Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   10   11   12   13   14   15   16   17   ...   147

21 
 
məbləğdə pul ayırırdılar. Orta əsr müəllifləri Bakıdan bəhs edərkən adətən, onıın adını neft fontanları, Bakı və 
Abşeron bölgəsində qaz püskürmələri və palçıq vulkanları  ilə bağlayırdılar. 
[45 - 46]
 
Yazılı mənbələrdən əlavə, əlimizdə maddi mədəniyyət abidələri həm arxeologiya, həm də numizmatika 
materialları vardır. Bakı  təpəsinin üstündə,  İçərişəhərdə,  Şirvanşahlar sarayı  ərazisində  və onun ətrafında 
aparılan arxeoloji qazıntılar zamanı VIII əsrə aid çoxlu miqdarda keramika qırıntılan bir sıra məişət  əşyaları, 
xeyli təndir, sənətkarlıq məmulatı, VII-VIII əsrlərə aid edilən orta əsr feodal şəhərinin  əhalisi sıx olan 
məhəlləsinin tikililərinin və evlərinin qalıqları aşkara çıxarılmışdır.
88
 
Qədim qala (İçərişəhər) ərazisindən VIII, IX və sonrakı əsrlərə aid sikkələr tapılmışdır. Bakı bölgəsində 
tapılmış V-VII əsrlərə aid iki böyük Sasani sikkələri dəfinəsini də qeyd etmək lazımdır.
89 
Həmin sikkələrin Bakı 
ərazisində üzə çıxması erkən orta əsrlərdə burada Azərbaycanın bir sıra şəhərləri ilə və başqa ölkələrlə daxili və 
xarici ticarətin inkişaf etdiyini göstərir. 
Bakıda VIII-IX əsrlərə aid yerüstü memarlıq abidələri qalmamışdır. Lakin İçərişəhərdə aparılan 
qazıntılar zamanı 6 m dərinlikdə divar hissələri və tikililərin qalıqları, evlərin bünövrələri, təpənin zirvəsindən 
dənizin sahilinədək bir sahəni tutan orta əsr Azərbaycan  şəhərinə  məxsus təndiri və su quyusu olan həyətlər 
aşkara çıxarılmışdır. Bu tikililər, ehtimal ki, daha erkən dövrə aiddir. VIII əsrə aid edilən çoxlu miqdarda 
keramik qab qırıntıları, sənətkarlıq məmulatı və digər materiallar Bakı qalası sahəsinin oz dövrünə görə inkişaf 
etmiş təsərrüfata malik, əhalisi sıx olan orta əsr şəhəri ərazisi olmasına dəlalət edir. Bəzi arxeoloji məlumatla 
göstərir ki, Bakı və Abşeronun əhalisi ərəb istilasınadək, ehtimal ki, Zərdüştliyə sitayiş etmişdir.
90
 
İcərişəhərdə aparılan qazıntılar burada feodalizmə  qədərki  şəhər yaxud yaşayış  məskəni aşkara 
çıxarmamışdır. Güman edilə bilər ki,  qədim Bakı bir sıra  əfsanələrdə
91
  işarə vurulduğu kimi, Qız qalasının 
yaxınlığında, su altında qalmış buxtanın yerində yaxud Bibiheybət və ya Şıx kəndi rayonunda olmuşdur. 
Gələcəkdə aparılacaq arxeoloji işlər onun yerinı aşkara çıxara bilər. 
Baş Qafqaz dağlarının şərq ətəklərində yerləşən Şamaxı Azərbaycanın ən qədim şəhərlərindəndir. Ola 
bilsin ki, Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar 
adını  çəkdiyi köçəri ijmax tayfasının adı ilə bağlıdır. Samaxı bir neçə  əsr  ərzində  Şirvanşahlar dövlətinin 
paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı 1 Xosrov Ənuşirəvan tərəfindən 
salınmışdır.
92
 Lakin e.ə. II əsr yunan müəllifı Ptolomey 29 alban şəhəri içərisində  bəzi alimlərin  Şamaxı ilə 
eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın admı çəkir.
93 
Son onilliklərdə Şamaxının həndəvərində, müasir 
Şamaxı  şəhərindən 2 km qərbdəki Xınıslı deyilən yerdə 2000 m 2 sahədə aparılan arxeoloji qazıntılar 
nəticəsində  qədim  Şamaxı olduğu ehtimal edilən çoxtəbəqəli qədim yaşayış  məskəni aşkara çıxarılmışdır. Bu 
məskən, demək olar ki, minillik bir dövr ərzində bir neçə dəfə dağılmış və yenidən bərpa oluıımuşdur. Dağılmış 
yerdə qəbiristanlıq əmələ gəlmiş və o, yenidən abadlaşdırılmışdır. Əldə edilmiş materiallar hal-hazırda Xınıslı 
məskənində dörd əsas tikinti dövrünü ayırd etməyə imkan verir. Birinci dövr e.ə. IV-II əsrləri əhatə edir. Aşkar 
edilmiş evlər gil palçıqla çay daşından və çapıq daşdan tikilmişdir. 
[46 - 47] 
Döşəmələr saman qarışdırılmış gil 
suvaqla suvanmışdır. Bu mədəni təbəqədə  əldə qayırılmış, bəzən qırmızı  şirlə örtülmüş müxtəlif formalı gil 
kasalar, bardaqlar, vazalar, manqal hissələri, bəmçinin, gildən düzəldılmiş heyvan fıqurları, təkər modelləri, daş 
həvəngdəstə, kirkirə  və digər məişət  əşyaları tapılmışdır. Çoxlu miqdarda heyvan sümüklərinin və daşlaşmış 
buğda dəninin tapılması təsərrüfat həyatından
 
xəbər verir.Qəbir quyularında bir adam dəfn olunmuş, oraya gil 
qablar və bir sıra digər əşyalar qoyulmuşdur. 
E.ə. II - eramızın II əsrlərini  əhatə edən ikinci dövrdə antik dövr səciyyəvi  şəhər  əlamətləri nəzərə 
çarpır. Bu təbəqədə daş  və çiy kərpicdən inşa edilmiş tikililərin, iri binaların, ola bilsin ki, məbədlərin divar 
qalıqları, əhəngdaşından yonulmuş sütunların bünövrələri aşkar olunmuşdur. Qırmızı və qara gildən düzəldilmiş 
çoxlu müxtəlif məmulat, zoomorf qablar, gil insan heykəlcikləri, oyma üsıılu ilə maral şəkli həkk olunmuş 
möhür tapılmışdır. Bir sıra daş alətlər, kobud şəkildə yonulmuş daş heykəllər də bu dövrə aiddir. Dəfn abidələri 
içərisinə müxtəlif  əşyalar qoyulmuş küp və torpaq qəbirlərlə  təmsil olunmuşdur ki, bıı da həmin məskənin 
sakinlərinin ideologiyasında dəyişikliklər baş verdiyini göstərir. 
Üçüncü dövr eramızın II əsrinin sonu - III əsri əhatə edir. Bu mədəni təbəqədə xeyli bina, divar və ocaq 
qalıqları  aşkar edilmişdir. Sahəsi 14x5 m olan binalardan biri gil palçıqla çay daşından və çapıq daşdan 
tikilmişdir.  İçəridən divarlara saman suvaq çəkilmişdir. Döşəmə torpaqla, qismən daşla örtülmüşdür. Bina 
yanğından məhv olmuşdur. Aşkar olunmuş gil səhənglərdən yanıb kömürə dönmüş qoz, zeytun, buğda və arpa 
dənləri tapılmışdır. Binanın şimal hissəsindəki otaqda kürə olmuşdur. Mədəni təbəqədə külli miqdarda müxtəlif 
formalı boz və çəhrayı rəngli gil kasalar, bardaqlar, süd qabı, parç, boşqab və s.tapılmışdır. Onlardan bəziləri 
dulus çarxında hazırlanmışdır. Mədəni təbəqədən tapılmış materiallar son dövr küp qəbirlərindən və eləcə  də 
torpaq qəbirlərindən tapılmış əşyalara uyğun gəlir. Təqribən eramızın III əsrinin sonunda məskənin əhalisi onu 
tərk edərək başqa yerə, ehtimal ki, qərb tərəfə, müasir Şamaxı şəhərinin 300-400 metrliyinə köçmüşlər. Yerüstü 
abidələr erkən orta əsrlərə aiddir. 
Eramızın IV-V əsrlərinə aid olan sonuncu - dördüncü dövr üçün yalnız dəfn abidələri - IV əsr küp və 
torpaq qəbirləri və IV-VII əsrlərə aid daş qutu qəbirlər - səciyyəvidir. Xınıslıda xristian qəbirləri aşkar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə