Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   2   3   4   5   6   7   8   9   ...   147

10 
 
II FƏSİL 
ŞİRVANŞAHLAR DÖVLƏTİ VI ƏSR-IX ƏSRİN  
BİRİNCİ YARISINDA 
 
§1. Şirvanın tarixi-coğrafi xarakteristikası 
 
Orta  əsrlər erməni,  ərəb və fars müəllifləri Xəzər dənizinin qərb sahilində, Kürdən  şərqdə yerləşib, 
qədim Qafqaz Albaniyasının, yaxud erkən orta əsrlər Arranın bir hissəsi olan vilayəti  Şərvan və ya Şirvan 
adlandırırdılar. 
Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında - Türkiyə Kürdüstanında,  Şimali  İraqda, Cənubi 
Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir.  Şirvan  İraq tayfalarından 
birinin adı kimi də çəkilir.
1
 Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı  Şırvan formasına da təsadüf 
edilir. Bunu gürcü salnamələri da təsdiq edir. Şirvan adının etimologiyasının müxtəlif yozumları (şirlər diyarı, 
süd ölkəsi, Ənuşirəvanın adının qısaldılmış forması və s.) məlumdur. Ən ağlabatan Şirvan sözünün şir, yaxud 
şər tayfasının adından törəməsi ehtimalını irəli sürən V. F. Minorskinin fikridir. O, həmçinin yazır: "Şirvan adını 
Şərqi Qafqazın bir sıra yerlərinə  Xəzərin cənub sahillərindən (Gilan, Deyləm) köçüb gələnlərin köhnə 
məskənləri ilə bağlılığını göstərən adlar sırasına daxil etmək mümkündür".
3
 Orta əsrlərdə  Şirvan vilayətinin 
sərhədləri istilalar nəticəsində ölkənin inzibati bölgüsünün dəyişməsi ilə tez-tez dəyişikliyə uğrayırdı. Müəyyən 
dövrlərdə Şirvanın bir hissəsi Atropatenanın tərkibinə daxil olmuşdur.
4
 Bir çox hallarda onun sərhədləri Cənubi 
Dağıstanın şəhər və kəndlərinə qədər gedib çatırdı. 
Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad Sasanilər dövründən məlumdur. Əl-Bəlazuri Şirvanşah 
adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir.
5
 İbn Xordadbeh ilk 
Sasani  şahənşahı  Ərdəşirin (224-241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) 
titulunun adını Çəkır.
6
 “Aşxaratsuys”da - "VII əsr erməni coğrafıyası"nda VII əsrin ikinci yarısında Albaniyanın 
mərzbanlar - Sasani canişinləri oturan 11 vilayəti arasında Bazkan (Balasakan), Dərbənd, Çola, Təvəspark 
(Tobərsəran), Şirvan (Şruan), Xoruan (Xsrvan? Ehtimal ki, Xursan-S. A. ) və başqalarının adlarını sadalayır. Bu 
vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü 
dövrdən qalmışdır. Ərəblərin dövrundo və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkibinə daxil idi. 
Şirvan ölkəsinin adı  çəkilən  ən qədim mənbə elə  həmin "Erməni coğrafıyası"dır. Burada Şirvanın 
coğrafı mövqeyi verilmişdir: "Qafqaz dağları iki silsiləyə bölünür: biri düz istiqamətdə 
[24 - 25]
 Şirvan ölkəsinə 
və Xsrvana tərəf ta Xorsvemədək gedib çıxır;
8
 ikincisindən isə  şimala Atil çayına doğru axan Zərm
*
 çayı 
başlanır. Bu silsilə sonra şimala doğru yönəlir... Əlgminon bataqlığına və dənizin içərilərinə qədər gedib çıxan 
və Əbzud Qubad adlanan uzun sədd onun davamıdır. Bu dənizin şimal tərəfındə massagetlər (maskutlar- S. A. ) 
yaşayır. Vardan düzündə Qafqaz sıra dağlarının gəlib çatdığı və Dəmirqapı Dərbənd divarının uzandığı Xəzər 
dənizinə qədər dənizin içində iri qala tikilmişdir. Şimal tərəfdə (Dərbənddən –S. A. ) dənizin yaxınlığında hun 
məmləkəti yerləşir...".
9
 
Bu lokallaşdırmaya görə VII əsrin  əvvəllərində  Şirvan vilayətinin  ərazisi Dərbənddən Qafqaz sıra 
dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və 
ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəbinədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər" 
sözləri, görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəbinə və deltasına işarədir.
10
 Abşeron 
yarımadasından  şimalda 40
0
 58,5
/
  şimal en dairəsində dağlar dəniz sahilinə  qədər uzanır. Bilavasitə qum 
təpələrindən və 1,75 km eninde sahil düzənliyindən sonra yamacları sıldırımlı, zirvəsi bir neçə şiş uclu qayadan 
ibarət Beşbarmaq adı ilə tanınan dağ ucalır. Zirvənin lap başında qaya uclarının arasında "Xızır zində" pirinin 
xarabalıqları qalır. Qayanın ətəklərində, enişli yaylada və dağın yamaclarında möhkəm qala divar və bürclərinin 
qalıqları durur.
11
 Yerli əhali arasında bu qaya və pir haqqında indiyədək müxtəlif rəvayətlər dolaşmaqdadır. 
IX  əsr bir ərəb mənbəyində Musanın yol yoldaşını  Xızırla qala barədə söhbətindən bəhs edən Quran 
hədisindən danışılır. Müəllif  əlavə edir ki, "bu qaya Şərvan qayası, dəniz - Cilan dənizi,  şəhər Bacarvan 
şəhəridir". O, sonra deyir: "Farslar Musa qayasının yerləşdiyi  Şəbran torpaqlarına qədər bütün ölkəni istila 
etmişdilər. Həmin qayada dirilik çeşməsi var".
12
 Görünür, Xızırın adı IX əsr mənbəyinin (İbn Xordadbeh) 
xatırlatdığı Beşbarmaq dağındakı pirlə qədimdən bağlı olmuşdur. 
Burada sərhəd istehkamları - V əsrin sonu-VI əsrin  əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki 
divardan ibarət gil sədlər mövcud idi.
13
 I Qubad (488-531) onları  Xəzər dənizi ilə Qafqaz dağlarının qolları 
arasmdakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divarı adlanırdı. Ərəb 
tarixçisi  əl-Məsudi bunu xatırlayaraq yazırdı: "əl-Bab haqqında, Kəsra  Ənuşirəvanm atası Qubad ibn Firuzun 
Məsqət deyilən yerdə daşdan tikilmiş şəhərə bənzər qəribə tikililər inşa etməsi haqqında - Şirvanda tikdirdiyi 
                                                 
*
 VII əsr erməni coğrafıyasında Zərm çayının adı Ərmən kimi çəkilir. Markvart onu Tereklə eyniləşdirir
8
.
 


11 
 
Sur ət-tın (palçıqdan hörülmüş hasar) adı ilə məşhur olan divarlar, Bərməki kimi tanınan və Bərdə vilayətinə 
[25 
- 26]
 bitişən daş divar haqqında çoxlu xəbərlər var...".
14
 Müəllif Məsqətdən danışarkən, ehtimal ki, indiki Quba 
rayonunu, Firuzun adını qoruyub saxlamış müasir Quba şəhərini nəzərdə tuturdu. 
Çiy kərpicdən hörülmüş divar Sasanilər dövründə xəzərsahili keçidin qabağını kəsən "uzun sədlər"dən 
ən cənubda olanı idi. Sonralar, I Qubad zamanında Şirvan ölkəsində müdafiə sədlərinin birinci hissəsindən 23 
km şimalda Əbzud Qubad
*
 adlanan ikinci hissəsi çəkildi. Bu sədd Gilgilçay boyunca uzanıb gedirdi. Şaporan 
(Şəbəran)  şəhəri onıun yaxınlığında yerləşirdi. Bu, X əsr müəllifinın Sur ət-tın adı ilə xatırladığı Gilgilçay, 
yaxud  Şəbəran səddi idi.
15 
Sasanilərin möhtəşəm müdafıə  səddi olan Gilgilçay səddinin uzunluğu təqribən 30 
km-ə (onım 20 km-i çiy kərpicdən, qalan hissəsi daşdan çəkilmişdi), divarların qalınlığı və hündürlüyü təqribən 
8 m-ə çatırdı. Səddin qurtaracağında dağ zirvəsindəki nəhəng qaya üzərində müdafıə məqsədilə Çıraqqala qalası 
tikilmişdi. Baş bürcü hörmə üsuluna görə Bakıdakı  qız qalasını xatırladan nəhəng istehkam olan Çıraqqala 
təqribən V əsrdə tikilmişdir. Beşbarmaqdan şimala doğru sahil boyu, ehtimal ki, Sasani dövrünə aid qədim şəhər 
yerlərinin xarabalıqlarına və qalıqlarına rast gəlinir.
16
 Onlardan biri, ehtimal ki, IX əsr müəlliflərinin adını 
çəkdiyi Beşbarmaq yaxınlığındakı Bacarvan şəhəri idi.
17
 
Üçüncü maneə  səddi Samur çayından və Massaget hökmdarlığının paytaxtı Cora - Çoladan şimalda 
çəkilmişdi. Burada Rubas çayının düzənliyə  çıxdığı yerdə dağlar yenidən dəniz sahilinə yaxınlaşır. "Uzun 
sədlər"in xarabalıqları Torpaqqala şəhər yeri yaxınlığında bu günədək qalmaqdadır.
18
 Dördüncü sədd 
əvvəlkilərdən daha əzəmətli idi. Dərbənd təpəsinin şimal-şərq 
[26 - 27]
 hissəsində tikilmiş bu istehkamın qalıqları 
arxeoloji qazıntı  işləri nəticəsində e.ə. VIII-Vl əsrlərə aid təbəqələrdə  aşkara çıxardılmışdır. V əsrdə Sasani 
hökmdarı II Yozdəgird (438-455-ci illər) zamanında bu istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər 
bütün keçidin qabağını  kəsərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılmışdı.
19
 Qala divarları  təpə 
üzərində salınmış möhkəm içqalaya bitişirdi.
20
 Sonralar çiy kərpicdən olan divarlara lap yaxın, sanki ona üzlük 
kimi  şimal daş divarı tikilmişdi.
21
  Dərbəndin daş divan I Xosrov Ənuşirəvan (531-579-cu illər) dövründə 
tikilməyə başlamış və 567-ci ildə, başqa bir fərziyyəyə görə isə, 547-ci ildə başa çatdırılmışdır.
22
 Sasani inşaat 
sənətinin misilsiz qiymətə malik abidələrindən olan Dərbənd divarlarının üzlüklərində 20-dək Pəhləvi kitabəsi 
vardır.
23
 Sasanilər dənizdən başlayaraq,  əzəmətli daş tikililər - şəhərin  şimal və  cənub divarları, içqala və 
Dərbənd qala divarının davamı olub, dağlar boyu qərb istiqamətində 40 km-dək uzanan dağ  səddi inşa 
etmişdilər. Bu sədd dənizdən başlayaraq, Qafqaz sıra dağlarının düşmən üçün keçilməz çıxıntılarınadək qırılmaz 
müdafıə  xətti kimi düşünülmüşdü.  Ərəb mənbələrinin verdiyi məlumata görə divarlar dənizin içərilərinədək 
gedib çıxırdı.
24
  Dərbənd divarı tikildikdən sonra şəhərdən  şimala doğru qalıqları Oqni stansiyasmdan 6-7 km 
aralı indiyədək duran bir divar da ucaldılmışdı.
25
 
Sasanilər şərqi Ön Qafqaz çöllərində yaşayan köçəri şimal tayfa və xalqlarının - maskutların, alanların, 
hun, sabir, xəzər və başqa türk tayfalarının Zaqafqaziyaya və  İrana keçmələrinin qabağını  kəsən belə 
istehkamların tikilməsində maraqlı idilər. Bizans da Dərbənd keçidinin və Sasanilərin şimal sərhədlərinin onun 
üçün təhlükə törədən köçəri tayfalara qarşı möhkəmləndirilməsinə çalışırdı. VIII əsr tarix əsərində xəbər verilir 
ki, V əsrdə imperator Markian (450-457-ci illər) Dərbənd divarlarını tikmək üçün maddi yardım göstərmiş, "bu 
işə öz xəzinəsiııdən çoxlu talant sərf etmişdi".
26
 
VI əsrdə Sasanilər dövlətinin şimal sərhədindəki ən mühüm strateji əhəmiyyətli məntəqələri Dərbənd və 
Dər-i alan (Alan qapısı) keçidləri idi. Beləliklə, Sasanilərin Dərbənd bölgəsində möhkəmləndikləri bir əsr 
ərzində - V əsrin ortalarından VI əsrin ortalarınadək fars padşahları Şirvan ərazisində İran torpaqlarına ardı-arası 
kəsilməyən hücumlar edən köçəri tayfalardan müdafiə məqsədilə nəhəng istehkamlar tikmişdilər. Buna görə də, 
Şirvan ərazisi böyük strateji əhəmiyyətə malik idi. 
Ərəb tarixçisi əl-Məsudi (943-cü 11) bu istehkamların əhəmiyyəti haqqında aşağıdakıları yazırdı: "Əgər 
Allah hər  şeyi görməyi, böyüklüyü və mərhəməti ilə  İran  şahlarına (mülük-ül-furs) əl-Bab  şəhəri, onun quru
dəniz və dağlarda olan divarları  və digər qalaların tikilməsinə, həmçinin, müxtəlif xalqlardan olan adamların 
yerləşdirilməsinə, müxtəlif dərəcəli hökmdarlar təyin etməsinə kömək göstərməsəydi onda xəzərlər, alanlar, 
sərirlər, türklər və adları çəkilən 
[27 - 28]
 digər xalqlar, şübhəsiz, Bərdə, ər-Ran, (Arran), Beyləqan, Azərbaycan, 
Zəncan, Əbhər, Qəzvin, Həmədan, Dinavər, Nihavənd vilayətlərinə və digər yerlərə gəlib çıxardılar".
27
 
Nəhəng sərhəd istehkamlarının tikilməsi,  əsasən, Albaniyanın  ən varlı vilayəti olan Şirvanın hesabına 
təmin olıman böyük maliyyə vəsaiti və insan qüvvəsi tələb edirdi. 
VII əsr müəllifı "Böyük Çoğa (Dərbənd) şəhərinin əzəmətli divarlarından, fars hökmdarlarının Qafqaz 
dağları ilə  Şərq dənizi
**
 arasındakı keçidi tutmaq məqsədilə möhkəm istehkamlar tikmək üçün memarlar 
toplanılmasın və çoxlu materiallar axtarılıb tapılmasına böyük vəsait sərf edərək, ölkəni əldən salınmasından" 
danışır.
28
 
                                                 
*
 Göylərə ucalan (şah) Qubad 
**
 Alban və erməni müəllifləri Xəzər dənizini Şərq dənizi adlandırırdılar.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə