Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   2   3   4   5   6   7   8   9   10   ...   147

14 
 
faktları ilə  təmsil olunan kənd adları da mövcuddur. Narrativ (təhkiyə xarakterli) mənbələrlə yanaşı lapidar 
(yığcam) mənbələrin toponimikasının öyrənilməsi köçəri türklərin Şirvana hələ erkən orta əsrlərdə gəldiklərini 
göstərir. Panili Priskin verdiyi məlumata görə erkən orta əsr mənbələrində türklərlə eyniləşdirilən hunlar
30
 V 
əsrdə Abşerona hücum etmişdilər.
31
 Hunların, sabirlərin, xəzərlərin və başqa türk tayfalarının Şirvan vilayətinə 
soxulmalarını və basqınlarını erməni müəllifləri Yeğişe, Favstos Buzand (V əsr) və Gevond (VIII əsr) da qeyd 
etmişlər.
32 
Yeğişeyə görə, hunlar artıq V əsrin ikinci yarısında Şimali Qafqaza gəlmiş, Xəzər dənizi və Qafqaz 
[32 - 33]
 dağları boyunca uzanan vadini Dərbəndədək tutmuşdular, 503-cü ildə sabirlər Zaqafqaziyaya və 
Albaniyaya hücum etmişdilər.
33
 
VII  əsrin  əvvəli anonim müəllifın məlumatına görə  Xəzər dənizinin  şimal-qərbində Atil (Volqa) 
çayınadək türkdilli savir-sabir tayfaları yaşayırdı.
34
  İbn Xordadbeh (IX əsr) qeyd edir ki, Bab əl-Əbvabdan o 
yana Suvar (Savir) səltənətidir.
35
 
Mitilenli Zəkəriyyə 555-ci ilə aid salnaməsində qeyd edir ki, qapının, yəni Dərbəndin arxasında, 
Dağıstanda və  Şimali Qafqazda "avqar (auanqur), sabir, burqar, alan, kurtarqar, avar, xəzər, dirmar, sirurqur, 
baqrasik, kulas, abdel, eftali tayfaları yaşayır. Bu on üç xalq çadırlarda yaşayır, malqara, balıq və vəhşi heyvan 
əti ilə dolanırlar".
36
 VI əsrə aid bu salnamədə adı çəkilən tayfalar çadırlarda yaşayan köçərilər kimi xarakterizə 
olunur. Onların  əksəriyyəti türk-dilli tayfalardır. On üç addan doqquzu ar, ər, ur, sonluğu ilə bitir. Onlardan 
burqarlar (bulqarlar), sabirlər, avarlar, xəzərlər, abdellər, eftalilər, saraqurlar (sirurqurlar), onoqurlar 
(auanqurlar) və başqalarının türkdilli olmaları digər mənbələrdən məlumdur.
37
 Türkdilli tayfalarla yanaşı, 
burada VI əsr mənbəyi müəllifinin maskutlar, yaxud massagetlər hesab etdiyi irandilli olanların da adı çəkilir.
38
 
Beləliklə, mənbələrə  əsasən erkən orta əsrlərdə  Cənubi və  Şimali Dağıstanda və  Şimali Qafqazda 
müxtəlif türkdilli tayfalar yaşamışlar. Göstərilən türk tayfaların yayıldığı  ərazi  Şirvan vilayətinə yaxındır. 
Ehtimal ki, türk tayfalarının ayrı-ayn qrupları cənuba, Şirvana da gəlib çıxmış, Dərbənd keçidindən keçib gələn 
hunlar, sabirlər, xəzərlər və digər köçəri ordalarla birlikdə burada məskunlaşmışdır. Sabirlərin adı  Şirvanın 
toponimikasında bir sıra yaşayış məntəqəsinin adlarında qalmışdır. Mənbələr təsdiq edir ki, Xosrov Ənuşirəvan 
(531-579) xəzərlər üzərində  qələbə çaldıqdan sonra üç min əsir türk ailəsini (50 min nəfər adam) Arrana və 
Azərbaycana köçürmüşdü. İbn Misqəveyhin sözlərinə görə türk əsırlərinin cərgəsi on fərsəxə (təqribən 60 km) 
qədər uzanırdı.
39
 Başqa mənbələrə görə, köçürülən ailələrin sayı 10.000-ə çatırdı.
40 
Beləliklə, VI əsrdə türklərin Arrana, Şirvana və Muğana güclü miqrasiyası baş verirdi. Bu ölkələrin 
toponimikasında türk ünsürlərinin mövcud olmasına - (Qobu, Türkan - Abşeronda, Qala Süvar, Sabiroba-
Xaçmaz rayonunda, Balisakan, Biləcəri, Biləsuvar, Biçənək, Qıpçaq, Xəzəryurd, Xəzəryaylaq, Xəzər - Salyan 
rayonunda) müxtəlif türkdilli tayfaların Şirvan zonasına və qonşu vilayətlərə gəlmələrinə dair narrativ və lapidar 
mənbələrin verdiyj məlumatları da təsdiq edərək, ölkədə erkən orta əsrlərdən - III-IV əsrlərdən (hunlar) 
başlayaraq, VI-VIII əsrlərdə daha intensiv şəkildə (sabirlər, xəzərlər, peçeneqlər və b.) türkləşmə prosesi 
getdiyini göstərir. Eramızın əvvəlindən Şirvanda, Arranda oturaq həyata keçən həmin türk tayfaları Azərbaycan 
xalqının təşəkkülündə iştirak edən mühüm komponentlərdən olmuşlar. Bu tayfaların yayılmasının öyrənilməsi 
qədim Azərbaycanın türkləşmə  məsələsi ilə  sıx bağlı olan azərbaycanlıların etnogenezi probleminin 
işıqlandırılmasında mühüm əhəmiyyətə malikdir. 
Mənbələr göstərir ki, Şirvanda nəzərdən keçirdiyimiz Qafqaz, İran və türk mənşəli qədim  əhali ilə 
yanaşı, VI-IX əsrlərdə və sonralar ərəblər də yaşamışdır. 
[33 - 34]
 
X əsr ərəb müəllifi əl-Məsudinin yazdığına görə "Haydaqla əl-Bab arasinda ərəb dilindən savayı heç bir 
dildə yaxşı danışa bilməyən müsəlman ərəblər yaşayır. Onlar meşələrdə, cəngəlliklərdə, vadilərdə, iri çayların 
sahilində, hələ vaxtı ilə  ərəb səhralarından qaçıb gələnlərin tutduqları  kəndlərdə yaşayırlar. Onlar Haydaq 
məmləkəti ilə sərhəddə yaşayır, lakin ondan cəngəllik iri çaylar vasitəsilə qorunurlar. Onlarla el-Babın arasında 
məsafə üç milə (bir fərsəx) qədərdir. Əl-Babın əhalisi onlara kömək göstərir".
41
 
Əl-Bəlazuri (IX əsr) və əl-Qərnatinin (XII əsr) məlumatına görə ərəb sərkərdəsi Məsləmə ibn Əbd-əl-
Məlik (VIII əsr) Dərbənddə, onun ətraf kəndlərində  və  Təbəsəranda Mosuldan, Dəməşqdən, Tədmurdan, 
Hələbdən, Suriya və əl-Cəzairənin digər şəhərlərindən 24 min ərəb əsgəri (Qərnatidə - ailəsi) yerləşdirilmişdi; 
Dərbəndin dörd məhəlləsi müvafiq olaraq, Dəməşq, Hims, Kufə və əl-Cəzirə adlandırılmışdı.
42
 
XII  əsrdə  İbn  əl-Əzraq dağlarda və  Dərbəndin  ətrafında hələ ölkənin Xilafət tərəfindən istila edildiyi 
vaxtdan burada yaşayan  ərəblərə rast gəldiyini göstərir.
43
  Ərəblər  Şirvanda sonrakı  əsrlərdə  də yaşamışlar. 
Şirvanın toponomikasında vaxtilə  ərəblərin yaşadıqları bir sıra yaşayış  məntəqəsinin adında "ərəb" sözü 
qalmışdır: Quba rayonunda - Ərəbəli,  Ərəbkeymuraz,  Ərəbdəhnə,  Ərəbhacı;  Şamaxı rayonunda - Ərəblər, 
Ərəbuşağı, Ərəbqədim, Ərəbşamlı, Ərəbşahverdi; Kürdəmir rayonunda - Ərəbqiyaslı, Ərəbçəltikçi, Ərəbsarvan; 
Salyan rayonunda - Ərəbbəbirxan, Ərəbqardaşxan və i.a.
44
 
Abşeron toponimikasının təhlili eyni ərazidə bir neçə toponimika qatının mövcud olduğunu göstərir. Bu 
baxımdan Əmircan kəndi səciyyəvidir. Onun müasir adı ilə yanaşı, heç bir dəyişikliyə uğramayan köhnə adı - 
Xilə  də qalmışdır. Bu ada Azərbaycanın digər rayonlarında (məsələn, keçmiş  Xıllı rayonu və rayon mərkəzi, 
Qazıməmməd rayonunda Dağ Xıllı kəndi) 
[34 - 35]
 rast gəlmək olar. Zeydlits keçmiş Cavad qəzasında Xile və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə