Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   46   47   48   49   50   51   52   53   ...   147

60 
 
üçün istifadə etdi. O, h. 459-cu ilin şəban ayında (iyun, 1067) Qəbələnin qapısı qarşısında kunililər (xunililər?) 
(ehtimal ki, burada məskən salmış xəzərlər)
8
 tərəfindən öldürülmüş dayısı oğlu Ləşkəristanın intiqamını almaq 
üçün Kuni (Xuni?) üzərinə hücum edərək çoxlu adam qırdı, sürüləri apardı, kəndləri yandırdı. Alp Arslan Rum 
səfərindən (ehtimal ki, h.460 (1068)~cı il Gürcüstan səfərindən) qayıdaraq, Gəncədən keçib Bərdəyə gedərkən 
əl-Bab  əhalisi  şəhərin bir neçə  rəisini həbs etmiş  Şirvanşahdan ona şikayət etmişdi, Fəribürz  şəhəri müstəqil 
idarə etməyə çalışan itaətsiz rəislərlə mübarizəni davam etdirirdi. Sultan onların azad olunmasını  əmr etdi. 
Fəribürz onun əmrini yerinə yetirdi. Lakin sultan Şirvanşahla münasibətini dəyişdi və onu həbsxanaya salmaq 
əmri verdi. Bir müddətdən sonra sultan Şirvanşahı azad edib Şirvana gönədərərək, onu hər il böyük nıəbləğdə 
xərac verməyə məcbur etdi. 
Bu hadisələrlə  əlaqədar Fəribürzün  əmisi qızının  əri Qaratəkin Yəzidiyyədən Məsqətə qaçdı  və orada 
öldürüldü.  Şirvanşahın qardaşı Güzdəhəm ibn Salar da pul götürüb ləkzlər ölkəsinə qaçmışdı, H-460-cı ilin 
ramazan ayında (iyul, 1068) Şirvanşah Fəribürzün oğlu  Əfridıın  əl-Bab qalasını  tərk edərək  Şirvana getməyə 
məcbur oldu. 
H.461 (1068)-ci ildə  Şirvanşah qardaşı Güzdəhəmin ləkzlər ölkəsini tərk edərək  əl-Baba getdiyini və 
burada rəislərin yanında sığınacaq tapdığını öyrəndi. H.461 -ci ilin məhərrəm ayında (noyabr, 1068) Şirvanşah 
qoşunla bərəkət edərək  əl-Babı tutmaq məqsədilə Rubas çayının sahilində düşərgə saldı. Xürməstan deyilən 
yerdə, şəhərin divarları arxasında Şirvanşahın qoşunları ilə onun qardaşı Güzdəhəm ibn Saların başçılıq etdiyi 
[113 - 114]
  dərbəndlilər arasında bir neçə vuruşma oldu. Haydaq və Tüveyk əhalisi də  dərbəndlilərin tərəfində 
vuruşurdu. Döyüşlər nəticəsində  Şirvanşahın qoşunları  məğlubiyyətə  uğradı. Lakin əl-Bab rəislərinin rəisi 
Müfərric ibn Müzəffər Şirvanşahın tərəfınə keçdi. Müfərrəc dərbəndlilərin səhvindən istifadə edərək iç qalanı 
tutdu. Güzdəhəmin ibn Salar isə şəhəri ələ keçirdi. Müfərric qalada qalmaqda idi və hər iki tərəfın tərəfdarları 
arasında hər gün toqquşma olurdu. Sonra Güzdəhəm ləkzlərin yanına, əl-Bab əmiri Əbd ül-Məlik ibn Ləşkəri isə 
Haydağa qaçdı. 
Bundan istifadə edən Müfərric şəhəri tutdu. Əlverişli şəraitdən istifadə edən Şirvanşah oğlu Əfridunla 
sərhəd vilayətlərinə (səqr) doğru hərəkət etdi və müttəfıqi rəis Müfərricin tutduğu əl-Bab qalasına daxil oldıı. 
Dörd gündən sonra Şirvanşah oğlu  Əfridunu  əl-Baba hakim təyin edərək evə qayıtdı. Qalada möhkəmlənən 
Əfridun onun bərpası ilə məşğul olmağa başladı. O, qalanın qarşısında xəndək qazılmasını əmr etdi.
9
 Şəddadi 
Fəzl ibn Şavur gürcülərin əsiri olarkən Fəribürz sülh sazişini pozaraq Arrana hücum etdi. Fəzl azad olunduqdan 
sonra qoşun yığıb Şirvanı tutdu və Dərbənddə öz addımından xütbə oxunmasını əmr etdi. 
Şirvanşahla Arranşah qoşunları və onunla birgə çıxış edən əl-Bab əhalisi arasındakı baş verən bir neçə 
vuruşmadan sonra Şirvanşah Məsqətin bütün torpaqlarını və Mehyariyəni (Dərbəndin ətrafmdakı yerlər, indiki 
Quba rayonunun ərazisi) zəbt etdi. Əl-Bab qalası onun oğlu  Əfridunun  əlində idi. O, fürsət düşdükcə  əl-Bab 
sahiblərinin mülklərinə və torpaqlarına basqınlar edirdi. Şirvanşah oğluna hər ay növbətçi dəstələri göndərməklə 
yardım göstərirdi. O, Mehyariyənin ətrafına qala divarları çəkdirərək ortasında qəsr olan şəhərə çevirdi. Bundan 
məqsəd, ehtimal ki, türklər basqın etdikdə oradan Dərbəndə sahib olmaq uğrunda mübarizədə dayaq məntəqəsi 
və  sığınacaq kimi istifadə etmək idi. Şirvanşah vaxtının çoxunu Xəzər dənizinin yaxınlığında olan yeni 
iqamətgahı Mehyariyədə keçirirdi. H.464 (oktyabr, 1071)-cü ildə rəis Müfərricin kömək göstərdiyi Şirvanşahı 
tanımağa məcbur olan dərbəndlilərdən girov adamlar götürərək onlarla saziş bağlayan Fəribürz oğlu Əfridunu 
müstəqil hakim kimi Dərbəndə göndərdi. Dərbənd  əhalisi  Şirvanşah adından xütbə oxumağa başladılar.
10 
Dərbənd XI əsrdə  və sonralar Şərqi Qafqazın  Şirvan hakimlərinin diqqətini daim cəlb edən iri ticarət, 
sənətkarlıq və siyasi mərkəzi olmuşdur. XI əsrin ortalarında müstəqil Dərbənd hakimləri sülaləsinə son qoyuldu
şəhər və onun ətrafindakı torpaqlar Şirvanın tərkibinə daxil edildi və sonralar İraq səlcuqlarından asılı vəziyyətə 
düşdü.
11 
H.464-cü ilin səfər ayında (noyabr, 1071) türk Yəğma sultan Alp Arslanın təyin etdiyi hakim kimi əl-
Baba gəldi. Yəğma  Şirvanşahdan  əl-Bab qalasının və  Məsqətin təslim olunmasını  tələb etdi. H.464-cü ilin 
rəbiülaxir ayında (yanvar, 1072) Yəğma hakim kimi qalaya daxil oldu, Şirvanşahla Əfridun isə taxıl və ərzağı 
özləri ilə götürüb Şirvana getdilər. Həmin il Şirvanşahın qardaşı Güzdəhəm ibn Salar Şəkidə öldü, onun 
cənazəsi Yəzidiyyəyə  gətirilib dəfn olundu. Həmin ilin aprel ayında  əl-Babın rəisləri Fəribürzü sonuncu 
sığınacağı olan Məsqətə doğru hərəkət etdilər. Lakin Şirvanşah həm onlarla, həm də  Şəki  ətrafındakı  qərb 
qonşuları
 
mübarizəni davam etdirdi. Fəribürz əhalisi gah ona tabe olan, gah əleyhinə üsyan qaldıran Dərbəndə 
sahib olmaq uğrunda vuruşmaqda idi. Nəhayət, h.467 (1074)-ci ildə  Ərğar ibn Buğanın basçılığı ilə türk 
qoşunları gəldi. Ərğar ibn Buğa Şirvanın 
[114 - 115]
 sultan tərəfindən iqta kimi ona verildiyini elan etdi. Lakin 
Şirvanşah özünəməxsus diplomatiya yolu ilə səlcuq sultanından özünün əvvəlki imtiyazlarının bərpa edilməsinə 
nail oldu və eyni zamanda Şərqi və Qərbi Ləkzdə ləzgilərin tabe edilməsini başa çatdırdı. Lakin sərhəd vilayəti 
əl-Babı sultanın iqta kimi bağışladığını  hər iki İraqın  əmiri Savtəkinin nümayəndəsi bura gəldikdən sonra 
Fəribürz hər 11 sultanın xəzinəsinə vergi (mal) verən vassal vəziyyətinə düşdü. Sonra mənbədə deyilir: "Bu 
vəziyyət onun ölümünədək (...) davam etdi. Fəribürzdən sonra Şirvanın hakimi onun oğlu Əfridun ibn Fəribürz 
oldu..."  V. F. Minorskinin  fıkrincə, bu məlumat Münəccimbaşının öz əlavəsidir. "Əl-Bab" salnaməsindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə