Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   22   23   24   25   26   27   28   29   ...   147

34 
 
yerlərdə  məskunlaşdı. I Xosrov Ənuşirəvan Bizansla müharibədə istifadə etmək məqsədilə onların Sasani 
dovlətinə keçmələrinə imkan verdi. Onlar torpaq payı aldılar. Arran və Azərbaycan mərzbanlarına tabe edildilər. 
Bizans tarixçisi Menandrın verdiyi məlumata görə, savirlər 575-ci ildə Kür və Araz çayları arasındakı 
və Kür boyınca  şimal-qərbdə yerləşən torpaqlara köçürüldülər.
51
 Görünür, savirlərin çoxu avtoxton əhali ilə 
qaynayıb-qarışaraq oturaq həyata keçmişdi. Bu əlaqələr Arran və  Şirvanda türk dilinin yayılmasına  əlverişli 
şərait yaradırdı. Azərbaycan toponimikasında savirlərin adı Qala Suvar, Bilə Suvar (Bilə komponenti şəhər, yer 
bildirirdi) yer adlarında əksini tapmışdır. 
"Ernəni coğrafıyası"nda Xəzər dənizindən  şimal-qərbdə Atil (Volqa) çayınadək  ərazidə yaşayan 
savirlərdən başqa çayların adları ilə adlandırılan türk və bulqarların: kufi (Kuban) bulqarlarının, duçi (Dunay) 
bulqarlarının, oqxondor (Bizans yazıçılarında onoqur, onoqundur S. A. ) bulqarlarının,
*
 çidar bulqarlarının (?) da 
adları cekilir müəllif bu adların Ptolomeyə  məlum olmadığını qeyd edir. Ehtimal ki, bulqarlar da savirlərlə 
birlikdə Azərbaycana gəlmişlər, belə ki, onların adı Azərbaycan toponimikasında Bolqar çayının (Çəlilabad 
rayonu) və  Lənkəran rayonunda mövcud olmuş Bolxar yaşayış  məntəqəsinin adında qalmışdır. "Erməni 
coğrafıyası"nda, həmçinin, şimalda, Kür çayının yaxınlığında varazmanavar etnoniminə də rast 
[68 - 69]
 gəlinir; 
bu sözün ikinci komponenti - avar, ehtimal ld, avarların Albaniyada sakin olduqlarını göstərir.
52
 
Müxtəlif türkdilli tayfaların Albaniyaya gəlmələri VI əsrdə, xüsusilə intensiv şəkil almışdır. Məlumdur 
ki, türklər (türkütlər) şərqdə Çində, qərbdə isə Qafqaza və Bizansa qədər uzanıb gedən imperiya yaratmışdılar. 
VI əsrin ikinci yarısında türklər Qafqaza lap yaxınlaşmışdılar. Artıq bu vaxta qədər Qafqazdan keçən yol onlara 
bəlli idi. Belə ki, Bizansh Menandrın (VI əsr) verdiyi xəbərə görə türküt xaqanı Dizavul (İstəmi) İranla, sonra 
isə Bizansla ipək ticarəti yaratmaq məqsədilə 568-ci ildə Altaydan səfirlik göndərmişdi. Həmin səfırlik "Qafqaz 
dağlarının özünü aşaraq" Bizansa gəlib çıxmışdı.
53
 Ehtimal ki, səfırliyin yolu türklərə  məlum olan Dərbənd 
keçidindən və  Şimali Albaniyadan keçib Gürcüstana gedirdi. Bu ərəfədə türk tayfalarınm Albaniyaya axını 
güclənmişdi. 
VII  əsrin ortalannda ərəblərin Zaqafqaziyaya hücumu və onların Dərbənddən  şimalda Xəzər 
vüayətlərinə soxulmaq cəhdləri ilə əlaqədar Albaniyada, o zamanlar Şimali Qafqazda və Volqanın mənsəbində 
güclü səltənət yaratmış  xəzərlər zahir oldular. Onlar 662-ci ildə  Dərbənddən Albaniyaya soxuldular, lakin 
Albaniya hökmdarı Cavanşir tərəfindən geri oturdurdular.
54
 664-cü ildə  xəzərlər yeni, daha güclü hücuma 
keçərək Kürü adlayıb Araz sahillərinə çatdılar, çoxlu əsir tutdular və Muğan düzündən külli miqdarda mal-qara 
qovub apardılar.
55
 684-cü ilin hücumu da Albaniya üçün belə dağıdıcı oldu.
56
  Həmin vaxtdan etibarən ölkə 
kütləvi surətdə Albaniyada nıəskunlaşan və yerli əhali ilə qaynayıb-qarışan xəzərlərin hakimiyyəti altına düşdü. 
Alban hökmdarı soydaş tayfa məliklərini və katolikosu çağıraraq, xəzərlərə tabe olduğunu və "onlarla qohurn 
olmağı rüsvayçılıq" saymadığını bildirdi.
57
 
Türk tayfalarının Dərbənd keçidindən Qafqaz Albaniyasına
 
miqrasiyası sonralar - VIII əsrdə də davam 
edir, VIII əsrin əvvəllərində ərəblər şimala - Dərbəndə, daha sonra Dağıstana istilaçılıq yürüşlərinə başladılar. 
Onlar burada dəfələrlə Albaniyaya basqın edərək, onun qala və  şəhərlərini tutub dağıdan xəzər və digər türk 
tayfalarının çoxsaylı ordusu ilə qarşılaşdılar.
58
 729-cu ildə xəlifə Hişam (724-743-cü illər) Cərrah ibn Abdullanı 
ikinci dəfə geri çağırdı. Məsləmə ibn Əbd əl-Əl Məlikin yerinə "Ərminiyyə və Azərbaycan" hakimi təyin etdi. 
Cərrah tezliklə şimala qarşı yeni hücuma başladı.
59
 
VIII əsr müəllifı Gevondun verdiyi məlumata görə xəlifə Hişamın vaxtında xəzərlər xaqanın oğlunun 
başçılığı altında 300 minlik ordu ilə  ərəblərə qarşı  əks hücuma keçdilər. Xəzərlər hun torpaqlarından və Cor 
(yəni Dərbənd) keçidi ilə Masqut torpaqlarından keçərək, Paytakaran ölkəsinə basqınlar edirdilər. Onlar Araz 
çayından  İrana keçərək  Ərdəbili, Təbrizi, Aşti-Baquan adlanan vilayəti, Spatar-Perozu, Hürmüzd-Perozu 
dağıtdılar.
60
 Gevondun gostərdiyi marşrut çox dəqiqdir. Xəzərlər  Şimali Qafqazdan keçərək, Xəzər dənizi 
boyunca və Dağıstanla irəliləyirdilər. Onlar Dərbənd keçidi vasitəsilə indiki Quba rayonu ərazisindən keçərək 
Albaniyaya basqın edirdilər. Xəzərlərin çoxsaylı ordusu Albaniyanın və Cənubi Azerbaycanın bir sıra qala və 
şəhərlərini - Təbrizi, Ərdəbili dağıtdılar və viran qoydular. 
Gevond "Atşi-Baquan", yəni Baqavanın odları adı altında, şübhəsiz, Bakı, Abşeron vilayətini nəzərdə 
tutur.
61
  Ərəb müəllifləri Bəlazuri (ö.892-ci il), Yəqubi (IX əsr),  əl-Kufı (X əsr), 
[69 - 70]
  Təbəri (X əsr) və 
başqaları  dəfələrlə  ərəblərin Albaniyaya soxulmuş  xəzərlərə qarşı yürüşlərini kifayət qədər müfəssəl təsvir 
etmişlər.  Ərəb müəllifləri Gevondıın təsvir etdiyi yürüşü 725/26 yaxud 730-cu ilə aid edirlər. Həm də qeyd 
edilir ki, ordusunun başında xaqanın oğlu - Barxebəy Təbəriyə görə, X əsr müəllifı əl-Kufiyə görə isə Barsbəy 
dururdu.
62
 
Ərəblərin köçəri türklərlə apardıqları müharibələrə dair maraqlı  məlumatlar verən XII əsr Suriya 
tarixçisi Suriyalı Mixail ərəb sərkərdəsi Məsləmə ibn Əbd  əl-Məlikin yürüşündən bəhs edir. Görünür, söhbət 
xəzərlərin Gevondun təsvir etdiyi basqınmdan gedir. "1039-cu ildə eramızın 728-ci ili) Məsləmə böyük qoşunla 
idən türklər ölkəsinə soxuldu. Vuruşma 40 gün davam etdi. Tayayelər (ərəblər - S.A.)  türkləri məğlub edə 
                                                 
*
 
Erməni mətnində bu ada "yekn" sözü əlavə edilmişdir ki, bu da, ola bilər, " deməkdir (Patkanovun qeydi).
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə