Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   24   25   26   27   28   29   30   31   ...   147

36 
 
haqqında mənbələrin verdiyi xəbərləri təsdiq edir və ölkədə erkən orta əsrlər dövründən, eramızın ilk 
əsrlərindən başlayaraq və 
[71 - 72]
 VI-VIII əsrlərdə daha intensiv şəkildə türkləşmə prosesinin getdiyini göstərir. 
Azərbaycanın səlcuqlar tərəfındən istilası ölkənin türkləşməsi prosesini tam şəkildə başa çatdırdı. 
 
§6. Qədim Şirvanın incəsənəti 
 
Son onilliklərdə Şimali Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar Şirvanın qədim incəsənət və 
mədəniyyətini üzə çıxarmışdır. Müxtəlif bədii sənət növlərini əhatə edən incəsənət qədim sənətkarların gerçək 
aləmi estetik qavrama qabüiyyətinə malik olduqlarını göstərir. Qədim dövrdə və erkən orta əsrlərdə inkişaf edən 
və kökü əsrlərin dərinliyinə gedib çıxan plastik incəsənət də buraya daxildir. Qədim insanın onu əhatə edən 
canlı təbiət əşyalarını daşda, gildə, tuncda və digər materiallarda təcəssüm etdirmək səyi plastik incəsənətin ən 
qədim abidləri Qobustanda, Abşeronda və ölkənin digər yerlərindəki daş dövrünə (eramızdan on min il əvvəl) 
aid qaya təsvirləridir. Qobustan dağları Xəzər dənizi sahilindən 2-2,5 km aralı, Səngəçal və Duvannı dəmir yol 
stansiyaları rayonunda, Bakıdan 50 km cənub-qərbdə yerləşir. Cənub-şərqi Qobustan qayalarında, Böyükdaş, 
Kiçikdaş, Cingirdağ dağlarında və Yazılı  təpəsində 4 mindən çox insan və müxtəlif heyvan təsvirləri aşkar 
edilmişdir. Qaya rəsmlərində tropik paltarda kişi və qadınlar, şiş buynuzlu keçi, şir, vəhşi öküz, maral, at, gurp, 
it, iri balıq və s. təsvir olunmuşdur. Buırada ov, qıırbankəsmə, yallıya bənzər mərasim rəqsi, taxıl biçini 
səhnələri geniş  təmsil olıınmuşdur.  İçərisində avarçəkənlər oturmuş qayıq rəsmləri var. Qayıqların burun 
tərəfındə günəş  şəkli çəkilmişdir.
1
 Qayıq rəsmləri ta qədim dövrlərdən Xəzər dənizində  gəmiçiliyin inkişaf 
etdiyini göstərir. Mütəxəssislərin fıkrincə, qayıqlar qamışdan düzəldilir və bitumla kəpitkələnirdi. Günəşin 
təsviri ya ona sitayişlə bağlıdır, yaxud yolun səmtini - şərqi göstərir. Nizə ilə silahlanmış süvarilər, dəvə 
karvanları  təsvir olunan rəsmlər və s.vardır. Qobustanda yaşamış  qədim tayfaların həyatından bəhs edən 
müxtəlif sujetli bütöv kompozisiyalı  rəsmlər aşkar olunmuşdur. Görünür, burada Daş dövründə Abşeronun 
Binəqədi, Digah, Keşlə və bir sıra digər kəndlərində yaşamış nəsli kəsilmiş heyvanlar təsvir olunmuşlar. Vəhşi 
heyvanları ovlayan qədim insan, onların şəklini daşda və qayada təsvir etmişdir. 
Qobustan qayalarında irəli çıxan iri döşləri, yoğun bud və ayaqları olan çoxlu qadın və qədd-qamətli, 
beli kəmərli, inkişaf etmiş güclü ayaqlan, xüsusi nəzərə çarpdırılan baldırları olan kişi rəsmləri vardır. Kontur 
şəklində  işlənmiş bu rəsmlər daş alətlərlə  həkk olunmuşdur.  Şəkillər, bütöv kompozisiyalar olduqca bəsit və 
bayağı işlənmiş, heyvanlar ekspressiv və dinamik şəkildə təsvir olunmuşlar. 
Qədim Qobustanın təsviri sənəti - qaya təsvirləri öz-özlüyündə  bədii yazı növüdür. Qədim rəssam 
onlarda tayfaların həyatındakı mühüm hadisələrdən söhbət açmışdır. Çox vaxt qəbilə icma quruluşunun dini və 
digər ayinləri təsvir edüirdi.
2
 Qobustanda aparılmış arxeoloji qazmtılar zamanı Kiçikdaş  ərazisində Mezolit 
dövrünə aid qədim "Firuz" düşərgəsi, içərisində müxtəlif  əşyalar olan kurqanlar, tunc dövrünə aid yaşayış 
məskəni aşkara çıxarılmışdır. 
[72 - 73]
 Böyükdaş dağının yuxarı hissəsində qırmızı oxra ilə üstünə şirə bənzəyən 
vəhşi heyvanın hücum çəkdiyi buynuzlu maralın mütəhərrik vəziyyətdə  həkk olunmuş  təsviri tapılmışdır.
3
 
Qobustan qaya təsvirlərinin mövzu və sujet rəngarəngliyi, habelə onların orta Daş dövründən (Mezolit) 
başlayaraq yeni Daş (Neolit), bütün Tunc dövrünə və son orta əsrlərədək yaşını müəyyənləşdirməyi imkan verən 
arxeoloji məlumatlarla birlikdə, xronoloji təbəqələşmə  qədim insanın düşərgə  və yaşayış  məskənləri olan bu 
yerlərdə uzun müddət yaşadığını göstərir. Qaya təsvirləri,  Şıxqaya və  Şonqardağ dağları  ərazisində, Abşeron 
yanmadasında, Mərdəkan, Şüvəlan, Zirə, Suraxanı, Ramana qəsəbələri zonasında, Qala qəsəbəsi yaxınlığında, 
Xəzər dənizi sahilindəki Dübəndi deyilən yerdə materiki Pirallahı adası ilə birləşdirən dambanın ön tərəfində də 
aşkar olunmuşdur. Daş dövrünə aid bu rəsmlər dünyanı ən qədim incəsənət örnəkləri - qrafıka, boyakarlıq, rəqs, 
musiqi nümunələri olub, incəsənətin varisliyindən və dərin köklərindən xəbər verir. 
Şirvan ərazisində insanı təsvir edən monumental daş heykəlinin meydana gəlməsi böyük maraq doğurur. 
Arxeoloq Q. Aslanovun Abşerondakı Türkan kəndi yaxınlığında üzə  çıxardığı bir sıra kurqanlardan tunc 
dövrünün əvvəlinə aid edilən kobud formalı daş heykəllər tapılmışdır.
4
 Zirə qəsəbəsindən şərqə, Gürgan qədim 
yaşayış  məskənində  qəbirdən tapılmış heykəl maraq doğurur. Yerli əhəng daşından düzəldilmiş bu heykəl 
quruluşca Abşeronda əvvəl tapılmış heykəllərdən fərqlənir. Heykəldə baş, sinədə çarpazlaşmış əllər, bel aydın 
seçilir. Abşeron heykəlləri son Tunc dövrünə aid olub, ehtimal ki, dini sitayiş məqsədi daşımışdır.
5
 
Qobustanda aparılan arxeoloji qazıntılar zamanı Tunc dövrünə  məxsus abidələr aşkara çıxarılmışdır. 
Onların arasında daşdan təbii ölçüdə sxematik və kobud formada yonulmuş kişi büstü vardır. Ehtimal ki, o, 
qəbilə başçısına
6
  məxsus olub, onun qəbri üstündə qoyulubmuş. Bu, qədim  Şirvan plastik sənətinin dairəvi 
heykəltəraşlığına aid ilk xatirə abidlərindən biridir. Böyükdaş dağının yuxarı terrasındakı "Kənizə" düşərgəsinin 
qayaaltı sığınacağının mərkəzi kamerasında qədim səthdən 2,2 metr dərinlikdə əhəngdaşından kobud formada 
yonulmuş qadın heykəli aşkara çıxarılmışdır. Həmin kameradan Qobustan qayalarında təsvir olunan qadın 
rəsmlərinə benzəyən  əhəng daşından səliqə ilə yonulmuş iki qadın heykəlciyi də tapılmışdır. Bu heykəllər 
Mezolit dövrünə aid edilir.
7
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə