Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   52   53   54   55   56   57   58   59   ...   147

66 
 
habelə  səlcuqların  Şirvan  ərazisində apardıqları  hərbi  əməliyyatlar  əhalidə vergi vermək iqtidarı qoymamışdı. 
Sultan bunun günahını öz vəziri Şəms əl-Mülkdə görərək, onun edam olunmasını əmr etdi. İbn əl-Əsir və əl-
İsfəhaninin verdikləri məlumatlar daha etibarlıdır. Nə sultanın  əsir aldığı Sirvanşahın taleyi, nə  də onun 
göstərilən mənbələrdə çəkilməyən adı bizə bəlli deyil. Müasir gürcü tarixşünaslığında belə bir versiya meydana 
gəlmişdir ki, Əfridun 1120-ci ildə öldükdən sonra III Mənuçöhr qədər  Şirvanşahlar taxtına adı  mənbələrdə 
çəkilməyən bir hökmdar çıxmışdır.
64
 Belə bir müddəanın ortaya çıxmasına səbəb saray şairi Xaqaninin III 
Mənuçöhrün ölümü münasibətilə yazdığı  qəsidədə  Şirvanşahın otuz il hökmranlıq etməsini xatırlaması
65
 
olmuşdur. Bu halda onun hökmranlığının sonu 1149/50-ci ilə düşür. Eləcə  də, Fələkinin gürcü hökmdarı I 
Demetrinin ölümü münasibətilə yazdığı qəsidədən məlumdur ki, Şirvanşah III Mənuçöhr 1156-cı ildə hələ sağ 
idi.
66
  Mənuçöhrün dövrümüzədək gəlib çatmış sikkələri 1136-1160-cı illərə aiddir. Onun oğlu Axsitanın ilk 
sikkəsi də 1160-cı ilə aiddir.
67
 "Kartlis tsxovreba"dan məlumdur ki, Mənuçöhrün arvadı Tamar əri Öldükdən 
sonra Şirvanı tərk edərək Tiqvidə monastır təsis etmiş və burada rahibə kimi ölmüşdür. 1161-ci ildə o, hələ sağ 
idi.
68
 Deməli, sikkə  məlumatlarına və "Kartlis tsxovreba"ya görə, Mənuçöhrün hökmranlığının sonu h.555 
(1160)-cı ilə, yəni onun ölüm ilinə düşür. Gürcü müəlliflərinin göstərilən versiyasının təsdiq edən yeni 
materiallar tapılana qədər bu barədə müəyyən bir şey demək olmaz. Belə ki, III Mənuçöhrə qədər on il ərzində 
hakimiyyət sürmüş başqa bir Şirvatışahın adına heç bir mənbədə, nə XII əsr  şairlərinin  əsərlərində, nə  də 
numizmatika məlumatlarında təsadüf olunmur.Xaqaninin otuz illik hökmranlıq haqqında sözləri qeyri-dəqiq
təqribi ola bılər. Belə ki, o, başqa şeirlərində bəzi hadisələrə dair yuvarlaq rəqəmlər gətirir. Belə qeyri-dəqiqliyə 
poetik əsərlərdə yol verilir, buna görə onlara çox da inanmaq olmaz. 
H.517 (1123)-ci il yürüşündən və sultanın  Şirvandan getməsindən azacıq sonra IV David səlcuq 
qoşunlarının burada olmamasından və yerli hakimiyyətinin özünümüdafıə zəifliyindən isti edərək, Şirvana qarşı 
təcavüzkar siyasətini davam etdirirdi. Həmin ilin iyununda havaların şiddətli isti keçməsinə baxmayaraq, David 
yenidən  Şirvana soxulub,  Şirvanşahların baş  iqamətgahı olan Gülüstan qalasını tutdu və qoşunları ilə birlikdə 
böyük qənimətlə Kartliyə qayıtdı. H.518 (1124)-ci ilin əvvəlində o, yenidən  Şirvana yürüş etdi. O, əvvəllcə 
Şəbərəna növbəti basqın edərək, burada Dərbənd qoşun rəisinin başçılığı altında olan kürdləri, ləzgiləri və 
qıpçaqları qırdı. Həmin ilin avqustunda David sonuncu dəfə hücum etdi. Şirvanı ilhaq etməyə cəhd göstərərək 
Şəmaxiyyə şəhərini, Buğurt qalasını və onun ətrafındakı yerləri tutdu.
69
 Gürcü və erməni salnamələrinin verdiyi 
məlumata görə, IV David Şirvanın  şəhər və qalalarında Xereti və Kaxet əsgərlərindən təşkil olunmuş güclü 
qarnizonlar saxladı, ölkədə işlərin idarə olunmasına nəzarət etməyi özünün baş katibi olan arxiyepiskop Simon 
Çkondideliyə tapşırdı. Şirvanın işğalı 5 aya qədər davam etdi. Ehtimal ki, IV David elə bu vaxt öz titullarına 
sonralar ənənəvi olaraq varislərinin də daşıdıqları Şirvanşah titulunu əlavə etmişdi. Kartliyə qayıtdıqdan sonra o, 
geniş hərbi ekspansiya layihələri hazırlamaq fıkrinə düşdü. Lakin onları həyata keçirmək ona nəsib olmadı. Belə 
ki, David 1125-ci il 
[124 - 125]
 yanvarın 25-də öldü.
70
 Həmin vaxtdan XII əsrin 70-ci illərinə qədər mənbələrdə 
gürcülərin Şirvana yürüşləri barədə heç nə deyilmir. IV Davidin oğlu, 30 il Gürcüstanda hakimiyyət sürmüş I 
Demetrinin hökmdar evi ilə dinclik və dostluq münasibətləri dövrü başlandı. Davidin ölümündən sonra 
Mənuçöhr, ehtimal ki, elə həmin il Şirvanda hakimiyyətə qayıtmışdır. Lakin Şəki vilayətı I Demetrinin əlində 
qalmışdı.
71
 Şirvanın öz müstəqilliyini bərpa etdiyi III Mənuçöhrün hakimiyyəti zamanı Şirvanşahlar dövlətinin 
güclənmə  və  tərəqqi dövrü olub, səlcuq imperiyasının tənəzzülü ilə bir vaxta düşmüşdür. Tarix əsərlərində 
Şirvanşahlar dövlətinin bu dövrü haqqında məlumat yoxdur. Mənuçöhrün bu dövr fəaliyyət"
71
  işıqlandıran 
mənbələr Şirvanşahın saray şairləri Xaqani və Fələkinin əsərləridir. 
Xaqaninin III Mənuçöhrə ithaf olunmuş  qəsidələrinin birində  Şirvanşah;n qıpçaqların (ehtimal ki, IV 
Davidin Gürcüstanda məskunlaşdırdığı    üsyanını yatırmasından danışır.
72
  Qıpçaqlar üzərində bu qələbədən 
Fələki də  bəhs edir. "Qızılla işlənib, Çin ipəyi kimi parıldayan hind qılıncınla tökülmüş  qıpçaq qanını 
hesablayarkən  torpağın yaradıcı qüvvəsinin bitki əvəzinə  qıpçaq başı yetirdiyinə  təəccüblənməməlisən". 
Fələkinin sözlərinə görə, Mənuçöhr dikbas qıpçaqları səlcuqlarının köməyi olmadan əzmişdir. Mənuçöhr güclü 
hökmdar olmuş və ölkəsində sərt qayda-qanunlar qoymuşdur. Xaqani onun qonşu Arran dövləti üzərində zəfər 
çaldığını göstərir: "O, Arranı fəth etməklə adını bütün dünyada şöhrətləndirdi, İraqı və Suriyanı zəbt etmək üçün 
başqa vaxt təyin etdi".
73
 Mənuçöhr qırx il ərzində öz dövlətini xeyli möhkəmləndirmiş və ehtimal ki, Şirvanın 
sərhədlərini genişləndirmək məqsədilə qonşu ölkələrə yürüşlər etmişdir. Fələki  Şirvani Mənuçöhrün 
zamanındakı  tərəqqini, ehtimal ki, 1123-1125-ci illərdəki müharibələrlə bağlı hadisələri nəzərdə tutaraq, 
keçmişdə hökm sürən hərc-mərcliklə müqayisə edirdi: "O, iblisin fitnə-fəsad və qalmaqal yuvası olan Şirvanı 
gülüzlü türk və türkmən qızları ilə  bəzədi".
74
  Şirvanın və Arranın səlcuqlar tərəfındən istila olunması türk 
tayfalarının bu ölkələrə axınını artırdı. Həmin ölkələrdə türk qul və kənizləri ucuz qiymətə satılırdı.
75
 
Şirvanda Mənuçöhrün hakimiyyəti dövründə olmuş mühüm hadisələr arasında h.532 (1137/8)-ci ildə 
Kür çayı üzərindəki Baqilani bəndinin (Bəndi-Baqilani) yuyulub dağılması  nəticəsində baş vermiş daşqını da 
qeyd etmək lazımdır. Fələki və Xaqani bu hadisəyə  şeir həsr etmişlər. III Mənuçöhr Baqilani bəndini daşqın 
təkrar baş verməsin deyə, köhnə yerində yox, çayın bir qədər yuxarısında yenidən tikdirmişdi.
76
  Mənuçöhr 
ölkədə böyük tikinti işləri aparır, Şəhərləri möhkəmləndirir, yeni şəhərlər saldırırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə