Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   9   10   11   12   13   14   15   16   ...   147

20 
 
Qəbələ  şəhər yerinin xarabalıqlarında və onun ətrafında I əsrə aid xeyli miqdarda Arşaki və Roma 
sikkələri, III əsrə aid 200-dən Çox Sasani sikkəsi və digər sikkələr tapılmışdır. Qəbələdən, həmçinin, Böyük 
İsgəndərin və Parfıya padşahı III Fraatın draxmalarına oxşatma olan yerli sikkələr tapılmışdır ki, bu da e.ə. I 
əsrdə və eramızın əvvəllərində bir sıra ölkələrlə qızğın ticarət getdiyini göstərir.72 Alvan (ehtimal ki, Alban) və 
Savalan keçidlərindən keçən ticarət yolları Qəbələni cənub-şərq və cənubla bağlayırdı. Həmin ticarət yolu elçi 
yolu adlanırdı. Ticarət yolları  Qəbələni Gürcüstan 
 
vasitəsilə  Qərblə, Atropatena vasitəsilə  İranla və Böyük 
Qafqaz vasitəsilə  Şimalla  əlaqələndirirdi.
73
  Qəbələ ticarət  əhəmiyyətini VIII-IX əsrlərdə  də itirməmişdi. 
Arxeoloji qazıntı materialları göstərir ki, Qəbələdə  şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam 
etmişdir. Binalar daşdan, çiy və bişmiş  kərpicdən tikilir, bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş 
gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII-IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal 
ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur. Göründüyü kimi, neft Bakıdan 
gətirilirdi.  Şəhərə su Qəbələnin 5-6 kilometrliyindəki bulaqlardan, kəhrizlərdən gil boru - tünglər vasitəsilə 
gətirilirdi.  Şəhərin həndəvərində dulus kürələri aşkara çıxarılmışdır. VII əsrə  qədərki külli miqdarda müxtəlif 
saxsı qab və VIII əsrdən etibarən qab qırıqlarının tapılması burada dulusçuluğun inkişafından xəbər verir. Şirli 
qablar müxtəlif ornamentlərlə, bitki, heyvan və insan təsvirləri ilə  bəzədilirdi ki,
74
 bu da oranamentçi 
rəssamların mövcud olduğunu göstərir. VII əsrdə  Qəbələdə hazırlanan gil məmulatlan arasmda üzərində neft 
izləri olan çıraqlar, qırmızı gildən sferokonuslar aşkar edilmişdir. VIII-IX əsrlərə aid mədəni təbəqədə  şüşə 
məmulatları, muncuq, qolbağ, üzük və s. habelə  qızıl, gümüş, bürünc və  sədəfdən yüksək sənətkarlıqla 
hazırlanmış bəzək əşyaları tapılmışdır. Qəbələdə  şüşə  məmulatı istehsalı I əsrdən məlumdur. Qəbələdəki I-IV 
əsrlərə aid küp, torpaq, daş qutu, V-VIl əsrlərə aid katakomba qəbirlərdə deformasiyaya uğramış uzunsov 
kəllələr tapılmışdır ki, S. M. Qaziyev onları  şimaldan gəlmə  qəbilə  və tayfalara aid edir.
75 
Buna bənzər adət 
hunlarda və  xəzərlərdə  məlumdur. Apanlan arxeoloji işlər nəticəsində toplanan materiallar Plininin 
"Albaniyanin əsas şəhəri"
76
 adlandırdığı Qəbələdə antik dövrdə və orta əsrlərdə intensiv şəhər həyatının mövcud 
olduğunu göstərir. 
Şirvanın qədim  şəhərlərindən biri Bakıdır. Müasir Bakının yerləşdiyi Abşeron yarımadası ta qədim 
zamanlardan məskunlaşmışdı. Bunu Bakının 50 km cənub-qərbindəki Qobustanın qaya təsvirləri də sübut edir. 
Onların  ən qədimləri daş dövrünə - Mezolitə (təqribən 10 min il bundan əvvəl) aiddir.
77
 Bakı zonasının 
qədimdən məskumlaşdığı Abşeronun materiki Pirallahı 
[44 - 45]
 adası ilə birləşdirən damba tikilmiş sahilboyu 
rayonun bir sıra kənd yerlərində, Gürgan şəhər yeri, Zığ gölü, Şüvəlan, Mərdəkan, Binəqədi,  Əmircan 
qəsəbələri rayonlarında, Qala kəndi yaxınlığında aşkara çıxarılmış Tunc dövrünə (e.ə. III-l minilliklər) və daha 
erkən dövrlərə aid çoxlu arxeoloji materiallar da təsdiq edir. Qobustandakı Böyükdaş dağının  ətəklərindəki 
eramızın I əsrinə aid kitabə Roma qoşununun Bakı yaxınlığında olduğunu və burada düşərgə saldığını göstərir.
78
 
Roma legionunun burada yerləşməsi onun yaxınlığında iri yaşayış məntəqəsinin mövcudluğuna dəlalət edir. O 
dövrdə belə bir yer Bakı ola bilərdi. Təpəlikdə yerləşən köhnə Bakı  qəbiristanlığında (Murtuza Muxtarov, 
Ə. Qarayev,  Qasım  İsrnayılov və Nizami küçələri arasındakı  ərazi) aşkara çıxarılmış arxaik (torpaq) qəbirlər 
haqqında məlumatlar
79
 göstərir ki, onun yaxınlığında, sonralar orta əsr Bakısının salındığı təpədə qədim yaşayış 
məskəni olmıışdur. Həmin qəbiristanlığa bilavasitə yaxın olan köhnə Bakı qalası ərazisi eramızdan bir çox əsr 
əvvəllərdən məskunlaşmışdı. Bunu Şirvanşahlar sarayı ərazisindəki qayada və sarayın zirzəmilərində su, qurban 
kəsilən heyvanların qanının yığılması üçün oyulmuş dairəvi və dördkünc formalı kasavarı çalalar da təsdiq edir. 
Sarayın yuxan həyətində aparılan arxeoloji qazıntılar zamanı e.ə. III-l əsrlərə aid edilən kuzə tapılmışdır.
80
 
Yazılı  mənbələr erkən orta əsrlərdə Bakının yerində, yaxud buxtanın içərisində yaşayış  məskəni və 
şəhər olduğunu ehtimal etməyə imkan verir. Bakının coğrafı mövqeyi, ehtimal ki, II əsr antik müəllifı Klavdi 
Ptolomeyin qeyd etdiyi Baruka şəhərinin coğrafı mövqeyi ilə üst-üstə düşür.
81
 Bakı bölgəsındəki sitayiş obyekti 
olan yanar qaz məbədləri məskənlərin yarandıqları  mərkəzlər ola bilərdi. Sonralar onlardan ən  əhəmiyyətlisi 
orta əsr şəhəri kimi böyüdü. VII əsr məxəzində Kür zonasında neft və duz çıxarılmasından
82 
xəbər verilir ki, bu 
da, şübhəsiz, Bakıya və Abşerona aiddir. Bakı ta qədimdən əhalini özünə cəlb edən neft və duz kimi iqtisadi 
bazaya malik idi. Neft çıxarılması bu təsərrüfat sahəsi ilə bağlı olan bir sıra sənətlərin inkişafını  tələb edirdi. 
Əvvəllər məişət ehtiyaclarına sərf olunan neft tədricən ixracat məhsuluna çevrildi. VII əsrin birinci yarısında 
neft Qəbələyə,
83
  Dərbənd və başqa  şəhərlərə
84
 aparılırdı. Hasil olunan neft və duzun istər karvan, istərsə  də 
dəniz yolu ilə  İrana və müxtəlif  Şərq ölkələrinə ixracı, sənətkarlığın və ticarətin inkişafı Bakının  şəhər kimi 
böyüməsinin başlıca səbəbləri idi. E-ə. VI-IV minilliklərdə Bakı bölgəsində  gəmiçiliyin mövcud olmasını 
Qobustandakı Neolit və Enolit dövrlərinə aid avar çəkən oturmuş qayıq təsvirləri də təsdiq edir.
85
 
Orta  əsrlər Bakısı haqqında VIII-IX əsrlər  ərəb və fars tarixçısi və coğrafıyaşünasları  məlumat 
vermişlər. Əl-Bəlazuri xəlifə Mənsurun hakimiyyəti dövründə - h. 136-158 (754-775-ci illər) - Şirvanda neft və 
duz istehsalından, neft quyularının və duz mədənlərinin sahibərindən vergi tutulmasından xəbər verir.
86
 733-cü 
ildə Dərbənddə hərbi texnikada işlədilən neftin saxlanması üçün anbarlar tikilmişdi.Xəlifələr Dərbənd keçidini 
köçəri  şimal tayfalarının hücumlarından qoruyan ərəb qarnizonunun saxlanılmasına Bakının gəlirindən böyük 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə