63
Sikkədə sultan Məhəmmədin adının çəkilməsi Şirvanşahın İraq səlcuqlarına tabe olduğunu göstərir.
Lakin əl-məlik titulu və Mənuçöhrün atasının - Fəribürzün adının çəkilməsi Şirvanşahın
hakimiyyətinin
möhkəmləndiyinə dəlalət edir. Məlik şahın oğlu, Arranı öz torpaqlarına birləşdirmiş Gəncə hakimi sultan
Məhəmmədin hakimiyyət dövrü o zaman dövlətin başında duran qardaşı Börküyarıq əleyhinə üsyan qaldıraraq,
onunla hakimiyyət uğrunda ara müharibə aparması ilə səciyyələnir. Qardaşının ölümündən sonra sultan
Məhəmməd h.498-ci ildən 511-ci ilədək (1105-ci ildən 1116-cı tekbaşına baş sultan olmuşdur.
35
II Mənuçöhrün
adı ilə kiçik pullar da var. Onların bir tərəfində titulsuz Mənuçöhr, digər tərəfində isə Məlik şah
(Y. A. Paxomovun fıkrincə, II Malik şah) [təqribən h.498 (1104/5-ci il] adları çəkilir. Lakin Kuyumcan onları
III Mənuçöhrə aid edir.
36
I Fəribürzün oğlu II Mənuçöhr haqqında
və kitabədən başqa, hələlik, heç bir məlumat
yoxdur.
[118 - 119]
I ƏFRİDUN İBN I FƏRİBÜRZ
I Əfridunun (yaxud Fəridun) adına hələlik sikkə tapılmamışdır. Əfridunun adı yalnız III Fəribürzün
əcdadı kimi Pirsaat çayı üstündəki xanəgahın giriş baş tağındakı kitabədə xatırlanır. Kitabənin tarixi h.641
(1243/4)-ci il göstərilir. Orada deyilir: "Bu binanın tikilməsi müdrik, adil, müəyyəd, müzəffər,
dünya və dinin
ucası, islamın və müsəlmanların məliki, məlik və sultanların tacı Əbü-1-Müzəffər Fəribürz bin Gərşasi, bin
Fərruxzad, bin Mənuçöhr... və i.a.
varisi Cəm Əfridunun zamanında əmr edilmişdir"
37
. Bu kitabəyə görə,
Əfridun III Fəribürzün ulu babasının atasıdır.
38
Onun adı, habelə III Mənuçöhrün sikkələrində yalnız
sonuncunun atasının adı kimi çəkilir. O, Xaqaninin I Axsitanın arvadı şahzadə İsmət əd-Din Səffət əl-İslama
ithaf olunmuş mədhiyyəsində da xatırlanır: "Mən şəhid Əfridunun göhər mədənində Daranın tacını bəzəyən daş-
qaş görmüşəm".
39
Bu misralarda Əfridun din uğrunda həlak olmuş şəhid adlandırılır. Əfriduna şamil edilən bu
təşbihin izahını IV David Qurucunun hökmranlığının müfəssəl tarixçəsi verilən gürcü salnaməsi "Kartlis
texovreba" da tapırıq.
Burada xəbər verilir ki, gürcü koronikonuna görə 340 (h.514 (1120)-ci ilin noyabrında
Şirvan və Dərbənd hakimləri ilə müharibədə Əfridun öldürülmüş və Şirvanşah məğlubiyyətə uğramışdır.
40
"Tarix-i əl-Bab"dan bilirik ki, salnamədə Şirvanşahın oğlu adlandırılan Əfridun dəfələrlə Dərbəndin hakimi
olmuş və Dərbənd əmirləri bir neçə dəfə onu qovmuşlar. O, şəhəri faktik olaraq idarə edən rəislərlə mübarizə
aparmşıdr.
41
Y. A. Paxomov yazır: "Əfridunun adının, sadəcə olaraq, salnaməçinin vaxtında hamının tanıdığı bır
şəxs kimi çəkilməsi və başqa bir Şirvan hakiminin adının çəkilməməsi, görünür, müəllifın açıq deməsə də,
burada hakimin məhz Əfridun olduğunu nəzərdə tutduğunu göstərir".
O
vaxtlar Dərbənd, əlbəttə, - Şirvan hakimlərinə qarşı mübarizədə Dərbənd əmirlərinin müttəfiqi olan
qıpçaq və digər qeyri - müsəlman köçəri dəstələrinin keçib gəldiyi qapı idi və belə
"kafirlərlə" döyüşdə
öldürülmüş Əfridun, sözsüz şəhid sayıla
bilərdi".
42
Bizə elə gəlir ki, Əfridunun dərbəndlilərlə apardığı
müharibədə onların "kafır" müttəfiqləri Fəribürzün müsəlmanlaşdırmağa cəhd göstərdiyi qumuqlar, yaxud
şəndanlılar, sərirlər və alanlar
43
da ola bilərdi. Bu dövrün hadisələri "Kartlis tsxovreba"da əksini tapmışdır.
1116-(h.510, k.336)-cı ildə IV David Qurucu “qızı Katanı imperatorun oğluna
*
ərə verəcək. Yunanıstana
(Bizansa-
S. A. ) göndərmişdir.
Bundan əvvəl o, böyük qızı Tamarı Şirvana hakim göndərmişdir". Şahzadə qızın
ərinin adı çəkilmir. Mənbələrdən aydın olur ki, Davidin birinci arvadından olan qızı Tamar Əfridunun oğlu III
Mənuçöhrün arvadı idi və onların toyu təqribən h.505 (111l)-ci ildə olmuşdu
45
XII əsrdə Gürcüstanda qədim hökmdarlıq nəslindən olan Baqrationlar hakimiyyət sürürdü. Qurucu
David qızlarından birini Bizansa, digərini isə Şirvana ərə verməklə Zaqafqaziyaya yaxınlaşmaqda
olan səlcuqlar
işğalı təhlükəsi qarşısında Gürcüstanın siyasi vəziyyətini möhkəmləndirmişdi. "...Səlcuq hökmranlığından azad
olmaq uğrunda mübarizədə mənafe birliyi Gürcüstanla Şirvanın yaxınlaşmasını şərtləndirdi və nəticədə sülalə
nikahı baş
[119 - 120]
verdi... Şirvan və Yunanıstan (Bizans –
S. A. ) tərəfındən ölkənin təhlükəsizliyi təmin
olundu və Qurucu David bütün qüvvələrini selcuqların qovulmasına yönəldə bildi".
46
Akademik
N. A. Berdzenişvilinin fıkrincə, gürcü hökmdarı bu addımı atmaqla Şirvanşahla sazişə getməyə və səlcııq
türklərinə qarşı mübarizədə onun köməyini qabaqcadan təmin etməyə çalışırdı.
47
"Bu nikah 1105-1106-cı illərdə
olmalı idi. Lakin bu addım kifayət etmədi. Əfridun əvvəlki kimi, türklərə meyl göstərirdi və onlarla ittifaqda
olmağı üstün tuturdu".
48
Bunun ardınca gürcü hökmdarı aralarındakı qohumluq əlaqələrinə və ittifaqa
baxmayaraq, Şirvanşaha qarşı fəal əməliyyata başladı. H.511 (1117)-ci ildə IV David oğlu Demetreni güclü
ordu ilə Şirvanşahın üstünə göndərdi. Demetre Kaladzor qalasını tutdu, böyük qənimət
və çoxlu əsir götürərək,
İranın birləşmiş qüvvələrinin başçısı Sukmanın adamlarını qaçmağa məcbur etdi.
49
Demetre Şirvanlılar üzərində
qələbədən sonra təntənə ilə Gürcüstana qayıtdı. Sonrakı iki il dinc keçdi, lakin sonra
,
h.514 (1120)-cü ildə IV
David özü başda olmaqla Şirvana yürüş etdi.Həmin ilin fevralında o, Qəbələ şəhərini tutaraq, çoxlu qızıl, gümüş
və dıgər qiymətli şeylər qənimət götürdü. May ayında o, "Ərəbiyə-Licasdan Şiştlansa və Kürdüvana qədər"
Şirvanı viran edərək, çoxlu qənimətlə Kartliyə qayıtdı. Görünür, burada söhbət Lahıc Şamaxı bölgəsindən gedir.
Gürcülərin basqını Şirvanşahı saldı. Bunun ardınca Dərbəndlə müharibə başladı. H.514 (1120)-cü ilin
*
Kata Bizans imperatoru Aleksey Komninanın və İrinanın kiçik oğlu İsaaka ərə verilmişdi.