Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   19   20   21   22   23   24   25   26   ...   147

31 
 
Kitabənin yunan versiyasının bu bissəsində 2-3-cü sətirlər aşağıdakı  şəkildə oxunur: "Atropatenanı, 
Ərminiyyəni,  İberiyanı, Maxeloniyanı (ölkəni ta) Kapkoxa (Qafqaz dağlarına) və Alban (qapılarına) qədər".
4
 
Beləliklə, Arranın ekvivalenti Albaniya olmuşdur. Həmin Albaniya formasını ermənilər yunan-Roma 
mənbələrindən, erməni dilinin fonetikasına uyğun olaraq, Alvank -Ağvank
5
 şəklində götürmüşlər. 
"VII əsr erməni coğrafıyası"nda deyilir ki, İran dörd inzibati vahidə (əyalətə) bölünür; onlardan Kusti-
Kapkox Qafqaz tərəfdədir. Kusti - Kapkoxun (Qafqazın) tərkibinə daxil olan otuz ölkə arasında "Azərbaycan, 
Ərmən, Varacan, yaxud iberlər, Ran, yəni aqvanlar, Balasaqan, Sisaqan, Gelan və i.a." xatırlanır.
6
 Lakin erməni 
mənbələri Ağvan və Ran adları ilə yanaşı, Arran adını da hifz etmişlər. Bu ad V-Vl əsrlərin ayrıcında Moisey 
Xorenliyə artıq məlum idi. O, Arranı Albaniyanın  əfsanəvi hökmdarı adlandırır.

Arran sözünə mürəkkəb 
toponimin tərkib hisssi kimi "Ernəni coğrafıyası"nda bir neçə yerdə rast gəlinir: "Arsaxda Mets Arrank (Böyük 
Arran), Arranrot (Arran çayı, ehtimal ki, Araz), Utidə Arran-cnak vilayəti, Paytak Arran vilayət və şəhər adı".
8
 
VI əsr (555-ci il) Suriya mənbəyində, ehtimal ki, fars və ya erməni mənbələrindən keçmə Arran
9
 forması qeyd 
olunmuşdur. Orta əsrlər gürcü mənbələrində - Cuanşerdə (V-VII əsrlər), Leonti Mrovelidə (XI əsr), Matiane 
Kartlisdə (XI əsr) və b.
10
 - Arranın qısaldılmış forması olan Rani adı qalmışdır. Arran və Albaniya formasına isə 
heç bir yerdə rast gəlinmir. IX-X əsr  ərəb yazılı  mənbələrində Albaniya adı  ərəblərin onu zəbt etdikləri 
vaxtlardan etibarən Əlran (əl-Ran) və Ərran (ər-Ran)
11
 kimi qeyd olunsa da, hər ikisi eyni cür - Ərrantələffüz 
edilir.
*
  Çəkilən adlara əsasən hesab etmək olar ki, Arran sözü Şirvan  ərazisinin də daxil olduğu Albaniyanın 
qədim Azərbaycanın qədim yerli adıdır. I Şapurun (242-272-ci illər) kitabəsinin Parfıya versiyasında mühafızə 
olunmuş Arran sözü "isti yer, düzənlik" mənasında bu günədək yalnız Azərbaycan dilində qalmışdır. Arran 
sözünə qədim türk dillərindən savayı şərq beç birində rast gəlinməmişdir. Qədim türk dillərində isə aşağıdakı 
mənaları vardır:  
Aran (aran) - mal-qara saxlanılan yer, tövlə.
12
 
Aran  (aran) - ağıl  (arxac),  tövlə, pəyə, örtülü yer, külək tutmayan və dağətəyi yer, vadi, çöl və i.a.
13
 
(kursiv mənimdir- S. A. ) 
[63 - 64]
 
Göstərilən mənalar qədim türk qəbirləri üçün səciyyəvi olan maldarlıq təsərrüfatı və köçəri həyat tərzi 
ilə bağlı olub, qədim türk və  oğuz dilləri qrupuna (Azərbaycan dili də bu qrupa daxildir) mənsub olan salar 
dilinin sözləri ilə izah edilir. Salar, salır, yaxud sala (Çin dilində salatszu) etnonimi oğuz etnik adlarındana 
aiddirına aiddir. Mahmud Kaşqaridə (XI əsr) oğuz tayfa adlarından birinin ən qədim forması - salqur göstərilir. 
Azərbaycan və Cənubi Qafqaz ərazisində 24 oğuz tayfa etnonimindən mühafızə olunmuş 18 etnonim arasında 
salur adı da var.
14
 
Qədim zamanlarda salqurlar (salurlar, salorlar) oğuz tayfalarının tərkibində qərbə doğru hərəkət edərək, 
Sırdərya çayına qədər gəlib çatmış  və qismən Səmərqənd yaxınlığında məskunlaşmışdır. Sonra daha da 
irəliləyərək, müasir Türkmənistanın ərazisinə çatmış, bir qədər sonra türkmən xalqının tərkibinə daxil olmuşdur. 
Bundan sonra salarların dalğası Kiçik Asiyaya yetişmişdir. Burada onlar tədricən türklərlə qaynayıb-qarışmış və 
öz izlərini  Şərqi Anadolunun toponimikasında saxlamışlar.
15
  Məlumdur ki, qədim türk tayfaları  Şirvan və 
Arrana eramızın ilk əsrlərindən gəlməyə başlamışlar. III əsrin birinci yarısında hunlar, sonra IV-VI əsrlərdə 
onoğıırlar, bulqarlar, sabirlər, xəzərlər və bir sıra digər tayfalar Dərbənd keçidi vasitəsilə Şimali Qafqazdan və 
Dağıstandan Şirvana və Arrana gəlib çıxırdılar.
16
 Ehtimal etmək olar ki, III əsrdən xeyli əvvəl salarların böyük 
bir dəstəsi Zaqafqaziyaya, Albaniya və Arrana keçərək, buranın avtoxton əhalisi tərəfindən assimilyasiyaya 
ıığramış  və ölkənin toponimikasında iz salmışdır. Köçəri türk tayfalarının V-VI əsrlərdə xüsusilə güclənmiş 
basqınlarının qarşısını almaq üçün Sasani hökmdarları dövlətin  şimal sərhəddində - Dərbənd keçidində 
möhtəşəm qalalar tikirdilər. Son illərdə  Dərbənddə aparılan arxeoloji qazıntılar nəticəsində eramızdan  əvvəl 
VIII-VI əsrlərə aid müdafiə divarlarının qalıqları aşkara çıxarılmışdır. VI əsrdə həmin divarların üzərində köçəri 
türklərə qarşı, mənbələrin I Xosrov Ənuşirəvana isnad etdikləri, daha son dövr divarları tikilmişdir.
17
 Arxeoloji 
məlumatlar göstərir ki, türk tayfalari nərbənd keçidi vasitəsilə Albaniyanın cənubuna- Arrana XI əsrdən xeyli 
əvvəl, eramizın ilk əsrlərindən keçib gələ bilərdilər. Arran toponiminin etimologiyasının aydınlaşdırılması 
Albaniyanın hələ eramızın əvvəllərində qədim türk tayfaları tərəfındən məskunlaşdığını ehtimal etməyə imkan 
verir. Həmin köçəri tayfaların başlıca təsərrüfat məşğuliyyəti düzənlik və çöllərdə maldarlıq etmək idi. Sözün 
ilkin dar mənası - "mal-qara saxlanılan yer, ağıl (arxac), pəyə, tövlə", - sonralar daha geniş  məna - "külək 
tutmayan yer, dağətəyi, vadi, çöl" - kəsb edir. 
Gətirilən materiallar şəksiz təsdiq edir ki, Arran Albaniya ölkəsinin - qədim Azərbaycanın III əsrdə I 
Şapurun kitabəsində  təsbit olunmuş  ən qədim yerli adıdır. VII əsrdə Azərbaycanı istila etmiş  ərəblər ölkə  və 
şəhərlərin eşitdikləri yerli adlarını sonralar -  IX-X  əsrlərdə öz əsərlərində çox dəqiq  şəkildə  əks etdirmişlər. 
Ərəb mənbələrində xatırlanan bu adların bir çoxu dövrümüzədək gəlib çıxmışdır. Maraqlıdır ki, Albaniya adına 
heç bir ərəb müəllifində rast gəlinmir. Yaqut Həməvi göstərir ki, Arran geniş vilayətin və çoxlu şəhərin ərəbcə 
adı deyil. 
18
Avtoxton  əhali tərəfındən assimilyasiyaya uğrayan köçəri türklərin yerli oturaq əhalinin həyat 
                                                 
*
 IX əsrdən başlayaraq ərəb mənbələrində Ərran kİmi yazılır və tələffiiz olunur.əsaslanan nəticələri inandırıcı deyil. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə