Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   13   14   15   16   17   18   19   20   ...   147

25 
 
doğru ölkənin daxili muxtariyyəti ləğv olundu və asılı (vassal) şahın yerini Arranda yeni hakim sülalənin əsasını 
qoyan Mehranilər nəslindən olan Mərzban tutdu.
20
 
X əsr ərəbdilli tarixçi Həmzə İsfahani əl-Bəlazuri və əl-Məsudinin məlumatları ilə əsasən uyğun gələn 
maraqlı məlumatlar verir. O, deyir: "Kəsra (Nuşirəvan) Xəzər dənizindən dağlara 
[52 - 53]
 qədər Bab əl-Əbvab 
adlandırılan 20 fərsəx uzunlıığunda Dərbənd səddini tikdirdi və  hər yerdə bir sərkərdə  təyin edərək, onlara 
qoşun dəstələri və yaşayış üçün zəruri miqdarda və kişi nəsli üzrə miras keçən torpaq sahəsi ayırmışdı; həmin 
sərkərdələrin nəsilləri indiyədək (961-ci il) şəhər divarlarının qarşısmdakı ərazini qoruyurlar. Bundan başqa o, 
xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin 
üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə  Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər  şahı), Filanşah (fıllər 
şahı), Alanşah (qarğalar  şahı) adlanırdı. Onlardan birinə isə gümüş tağ bağışlamışdı. Sərirşah adı da buradan 
gəlir..."
21
 Bütün bu hakimlər irsi mülk və iqta sahibləri idi. Onların başlıca vəzifəsi Sasani dövlətini 
düşmənlərdən - köçəri şimal türk tayfalarından müdafıə etmək idi. 
"Albaniya tarixi"nin müəllifı banisi Ənuşirəvanın, başqa versiyaya görə, Bəhram Çubinin İrandan 
Albaniyaya köçmüş qohumu Mehran olan Mehranilər sülaləsinin nümayəndələrindən danışarkən Varaz Qriqor, 
Varaz Peroj, Varaz Trdat, Varazman və başqalarının adını  çəkir. Bu adların ilk hissəsi pəhləvi dilində qaban 
deməkdir. Cavanşir adının özü cavan şir mənasına gəlir. Ehtimal ki, bu onun ləqəbi idi. Bundan başqa 
Cavanşirin qardaşı oğlu Varaz Trdat alban hökmdarı seçilərkən bütün əyanlar şeypur sədaları altında "qaldırılan 
bayraqlardakı  vəhşi heyvan (kursiv mənimdir –S. A. )  gerbini bir səslə alqışladılar, onu qızıl qalxanın üstünə 
qoyaraq tərif nidaları altında üç dəfə göyə qaldırmışdılar".  Əsərin başqa bir yerində "Aranşaxik tayfasından 
Varaz Peroj adh bir məlik"
22 
xatırlanır. Ehtimal ki, VI əsrdə Albaniyada - Arranda Sasani mənşəli Mehranilər 
sülaləsi hakimiyyətdə olduğu kimi, Şirvanda da Sasanilərlə qohum olan Şirvanşahlar sülaləsi hökmranlıq edirdi. 
Şirvanşahlar haqqında İran və Azərbaycanın ərəblər tərəfindən istila edilməsi ilə bağlı hadisələri təsvir 
edən  ərəb müəlliflərinin  əsərlərində  məlumatlar var. H.18 (639)-ci ildə  İran və Azərbaycaın zəbt edən  ərəb 
qoşunlarının bir hissəsi Bükayr ibn Abdullahın başçılığı  üə  şimal-qərb istiqamətində  hərəkət edərək, bir neçə 
döyüşdən sonra h.21 (641/2)-ci ildə Muğanı tutdu, əhali üzərində cizyə vergisi qoydu.
23
 Muğanlılarla müqavilə 
bağlandı və əhalinin, onların əmlakının, din və qanunlarının təhlükəsizliyinə və toxıınulmazlığına təminat verən 
fərman verildi. Bunun müqabilində "həddi-büluğa çatmış hər kəs bir dinar, yaxud onun dəyərini verməli, hər bir 
müsəlmana səmimi münasibət bəsləməli, ona bələdçilik etməli və bir gecə-gündüz qonaq saxlamalı idi". Ərəb 
qoşunları Muğandan Xəzər dənizi sahili boyunca şimala doğru hərəkət edərək elə  həmin il Bab əl-Əbvaba 
(Dərbəndə) çatdılar.
24
 
Ət-Təbərinin (X əsr) məlumatına görə  Şirvan sərkərdə Suraqə ibn Əmraya Dərbəndi zəbt etmək  əmri 
vermiş  xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə - h.22 (642/43)-ci ildə  fəth olunmuşdur. Suraqə 
Bükayr ibn Abdullahı  və  Əbdürrəhman ibn ər-Rəbiə  əl-Bəhilini qabaqda göndərərək  Şirvana doğru hərəkət 
etdi.
25
 Onlar Dərbəndə yaxınlaşarkən bu vilayətin irsi hakimi - şah, ehtimal ki, Şirvanşah adlanan Şəhriyar itaət 
göstərdi, lakin cizyə verməmək, onu sərhədləri  şimaldan gələn köçərilərin hücumlarından qoruyan qoşunun 
saxlanılmasına sərf etmək şərtilə sülh istədi. Şəhriyar aşağıdakıları bəyan etdi: "Mən adları belə çəkilməyə layiq 
olmayan qəddar düşmənlərlə  və müxtəlif xalqlarla üz-üzə dayanmışam. Ləyaqətli 
[53 - 54]
  və  ağıllı adamlar 
nəcabətlilər əleyhinə onlara yardım göstərməməlidir. Mənim nə Qafqaz dağlarının əhalisi, nə də ermənilərlə heç 
bir  əlaqəm yoxdur. Siz (ərəblər) mənim ölkəmi və xalqımı istila etmisiniz və bu gün mən sizlərdən biriyəm
mənim  əllərim sizin əllərinizdir, mən sizə cizyə verməliyəm, mən sizə kömək etməyə  və sizin istəklərinizi 
yerinə yetirməyə borcluyam. Ona görə də bizi cizyə qoymaqla alçaltmayın, zira siz bizi düşmənlərinizin əli ilə 
zəiflədərsiniz. Onu hər il ödəməli olduğunuz xəracın hesabına yazın".
26
 
Şəhriyarın şərtlərini nəzərə alan Suraqə cizyəni evdə qalıb düşmənlə vuruşmağa getməyənlərdən almaq 
qəranına gəldi və bunu xəlifə Ömərin ixtiyarına buraxdı. Xəlifə Ömər  Şirvan hakimlərinin vergidən azad 
olunmasına razılıq verdi. Bunun müqabilində Dərbəndin və onun ətrafının əhalisi kafırlərlə vuruşmalı və onları 
müsəlmanların  ərazisinə buraxmamalı idilər. Beləliklə, sülh müqaviləsinə görə  ərəblərin həmin bölgələrdə 
qoşun saxlamasına lüzum qalmadı.
27
 
Mənbənin verdiyi məlumat diqqətəlayiqdir, belə ki, o, həmin qaydanın Sasanilər dövründə də mövcud 
olduğunu ehtimal etməyə imkan verir. Müəllif sonra nəql edir ki, Əbdürrəhman Şəhriyarın barmağmda par-par 
yanan yaqut qaşlı üzük gördü. Daşın haradan gətirildiyi barədə suala cavabında Şəhriyar xidmətçilərindən birini 
göstərərək dedi: "Ey əmir, həmin daşı bu adam mənə Yəcuc və Məcuc divarlarının olduğu yerdən gətirmişdir. 
Onların arasında çoxlu məmləkət var. Lakin daş onların birindən - həmin divarların yerləşdiyi məmləkətdən 
gətirilmişdir. Mənim xidmətçim bu məmləkətlərin hamısını  gəzərək, mənim hədiyyələrimi onların 
hökmdarlarına çatdırmışdır. Lakin bu divarların sahibi olan hökmdara daha çox bəxşiş aparmışdır. Xidmətçini 
hədiyyələrlə birlikdə hökmdara mənim məktubumu da çatdırmışdır. Məktubda ondan mənə möhürlü üzük üçün 
yaqut göndərməsini xahiş etmişdim. Xahişimə cavab olaraq o, bu üzüyü mənə göndərmişdir. Xidmətçi bu daşın 
necə tapılmasından  Əbdürrəhmana  ətraflı danışdıqdan və onun başqa suallarına cavab verdikdən sonra 
Əbdürrəhman onun qiymətini soruşdu.  Şəhriyar cavab verdi ki, daşın  əsl qiymətini heç kəs bilmir. Lakin o, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə