (didolar)
***
  Xəzər dənizi boyunca udlar (udinlər), olandlar 
(alanlar), isondlar (svanlar) və gerlər...” Sonra Ptolomey 
[65 - 66] 
"Albaniya boyunca Kirkan dənizinə Soana 
çayının mənbəsinədək uzanan ölkənin adını  çəkir. Bu çayın ardınca Alonta, Udon və Ra
25
 (Volqa – S. A. ) 
çaylarının mənsəbi gəlir. 
"Erməni coğrafıyası"nda
26
  Xəzər dənizi, ona tökülən çaylar, hövzəsində yaşayan tayfa və xalqlar 
haqqında qiymətli məlumatlar vardır. Bu mənbədə, Zaqafqaziya ölkələri, o cümlədən, Albaniya, onun vilayətləri 
və  şəhərləri haqqında da mühüm məlumatlar verilir. S. T. Yeremyanın tədqiqatları göstərir ki, "Erməni 
coğrafıyası"nın müəllifı öz mətnini təfsir edərkən, əsasən, Ptolomeyin xəritələrinə istinad etmiş və xəritələrini 
onların  əsasında tərtib etmişdi,
27
 Lakin bu mənbədə Ptolomeydə olmayan bir sıra qiymətli məlumatlar vardır. 
Belə ki,  Albaniya Xəzər dənizinin şimal-qərbində Kesius (Samur?) çayının yaxmlığında lokalizə edilir. Sonra 
Ptolomeyin qeyd etdiyi çayların - Qafqaz dağlarından başlanıb, Xəzər dənizinə tökülən Kerras, Sontas, Alonta 
və Udon çaylarının mənsəbi göstərilir. Daha sonra deyilir ki, bu dörd çayın adlarını daşıyan xalqlar (yəni 
tayfalar – S. A. ) skif və apaxtara - türk
****
 xalqlarına mənsubdur. "Erməni coğrafıyası"nın müəllifı daha sonra 
izah edir ki, "Apaxtaralar, yəni türklər, Skifıyada yaşayır".
28
 
Əgər Udonu Kuma, Alontanı isə Terek
29
 kimi qəbul etsək, onda ehtimal ki, Suntas (Ptolomeydə Soana) 
Sulak, Kerras isə Gülçəriçaydır.
*****
 Udon, Udin və əsas alban tayfalarından olan udlar yaxud udinlər arasındakı 
səs uyarlığı xüsusilə diqqəti cəlb edir. Udona türk sözü kimi yanaşsaq, o, ahəng qanununu saxlamış daha qədim 
formaya malikdir. Udin, ehtimal ki, Qafqaz mühitində  dəyişikliyə  uğramış  və  təhrif olunmuş daha yeni 
formadır. "Azərbaycan və udin dillərinin qarşılıqlı əlaqələri"nə həsr olunmuş əsərdə geniş linqvistik materiala 
əsaslanaraq, udin dilində külli miqdarda qədim türk sözlərinin olduğu sübut edilir”.
30
 Ptolomeydə və "Erməni 
coğrafıyası"nda qeyd olunan dörd çayın hövzəsində yaşayan türklər haqqında verilən xəbərlərdə udonların 
adının çəkilməsinə əsasən ehtimal olar ki, Plini (I əsr)
31
 və Strabona
32
 (e.ə, I əsr - eramızın I əsri) da məlum olan 
udinlər eramızın ilk əsrlərində Albanjya 
 
ərazisində qonşu alban tayfaları tərəfindən assimilyasiyaya uğrayaraq 
                                                 
*
 Antİk müəlliflər Baş Qafqaz silsiləsinin Xəzər dənizi sahillərindəki şimal-şərq hissəsini Kerav adlandırırdılar. Ptolomey onu Qafqaz 
dağlarından şimal-şərqdə, daha doğrusu, şimali Qafqazda yerləşən ayrıca dağ hesab edir.
22
 
**
 Latışevin fıkrincə, bu ad Pomponi Melin xatırladığı və Donda
23
 lokalizə edilən Tiçsae, yaxud Tuçsae tayfasının adı ilə eyniyyət təşkil 
edir. Ehtimal ki, bu tayfa Dağıstanda lokalizə edilir.
 
***
 Bu tayfa Qafqaz və Kerav dağları arasında, yəni Şimali Dağıstanda yaşayan tayfa kimi xatırlanır. Tomaşek onları gürcü mənbələrində 
adları çəkilən son dövr ləzgi "dido"ları ilə tutuşdurur.
24
 
****
 Apaxtara fars sözü olub, şimal xalqları deməkdİr (Sukrinin qeydidir).
 
*****
 Sulak çayı Mahaçqaladan şimalda Xəzər dənizinə tökülür. Gülçəriçay Dağıstanda çaydır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə