Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   2   3   4   5   6   7   8   9   ...   147

12 
 
Ərəblər dövründə (X əsr və sonralar) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri
cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı,  şimal-qərbdə Qanıx (Alazan) çayı,  Şərqdə  Xəzər 
dənizi idi. 
XIV  əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən 
Dərbəndə (Bab əl-Əbvab)
29
  qədər uzanır.  Şirvan  ərazisi Qafqaz dağlarının  şimal yamaclarından axıb gələn 
aşağıdakı altı çayla suvarılır: cənubda Bakı ilə Kürün mənsəbi arasında Xəzər dənizinə tökülən Pirsaat, Ağsu, 
Girdiman, Göyçay, üstündə  Qəbələ yerləşən Türyançay və  Şəkinin suvarıldığı  Əlicançay  şərqdə  Cənubi 
Dağıstan (Dərbənd) və Şirvan ərazisindən Rubas, Gülkəri, Samur, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, 
Ataçay, Sumqayıt çayları axıb Xəzər dənizinə tökülür. 
Min il ərzində (VI-XVI əsrlər) qədim  Şirvanşahlar sülaləsinin hakimiyyət sürdüyü Şirvan vilayətinə 
bərəkətli məhsuldar düzənliklər, gözəl otlaqları, çəmənlik və meşələri olan ovalıqlar daxil idi. Burada heyvan 
bəsləyir, taxıl becərirdilər. Kənd təsərrüfatı inkişaf etmişdi. Meyvə bağları var idi. Kür çayının və  dənizin 
yaxınlığı əhalini qiymətli balıq növləri ilə təmin edirdi. Şirvan torpağı neftlə, duzla, müxtəlif faydalı qazıntılarla 
- qiymətli metallarla, minerallarla, gillə zəngin idi. 
Alban tarixçisi Musa Kalankatlı "Albaniya tarixi" əsərində VII əsr Albaniyasından bəhs edərək yazırdı: 
"Qafqazın hündür dağlarının qoynunda yerləşən Albaniya ölkəsi təbiətin bəxş etdiyi əlvan nemətləri ilə gözəl və 
füsunkardır. Bu torpaqdan sakit-sakit axan Kür çayı özü ilə külli miqdarda iri və  xırda balıq gətirir və Xəzər 
dənizinə tökülür. Onun çöllərində bol taxıl və  şərab, neft və duz, ipək və pambıq, saysız hesabsız zeytun 
ağacları var. Dağlarında qızıl, gümüş, mis və oxra çıxarılır. Vəhşi heyvanlar: şir, pələng, bəbir, gur, cürbəcür 
quşlar, qartal, şahin və s.yaşayır".
30
 Göstərilən məlumatlar, şübhəsiz, Şirvana da şamildir. Belə ki, Abşeronda ta 
qədimdən neft və duz hasil olunur, Şamaxıda çəkil, pambıq və üzüm becərilir, arpa, buğda və s. əkilirdi. Vəhşi 
heyvanlara dair mənbələrdə verilən məlumatları Bakı yaxınlığındakı üzərində  şir, pələng, gur, kulan və sair 
heyvanlar təsvir olunmuş Qobustan və Abşeron qayaüstü təsvirləri də  təsdiq edir. Kənd təsərrüfatı  və 
heyvandarlığın, habelə dağ-mədən işinin və onunla bağlı metal emalının inkişafı əhalinin rifahını təmin edirdi. 
Şirvanın tarixini tədqiq etmiş  A. A. Bakıxanovun təbirincə  "Şirvan Qafqaz ölkəsinin  ən gözəl və  ən geniş 
vilayətlərindəndir".
31
 
 
 
§2. Şirvanın əhalisi 
 
Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran 
vasitəsilə) gəlmiş oturaq və köcəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı bir-birini əvəz edən 
Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdur. Bunu təkcə yazılı mənbələr deyil, 
arxeoloji və toponimik məlumatlar da təsdiq edir. 
V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı 
Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, 
[29 - 30] 
təvəsparların, xeçmatakların, 
ijmaxların, balasaçilərin və i.a. adını çəkir. Ehtimal ki, müəllif Balasakanın əhalisini balasaçı adlandırmışdır.
1
 
VII  əsrin  əvvəlinə aid anonim bir mənbədə  Cənubi Dağıstanda,  Şirvanda və  Xəzər dənizinin qərb 
sahillərində  məskunlaşmış tayfalar sadalanır. Mətndə adları  çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, 
ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, 
şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar
2
 Dərbənd, 
Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı  və Quba zonaları 
hüdudlarında yayılmışdılar. 
Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli 
qalanın ucaldıldığı» Xəzər sahillərində yaşayırdılar.  İndiki ləzgilərin  əcdadları olan ləklər bu gün də Quba 
rayonunun  şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar. Bir sıra erkən orta əsr müəllifləri hunların, 
sabirlərin, xəzərlərin Albaniyaya keçib gəlmələrindən, basqınlarından bəhs etmişlər. Hunlar Qafqazda ilk dəfə 
eramızın II əsrinin ikinci yarısında görünmüşlər. Aqafangelə görə, hunlar Albaniyaya Dərbənd (Çor) keçidindən 
III  əsrin birinci yarısında və sonralar, IV əsrin birinci yarısında və axırında (395-ci il)
4
 girmişlər. Hunların 
Albaniyaya, Dərbəndə, Şirvana, Muğana və başqa vilayətlərə basqınları V-VI əsrlərdə də davam etmişdir. Həm 
də, hun ordası konqlomeratında , xaylandurlar, V-VI əsrlərdə isə sabirlər də var idi.
5
 
VII-IX əsrlərdə Qəbələyə, Muğana girən sabirlər, xəzərlər və bu vilayətlərin toponimikasında öz izlərini 
qoymuşlar.

"Erməni coğrafıyası"nda adı  çəkilən zekenlər (tsekanlar), ehtimal ki, Şəki vilayətinin  əhalisi - 
şəkililərdir. Erməni mətnindəki xenukların (antik müəlliflərdə genioxlar) adları  Şəki rayonundakı Yuxarı  və 
aşağı Göynük və Bozdağın  ətəyində balaca Göynük çayının adlarında həkk olmuşdur. Kaspilər Abşerondan 
cənubda, Kür və Araz çaylarının arasında və Xəzər (Kaspi) dənizinin sahillərində yaşamışlar. Şərvanlar Şirvan 
vilayətində yaşayırdılar. Bu, Şirvanın qədim etnotoponim formasında rast gəlinən ilk adıdır. Xsranları anonim X 
əsr mənbəyində adı  çəkilən Xursan (Xunsar) vüayəti ilə  əlaqələndirmək mümkündür. Bu vilayət Dərbənd 


13 
 
rayonunun cənub hissəsində, Beşbarmaq
7
 dağına qədərki  ərazidə yerləşirdi. Təvəsparlar erkən orta əsrlərdə 
Şirvanşahlara tabe olan Cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Vartaşen 
(indiki Oğuz S. A. ) rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin 
adında qalmışdır. Ehtimal ki, Favstos Buzandın (V əsr) xatırladığı ijmaxlar IV əsrdə Şamaxı ətrafında, bakanlar 
isə Bakıda və Abşeronda yaşamışlar. Pikonaklar (peçeneqlər) etnonimi Naxçıvan Muxtar Respublikasının 
Şahbuz rayonundakı Biçənək kəndi və aşırımının adında mühafızə olmuşdur. Buna bənzər toponim VII əsrdə 
Şirvanda da mövcud ola bilərdi. Maskutlar indiki Quba rayonunda və Abşeronda yaşamışlar. Bu toponimlərin 
adı IV əsrin birinci yarısında Maskut hökmdarı Sanesananın erməni hökmdarı ilə müharibəsini təsvir edən V əsr 
müəllifınin  əsərində  çəkilir. Bu mənbədə "böyük Kür çayı"

maskutların sərhədi kimi göstərilir. Massaget - 
maskut tayfaları  Şabran səddindən  şimalda, dəniz sahili boyunda yaşayırdılar. 
[30 - 31]
 VII əsrə aid anonim 
mənbədə  aşağıdakılar bildirilir: "Xəzər dənizinin  şimal tərəfində, Qafqaz sıra dağlarının gəlib çatdığı  dənizə 
qədər Vardanian düzənliyində maskutlar yaşayır. Dərbənd səddi buradadır".
9
 Erməni və ərəb mənbələrinə görə 
irandilli maskutların - Qafqaz massagetlərinin ölkəsi indiki Dağıstanın Dərbənd rayonunun Xəzərsahili 
ərazisində eləcə  də, Azərbaycan Respublikasının Quba, Qusar və  Dəvəçi rayonlarında,
10
 Abşeron və Muğan 
düzündə yerləşirdi. Massagetlər Baş Qafqaz silsiləsi ilə dəniz sahili arasında, Dərbənddən Abşerona və Muğan 
düzünə qədərki bərəkətli vüayətdə məskun idilər. Bu ərazilər Samur çayının aşağı axınını və cənuba doğru axan 
başqa çaylar vasitəsilə suvarılırdı.
11
 
VII  əsr məxəzində Samur və Gilgilçay çayları arasındakı düzənlik Mazkutk
12
, IX-X əsrlər  ərəb 
mənbələrində Məsqət
13
, sonralar orta əsrlərdə isə Müşkür
14
 adlanmışdır. Artıq eramızın I əsrində maskutların öz 
hökmdarlığı var idi. Hökmdarlığın paytaxtı adı ehtimal ki, Xosrov Ənuşirəvan tərəfindən məğlub edilmiş (VI) 
çol adh türk tayfasının adından götürülmüş Çor, yaxud Çol şəhəri idi.
15 
V. Q. Kotoviç bu toponimi başqa cür 
yozur: "Məlumdur ki, Cor və ondan törəmə Çor, Çoğa, Çola, Çul və s. adlar Dərbənd keçidinin ən qədim 
adlarından biridir. Markvartın fıkrincə, o, İran mənşəlidir, müasir fars dilində cer yerdə yarıq, yarğan, çat 
deməkdir. Cor adının bu cür yozumunu xəzəryanı yolda ən dar keçid olan Dərbənd keçidinə  tətbiq etmək 
tamamilə  məqbuldur".
16
 Çor (Çoğa, yaxud Çol) şəhəri Torpaqqala şəhər yerində Bilici stansiyasından 1 km 
aralı, Dərbənddən 25 km cənubda Rubas və Gülgəri çayları arasında yerləşirdi.
17
 Maskutlar Xəzər dənizi 
boyunca Dərbənddən Kürün mənsəbinədək olan ərazini tuturdular.
18
 Bakan vilayəti - ehtimal ki, Bakı  və 
Abşeron yarımadası da bu hökmdarlığın tərkibinə daxil idi - Massagetlərin - maskutların adı metatezaya 
uğramış halda Abşerondakı Maştağa kəndinin adında mühafizə olunmuşdur.
19
 
Massaget Arşakiləri hökmdarlığı 510-cu ildə Sasanilər tərəfindən məhv edildikdən və Albaniyada 
hökmdar hakimiyyətinə 
[31 – 32]
 son qoyulduqdan sonra Şirvan vilayətində  Şəbərənçay və Gilgilçay çayları 
arasındakı  ərazidə  Şirvanşahlar dövləti adlanan kiçik siyasi qurum meydana gəldi.
20
 X əsrdə Massaget 
Arşakiləri hökmdarlığına məxsus torpaqlar Şirvan ərazisinə daxil idi. Onun şimal sərhəddi Dərbənd idi. Sonralar 
Məsqət vilayəti, X-XI əsrlər  ərəb müəlliflərinə görə, Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və  Şəbəranla
21 
məhdudlaşır, başqa sözlə, indiki Quba rayonunun cənub və şimal hıssələrinə müvafıq gəlirdi. 
Şirvan ərazisində qədimlərdə müxtəlif tayfalar məskunlaşmışdı. Onların arasında Qafqaz qatı ilə yanaşı, 
irandilli qat da var idi. Ehtımal ki, irandilli əhali bu rayonda eramızdan əvvəl I minilliyin bırinci yarısında peyda 
olmuşdu. Məlumdur ki, skif tayfaları Azərbaycandan keçmiş və şübhəsiz, onların müəyyən hissəsi bu bölgədə 
məskən salmışdı. Bunu arxeoloji materiallar da təsdiqləyir.
22
 Quba rayonıınun, Abşeronun və Muğanın bir sıra 
toponimləri irandilli leksikaya mənsubdur.
23
 Erməni, ərəb və fars mənbələrinin verdiyi məlumata görə, Sasani 
hökmdarları, I Qubad, I Xosrov Ənuşirəvan V-VI əsrlərdə özlərinin  şimal sərhədlərini köçəri türklərin 
basqınlarından qorunmaq üçün bir sıra istehkamlar və Dərbənd divarını tikdirmiş,
24
 Lahican, Təbəristan, Gilan 
və s. yerlərdən bəzi irandilli tayfaları  şimal-şərqi Azərbaycana, daha doğrusu,  Şirvan vilayəti bölgəsinə 
köçürmüşdülər. Bu adlar həmin zonanın toponimikasında da əksini tapmışdır. (Şirvan, Lahıc - İsmayıllı 
rayonunda, Ləhəş - Abşeronda, Təbərsəran - Cənubi Dağıstanda, Gürgan - Abşeronda və s. Bəzi tədqiqatçıların 
(A. A. Bakıxanov
25
, M. H. Vəliyev-Baharlı
26
) fıkrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan 
Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır. Tatlar, heç şübhəsiz, Şirvan 
ərazisinin ən qədim etnik təbəqələrindəndir. 
Ərəb müəlliflərinin məlumatına görə, Muğan əyalətində körfəzdən aralı maqların yaşadığı böyük kənd 
var idi.
27
  Bəzi alimlərin fikrincə, Muğanda qədim maq tayfası yaşamış, Sasanilər dövründə  və daha əvvəl 
onların arasında kahinlər təbəqəsi yaranmışdı. Muğan sözü bir çox şərq, o cümlədən Muğan düzü,
2S
 Muğan 
şəhəri toponimik terminlərinin əsasını təşkil edir. 
Ərəb müəllifləri  Şirvanda kürd məskənlərinin olduğunu göstərmişlər. X əsr mənbəyində kürdlərin 
yaşadıqları yerlərin adları sadalanaraq deyilirdi: "Onlar pərakəndə halda Azərbaycanda və Ermənistanda, 
Aranda, Beyləqanda və Bab əl-Əbvabda yaşayırdılar".
29
  İsmayıllı rayonundakı Kürdüvan, Kürdmatı, 
Abşerondakı Kürdəxanı kəndləri və Kürdəmir şəhəri kürdlərin həmin yerlərdə məskunlaşmasına sübutdur. 
Şirvanda Qafqaz və  İran mənşəli toponimlərlə yanaşı, bu ölkənin qədim sakinlərinin dilləri ilə bağlı 
olmayan və etimoloji mənsubiyyəti türk tipli dillər zərainində müəyyənləşdirilən etnonimlər və antroponomiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə