Firuz Mustafa
334
F.Mustаfаnın ilk mətbu yazıları “Azərbaycan gəncləri”,
“Ba
kı”, “Kommunist”, “Tərəqqi”, “Elektrik” qəzetlərində,
“Müx
bir”, “Təşviqatcı”, “Ulduz” jurnallarında çap olunub.
İlk bədii kitabı “Gənclik” nəşriyyatında (1985), ilk elmi mo-
noqrafiya
sı “Elm” nəşriyyatında (1989) işıq üzü görüb. Onlar-
la еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox
film
lər çəкilib. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın
əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin
və s), hаbеlə “Putin. Birinci şəхsdən” (2000) кitаbını
Аzərbаycаn dilinə tərcümə еdib. F.Mustаfа 40-dan çox kitabın
mü
əllifidir. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, eləcə də
Türki
yədə tаmаşаyа qоyulub. Əsərləri alman, rus, türk, fransız
və ingilis dillərində dərc edilib.
F.Mustafa b
ədii yaradıcılığa 80-ci illərin əvvəllərində baş-
la
mışdır. Müstəqillik illərinə qədər onun iki kitabı- "Göyəm
коllаrı" (1985) adlı hekayələr və "Dünyаnın rəngi" (1989) adlı
povest v
ə hekayələr kitabı nəşr edilmişdi. Elə ilk hekayələrin-
d
ən başlayaraq yazıçı yeni qəhrəmanları, süjet xətləri, təhkiyəsi
il
ə "kiçik janrda" böyük mətləbləri ifadə etməyə çalışıb. "Ha-
ray", "İşıq", "Ağır yük", "Qeyri-kafi", "Yay sazağı", "Küçə
n
əğməsi", "Göyəm kolları. Çisək" hekayələrində yazıçı gerçək-
liy
ə eləcə də həyat, insan və zamana olan münasibətini özünə-
m
əxsus şəkildə ifadə edirdi. V.Şukşinin xatirəsinə həsr etdiyi
"Qeyri-kafi" hekay
əsində müharibə iştirakçısının illər sonra əlli
ya
şında tələbə olmaq üçün instituta imtahan verdiyini, burada
g
ənc abituriyentlərin istehzası və gənc müəllimin onun mühari-
b
ə haqqında danışdıqlarına ümumi mülahizələr, yaxud nağıl
hesab ed
ərək "qeyri-kafi" yazmasını real cizgilərlə təsvir edir.
Onun biliyini qiym
ətləndirən gənc müəllim müharibə ilə bağlı
t
ədqiqat əsəri yazmasına rəğmən, müharibədə iştirak edən, la-
kin t
əhsil almaq üçün özündə cəsarət tapan Ağa müəllimin bili-
yini "qeyri-kafi" qiym
ətləndirir. Ondan əvvəl "qeyri-kafi" alan
bir neç
ə gənc kəsildiyinə görə ağlamışdı. Ağa müəllimin də
gözl
ərindən yaş gəlir, lakin bu göz yaşı aldığı qiymətə görə de-
Seçilmiş əsərləri, I CİLD
335
yildi; ondan imtahan götür
ən yaşlı müəllimin gənc həmkarına
üz tutaraq ona m
əzəmmətlə: "Cavan deyil ki, deyəm gələn il
g
əlsin. Bu yaşda oxumaq eşqi var, elə bu bəsdi, Təhməzli..."
deyir; öz bölük komandirinin familiya
sını eşitdiyi zaman gənc
mü
əllimə diqqətlə baxıb onun leytenant Təhməzlinin oğlu ol-
du
ğunu heç bir şübhəsi qalmır. Əslində onun gözlərindən gələn
yaş, "qeyri-kafi" aldığına görə deyil, qollarında can verən dos-
tu
nun oğluna rast gəldiyindən idi: "Gedim həyətdə gözləyim.
İmtahandan sonra yaxalayaram. Cəhənnəm olsun imtahan da,
ali t
əhsil də...Gözüm, zənnim məni aldatmaz. Bu leytenant
T
əhməzlinin oğludur...Öz dostumun, öz qardaşımın yadigarı-
dır" (F.Mustafa. Göyəm kolları. B., 1985, s. 35). Yazıçı heka-
y
əsində tarixdən imtahan verən Ağa müəllimin müharibə ilə
bağlı sualının cavabında bütün müharibə dəhşətlərini təsvir et-
m
ək və bir təsadüf nəticəsində dostunun oğluna rast gəlməsini
son d
ərəcə realist cizgilərlə təsvir edir.
İlk kitabında dərc edilən "Göyəm kolları. Çisək" hekayəsi
d
ə təsvir orijinallığına və bədii bitkinliyinə görə ən yaxşı heka-
y
ələrdən biri idi. Hekayədə gənc Qaranın həyatı təsvir edilir;
lal v
ə danışa bilməyən oğlanın daxili aləmi açılır. O lal olsa da,
ətrafında baş verən haqsızlıqlara biganə qala bilmirdi, buna gö-
r
ə də otlar, çiçəklər, kollar kimi lal qalmaq istəyirdi. Kənddə
ya
şayan Qaranın şəhərdən gələn, dodaqları çiyələyə bənzəyən
qızla bağlı düşüncələrini yazıçı belə təsvir edirdi: "Qara belə
hesab el
əyirdi ki, qızın dodaqları nə qədər qızarsa da, ömründə
çiy
ələk kimi şirin ola bilməzdi. Çünki o, çiyələyin necə qızar-
dığını, əzəlki rənginin get-gedə necə yox olduğunu, dadının ne-
c
ə şirinləşdiyini öz gözləri ilə görər, dili ilə yoxlaya bilərdi; elə
çiç
əklər də çiyələklər kimi onun gözü qabağındaca yavaş-yavaş
böyüy
ər, rəngdən-rəngə düşərdi; yağış, şeh nə də çiçəklərin
r
əngini soluxdurmazdı; damcıların altında rənglər daha da əl-
vanla
şardı" (Yenə orada, s. 56).
F.Mustafa
nın "Dünyanın rəngi" kitabında dərc edilən "Bə-
yaz r
əqs", "Marsdan telefon zəngi", "Alın yazısı", "Dərman şü-
Firuz Mustafa
336
şəsi", "Nəmişlik", "Bu yol hara gedir" və s. hekayələrində də
c
əmiyyət hadisələri, insanların mənəvi-daxili aləmi bütün zid-
diyy
ətləri, təzadları ilə göstərilir. Bu hekayələrdə süjetlərin
struktur sad
əliyi, obrazların psixologiyasını detallarla çatdırıl-
ma
sı, təhkiyə orijinallığı, dil zənginliyi və s. yazıçının yeni bir
m
ərhələyə daxil olduğunu göstərirdi. Ən əsası isə onun hekayə-
l
ərində dərin bir həyat müşahidəsi var idi. Bunu nəzərdə tutan
t
ənqidçi V.Yusifli "Alın yazısı" hekayəsi haqqında yazır: "Alın
ya
zısı" hekayəsindəki Kişi və Qadın obrazları Firuzun çox də-
qiq h
əyati müşahidıləri əsasında yaranıb. Həyatda ömrü-günü
puç olan, amma yen
ə yaşamaq istəyilə nəfəs alan insanlar var.
X
əstə Həmid və Xəstə qadın..." ("Kaspi" qəzeti, 31.05.2014).
F.Mustafa
nın "At günü" hekayə-triptixi isə çağdaş hekayə-
çiliyimizin klassik nümun
ələrindəndir. Təsadüfi deyil ki, heka-
y
ə azərbaycanca və rusca çap olunduqdan ("Ulduz", 2004, N1,
"Literatur
nıy Azerbaydjan", 2008, N11) dərhal sonra oxucula-
rın, yazıçı və tənqidçilərin böyük marağına səbəb olmuş, haq-
qında məqalələr yazılmış və təhlillər aparılmışdır. Yazıçının bir
çox n
əsr əsəri kimi bu hekayənin də orijinal strukturu ideyanın
t
əsvirində mühüm rol oynayıb. Hekayə-triptix üç hissəyə-"Qa-
çış", "İntihar" və "Son" bölümlərinə ayrılıb. Özünəməxsus təh-
kiy
ə orijinallığı və zənginliyi, simvollaşdırma, insanla-təbiətin
harmoniya
sı və s. bu əsərin də başlıca xüsusiyyəti olaraq səciy-
y
ələnir.
"At günü" hekay
ə-triptixində sahibinin dayçanın başına gə-
tirdiyi f
əlakətlər son dərəcə təsirli şəkildə əks etdirilir. Sahibi-
nin dayça
nı anasından və ilxıdan ayırması onu öz keçmişindən
ayırması kimi mənalanır. İnsan səsi belə oni isitmir, o, anasını
görm
ək istəyirdi. Bir qədər böyüdükdən sonra isə azadlıq və
s
ərbəstlik fikrinə düşür. Lakin onun bu cəhdi boşa çıxır, cana-
var onu yarala
yır. Yaraları sağalandan sonra isə dayça hərəkət-
l
ərində ""sərvaxt", "ehtiyatlı" olmağa çalışırdı. Dayça böyüdü-
c
ə onun bəlaları, fəlakətləri də artır. Ən böyük fəlakəti isə qon-
şunun onu öz anası ilə yaxınlaşdırmaq istəyi zamanı baş verir.
Dostları ilə paylaş: |