Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   2   3   4   5   6   7   8   9   ...   147


 
bizə çoxlu əlyazması  gəlib çatmışdtr. Biz onun Tehranda daş basması üsulu ilə çap olunmuş  nəşrindən (h. 
1314/1896/7), habelə  L. Bellanın Münşinin əsərinin yığcam nəqli olan işindən istifadə etmişik.
7
 
Abdullah ibn Kiya əl-Mazandaraninin "Risaleyi-Fələkiyyə"  əsərində XIV əsrin 60-cı illərindən XV 
əsrin birinci rübünədək Şirvan şəhərlərinin təsərrüfat həyatı barədə bəzi məlumatlar vardır. 
Burada XIV-XV əsrlərdə Yaxın  Şərq ölkələrində  və Zaqafqaziyada, o cümlədən  Şirvanda dövlət və 
maliyyə idarəetməsinə, iqtisadiyyat və s.məsələlərə dair geniş material verilmişdir. Müəllif Təbriz Divanının 
XIV əsrə aid işlərinin materiallarından istifadə etmişdir, "Risaleyi-Fələkiyyə" XV əsrin ikinci yarısında maliyyə 
məsələləri üzrə fars katibi tərəfindən təkmilləşdirilmiş  şəkildə  gəlib çatmışdır.  Əsəri yenidən işləmiş  şəxs 
müqəddimədə müəllif haqqında cüzi məlumat vermişdir. Bu nadir əlyazmasının farsca elmi-tənqidi mətnini 
V. Xints  nəşr etdirmişdir. "Risaleyi-Fələkiyyə"nin  əlyazmasını Ayasofıya kitabxanasında aşkara çıxarmış 
Ə. Z. V. Toğan onun faksimilisini İstanbulda dərc etdirmişdir. 
Şeyx Səfiəddinin XIV əsrin ikinci yarısında dərviş  Təvəkkül ibn Bəzzaz tərəfındən tərtib olunmuş 
"Səfvət  əs-səfa" ("Saflığın saflığı") adlı  tərcümeyi-halında monqol hökmdarı Arqun zamanında  Şirvanşahın 
vəziyyətinə dair məlumat vardır. Övliyaların həyatından bəhs edən bu sufı  əsərinin  əlyazmaları qalmış, onun 
farsca mətni və türkcə tərcüməsi daş basması ilə çap olunmuşdur. 
Kəmaləddin  Əbd ür-Rəzzaq Səmərqəndinin "Mətlə  əs-sədeyn və  məcmə ol-bəhreyn" ("İki xoşbəxt 
bürcün doğduğu və iki çayın qovuşduğu yer") əsərində Şirvanşahlar Şeyx İbrahimin və I Xəlilüllahın Teymur və 
Şahrux zamanındakı vəziyyətləri təsvir olunur. Əsərin əlyazma nüsxələri, daş basması, habelə Kartmerin fars və 
fransız dilinə tərcümə nəşrləri mövcuddur. 
Şərəfəddin Əli Yəzdinin bir neçə əlyazması gəlib çatmış "Zəfərnamə" əsərində Teymurun Azərbaycana 
yürüşləri,  Şahruxun hakimiyyət dövrü və onların  Şirvanşah Dərbəndilərə - Şeyx  İbrahim və onun oğlu I 
Xəlilüllah münasibətlərinə dair müfəssəl məlumat verilir. Biz əsərin farsca mətninin ikicildlilik 
[19 - 20]
 Tehran 
nəşrindən istifadə etmişik. Əsərin farsca mətninin Kəlkətədə daş basması ilə çap olunmuş nəşri də var. 
Türk tarixçisi İbrahim Pəçəvi (d.1574, Cənub-Şərqi Macarıstan, Fünfkirxen şəhəri - ö. təqr. 1651) XVI 
əsrin son rübündə  Səfəvi-Osmanlı müharibələri hadisələrindən, osmanlıların  Şirvanı  zəbt etməsindən, türk 
sultanı qoşunları  sırasında Səfəvilərə qarşı vuruşmuş sonuncu Şirvanşahlardan  ətraflı  bəhs etmişdir. Onun 
əsərinin Azərbaycan və Gürcüstanla bağlı hissələrini S. S. Cikiya gürcü dilinə  tərcüməsi ilə birlikdə  nəşr 
etdirmişdir.Pəçəvi macar qalalarının alınmasında iştirak etmiş, hamisi Lala Mehmet Paşanın ölümündən sonra 
(1615) isə  əhalini siyahıya almaya görə Anadoluya göndərilmişdi. O, 1624-cü ildə Tokatın dəftərdarı  təyin 
olunmuş, sonralar isə  həmin vəzifədə Rumeliyə  və Anadoluya dəyişilmişdir.1641-ci ildə  Pəçəvi qulluqdan 
çıxaraq, əvvəlcə Ofenə, sonra isə Fünfkirxenə köçmüş və burada öz tarix əsərini yazmışdır. 
Şirvana, erkən dövr və inkişaf etmiş orta əsrlər Albaniyasına dair bəzi məlumatları Suriya 
mənbələrindən - Miletli Zəkəriyyə (VI əsr), Suriyalı Mixail (XII əsr), Bar Ebreyin (XIII əsr), 
N. V. Piqulevskaya və R. Ə. Hüseynov tərəfmdən dərc olunmuş əsərlərindən əxz etmişik. 
[20 - 21]
 
Şirvan dövlətinin Rusiya ilə ticarət və diplomatik münasibətləri rus salnamələrində və səyyah Afanasi 
Nikitinin gündəliyində əksini tapmışdır. 
Şirvan  şəhərlərinin və digər yerlərinin təsərrüfat həyatına, ticarətinə, Azərbaycanda baş verən tarixi 
hadisələrə dair məlumatlara ingilis tacirləri Cenkinsonun, Dekket Ceffrinin (XVI əsr), habelə ticarət və 
diplomatik məqsədlərlə Azərbaycana gəlmiş venesiyalı, genuyalı  İtalyan səyyahları - Marko Polo (XIII əsr), 
Barbaro, Kontarini, Anciolello, Donato da Leze (XV əsr) və başqalarının gündəlik və səyahətnamələrində rast 
gəlirik. 
Əsərdə görkəmli alim və tarixçilər  V. V. Bartold,  İ. Y. Kraçkovski,  I. P. Petruşevski,  K. V. Treverin 
tədqiqatlarından, tanınmış rus və xarici şərqşünasların – B. A. Dorn, N. V. Xanıkov, V. F. Minorski, Hadi 
Həsən, Bəkir Kütükoğlu və başqalarının  əsərlərindən geniş istifadə olunmuşdur. Mövzumuzla əlaqədar 
S. T. Yeremyan,  Ş. A. Mesxia,  R. K. Kiknadze  və N. N. Şengeliyanın, Dağıstan alimləri  V. Q. Kotoviç, 
Ə. R. Şıxsəidov və A. A. Kudryavtsevin əsərləri mühüm əhəmiyyətə malikdir. 
Biz, həmçinin Azərbaycan alimləri A. Bakıxanov,  Y. A. Paxomov,  Ə. Ə. Əlizadə,  Z. M. Bünyadov, 
O. Ə. Əfəndiyevin əsərlərindən istifadə Şirvan şəhərlərinin sosial-iqtisadi vəziyyətini öyrənmək İ. M. Cəfərov, 
S. M. Qaziyev,  O. Ş. İsmizadə, H. Ciddi və arxeoloqların  əsərlərini nəzərdən keçirmişik.  Şirvanşahların 
şəcərəsini və bir sıra digər məsələləri aydınldaşdırmaq məqsədilə  Y. A. Paxomov,  Ə. V. Rəhimov, 
M. Ə. Seyfəddini, Ə. M. Rəcəbli və S. A. Dadaşova tərəfindən dərc olunmuş numizmatik materialları tədqiqata 
cəlb etmişik. Amerika numizmatı  D. K. Kuymcanın Amerika numizmatika cəmiyyətində saxlanılan nadir 
Şirvanşah sikkələrini dərc etdirməsi mövzumuz üçün böyük əhəmiyyətə malikdir. Bu bizə III Mənuçöhrün 
hakimiyyətinin sonunu və I Axsitanın hökmdalığının başlanğıcını dəqiqləşdirməyə imkan verdi. 
Yığcam mənbələrə dair materiallar Ə. Ələsgərzadə,  M. S. Nemətova və  S. D. Kərimzadənin 
əsərlərindən götürülmüşdür. Şirvanın memarlıq abidələrinin öyrənilməsində S. Ə. Dadaşova, M. Ə. Hüseynov, 
L. S. Bretanitski və Ə. Salamzadənin tədqiqatlarından istifadə olunmuşdur. 



 
Azərbaycan  ədəbiyyatı  məsələlərini - görkəmli  Şirvan  şairləri nəslinin yaradıcılığını araşdırarkən, 
həmçinin, Y. E. Bertels, M. Rəfıli və M. A. Dadaşzadənin əsərlərindən bəhrələnmişik. 
Şirvanşahlar sülaləsinə dair ən ilk tədqiqat  B. A. Dornun  ərəb-fars mənbələri  əsasında yazılmış 
"Şirvanşahların tarixinin öyrənilməsinə təşəbbüs" (1840, alman dilində) əsəridir. Numizmatika məlumatlarının 
azlığına və o vaxtlar 'Tarix-i əl-Bab" salnaməsinin hələ məlum olmadığına baxmayaraq, B. A. Dornun əsəri bu 
gün də öz əhəmiyyətini itirməmişdir. 
[21 - 22]
 
A. A. Bakıxanov 1840-cı ildə fars dilində yazdığı "Gülüstani-İrəm" əsərində Azərbaycan tarixi ilə bağlı 
Şirvanşahlar haqqında bəzi məlumatlar vermişdir. Bu mövzuya V. V. Bartold da "İslam ensiklopediyası"ndakı 
məqalələrində və 1924-cü ildə Bakıda "Xəzərsahili vilayətlərin müsəlman dünyası tarixində yeri" adı ilə dərc 
olunmuş mühazirələrində toxunmuşdur. 
Y. A. Paxomov 1923-cü ildə Şirvanşah Kəsranilərə həsr olunmuş kiçik, lakin əhəmiyyətli bir əsər çap 
etdirmişdir.
9
 Burada həmin sülalə haqqında numizmatik dəlillər  əsasında məlumat verilir. Lakin müəllif 
Şirvanşahlardan bəzilərinin hakimiyyət illərini düzgün göstərilməmişdir. 
1931 -ci ildə  İstanbulda Cahangir Zeynaloğulıınun "Şirvanşahlar yurdu" adlı elmi-kütləvi kitabı  nəşr 
olımmuşdur. Burada, əsasən, B. A. Dorn və Y. A. Paxomovun yazdıqları təkrar edilir. 
Ə. Ə. Əlizadənin '"Azərbaycanın XIII-XIV əsrlər sosial-iqtisadi və siyasi tarixi" kitabının (Bakı, 1956) 
sonuncu kiçik fəsli XIII-XIV əsrlərdə  Şirvanda baş vermiş miiharibələrlə bağlı hadisələrə  və  həmin dövrdə 
hakimiyyət sürmüş Şirvanşahların fəaliyyətinə həsr olunmuşdur. 
Lakin müəllif  Şirvanşahlar dövlətinin sosial-iqtisadi tarixinə, dövlət idarəçiliyi, mədəniyyət və s. 
məsələlərinə toxunmamışdır. 
O. Ə. Əfəndiyevin "XVI əsrin  əvvəllərində  Səfəvilər dövlətinin yaranması (Bakı, 1961) əsərində 
Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi ilə  əlaqədar  Şirvanşahlar Fərrux Yəsar və II Şeyx  İbrahimin 
(Şeyxşah) hakimiyyətindən bəhs edilir. R. Ə. Hüseynov və S. S. Əliyarovun Şirvan-gürcü münasibətlərinə dair 
müştərək məqaləsi dərc olunmuşdur. 
M. X. Şəriflinin "IX əsrin ikinci yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri" (Bakı, 1978) 
kitabının kiçik bir fəslində  Şirvanşah Məzyədilər haqqında məlumatlar vardır. Həmin fəsil, başlıca olaraq, 
"Tarix-i əl-Bab" salnaməsi əsasında yazılmışdır. 
Z. M. Bünyadov  "Azərbaycan Atabəylər dövləti" (Bakı, 1989) kitabının ayrıca fəslində Şirvanşahların 
XII əsr - XIII əsrin birinci yarısındakı hakimiyyəti dövründə Şirvanın siyasi tarixini araşdırmışdır. O, həmçinin, 
Şirvanşahların  şəcərəsinə dair bir neçə  məqalə  dərc etdirmiş, onlardan bəzilərinin hakimiyyət illərini 
göstərmişdir.
10
 
İ. P. Petruşevski XV-XVII əsrlər Azərbaycan tarixinə dair bir sıra qiymətli əsərlər nəşr etdirmişdir ki, 
onların da müəyyən fəsilləri Şirvanşahlar dövlətinin tarixinə aiddir. "XIII-XIV əsrlərdə İranda əkinçilik və aqrar 
münasibətlər" kitabında o, İranda feodal rentasına, vergi xəraclara, torpaq mülkiyyəti kateqoriyalarına dair 
məlumat verərkən  Şirvandan bəhs edir. İranın monqol hakimiyyəti dövründə sosial-iqtisadi inkişafının 
vəziyyətinə dair İ. P. Petruşevskinin məlumatları mövzumuz üçün böyük əhəmiyyətə malikdir. 
Şirvanşahlar dövlətinin və onların şəcərəsinin öyrənilməsində "Tarix-i əl-Bab" adlı mənbəşünaslıq əsəri 
ilə bu sülalənin tarixindəki qaranlıq məqamları  işıqlandıran  V. F. Minorskinin,  Fələki  Şirvani və Xaqani 
haqqında,  Şirvanın daxili həyatını, onun hökmdarlarının fəaliyyətinı izləməyə imkan verən dəyərli tədqiqatın 
müəllifi Hadi Həsənin mühüm xidməti var. 
Şirvanşah Fəribürzdən bəhs edən  V. M. Beylisin  əsəri də olduqca maraqlıdır. Bu əsərin müəllifi də 
"Orta  əsr Bakısına dair oçerklər" (Bakı, 1964) kitabının müəyyən səhifələrini  Şirvanşahlar dövlətinin tarixinə 
həsr etmişdir. 
[22 - 23]
 
Bununla belə, qeyd etdiyimiz kimi, Şirvanşahlar dövlətinin tarixinə dair göstərilən tədqiqatlara 
baxmayaraq, həmin problem bütövlükdə kifayət qədər və  hərtərəfli həllini tapmamışdır. Müəlliflər, başlıca 
olaraq, bu və ya digər dövrdə müharibələrlə bağlı hadisələrlə maraqlanmışlar. Biz Şirvanşahlar dövlətinin 
tarixini işıqlandırmaq üçün məhz onun bütün aspektlərini - VI əsrdən XVI əsrədək  Şirvanın tarixi-coğrafı 
şəraiti, şəhərlərinin vəziyyəti, burada məskunlaşmış tayfa və xalqlar, sənətkarlıq və ticarət, sosial münasibətlər, 
dövlət quruculuğu və mədəniyyət məsələlərini araşdırmağı zəruri saydıq. Şirvanşahların şəcərəsini bu dövlətin 
yaranmasından süqutunadək izləyərək, bir sıra  Şirvanşahın (III Mənuçöhr, I Axsitan, I Xəlilüllah, I Fərrux 
Yəsar və b.) hakimiyyət illərini numizmatika və epiqrafıkanın son məlumatlarına  əsasən dəqiqləşdirdik. Biz, 
həmçinin, indiyədək elm aləminə məlum olmayan iki Şirvanşahı - II Fərrux Yəsan, III Axsitanı üzə çıxardıq və 
sonuncunun oğlu Keykavus ibn Axsitanın adını dəqiqləşdirdik. Əsər yazılarkən burada adı çəkilən ən mühüm 
məxəzlərdən  əla və ikinci dərəcəli  əhəmiyyət kəsb edən çoxlu miqdarda digər materiallar da tədqiqata cəlb 
edilmişdir. Bu monoqrafıyanın müəllifinin Şirvanın tarixi ilə bağlı bir sıra əsəri dərc olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə