Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   12   13   14   15   16   17   18   19   ...   147

23 
 
dənizində mühüm limana çevrildi. Limana giriş dənizin içərilərinədək uzanan iki paralel divar arasında çəkilmiş 
zəncirlə bağlanmışdı. Limana gəmilər yalnız şəhər hakimiyyət dairələrinin icazəsi ilə daxil olurdu.
106
 
Xaçmataki, Xozmas toponimi, ehtimal ki, Oğuz (keçmiş Vartaşen) rayonımda, onun yaxınlığındakı 
Qaladağın zirvəsində Govurqala adlandırılan  əlçatmaz Xaçmaz qalasının yerləşdiyi indiki Xaçmaz kəndi ilə 
lokallaşır. Govurqala adı onun islamdan əvvəl tikildiyini göstərir ki, bunu mənbələr və aşkar olunmuş arxeoloji 
materiallar, adi, cilalanmamış və şirli saxsı qab qırıqları da təsdiq edir. Xaçmaz qalası VII-XVI əsrlərdə mövcud 
olmuşdur.
107
  Dəmiryol stansiyasının yaxınlığındakı  şəhərin də adı Xaçmazdır. Burada içərisində skelet və 
əşyalar tapılmış tunc dövrünə aid qəbirlər aşkar edilmişdir.
108
 Yəqin ki, bu yer uzaq kcçmişlərdə erkən orta əsr 
mənbələrinin yaşayış  məntəqəsi, yaxud şəhər kimi qeyd etdikləri qədim məskən olmuşdıır. Göründüyü kimi
Abşeron yarımadası ilə Dərbənd arasındakı sahilboyu yerlər tunc dövründə, yəni eramızdan iki min il əvvəl belə 
səviyyəsi tez-tez dəyişən dənizin altında qalmamış  və daha qədim zamanlarda məskunlaşmışdı.  Şirvanın bu 
zonasında mühüm məskənlər, şəhərlər mövcud olmuş və müxtəlif tayfalar (skiflər, maskut-alanlar, türklər və.b) 
həmin yolla şimaldan Azərbaycana, İrana və Ön Şərqin digər ölkələrinə girmişlər. 
Şirvanm qədim  şəhərlərindən biri IX-X əsrlər  ərəb müəlliflərinin qeyd etdikləri  Şəbəran  şəhəri idi, 
Ptolomeydə (II əsr) bu şəhərin adı Sapothrenae kimi çəkilir.
109
 Onun qalıqları  Dəvəçi rayonunun Şahnəzərli 
kəndinin yaxınlığındadır. Bıırada  şumlama zamanı gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, 
təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxır. 
[49 - 50]
 
Şəbəran qalası müasir Qubadan cənuba doğru axan eyniadlı Çayın üstündə idi.
110
 Şəhər yerinin arxeoloji 
tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan vermir. 
S. T. Yeremyanın fıkrincə, Şəbəran şəhəri erkən orta əsrlərdə  Şərvan vilayətinin mərkəzi və massaget 
Arşakilərinin siyasi mərkəzi olmuşdur.
111
 
Mənbələrdə Şəbəranın yaxınlığında eramızın əvvəlində eyni-adlı vilayətin mərkəzi olan Şərvan, yaxud 
Şirvan  şəhərinin adı  çəkilir.
112
  Bəlkə  də, bu şəhərin xarabalıqları  Şamaxının 4-5 kilometrliyində olub, Binə-
Şirvan adlanır.
113
 
Şirvanın  əhalisi hələ eramızın  əvvəlində çox sıx olmuşdur. Burada çoxlıı yaşayış  məskəni və  şəhərlər 
var idi. Onların bir çoxu qalmamışdır. Son onilliklərdə aparılan arxeoloji işlər nəticəsində  Şirvan bölgəsində 
Şamaxı yaxınlığındakı küp qəbirlər mədəniyyətinə aid şəhər yeri, Şamaxıdan 1 km şimalda Kür-Araz 
mədəniyyətinə aid Pirdirəyi məskəni, İsmayıllı rayonumın Mollaisaqlı kəndində antik dövrə aid zəngin abidələr, 
Muğanda, Qusar və  Dəvəçi rayonlarında erkən orta əsrlərə aid bir sıra  şəhər yerləri aşkar edilmişdir. Bütün 
bunlar qədim dövrlərdə  və erkən orta əsrlərdə  həmin yerlərdə  və bütünlükdə  Şirvan vilayətində  məhsuldar 
qüvvələrin, maddi mədəniyyətin yüksək səviyyəsini, şəbər həyatının inkişafını təsdiq edir. 
 
 
§4. Erkən Şirvanşahlar və Şirvanın ərəblər tərəfindən istila edilməsi 
 
Ərəb istilasına qədərki erkən  Şirvanşahlar haqqında məlıumatımız yoxdur. Rəşidəddin (1247-1318-ci 
illər) “Məkatibat”ında oğlu Əli üçün nişanladığı Şirvanşahın qızı haqqında danışarkən göstərirdi ki, Şirvanşahlar 
Dərbənd hökmdarları  nəslindən olan qədim xanədandır. "[Artıq] iki min ilə yaxındır ki, sultan taxtı onların 
nəslinə  məxsusdur...".
1
 Onun hesablamasına görə  Şirvanşahlar hələ  Əhmənilər dövründən hakimiyyət 
sürmüşlər. 
Rəşidəddinin müasiri olan digər müəllif Kəmal  əd-Din ibn-əl-Füvati  Şirvanşah III Fəribürz ibn 
Gərşəsbdən bəhs edərkən göstərirdi ki, o, "qədim xanədan nəslindəndir. Onların nəsli Bəhram Çubindən
*
 
başlayır. Onlarm Şirvan və  Şamaxı  məmləkətinə sahib olduqları vaxtdan iki min ildən çox keçir. Onlar 
Xosrovların (Sasanilərin) sərkərdəsi (kand əl-əsakir) Bəhram Çubinin nəslindəndirlər..."
3
 
Şirvanşahlar haqqında dürüst məlumata IX-X əsrlər  ərəb müəlliflərində rast gəlirik.  Şirvanşahların 
hakimiyyətinin ilk dövrünə dair ətraflı məlumatı ayrı-ayrı parçaları Münəccimbaşının (XVII əsr) əsərində gəlib 
çatmış "Tarix-i əl-Bab"dan öyrənirik.
4
 
V. F. Minorski "Şirvan və Dərbəndin tarixi"nin ingiliscə mətnində Şirvanşahların dörd sülaləsini ayırd 
edir; l.Sasanilərin dağ keçidlərini mühafızə üçün təyin etdikləri qədim Şirvanşahlar; 
[50 - 51] 
2.Məzyədi ərəblər; 
3.Kəsranilər; 4.Üçüncü sülalənin bir qolu olan Dərbənd Şirvanşahları. 
Həmin  əsərin rusca nəşrində  V. F. Minorski  göstərir ki, əvvəlki baxışlarına rəğmən Məzyədilərlə 
Şirvanşahların üçüncü sülaləsi arasında genealoji qırıqlıq görmür. "...Lakin görünür ki, Fəribürzdən sonrakı 
qarmaqarışıq səlcuq basqınları zamanı  Məzyədilərin tarixi yolunu dumanlandıran hökmdarsızlıq dövrü 
olmuşdur..."
5
 Beləliklə,  V. F. Minorskinin  fıkrincə,  Şirvanşahlar sülaləsi fasiləsiz olaraq 1000 ilə yaxın 
hakimiyyət sürmüşdür. 
                                                 
*
 Bəhram Çubin (VI Vərəxran - 590-591) - Sasani şahı IV Hürmüzdün qüdrətli sərkərdəsi, Arşakilərə gedib çıxan iri mülkədar 
Mehranilər nəslindən olan Vərəxran Guşnəsbin oğlu. IV Hürmüzdu taxtdan salıb öldürtdürərək özünü şah elan etmişdi.
2
 


24 
 
Şirvanşahlar sülaləsinin bütün dörd hakimiyyət dövrünü nəzərdən keçirək. IX əsrdə  İbn Xordadbeh 
xəbər verir ki, ilk Sasani şahənşahı I Ərdəşir (224-240-cı illər)  Şərqi Zaqafqaziyanın bir sıra hakimlərinə  şah 
titulu bağışlayırdı: Azərbazkan  şah, Baraşkan  şah (ehtimal ki, Balasakan şah – S. A. ),  Allan  şah (Muğan), 
Ərmin şah, Filan şah.İbn Xordadbeh onların arasında Azərbaycanda
6
 Şiriyanşahın (variantı: Şiran) adını çəkir. 
Ölkənin  şimal sərhədlərini köçəri türk tayfalarının hücumlarından qorumaq üçün yerli hökmdarlardan vassal 
mülklərinin təşkilini və xüsusilə Xəzəryanı vilayətlərdən köçürülmüş təbəələrin çoxlu məskənlərinin salınmasını 
Sasani hökmdarı I Xosrov Ənuşirəvanın adı ilə bağlayırlar.  Ərəb tarixçiləri  Şah titulu bağışlanmış hakimlər 
sırasmda Təbərsaran  şah, Xursan Şah, Vardan şah, Vaxrarzan şah və  Şərvan  şahın
7
 adlarını  çəkirlər. X əsr 
müəllifı əl-Məsudi Şirvanşahların Sasani hökmdarı Bəhram Gurun nəslindən olduğunu göstərirdi.
8
 IX əsr ərəb 
müəllifı əl-Bəlazuri xəbər verir ki, Xosrov Ənuşirəvan hökmdarlar seçdi və onları ayrı-ayn vilayətlərə şahlığa 
təyin etdi. "Qabh dağının xaqanı, Sərir ölkəsinin (taxtının) sahibi (Sahib əs-Sərir) Vəxrarzan  şah (ehtimal ki, 
Vərazan  şah-S.A.)  həmçinin Təbərsəran  şahı Filan şah, Curcanşah (Xursanşah - S.A.) titullu Ləkz  şahı, hal-
hazırda mövcud olmayan Məsqət hökmdarlığının
*
 şahı, Liranşah titullu Liran şahı və Şirvanşah adlanan Şirvan 
şahı onlarıın arasında idi. O, Buxxa (ehtimal ki, Türyançay və Əlciançay çayları arasında yerləşən Bərx nəzərdə 
tutulur – S. A. ) və Zirihgəranın hakimlərini təyin etdi. Qabh dağı ölkələrinin şahlarını təyin edərək, onlarla sülh 
bağlayaraq, üzərlərinə vergilər qoydu".
10
 X əsr müəllifı əl-Məsudi deyir: "Ənuşirəvanın bərdə ölkəsində islam 
torpaqları ilə həmsərhəd olan bu yerlərə təyin etdiyi hökmdarlardan biri Şirvan adlanırdı, Onun məmləkətinə isə 
adına uyğun olaraq Şirvanşah deyilirdi.
**
 (Ümumiyyətlə), bu ölkəni idarə edən hər bir hökmdar Şirvan 
adlanırdı".
11
 Qaffari və başqa müəlliflərin tərtib etdikləri  şəcərədə  Şirvanşahlar sülaləsinin banisi I Xosrov 
Ənuşirəvan göstərilir.
12
 
Dərbəndin  şimal divarında aşkar olunmuş  Pəhləvi kitabəsində qala divarlarının inşasından danışılır. 
Onların tikintisinə ölkənin müxtəlif yerlərində vergi toplayan məmur və xəzinədar, yaxud Adurbadəqanın (İran 
Azərbaycanı) maliyyə nəzarətçisi (ataçkaç, ataçdaç) Bərzniş başçılıq edirdi. Kitabədə divarların tikilmə tarixi də 
göstərilir -I Xosrovun 37-ci ili. Y. A. Paxomovun fıkrincə, bu, eramızın 568-ci ilinə uyğun gəlir.
13
 Müsəlman 
ənənəsi Dərbəndin 
[51 - 52]
 salınmasına dair rəvayət də qoruyub saxlamışdır. Həmin rəvayətə görə, şəhəri və qala 
divarlarının Xosrov Ənuşirəvamn (531-579-cu illər)
***
 tapşırığı ilə onun canişini, Dərbənd hakimi, 
Şirvanşahların  əcdadı  Nərs ibn Cəməsp tikdirmişdir.
15
 XVI əsr müəllifı  Şərəf xan Bidlisi xəbər verir ki, 
“Ənuşirəvanın hakimiyyəti dövründə Sasanilər sülaləsinin beşinci hökmdarı Piruzun oğlu Cəməsin Qubadlı 
canişini sifəti ilə Ərminiyyəni və Şirvanı idarə edirdi. O, öləndə üç oğul qoyub getdi: Nərs, Surxab və Bəxvat. 
Nərs atasının yerini tutdu və bu işdə (Ənuşirəvan ona lazımi yardım göstərdi... Surxab Şirvanda hakimlik edirdi. 
Şirvan canişinlərinin şəcərəsi ondan başlayır”. Fəzlullah ibn Ruzbixan Xuncinin (XV əsr) əsərində Şirvanşahın 
şirlər  şahı  (şiranşah)  şah nəslindən olması göstərilir. ("Alicənab səltənəti-intisab maliki-möhtəşəm cəlal  əs-
səltənə").
17
 Bir sıra orta əsr müəllifləri - Beydəvi (XIII əsr), Dövlətşah (XI əsr), Xandəmir (XVI əsr) və 
başqaları da Şirvanşahlar sülaləsinin mənşəyini Sasanilərlə bağlayırlar. 
Sasanilərin dağ keçidlərini mühafızə etmək üçün təyin etdikləri ilk Şirvanşahlar sülaləsi haqqında 
əlimizdə  məlumat yoxdıır. Çox ola bilər ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum 
olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. 
Ehtimal ki, Cənubi Dağıstanda və Qafqaz Albaniyasında bir sıra feodal məlikliklərinin meydana gəlməsi feodal 
münasibətlərinin inkişafı və ölkədə get-gedə feodalizmin bərqərar olması ilə bağlı idi. Cənubi Qafqazda Sasani 
şahlarına tabe olan vassal məlikliklərindən xəbər verən VI əsr (555-ci il) müəllifı Arran torpağının adını çəkərək 
yazır: "... onların  İran  şahına tabe olan hökmdarları var. Öz dili olan Bazqun torpağı Hun ərazisindəki Xəzər 
qapıları  və  dənizinə  qədər uzanır".
18
 Yuxarıda qeyd etdiyimiz kimi, Bazqun torpağının  ərazisi qismən  Şirvan 
ərazisinə müvafıq idi. Erkən orta əsr salnaməsinin verdiyi bu məlumat İranda və Qafqazda feodalizmin təşəkkül 
prosesinə yardım göstərən bir sıra islahatların isnad edildiyi Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə 
Sasanilərdən asılı olan Arranşah, Şirvanşah və s.vilayət məlikləri haqqında IX-X əsr ərəb müəllifınin xəbərlərini 
təsdiqləyir. 
Xosrov Ənuşirəvanın sərhəd vilayətlərinin hakimlərinə verdiyi "şah" titulu iri torpaq mülkiyyətinə sahib 
olan bu feodalların xeyli dərəcədə müstəqil olduqlarını göstərir. Bu qüdrətli feodallar qrupu Sasani hökmdarı - 
şahənşahın seçdiyi şuralarda iştirak edirdilər. Saraya gəlməyə  məcbur etməklə Xosrov Ənuşirəvan onların 
mərkəzi hakimiyyətdən asılılığım nəzərə çarpdırır, onları itaətdə saxlayırdı. Onun oğlu və varisi IV Hürmüzd isə 
hərbi zadəganlığın müstəqilliyə can atmasının qarşısını  çətinliklə ala bilirdi.
19
 Qeyd etdiyimiz kimi, VI əsrin 
ortalarında Arranda Sasani hökmdarından vassal asılılığında olan şah hakimiyyət sürürdü. VI əsrin sonlarına 
                                                 
*
Məsqət, yaxud massaget Arşakiləri hökmdarlığına 510-cu ildə Sasanilər tərəfindən son qoyulmuşdur
9

**
 Görünür, mətndə səhvə yol verilmişdir. Btlə ki, Şirvan, onun hökmdarı Şirvanşah adlanırdı. 
***
 Son illərdə A. A. Kudryavtsevin rəhbərliyilə aparılan arxeoloji işlər nəticəsində Dərbənddə e.ə. VIII-VI əsrlərə aid qədim divarlar və 
tikililər aşkara cıxarılmışdır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə