Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   2   3   4   5   6   7   8   9   ...   147


 
məlumat verilən 
[16 - 17]
 «Tarix-i cənnəti»dir. Münəccimbaşının (XVII əsr)  əsərində  Şirvanın və  Şirvanşah 
Dərbəndilərin tarixinə dair daha erkən mənbələrdən maraqlı  məlumatlar var. Sultanın katibi Şihab  əd-Din 
Məhəmməd ən-Nəsəvinin 1214-1231-ci illəri əhatə edən «Sirət əs-sultan Cəlal od-Din Məngburni» adlı memuar 
tipli əsərində Şirvanın şəhər və vilayətlərinə, xarəzmşah Cəlal əd-Dini Azərbaycanı işğal edərkən Şirvanşahın 
vəziyyətinə dair məlumatlar var. Nəsəvinin  əsəri O. Udas tərəfindən iki cilddə  (ərəb mətni və fransız dilinə 
tərcüməsi) və Z. M. Bünyadov tərəfindən rus dilinə tərcüməsi və şərhlərlə nəşr olunmuşdur. Qəvam əd-Din ibn 
Əli  əl-Bındari  əl-İsfahani  İmad  əd-Din ol-İsfahaninin  Şirvan səlcuqlara tabe edildiyi XI-XII əsrlərdə 
Şirvanşahlar haqqında məlumat verilən  əsərinin müxtəsər variantı olan «Zübdət on-nüsra və nüxbət  əl-Üsra» 
əsərini yazmışdır. 
Qafqaz və  Şimali  İran tarixinə dair mənbələrdən biri də  Sədrəddin  Əli  əl-Hüseyninin 1194-cü ilə 
qədərki hadisələri  əhatə edən «Zübdət  ət-təvarix (fı)  əxbar  əl-üməra və-I-mülük  əs-Səlcuqiyyə» («Səlcuqilər 
dövləti haqqında məlumatlar»)  əsəridir. Sədrəddin Hüseyninin əsəri (ərəb mətni, rusca tərcüməsi, izahlar və 
əlavələr) 1980-ci ildə nəşr olunmuşdur. Biz həmin əsərdən Şirvan ərazisində Azərbaycan atabəyləri ilə bağlı baş 
vermiş hadisələrin, atabəylərin səlcuq sultanları,  şirvanşahlar və gürcülərlə qarşılıqlı münasibətlərinin 
işıqlandırılmasında istifadə etmişik. 
Şirvanşah  şəhərlərinin iqtisadiyyatına dair X əsr anonim müəllifin «Hüdud əl-aləm», XIII əsr müəllifi 
Məhəmməd ibn Nəcib Bəkranm «Cahannamə», XIII əsrin anonim coğrafiyaşünasının  əsərlərində, Həmdullah 
Qəzvininin (XIV əsr) «Nühzət əl-qülub»unda və s.irandilli mənbələrdə də çox maraqlı məlumatlar var. Həmin 
əsərlərdə Şirvanın faydalı qazıntılarından, sənətkarlıq və ticarətdən, burada istehsal olunan müxtəlif mallardan 
bəhs olıınur. XIII-XIV əsrlərdə Elxanilər hakimiyyəti dövründə monqolların basqınları ilə əlaqədar Şirvanda baş 
verən hadisələr Elxanilərin baş  vəziri, həkim və alim Rəşidəddinin «Cami ət-təvarix» adlı  məşhur  əsərində 
təsvir edilmişdir. Rəşidəddinin Yaxın və Orta Şərq ölkələri tarixinin və iqtisadiyyatının son dərəcə maraqlı 
abidəsi olan «Məkatibati-Rəşidi» əsərində Şirvanın-təsərrüfat həyatına və Şirvanşahlar sülaləsinə dair müəyyən 
məlumatlar verilir. Köçəri rumlu tayfasından olan Azərbaycan tarixçisi Həsən bəy Rumlunun (d. 1531/32) 
«Əhsən üt-təvarix» («Tarixlərin ən yaxşısı») əsəri böyük əhəmiyyətə malikdir. Burada Səfəvi-türk müharibələri 
ilə  əlaqədar  Şirvanda baş vermiş tarixi hadisələr,  Şirvan üsyanı  ətraflı  və obyektiv təsvir olunur. Dərbəndilər 
sülaləsinin XVI əsrin birinci rübünün sonundan 80-ci illərin sonunadək hakimiyyətinə dair məlumat verilir. 
Həsən bəy Rumlunun bu çoxcildli əsərinin yalnız iki cildi əlyazması halında dövrümüzədək gəlib çatmışdır. 
Həmin əlyazması Sankt-Peterburq kütləvi kitabxanasında saxlanılır. Əsərin Hindistanda nəşr olunmuş çap mətni 
də mövcuddur. I cild bizim istifadə etdiyimiz farsca mətn, II cild isə ingilis dilinə ixtisarla tərcümədir. 
XVI  əsr Səfəvi-türk müharibələri dövrünə aid mühüm mənbələrdən biri də III Sultan Muradın 
Azərbaycana bir neçə yürüşünün iştirakçısı  Şərəfxan Bidlisinin Şirvandakı siyasi hadisələrə,  Şirvanşah 
Dərbəndilərin hakimiyyət dövrünə dair məlumat verilən ikicildlik "Şərəfnamə" əsəridir. Onıın ikinci cildi h.689-
1005 (1290-1596)-ci illərdə Azərbaycanda,  İranda və 
[17 - 18]
 Türkiyədə baş verən hadisələrdən bəhs edən 
salnamə şəklindədir. Əsərin V. Velyaminov-Zernov tərəfindən nəşr edilmiş fars mətni, habelə fransız, türk və 
rus dillərinə  tərcümələri mövcuddur. Şərəfxan öz əsərində  Şirvanın siyasi hadisələrinə dair bir sıra qiymətli 
məlumatlar vermişdir. 
Fəzlulah ibn Ruzbihan Xuncinin (ö. hicri 927/1521) iki əlyazma nüsxəsi qalmış  və  tərcüməsi 
V. Minorski  tərəfindən ixtisarla nəşr edilmiş "Tarixi-aləm-arayi  Əmini" adlı  dəyərli  əsərində  Fərrux Yəsarın 
hakimiyyət dövrü və onun şeyx Heydər Səfəvi ilə müharibələrinə dair məlumatlara rast gəlirik. Əsərin müəllifi 
din xadimi, hərtərəfli bilik sahibi, çoxlu səyahət etmiş alim idi. Şah İsmayıl hakimiyyət başına gəldikdən sonra 
sünnilik tərəfdarı olan Fəzlullah Orta Asiyaya mühacirət etməyə məcbur olmuş, burada müxtəlif hökmdarların 
saraylarında yaşamışdır. Uzun girişdən ibarət olan "Tarixi-Əmini"də Uzun Həsənin ölümündən - 1478-ci ildən 
1490-cı ilədək olmuş hadisələr şərh edilir. 
XVI  əsrin  əvvəllərində  Şirvanda baş vermiş hadisələrə dair Xandəmir ləqəbli Qiyasəddin ibn 
Hümaməddin  əl-Hüseyninin (XV əsrin tanınmış  İran tarixçisi Mirxondun nəvəsi, d.l475-ö. təqr. 1536, 
Hindistan) "Həbib  əssiyər fı  əxbari  əfrad  əl-bəşər" ("Görkəmli adamlar haqqında xəbərləri təsvir edən dost") 
əsərində  də  məlumat alınmasını  məddahcasına təsvir edir. Xandəmir Həsən bəy Rumluya nisbətən qeyri-
obyektiv olsa da, onun şərhləri faktik materialın bolluğu ilə seçilir. Onun əsərinin çoxlu əlyazması müxtəlif 
kitabxanalarda saxlanılır, daş basması üsulu ilə  də bir neçə  nəşri var. Xandəmir məlumatlarının bir hissəsini 
naməlum müəllifin tərcüməsini Denison Rossun 
[18 - 19]
 ingilis dilində ixtisarla və şərhlərlə nəşr etdirdiyi "Şah 
İsmayıl Səfəvinin tarixi" əsərindən götürmüşdür. 
Farsdilli tarixçi azərbaycanlı İsgəndər bəy Türkman Münşinin (1560/61-1633/34) dəyərli əsərində də I 
Şah Abbasın hakimiyyəti dövründə XVI əsr Şirvan tarixinə dair mühüm məlumatlar vardır. Siyasi hadisələrin 
şahidi və  iştirakçısı olan İsgəndər Münşi girişdən və iki bölmədən ibarət olan 'Tarixi-aləm arayi Abbasi" 
("Dünyanı  bəzəyən Abbasın tarixi") əsərində  Şirvanda baş vermiş antifeodal üsyanları  təsvir etmiş, ölkənin 
daxili həyatına, habelə türklər əleyhinə hərbi əməliyyatlara dair məlumat vermişdir. İsgəndər Münşinin əsərinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə