Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   26   27   28   29   30   31   32   33   ...   147

38 
 
yonulmuş şir heykəli durur. Onlardan aşağıda iki daş var və həmin daşların üstündə də şir təsvir olunmuşdur. 
Qapının yaxınlığında daşdan yonulmuş insan heykəli var. Onun ayaqları arasında ağzında üzüm salxımı tutmuş 
tülkü təsvir edilmişdir.  Şəhərdən kənarda "Məsruf hovuzu" adı ilə tanınan ovdan var. Ovdana düşmək üçün 
pilləkən düzəldilmişdir. Su az olanda həmin pilləkənlə ovdana enirlər. Pilləkənin hər iki tərəfində daşdan iki şir, 
onlardan birinin başı üstündə isə daşdan insan heykəli qoyulmuşdur. Hökmdar evinin üzərində də divardan bir 
qədər aralı daşdan iki şir heykəli boylanır. Bab sakinləri onlara divarın tilsimləri deyirlər..."
17
  Şübhəsiz, bu 
heykəllər daha əvvəlki, islamaqədərki dövrə, ehtimal ki, Dərbənd səddinin tikildiyi V-VI əsrlərə aiddir. 
Dərbəndin qala divarları üzərindəki qədim heykəllər bu günədək qalmışdır. Şir heykəlləri Qırxlar qapısı və Orta 
qapı qala darvazalarının  üstündə və Dərbənd diyarşünaslıq muzeyindədir. 
Son onilliklərdə  Şirvan  ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 20-dən çox monumental 
insan heykəli aşkara çıxarılmışdır.
18
 1946-cı ildə Şamaxı şəhərindən 3 km aralı, Xınıslı kəndində tapılmış iri daş 
kişi heykəli böyük maraq doğurur. Onun hündürlüyü 2,26 m, ən enli yeri 0,47 m-dir. Yerli əhəngdaşından 
yonulmuş bu heykəl kiçik pyedestala bitişikdir. Başı yoxdur, əl və ayaqları yaxşı qalmışdır. Sol əli sağ sinəsinə 
sıxılmışdır, aşağı sallanan sağ  əli qarnının üstündədir.  Əllər çox diqqətlə  işlənilmişdir. Sol əlin üstündə 
altıləçəkli ornament var. Görünür, bu xatirə abidəsi, tayfa başçısının əcdada sitayişi əks etdirən portret təsviridir. 
Heykəlin e.ə. sonuncu - eramızın ilk əsrlərinə aid olduğıı ehtimal edilir.
19 
1959-cu ildə elə həmin yerdə eyni cür 
heykəlin qalıqları tapılmışdır. Çılpaq bədən arxa tərəfdən yaxşı işlənmişdir. Cinsiyyəti aydın deyil. Bu tapıntı 
birinci heykəlin tarixini müəyyənləşdirməyə kömək edir. Belə 
[75 - 76]
 ki, ondan təqribən eramızın V-VI əsrlərinə 
aid daş qutu qəbirinin üstünü örtmək üçün istifadə olunmuşdur. Deməli, heykəl daha əvvəllərə aiddir. 1960-cı 
ildə buradaca içərisinə 593/4-cü ildə, II Xosrovun hakimiyyəti dövründə (590-628) kəsilmiş gümüş Sasani 
draxması qoyulmuş daş qutu qəbirlərini örtən daha iki daş heykəl aşkar edilmişdir. Onlardan birinin arxa tərəfi 
yaxşı qalmışdır, kürəyində belinə qədər tökülən hörük bildirən qabartma vardır. Qabarıq ombalı çanaq hissəsi 
kəskin nəzərə çarpır. Cinsiyyəti aydın deyil, ehtimal ki, qadındır. Kobud yonulmasına baxmayaraq, bu heykəl 
heykəltəraşın realist manerasından və sənətkarlığından xəbər verir. 1961-ci ildə Şamaxı rayonunun Dağkolanı 
kəndi yaxınlığındakı Allahəkbər adlı yerdə, qədim yaşayış məskəninin ərazisində eramızın birinci minilliyinin 
birinci rübünə aid edilən müxtəlif saxsı qabların və digər əşyaların arasında daş insan heykəli tapılmışdır. Başı 
yaxşı yonulmuş, çiyinləri enlidir. Boynu mütənasib deyil, sifəti monqolaoxşar, yastı burnu Çapıqdır. Qulaqları 
hündürdədir. Göz çanağı  dərindədir. Ağız yeri və saqqalı aydın seçilir. Sol əli sinəsində, ürəyinin başındadır, 
sağ əli isə düzbucaqlı şəklində bükülmüş halda qarnının üstündədir. Ətəkləri aydın seçilən paltarı kaftana, yaxud 
çuxaya oxşayır. Sağ tərəfdən aşağıda bütöv daşına bənzər uzunsov bir əşya asılıb. Kürəyində şaquli çökək var. 
Kürəyinin yuxarı hissəsində, ehtimal ki, hörük şəklində çiyinlərə tökülmüş kişi saçını bildirən dördkiinc qabarıq 
çıxıntı var. Pyedestalı dairəvi çapılmış çıxıntı əvəz edir, Ayaqlarının yalnız yuxarı hissələri təsvir olunmuşdur. 
Oturaq vəziyyətdədir. Heykəlin e.ə. I minilliyin sonu - eramızın I minilliyinin əvvəllərinə aid olduğu ehtimal 
edilir.
20
 Heykəldəki saç formasından Dərbəndə soxulan xəzərlərin antropoloji tipinin təsvir olunduğu VII əsr 
mənbəyində  bəhs edilir. "Saçları dağılmış qadın sifətində üstlərinə  şığıyan iyrənc, enlisifət, qaşsız, eybəcər 
kütlənin dəhşətli təhlükə olduğunu görən  əhali, xüsusilə onların sərrast və güclü atıcı olmalarından qorxub 
lərzəyə düşdü..."
21
  Həmin mənbədə türklər, həm də, "hörük saxlayan xalq" adlandırılır. Bu cür saça Tuvada, 
Şərqi və Cənubi Qazaxıstanda Tyan-Şanda tapılmış heykəllərdə də rast gəlinir,
22
 Kişi heykəllərindəki hörüklər, 
yaxud çiyinlərə tökülmüş dağınıq saç tüklərinin çin salnamələrində  təsvir olunan saç formasına tam uyğun 
gəlir.
23
 Kiçik saqqal da səciyyəvidir. Pirsaatçay çayının sol sahilindəki Çıraqlı kəndinin yaxınlığındakı Çaxnax 
ərazisində ondan çox belə heykəl tapılmışdır. Onların bəziləri başsızdır. Bəzilərinin isə başı sımmışdır. Onlar 
yerli  əbəngdaşından yonulmuşdur. E.ə. son əsrlərə - eramızın ilk əsrlərinə aid edilən bu heykəllərdən də 
qəbirlərin üstünü örtmək üçün istifadə olunmuşdur. Xınıslı heykəlləri başqalarından böyük ölçülü olmaları ilə 
seçilir.
24
 Pirsaatçay rayonu qədim məbəd yeri olmuşdur. Ehtimal ki, bu heykəllər allahların, yaxud tayfa 
başçılarının mücəssəməsi olub, əcdada sitayiş ayinini əks etdirir. Bəlkə  də çoxlu miqdarda heykəl tapılması 
burada emalatxana olduğunu göstərir. 
Bəhs edilən  Şirvan heykəlləri ümumi ikonoqrafik əlamətlərlə bağlı olan böyük qruplarda birləşdirilir. 
Bu heykəllərdəki təsvir xüsusiyyətləri (kanonik poza, əllərin və bütün fıqurun vəziyyəti) onların sitayiş xarakteri 
daşıdığını göstərir.  Şamaxı rayonundan tapılmış bütün daş heykəllər iri daş parçalarından çapılmış, kobud 
şəkildə yonulmuşdur. Bədən üzvləri dəqiq təsvir olunmamışdır.
23
 Salamat qalmış hissələr qədiın heykəltəraşın 
realist manerasına və bəsit sənətkarlığına dəlalət edir. 
[76 - 77]
 
Bu cür heykəllər bir sıra Orta Asiya ölkələrində, cənubi rus çöllərində  də geniş yayılmışdır. Lakin 
monumental Şirvan heykəltəraşlığı üslubu baxımdan onlardan fərqlənir. Həmin heykəllərin Şamaxı rayonunun 
ərazisində  aşkara çıxması  bıırada müxtəlif tayfaların məskun olduğunu göstərir. Bir rayonda kiçik gil və 
terrakotadan ibtidai heykəlciklər düzəldən tayfalar yaşayırdılar. Digər alban tayfaları isə dairəvi monumental 
heykəllər düzəldirdilər. Belə heykəllərin eramızın hüdudlarında və onun əvvəllərində qədim Şirvan torpağında 
meydana gəlməsi, ehtimal ki, oxşar qədim  ənənəyə malik müxtəlif köçəri tayfaların - skiflərin, hunların, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə