Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   30   31   32   33   34   35   36   37   ...   147

43 
 
Görünür, Təbərsəran da Şirvana daxil olub, onun irsi torpaqlarından idi. Şirvanın hakimi kimi onuın ilk tədbiri 
həbsxanaya salınmış qardaşı Əhməd ibn Yəzidi aradan götürmək oldu.
23
 Sasani şahlarına xas olan bu qaydanı 
görünür, Şirvanşahlar onlardan əxz etmişdilər. 
Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci 
ildə
24
 aralarında toqquşma olmuş kürəkəni  Əbd  əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il)
25
 sonra 
Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün bu torpaqları 
Şirvan və Layzanla birləşdirdi. Məsudi daha sonra deyir ki, "onun məmləkəti hal-hazırda, yəni h.332 (943)-ci 
ildə bir yol qədər uzanır. Bu, ondan irəli gəlir ki, o, öz torpaqlarına, Ənuşırəvanın
*
 (Burada söhbət, mənbələrin 
məlumatlarına görə,  Ənuşirəvanın torpaq verdiyi erkən  Şirvanşahlardan gedir.) titul verməməsinə (vəsm) 
baxmayaraq, zəbt etdiyi torpaqları da qatılmışdır".
26
  Məsudinin dediklərindən aydın olur ki, Məhəmmədin 
hakimiyyəti dövründə Şirvanşahlar dövləti böyük bir əraziyə malik idi. Məhəmmədin h.337 (948)-ci ildə atası 
Əbu Tahirin ölümündən sonra hakimiyyətə keçdiyini nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, o, ya hələ 
atasının sağlığında  şərikli hakimiyyət sürmüs yaxud əI-Məsudinin  əsərində  Məhəmmədin adının çəkilməsi 
mətnə sonradan əlavədir.
27
  İbn Havqəlin h.344 (955)-cü ildg Müsafır Mərzubana vergi verən məlikliklər 
haqqında məlumatı da Şirvanşah Məhəmməd ibn Yəzidin hakimiyyəti dövrünə aiddir. İbn Havqəlin dediyinə 
görə, "Şirvanşahın (yəni,  Şirvanın)  şahı  və hökmdarı  Məhəmməd ibn Əhməd  Əzdiyə" qoyulan təzminat bir 
milyon dirhəm idi.
28
  V. F. Minorskinin  haqlı olaraq qeyd etdiyi kimi, bu mətndə  əl-Əzdi nisbəsi Yəzidinin 
yanlış eşitmə nəticəsində təhrif olunmuş formasıdır. Müsafir Mərzubanın vaxtında yalnız Məhəmməd ibn Əbu 
Tahir Yəzid var idi. "Ola bilsin də əsərini h.378 (988)-ci ilə yaxın bitirən İbn Havqəl əsl adın əvəzinə h.370-81 
(981-91)-ci illərdə hökmranlıq etmiş öz müasiri olan hökmdar Məhəmməd ibn Əhmədin adını vermişdir.  İbn 
Havqəlin verdiyi siyahı  Mərzubanın məhz h.344 (956)-cü ildə  əl-Bab  ətrafında olması ilə bağlı ola bilər".
29
 
Məhəmməd ibn 
[83 - 84]
 Yəzidin zəbt ctdiyi məlikliklər daha sonralar, Məhəmməd ibn Əhməd vaxtında - h.372 
(928)-ci ildə də Şirvanın tabeliyində qalırdı.
30
 
Məhəmməd ibn Yəzid səkkiz il hökmranlıq sürmüş, sələflərinin ənənəsini davam etdirərək, "kafirlərə", 
özünün  şimal qoşunlarına hücumlar etmişdir. O, h.345-ci il, səfər ayının 21-də (4 iyun 956-cı il) çiçək 
xəstəliyindən (cüdari) ölmüşdür. "Tarix-i əl-Bab"da maraqlı bir əhvalat nəql olumır: "...deyirler ki, onu öz vəziri 
İbn  əl-Məraği zəhərləmişdir. Səbəbi bu olub ki, Məhəmməd ibn Yəzid çiçək xəstəliyindən ölüm ayağında 
olarkən hakimiyyət hərisliyi  İbn  əl-Mərağini başqa yolla hasilə  gətirilə bilməyəcək bir işə sövq etmişdir. O, 
Məhəmmədin iki qulunu Əhməd ibn Yəzidin işgəncə  çəkdiyi həbsxanaya göndərib, onu öldürmək  əmri 
vermişdir. Onlar əmri yerinə yetirmiş və cənazəni gizlətmişlər. Bir neçə gündən sonra yaxşılaşmağa başlayan 
Məhəmməd sağaldıqdan sonra Allaha minnətdarlıq  əlaməti olaraq İbn  əl-Mərağiyə qardaşı  Əhmədı 
həbsxanadan buraxmağı  əmr etmişdir. Həyatından qorxuya düşən ihtı  əl-Məraği vaxtı ilə  Məhəmməd ibn 
Yəzidin atasını məhv etdiyi kimi bu dəfə də zehərli içki verib onun özünü öldürmüşdür". 
Məhəmmədin  Əhməd və Heysəm adlı iki oğlu, boğulub öldürülmüş qardaşı  Əhmədin isə  Əbu-1-
Heysəm ibn Əhməd adlı oğlu qalmışdır. Ölüm yatağında olan atasını yoluxmağa gələn Layzan əmiri Əhməd ibn 
Məhəmməd atasının ölümündən sonra onun varisi oldu. Dövlətin  əyanları ona sədaqət andı içdilər. Lakin o, 
tezliklə xəstələndi.
31
 "Tarix-i əl-Bab"da yenə də vəzirin Əhməd ibn Məhəmmədi baş tutmayan zəhərləmək cəhdi 
ortaya gətirilir. "Əhməd xəstəlikdən durandan sonra öz qulamlarını göndərdi, onlar qəfildən İbn əl-Mərağinin 
evinə girib onu dəyənəklə ölüncə döydülər. Təbərsəran  əmiri olan Heysam Şirvanda öz hakimiyyətini 
möhkəmləndirən və  məkrli vəzirindən xilas olan qardaşından qorxuya düşərək ləzgilər (ləkz) ölkəsinə qaçdı. 
Vaxtı ilə o da atasına baş  çəkməyə  gəlirdi. Onun əmisi oğlu,  Əhmədin oğlu  Əbü-1-Heysəm də  Şirvanşahın 
təqibindən ehtiyat edərək Bərdəyə qaçdı, burada az bir müddət yaşadı  və tezliklə öldü. Onun cənazəsi 
Kürdiyana
**
  gətirilərək orada dəfn olundu. Şirvanda hakimiyyətin son mümkün iddiaçısı  Əhməd ibn 
Məhəmməd ibn Yəzidin  əmisi  Əbü-1-Bədr ibn Yəzid də  həmin ildə öldü və  Əhməd  Şirvanın  şəksiz hakimi 
oldu.
32
 
Kiyev knyazı Svyatoslavın 965-ci ildə Volqaya və  Şimali Qafqaza səfəri barədə  İbn Havqəlin h.358 
(969)-ci ildə verdiyi məlumat da Əhməd ibn Məhəmmədin hakimiyyət vaxtına təsadüf edir. Ibn Havqəlin 
sözlərindən görünür ki, ruslar, Səməndər də daxil olmaqla, bütün Xəzər torpaqlarını tutmuş və vaxtı ilə qüdrətli 
olan Xəzər dövləti ehtimal ki, bu sarsıntıdan sonra bir daha özünə  gələ bilməmişdi. Xəzər xaqanlığından 
qaçanlar Abşeron və Manqışlaq yarımadalarında sığınacaq tapdılar. İbn Havqəlin dediyinə görə bəzi qaçqınlar 
Şirvanşah Məhəmməd ibn Əhməd  əl-Əzdinin
***
 köməyilə  Xəzər paytaxtlarına (İtil, Xəzəran) qayıtmağa 
başlamışdılar. Şirvanşah onlara öz qoşunu və adamları ilə yardım göstərmişdir.
33
 
[84 - 85]
 
                                                 
*
 Burada söhbət mənbələrin məlumatına ğörə, Ənişiravanın torpaq verdiyi erkən Şirvanşahlardan gedir. 
**
 Lahıcın 12 kilometrliyindəki Kürdüvan kəndi. 
***
 Şirvanşahın adı Əhrnəd İbn Məhəmməd əl-Yəzidi kimi oxunmalıdır, Ehtimal kİ, müəllifun onun adnı sonralar hafızəsində qaldığı 
kimi əlavə etimişdi
.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə