FəNN: Ətraf mühitin planlaşdırılması və inteqrasiyalı idarə olunması



Yüklə 68,89 Kb.
səhifə1/2
tarix10.04.2023
ölçüsü68,89 Kb.
#104846
  1   2
Alim Tahirzadə


FƏNN: Ətraf mühitin planlaşdırılması və inteqrasiyalı idarə olunması


Mövzu: Muğan düzü şorlaşmış torpaqların ekomeliorativ qiymətləndirilməsi
Fakultǝ: Magistratura mərkəzi
İxtisas: Ekologiya mühəndisliyi
Qrup: M332a2
Müəllim: Əliyev Fəqan
Tələbə: Tahirzadə Alim

PLAN


  1. Muğan düzünün massivinin təbii iqlim şəraiti

  2. Muğan düzü şorlaşmış torpaqların torpaqların ekomeliorativ vəziyyəti və onların yaxşılaşdırılması üzrə tədbirlər


Muğan düzü şorlaşmış torpaqların ekomeliorativ qiymətləndirilməsi
Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır. Yalnız 1916-cı ildə bu yuyulmanın qarşısı alınmış, Araz öz yatağına qaytarılmışdır. Düzənlikdəki, bir çox göl və bataqlıq da (Ağçala, Mahmudçala və digərləri) həmin daşqın zamanı əmələ gəlmişdir. Muğan düzünün çox hissəsi dəniz səviyyəsindən aşağı olub, Kür çayı, xüsusən də Araz çayının gətirdiyi çöküntülərdən əmələ gəlmişdir. Kür-Araz ovalığı, o cümlədən Muğan düzü Azərbaycanın ən qədim əkinçilik bölgəsidir. Burada qədim zamanlarda istifadə edilən arxların izləri vardır. Bu arxlardan bəziləri təmir edilmiş, yeni arx və kanallar da çəkilmişdir.
Torpaqda gedən proseslərin ümumi istiqamətini, formalaşma qanunauyğunluqlarını
müəyyən etmək və bununlada müvafiq tədbirlərin işlənib hazırlanması üçün meliorativ-ekoloji vəziyyətin qiymətləndirilməsi ən vacib məsələlərdən biridir.
Muğan masivinə bir hissəsinə ağır qranulometrik tərkibə, zəif su və duzvermə qabiliyyətinə malik torpaqları olan Cənub-Muğan daxildir. Bu yarımzonanın torpaqları əsasən sulfat-natrium və xlorid-sulfat-natrium duzları ilə şorlaşmışdır.Torpaqlarda şorakətləşmə vardır. Burada torpağın bitki kökləri yerləşən (1,5m) təbəqəsini uzunmüddətli yuma aparmaq yolu ilə bir neçə il ərzində yararlaşdırmaq mümkündür. Bu, bitki köklərinin inkişaf etdiyi 1-1,5 m torpaq qatını adi yuma vasitəsilə bır mövsüm ərzində şorlaşma hüduduna çatdırmaqla duzlardan təmizləməyə imkan verir. Şorlaşmış torpaqların yuyulması burada başlıca olaraq payız-qış fəsillərində aparılır və yaza kımı (əkin başlananadək) başa çatdırılır, əksər hallarda yuma vasitəsilə sahələri lazımı dərinləyə kimi saflaşdırmaq mümkün olur ki, bu da torpağın yüksək sukeçirmə (gün ərzində 19-22 m) xüsusiyyəti ilə əlaqədardır. Belə sahələrdə torpaqlardan daha səmərəli istifadə olunur Bu sahələrdə yuma aparıldıqdan sonra, bır və sonrakı iki il pambıq əkilir, 4-cü ilin payızında arpa və yazda onun örtüyü altında yonca əkilir, 5-ci il yonca əkimi saxlanılır. 6-cı və sonrakı ildə pambıq əkilir.
Muğan düzündə suvarılan torpaqların meliorativ-ekoloji vəziyyətini qiymətləndirmək üçün qiymətləndirmə meyyarları kimi torpaqların şorlaşma dərəcəsi və tipi; qrunt sularının yatım dərinliyi və minerallaşma dərəcəsi, ərazilərin drenləşmə dərəcəsi və kənd təsərrüfatı bitkilərinin faktiki məhsuldarlığı qəbul edilmişdir.
Torpaqların müasir meliorativ – ekoloji vəziyyəti qiymətləndirilərkən Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsinin, Meliorativ-Hidrogeologiya İdarəsinin, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, «Azdövsutəslayihə» İnstitutunun, ayrı-ayrı tədqiqatçıların və 1963-2017-cu illər ərzində aparılmış elmi-tədqiqat materiallarından istifadə edilmişdir.
1952-ci ildə Varvara, 1953-cü ildə Mingəçevir su anbarları tikilib istifadəyə verilir, 1958-ci ildə Yuxarı Şirvan və Yuxarı Qarabağ,1960-cı ildə Baş Muğan və Sabir adına magistral kanallarının tikintisi başa çatdırılır. Artıq 1960-cı ildə suvarılan torpaq sahələri 950 min hektar təşkil edirdi.
1950-1960-cı illərdə Muğan düzündə qrunt sularının minerallaşma dərəcəsi 1,0 q/l-dən 200 q/l-ə kimi dəyişmişdir. Qarabağ və Mil düzlərində qrunt sularının minerallaşma dərəcəsi qeyd edilən düzənliklərlə müqayisədə xeyli aşağı olmuş və əsasən 0,3- 10,0 q/l arasında tərəddüd etmişdir. Bu düzənliklərin 20-25 %-də qrunt sularının minerallaşma dərəcəsi 10-100 q/l həddində olmuşdur. 1960-cı illərin əvvəllərindən başlayaraq 1995-ci ilə kimi qrunt sularının minerallaşma dərəcəsi azalma istiqamətinə meyl etmişdir və qismən sabitləşmə mərhələsinə daxil olmuşdur.
Aparılmış təcrübələrin nəticələrinin təhlili əsasında müəyyən edilmişdir ki, bütün təcrübə variantında torpaqlar şoranlıq və şiddətli şorlaşma dərəcəsindən orta şorlaşma dərəcəsinə keçmiş, xlor duzlarının miqdarına görə torpaqlar şorlaşmamış torpaqlar kateqoriyasına daxil olmuş və şorlaşmanın tipi dəyişərək, xlorlu-sulfatl tip daha zərərsiz sulfatlı tiplə əvəzlənmişdir. Muğan düzündə suvarılan torpaqlar Arazboyu, -Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Ordubad düzənliklərində və qismən dağətəyi, Böyük Arazçay hövzəsində, Kəngərli və Naxçıvan yaylalarında yayılmışdır. Muğan düzünün torpaq ehtiyatları olduqca məhdud olub ümumi torpaq fondunun 28 %-ni təşkil edir. Hal-hazırda 59,2 min ha əkin altında istifadə olunur. 1968-ci ilə kimi Arazboyu düzənliklərin suvarılan torpaqlarında şorlaşma müşahidə olunmamışdır. Yalnız lokal sahələrdə şorlaşma təsadüf edilmişdir. Beləki, 51,8 min ha suvarılan torpaqların yalnız 0,9 %-də, yəni 443 ha sahədə şiddətli şorlaşma müşahidə olunmuş və bu da suxurların tərkibində ibtidai duzların olması ilə əlaqədar olmuşdur. Görülən tədbirlərə baxmayaraq hal-hazırda Arazboyu düzənliklərdə təqribən 10000 ha ərazidə və ya digər dərəcədə şorlaşma və şorakətləşmə müşahidə olunur.
1962-1964-cü illərdə Arazboyu düzənliklərdə qrunt sularının səviyyəsi yer səthindən 3-30 m və daha dərində yerləşmişdir. 2009-cu ilin rejim məlumatlarına görə Arazboyu düzənliklərdə və su anbarlarının təsir zonalarında qrunt sularının yatım dərinliyi əsasən 1-3 m arasında tərəddüd edir. 1962-1964-cü illərdə qrunt sularının minerallaşma dərəcəsi Arazboyu düzənliklərinin 62 %-də 1 qr/l-dən az, 22 %-də 1-2 q/l, 18 %-də isə 3-10 q/l arasında olmuşdur. 1982-2009-cu illərdə aparılan tədqiqatlara görə Arazboyu düzənliklərində qrunt sularının minerallaşma dərəcəsi 6 dəfə, bəzi yerlərdə isə 19,2 dəfə artmış və 1-20 q/l həddində qərarlaşmışdır Naxçıvan MR-nın suvarılan torpaqlarında şorlaşma və bataqlaşma kimi proseslər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına öz təsirini göstərmişdir. 1970-1983-cü illərdə aparıcı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı sabit olsada, sonrakı illərdə məhsuldarlığın kəskin dəyişməsi baş vermişdir. Məsələn, taxılın məhsuldarlığı 1982-ci ildə 14,8 sen/ha, 2010-cu ildə 28,6 sen/ha olmuşdur. 1982-ci ildə qarğıdalının məhsuldarlığı 117 sen/ha, 2010-cu ildə 39,8 sen/ha təşkil etmişdir. Üzüm, meyvə-giləmeyvə və kartofun məhsuldarlığı artsada, tərəvəz və çoxillik yoncanın məhsuldarlığı azalmış və əkin dövriyyəsindən çıxmışdır. Muğan düzündə qrunt sularının təbii drenləşmə dərəcəsinin meliorativ-ekoloji vəziyyətə təsirini qiymətləndirmək məqsədilə Araz su anbarının təsir zonasında yerləşən ərazinin ümumi su balansı tərtib edilmişdir. Ümumi su balansının təhlili nəticəsində müəyyən edilmişdir ki, 52 km məsafəyə qədər Araz çayının şişməsi hesabına Arazboyu düzənliklərin təbii drenləşmə dərəcəsi pisləşmiş və nəticədə meliorativ-ekoloji vəziyyət xeyli gərginləşmişdir. Yeraltı suların təbii çıxışı zəif olduğundan (bəzi hallarda olmadığından) əraziyə müxtəlif mənbələrdən daxil olan axınlar fiziki buxarlanma hesabına kompensasiya olunur.
Arazboyu düzənliklərində və bu düzənliklərlə sıx əlaqədə olan dağətəyi suvarılan torpaqların meliorativ-ekoloji vəziyyətini yaxşılaşdırmaq üzrə tədbirlərin işlənilməsi üçün bir sıra mühüm və vacib məsələlər həll edilmişdir.
Araz su anbarının yaratdığı şişmə prosesi, məcradan kənar su anbarlarından süzmə itkiləri və onların ətraf ərazilərə təsiri öyrənilmiş; sahə və tutucu drenaj sistemlərinin optimal parametrləri təyin edilmiş; şorlaşmış torpaqların toksik duzlardan azad
edilməsi üçün yuma texnologiyası və əlavə tədbirlər hazırlanmışdır.
Aparılan rejim müşahidələri ilə müəyyən edilmişdir ki, çoxillik zaman kəsiyində Araz su anbarında suyun səviyyəsi 2 m-dən 7 m-ə kimi dəyişir və bu qalxıb-enmə zamanı su
anbarından 2030 m məsafədə qrunt sularının səviyyəsi müvafiq surətdə 0,95 m-dən 3,81 m-ə kimi qalxır. Nəticədə bitişik ərazidə qrunt sularının drenləşmə dərəcəsi kəskin şəkildə pisləşir və meliorativ-ekoloji vəziyyət gərginləşir . Şişmənin qiymətini hesablamaq və onu proqnozlaşdırmaq üçün aşağıdakı asılılıq təklif edilmişdir:



burada H1 - l məsafəsində müqayisə müstəvisindən (sukeçirməyən təbəqədən) hesablanılmaqla qrunt suyunun ilkin basqısı, m; Hb – su anbarında basqı, m; Zb – su anbarında su səviyyəsinin dəyişməsi, - qalxıb-enməsidir.


Araz su anbarının yaratdığı şişmənin ətraf ərazilərə təsirini aradan qaldırmaq və ya azaltmaq üçün ilk dəfə olaraq, sahil drenajı təklif olunmuş və onun ən əlverişli parametrləri təyin edilmişdir. Eksperimental işlərin və nəzəri tədqiqatların köməyi ilə sahil drenajının su anbarından yerləşmə məsafəsi, dərinliyi, sərfi, ölçüləri və onun təsir etdiyi effektiv məsafə müəyyən edilib tikintisi həyata keçirilmişdir.
Muğan düzündə şorlaşmış torpaqların su-fiziki xassələri, duzvermə əmsalı öyrənilmiş və yuma norması təyin edilmişdir. Sahəsi 45 hektar olan ərazi Araz su anbarının sahilində seçilmiş və orada əsaslı yuma aparılmışdır.
Əvvəlki texnologiyalardan fərqli olaraq burada yuma suyu sahələrə hissə-hissə (faktlarla) verilmişdir. Bu təcrübələrdə iki qanunauyğunluq müəyyən edilmişdir: 1) şorlaşma dərəcəsi yüksək olan torpaqlardan zərərli duzların xaric edilmə prosesi şorlaşma dərəcəsi zəif olan
torpaqlarla müqayisədə daha intensiv gedir (cəd. 1). 2) Yuma prosesinin birinci mərhələsində toksik duzların 45-50 % torpaqdan xaric edir, sonrakı mərhələlərdə duzların həllolma
və torpaqdan xaric edilmə tempi kəskin zəifləyir (cəd. 1, sahə II). Bu qanunauyğunluq su, material, vəsait və əmək ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verir.



Yüklə 68,89 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə