FəNN: Ətraf mühitin planlaşdırılması və inteqrasiyalı idarə olunması



Yüklə 68,89 Kb.
səhifə2/2
tarix10.04.2023
ölçüsü68,89 Kb.
#104846
1   2
Alim Tahirzadə

Cədvəl 1

Naxçıvan MR-ın iqtisadiyyatında mühüm rol oynayan 20 su anbarından 4-ü çay məcrasında, 16-sı isə məcradan kənar inşa edilmişdir. Aparılan elmi-tədqiqat işləri zamanı məcradan kənar su anbarlarının təsir zonalarında ərazilərin bataqlaşması, şorlaşması, hətta yaşayış məntəqələrinin, həyətyanı sahələrin, çoxillik əkinlərin su altında qalması aşkar edilmişdir. Məsələn, Uzun-Oba və Sirab su anbarlarından aşağı hissələrdə yerləşən Şıxmahudlu, Xəlilli kəndlərində, Sirab Eksperimental meyvə bağlarının, üzüm plantasiyaları və s. ərazilər su altında qalmış və bağlar tədricən qurumağa başlamışdır. Uzun-Oba və Sirab su anbarlarının təsir zonalarında 2 təcrübə sahəsi təşkil edilmiş və həmdə sahələrdə süzülmə prosesləri, su anbarların intensiv təsir zonaları, qrunt sularının rejimi, torpaqların morfologiyası, sufiziki xassələri mexaniki tərkibləri və sair məsələ mükəmməl şəkildə öyrənilmişdir.


Mütəxəssislərin hesablamalarına görə iqlim dəyişiklikləri və suya olan tələbatın artması ilə əlaqədar olaraq bəşəriyyət bir tərəfdən suların törətdiyi fəlakətlər, digər tərəfdən isə “su qıtlığı” problemləri ilə üz-üzə qalmışdır. Spesifik təbii xüsusiyyətlərə malik olan ölkəmiz də dünyanın bir parçası kimi bu problemdən xali deyil. Azərbaycan öz daxili su ehtiyatlarına görə Qafqaz dövlətləri arasında ən axırıncı yeri tutur. Çay sularının ehtiyatı vahid sahəyə və hər adam başına düşən miqdarına görə qonşu ölkələrlə müqayisədə 2,2 və 7,7 dəfə azdır. İrriqasiya dövründə suvarma suyunun çatışmamazlığı ilin sululuğundan asılı olaraq 0,5 ÷ 9,2 mlrd m3-ə çatır.
Təcrübələr göstərir ki, su çatışmazlığını minerallaşma dərəcəsi yüksək olan sulardan istifadə etməklə aradan qaldırmaq olar . Azərbaycanda kollektor-drenaj sularının ehtiyatı ildə 4,3-6,6 mlrd m3 təşkil edir. Minerallaşma dərəcəsi 0,5 q/ldən 100 q/l-ə kimi dəyişən kollektor-drenaj sularının illik orta ehtiyatı 5 mlrd m3-ə çatır. Yaz-yay dövrlərində bu suların temperaturu
22÷260C arasında tərəddüd edir. Kollektordrenaj sularının minerallaşma dərəcəsi mövsümi olaraq dəyişir və vegetasiya dövründə ən aşağı qiymətə malik olur. Bu keyfiyyətlər həmin sulardan kənd təsərrüfatında istifadə perspektivlərinin geniş olmasına dəlalət edir.
Araz su anbarının inşasından sonra ətraf ərazilərdə şişmə prosesi sürətlənmiş və 52 km uzunluğa malik Arazboyu düzənliklərdə şişmə Araz çayından 2 km sol sahillərə doğru yayılaraq ərazilərdə qrunt sularının ilkin səviyyəsini 3,81 m qaldırmışdır.
Aparılan eksperimentlər və istehsalat təcrübələri nəticəsində müəyyən edilmişdir ki, yaxşı su keçiricilik qabiliyyətinə malik olan torpaqlarda və drenləşmə dərəcəsi yüksək olan ərazilərdə minerallaşma dərəcəsi 3-5 q/l olan kollektor-drenaj suyu ilə bütün kənd təsərrüfatı bitkilərini suvarmaq mümkündür, lakin minerallaşma dərəcəsi 5 q/l-dən çox olan sularla suvarma zamanı xüsusi texnologiyalara əməl olunmalıdır. Müəyyən edilmişdir ki, minerallaşma dərəcəsi 18,5 q/l-ə qədər olan kollektor-drenaj suyunu maqnit sahəsində aktivləşdirdikdən sonra şorlaşmış, lakin yaxşı su keçirmə qabiliyyətinə malik torpaqların yuyulmasında istifadə etmək mümkündür.

ƏDƏBİYYAT



  1. M.C.Əliyev. Meliorativ coğrafiya. Bakı,2010.

  2. Abduyev M.R Azərbaycanın şorakət torpaqları və onların yaxşılaşdırılması.Bakı, 1961

  3. M.Q.Mustafayev Muğan massivində torpaqların müasir vəziyyəti və onların yaxşılaşdırılmasının elmi əsasları. Bakı, 2019.

  4. Əhmədzadə Ə.C., Həşimov A.C. Meliorasiya və su sistemlərinin kadastrı. Bakı: Azərnəşr, 2006.

  5. Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: Elm,1998.

Yüklə 68,89 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə