Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   15   16   17   18   19   20   21   22   ...   147

27 
 
yaxınlığında xaqanın oğlu Barsbəyin başçılıq etdiyi Xəzər qoşunlarını  məğlubiyyətə  uğratdı.  Əl-Cərrah çoxlu 
əsir alaraq, onları Qəbələ rustaqında xəzərlərin məskəni olan Qaniyyə
*
 kəndində yerləşirdi. Sonra o, şitnal tərəfə 
gedərək Bələncəri zəbt etdi. Dağlı hakimlər onun əleyhinə qalxdılar. O, qənimətlərlə  Şəki vilayətinə qayıtdı, 
burada qışlayaraq Suriyadan kömək gözlədi.
36
 Lakin 724-cü ilin yanvarında xəlifə  Yəzid öldü. Onun yerinə 
qardaşı Hişam ibn Əbd ül-Məlik keçdi (724-743-cü illər). H.107-ci ildə  xəlifə Hişam  əl-Cərrahı valilikdən 
çıxararaq onun yerinə öz qardaşı Məsləmə Əbd ül-Məliki Ərməniyyəyə və Azərbaycana vali, əl-Xaris ibn Əmra 
ət-Tayini isə onun müavini təyin etdi; Yəqubiyə görə, onun qoşun rəisi Səid ibn Əınr əl-Həraşi idi. Xəlifənin 
kənizdən doğulub, taxta-taca sahiblik hüququ olmayan oğlu Məsləmə iyirmi ildən çox bir müddət  ərzində 
Əməvilərin əzəmətinin dayağı və ərəblərin Qafqazda xəzərlərlə mübarizəsinə başçılıq edən sərkərdə olmuşdur. 
Məsləmə 724 və 728-ci illərdə iki dəfə Azərbaycandan xəzərlərə hücum edərək, onların  ərazilərinədək 
irəliləmişdi. O, yaşayış  məntəqələrinə basqın edərək  əsir və  qənimətlərlə geri qayıdırdı.
37
 729-cu ildə  xəlifə 
Hişam yenidən Cərrah ibn Abdullahı geri çağırdığı  Məsləmə ibn Əbd ül-Məlikin yerinə  "Ərminiyyə  və 
Azərbaycan" valisi təyin etdi. Cərrah tezliklə şimala yeni hücııma başladı. O, Şəkidən hərəkət edərək, Bərdəyə 
gəldi, sonra Beyləqan, Varsan və daha sonra Bacərvandan keçərək Ərdəbilə çatdı. Xaqanın oğlu Barsbəy 300 
minlik ordu ilə Ərdəbilə yetişdi və Şəhrizad kəndinin yaxınlığında ərəbləri əzdi. Əl-Cərrah döyüşdə öldürüldü. 
(730/31 -ci il). Xəzərlər  Ərdəbili tutdular və Azərbaycana dağıdıcı yürüş keçirdilər.
38
 Bu yürüş haqqında 
Gevond belə  məlumat verir: "...sərkərdə topladığı qoşunla Cor (Dərbənd) keçidindən keçərək Maskutlar 
ölkəsinə getdi və Paytakaran (Beyləqan) ölkəsinə basqın etdi. 
[56 - 57] 
O, Araz çayından keçərək  İrana 
(Azərbaycana) adladı, Artaveti (Ərdəbili), Qandzakı (Gəncə),  Şahastanı (Təbriz), Atiş-Baquan (Bakı  və 
Abşeron) adlanan vilayəti, Spatar - Perozu (İsfəndiyar - Peroz) və Hürmüzd - Perozu (Muğanı) dağıtdı.
39
 
Türklərin Azərbaycana və  Şirvan vilayətinə hücumları sonralar da davam etmişdir.  ƏI~Cərrahın ölümündən 
sonra xəlifə yenidən Məsləməyə müraciət etdi və o, Cənubi Qafqaza gələnədək xəzərlərlə mübarizə aparmaq 
üçün Səid ibn Əmra  əl-Həraşini Azərbaycana göndərdi. Səid Suriyadan hərəkət edərək Xilata getdi, sonra 
Bərdəni tutaraq Beyləqana yetişdi. Barsbəy xəzərlərə  təslim olmayan Varsanı mühasirəyə aldı. Səid Varsana 
yaxınlaşdı, xəzərləri mühasirədən əl çəkməyə və qaçmağa məcbur etdi. Sonra Səid Varsandan Ərdəbilə getdi və 
Bacərvana gəlib çatdı. Burada Rustaq deyilən yerdə xəzərlərə qalib gələrək 10 min əsir müsəlmanı, o cümlədən 
Cərrahın arvad və uşaqlarını azad etdi. Sonra Səid Muğan vuruşmasında xəzərlərin böyük ordusunu darmadağın 
etdi, Barsbəyi isə atdan yerə salaraq başını kəsdi və xəlifəyə göndərdi. Səid xəzərləri Şirvana çatana qədər təqib 
etdi. Xozərlər öz ölkələrinə çəkildilər.  Xəlifənin Məsləmə ibn  Əbd ül-Məlikin Azərbaycan və Ərməniyyə valisi 
təyin olunmasına dair əmri h.l 12 (730/3l)-ci ildə Səidə çatdı.
40
 Məsləmə Bərdəyə yetişən kimi Səidi öz yanına 
çağırdı və əmri pozduğuna, xəzərlərlə  müharibədə özbaşınalığa yol verdiyinə görə həbs etdirdi. Tezliklə xəlifə 
Hişamın  əmri ilə  Səid azad edilərək paytaxta çağırıldı  və mükafatlandırıldı. Məsləmə  xəzərlərə qarşı hücuma 
keçdi. O, Kürdən keçərək Şirvana yaxınlaşdı. Əhali onu sülhlə qarşıladı. Buradan Məsqətə yollanan Məsləmə 
oranın əhalisi ilə sülh bağladı, süvari dəstələrini isə ləkzlər ölkəsinə göndərdi.
41
 
IX əsr ərəb müəllifı əl-Bəlazuri xəbər verir ki, "Məsləmə Xeyzan (Haydaq?) əhalisi ilə sülh bağladı və 
şəhər qalasını dağıtmağı əmr etdi... dağlı hakimlər onunla (Məsləmə ilə) sülh bağlamağa tələsdilər və ona xərac 
verdilər, beləliklə,  Şirvanşah, Liranşah, Təbərsəranşah, Filanşah və Carşanşah (Xursanşah – S. A. ),  habelə 
Məsqət hakirai onun yanına gəldi. Bundan sonra Məsləmə Bab (Dərbənd) şəhərinə yollandı və onu tutdu. Bu 
vaxt Bab qalasında min xəzər ailəsi var idi. Məsləmə onları mühasirəyə olaraq üstlərinə daş, sonra isə daş 
formasına salınmış dəmir yağdırmağa başladı. Lakin bunun köməyi olmadı..." Məsləmə Dərbəndi hiylə ilə aldı: 
ona yerli sakinin - Xəzər qarnizonu döyüşçüsünün xəyanəti kömək etdi.
42
 Dərbəndi aldıqdan sonra burada 24 
min Suriya əsgəri yerləşdirərək, onlara yüksək məvacib vəd etdi. Şəhəri dörd sahəyə bölərək Dəməşq, Hims, 
Fələstin, Suriya və əl-Cəzirə sakinlərinə verdilər. Məsləmə Dərbənddə ərzaq, taxıl və silah anbarları tikdirdi
-
 o, 
şəhərin su çənini təmizləməyi əmr etdi, şəhərin uçulub-dağılmış yerlərini təmir etdirdi, onu bəzədi. Xəzərlərə 
qarşı  Məsləmə ilə yanaşı, Mərvan ibn Məhəmməd də  şücaətlə vuruşmuşdu. Məsləmə h.114 (732)-cü ildə 
valilikdən azad olunduqdan sonra xəlifə Hişam Səid ibn Əmranı Şirvan və Arranın hakimi təyin etdi. Ondan iki 
il sonra valiliyə keçən Mərvan ibn Məhəmməd h.117 (735/36)-cı ildə Xəzərlərin ölkəsinə soxuldu. Lakin islamı 
qəbul etdiyinə görə xaqanı hakimiyyətdə saxladı. Bundan sonra Mərvan 40 min xəzər əsirini Samur və Şəbəran 
çayları arasında yerləşən, Ləkz vilayətindəki düzənlikdə  məskunlaşdırdı. Sonralar Mərvan  Şimali və  Cənubi 
Dağıstanın bir sıra vilayətiərini zəbt edərək, onların hakimlərini öz hakimiyyətinə tabe olmağa, habelə, hər il 
xəlifənin canişininə 1500 gənc oğlan və 500 qara saçlı, qara gözlü, uzun kirpikli gənc qız və Babın taxıl 
anbarına taxıl göndərməyə  məcbur etdi.
43
 Bir sıra vilayətlərdən toplanan vergilər Dərbənd taxıl anbarında 
                                                 
*
 Qəbələ rustaqında Qaniyyə kəndi - "Şirvan və Dərbəndin tarixi"ndə adı çəkilən Kuni adlı yerdir. Orada deyilir ki, "1067-ci İlin şaban 
(iyun) ayında Şirvanşahın dayısı oğlu Ləşkəristan Qəbələ darvazasının qarşısında kunililər tərəfindən öldürülmüşdür". Kuni adı, ehtimal 
ki, bu vilayətə hələ VII əsrdə məskən salmış hunlarla bağlıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə