Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   5   6   7   8   9   10   11   12   ...   147

16 
 
“VII  əsr erməni coğrafıyası” Xəzər dənizi sahillərində  və Araz Çayının  şimalında
*
  bərqərar olan 
Paytakaran əyalətini Arsaxın yaxınlığında, Utidən şərqdə yerləşdirir.
13
 Bu lokallaşdırmaya əsasən IV-V əsrlərdə
Abşeron yarımadası da daxil olmaqla, Şirvanın Xəzər sahili boyunca cənub-şərq hissəsi və Muğanın bir hissəsi 
Kür və Araz
14
 çaylarının aşağı axarları arasındakı eyniadlı mərkəzi şəhəri olan Paytakaran əyalətinə daxil idi.
**
 
Bunu həmin əyalətə aid bəzi toponimlər də təsdiq edir.
15
 
"Erməni coğrafıyası"na görə Paytakaranın tərkibinə  aşağıdakı qavarlar (kantonlar, mahallar) daxil idi: 
"1. Xrakot-Peroj, 2. Vardanakert, 3. Yeotnporakian-Bagink, 4. Rotibaqa, 5. Bağanroq, 6. Arospijan, 7. Qani, 8. 
Atli, 9. Bağavan, 10. Spandaran-Peroj 11. Hürmüz-Peroj, 12. Alevan"
16
 Bu mahallann bəziləri  Şirvanın 
tərkibinə daxil idi. 
Paytakaran adına yalnız "Erməni coğrafıyası"nda rast gəlinir.
17 
Antik məxəzlərdə o, Kaspiana - 
Kaspiane, yaxud patria Casnia, qalan erməni mənbələrində isə Kaspk, Kazbk, Kaspits Ölkəsi, Parsits ölkəsi, 
sadəcə Parsk, yaxud Balasakan adlanır.
18
 Balasakan adı III əsrdən, Sasani hökmdarı I Şapurun (243-təqr. 273-cü 
illər) kitabələrindən
19 
məlum olub, ehtimal ki, ərəb mənbələrindəki Beyləqanın ən qədim yerli adıdır. Balasakan 
toponiminin birinci komponenti bala, yaxud bağa Allah, səcdəgah, ikinci komponenti - sakan isə fars dilində 
cəm halda saklar (tayfa) deməkdir. Balasakan sakların allahı, səcdəgahı mənasını bildirir. Ehtimal ki, bu şəhər 
Zərdüştliyin ibadət mərkəzi olmuşdur. 
Paytakaran iki komponentdən ibarətdir: paytak - paytaxt (fars dilində) sözünün təhrif olunmuş şəkli və 
Arran - Albaniyanın yerli adı. Paytakaran Arranın paytaxtı deməkdir. IV-VII əsrlərdə Mil düzündə yerləşən 
vilayət və onun mərkəzi şəhəri belə adlanırdı. Ərəblərin dövründə o, Beyləqan adlandırılırdı.
20
 
Xrakot-Peroj iki komponentdən ibarətdir: Xrakot, K. P. Patkonovun fıkrincə, erməni dilində od, atəş,
21
 
Peroj isə İran adı Perozun (ehtimal ki, Sasani hökmdarının, 459-484-cü illər) erməni formasıdır. Ola bilsin ki, 
adı sonralar vilayətə  və  şəhərə keçmiş  məbəd - atəşgah belə adlanmışdır.  S. T. Yeremyanın fıkrincə, 
Paytakaranın indiki Mil düzünü tutan bu ilk qavarı həm də Paytakaranın şəhər ərazisi idi.
22
 
Vardanakert Muğan düzünün bir hissəsini tuturdu. Onun eyni-adlı mərkəzi şəhəri (ərəb müəlliflərində 
Varsan)
23
 Araz çayının sağ 
 
sahilində, Qarasu çayının 
[37 - 38]
 ona töküldüyü yerdən aşağıda Altan qalasınin 
xarabalıqlarının qaldığı yerdə idi.
24
 
Biz  K. P. Patkanovun
25
 fikrinin əksinə olaraq belə hesab edirik ki, Rotibağa və Bağanrod semantik 
baxımdan ayrı-ayrı toponimlərdir. Rotibağanı
26
 Rude-bağa izafəti kimi transkripsiya etmək mümkündür ki bu da 
allah çayı, yaxud ilahi çay deməkdir. Maraqlıdır ki, indiki halda bağa sozü qədim formasında verilmişdir.
27
 
Məlumdur ki, ölkə VII əsrdə ərəblər tərəfındən istila edildikdən və burada islam dini yayıldıqdan sonra Arranda, 
Şirvanda və Zaqafqaziyanın digər ölkələrində  qədim məbədlər müsəlmanlaşdırılmağa,  ərəb-müsəlman dini 
adları ilə adlandırılmağa başladı.
28
  Qədim məbədlərin, bütxanaların yerində pirlər, xanəgahlar, türbələr, 
məqbərələr və i.a. meydana gəldi. Adı  çəkilən Rotibağa Rude-bağa toponiminin adı çay və allah sözlərindən 
yaranmışdır. Həmin çay Abşerondan cənubda, Kürün yaxınlığından axan Pirsaat çayı ola bilərdi. Onun birinci 
komponenti pir - məbəd, ibadətgah, ikinci komponenti - saat isə, ehtimal ki, təhrif olunmuş  ərəbcə - səad 
(yüksək, ülvi, xoşbəxtlik bəxş edən) sözü, yaxud Səid şəxs adıdır. Beləliklə, Pirsaat, ola bilər ki, müqəddəs pir, 
yaxud Piri-Səid (Səidin piri) deməkdir. Həmin çay Paytakaran əyalətində olmuşdur. Orta əsrlərdə (XII əsrdə) 
Pirsaat çayının aşağı axarındakı sıldırımlı sahilində ibadətxana - xanəgah tikilmişdi.
29
 Bu abidə yarım dağılmış 
halda dövrümüzədək gəlib çatmışdır. İndi həmin yerdə, ehtimal ki, qədim bütpərəstlik məbədinin, yaxud Rude-
bağa səcdəgahının yerində salınmış Xanəgah adlı yaşayış  məntəqəsi vardır. Rude-bağa Pirsaat çay xanəgahı 
ərazısindəki, Pir-Səid kəndinin yerində yaşayış məntəqəsinin adı idi. 
Bağanrod allahların çayı, daha doğrusu, allaha, (günəşə, oda) sıtayış edənlərin çayı deməkdir. 
Məlumdur ki, bir sıra yaşayış yerlərinin adında hidronimlər iştirak edir. Bu adlar mənşəcə  ən qədım adlar 
sayılır, belə ki, insan bu və ya digər yerdə məskən salarkən, ilk növbədə, çay qırağında, su başında ev tikirdi.
30
 
Ehtımal ki, Bağanrod Muğan düzündəki Bağonrod çayının (indiki Bulqarçay) həndəvərində yerləşən eyniadlı 
vilayətin mərkəzi idi. Bağ
***
 tayfasının vilayəti "Albaniya tarixi"ndə də xatırlanır: "Bağların (bağk) vilayəti kafır 
Babanın (Babəkin) əleyhinə üsyana qalxdı. Və o, İrandan gələrək ölkəni tutub viran qoydu, Bağların qadınlarını 
və uşaqlarını qılıncdan keçirtdi".
32
 
Paytakaran  əyalətinin vilayət və  şəhər adları içərisində bizi aşağıdakı ikisi də maraqlandırır: Atli 
Bağavan və Yeotnporakian -Bagink. Biz də K. P. Patkanov
33
 və S. T. Yeremyan
34
 kimi belə hesab edirik ki, Atli 
Bağavan Atşi-Bağavan - Atəşi-Bağavan adının təhrif olunması nəticəsində meydana gəlmişdir. Həmin toponimi 
                                                 
*
 Mətndə Araz çayının qərbində getmişdir. Görünür, müəllİf Arazın aşağı axarı edərək, çayın sol sahilini nəzərdə tutmuşdur. 
**
 Bir sıra  müəlliflərin  (J.Seıı-Marten,  K.P.Patkanov,  Ə.Kəsrəvi-Təbrizi, R.Hyuzei, K.V.Trever və b.)  fikrincə,  Bakı  və Abşeron 
Paytakaran tərkibinə daxil olmuşlar. 
***
 “Erməni coğrafıyası" nda "bakan" tayfasının adına Asiya Sarmatiyası tayfaları sadalanarkən rast gəlinir. "Bakanlar Xəzər dənizi 
sahilində Dərbənd həndəvərində yaşayırdılar" (səh.38). S. T. Yeremyanın xəritəsində ("Ermənistan Aşxaratsuysa" görə ) onlar bir qədər 
cənubda, Abşeronun yaxınlığında göstərilirlər. Sukranın nəşr etdirdıyi "Coğrafıya"da (səh 37) bu tayfalanın adı "bağanlar" kimi 
verilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə