Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə97/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   90   91   92   93   94   95   96   97   98

Firuz Mustafa 
346 
başqa adaxlı  axtarır.  Qız  isə  hələ  həyatda yalanla qarşılaşma-
yıb, o, oğlanın və onun ailəsinin yaxşı olduğu fikrindədir. 
Qa
dının qızı üçün yeni tapdığı adaxlı – İbil indi qonşunun 
ehtiyacdan satmaq fikrin
ə düşdüyü bağ evini almaqla öz şefinin 
qızına da sahib olacaqdır. İbil də bu izdivacdan müəyyən məq-
s
ədlər güdür; qızı almaqla idarə rəisi vəzifəsini əlində saxlayır. 
O, qon
şu bağını almaq üçün hazır pul da gətirib. Bağ sahibinə 
g
əldikdə isə, o, bu pulu qoyduğu maşında tapa bilmir və bu pu-
lun lal olan Ad
sız tərəfindən götürüldüyünü iddia edir. Adsız 
T
ərxanın  oğludur və  bu  bağlara baxmaqla dolanır.  Onsuz da 
Ad
sızın İbildən xoşu gəlmirdi. Hadisələrin bu cür gedişi Adsızı 
t
əəccübləndirir. İbilin yaltaq, ikiüzlü olduğu kimi, həm də böh-
tan
çı  olduğunu görən Adsız  gördüklərinə  inanmır  və  bağdan 
götürdüyü ora
ğı öz sinəsinə sancır. Tərxan oğlunun can verdi-
yini gör
ərək evdən götürdüyü tüfənglə İbilə atəş açır. 
Ad
sız (lal) obrazı müəllifin tamaşaçılara çatdırmaq istədiyi 
əsas ideyaların daşıyıcısıdır. O, lal və kar olmasına baxmaya-
raq, hadis
ələri diqqətlə  müşahidə  edir, onu daha düzgün qiy-
m
ətləndirir. O, çox həssasdır, tərbiyəlidir, hiylə və riyanın nə 
oldu
ğunu bilmir. O, hər şeyi dərk edir, İbilin qıza qarşı sünili-
yini, onu 
ələ keçirmək üçün dəridən-qabıqdan çıxdığını da gö-
rür. Lakin o, ist
əmir ki, bu cür saf, təmiz qız İbilə qismət olsun. 
İbilin isə  Adsızdan xoşu  gəlmir,  oğlanın  (lalın)  hər  şeyi çox 
h
əssaslıqla gördüyünü anlayır. Buna görə də onunla yaxşı rəf-
tar et
mir, qızın bu etirazına isə “təbiət özü kiminlə necə rəftar 
etm
əyi bizdən yaxşı bilir”, - deyə təbiətin ondan (laldan) əsir-
g
ədiklərinə haqq qazandırır. Dramaturq İbil obrazını həyatdan 
götür
müşdür. O, bu obrazla demək istəyir ki, nə qədər cəmiy-
y
ətdə  İbil  kimiləri var, həmişə  haqsızlıqlar,  ədalətsizliklər də 
olacaq. 
Ad
sız özünü öldürür. Buna səbəb İbilin onu oğurluqda gü-
nahlan
dırmasıdır. İbil həm öz ölümünə, həm də Adsızın ölümü-
n
ə  bais  olur.  İbildən fərqli olaraq. Adsızın  ölümü tamaşaçını 
(oxucunu) çox t
əəssüfləndirir, onun həyatdan getməsi dərin ic-


Seçilmiş əsərləri, I CİLD 
347 
timai m
əzmun ifadə edir. O, öz ölümüylə cəmiyyətə etiraz et-
miş olur. Elə müəllifin də məqsədi əsərdə cəmiyyətdəki iyrənc-
likl
əri göstərməkdən ibarətdir. Tamaşaçı (oxucu) Adsızın tale-
yin
ə acıyır. Tale elə gətirib ki, Adsız lal və kardır. Lakin oxu-
cuda (tama
şaçıda) belə bir qənaət hasil olur ki, bəlkə də belə 
yax
şıdır; o, bu cəmiyyətin çirkinliklərini, eybəcərliklərini bütün 
mahiyy
əti və çılpaqlığı ilə dərk edə bilmir. 
Onun qulaqla
rı yalanları eşitmir, minsifətli insanlardan kə-
narda durur. Ata
sı Tərxan deyir: “O, nə yaxşı ki, mindilli, min-
sif
ətli insanların səsini eşitmir. Bəlkə də mənim bu bədbəxt oğ-
lum dünya
nın  ən  xoşbəxt insandır,  hərdən mən qibtə  edirəm 
ona. Özüm d
ə lal-kar olmaq istəyirəm”. Adsız kimi adamların 
öz dünya
sı, öz aləmi var. O, nə qədər ki, öz aləmində idi, bağın 
t
əmizliyi ilə  məşğul  olur,  ağacların  budaqlarını  doğrayır,  yar-
paqla
rını təmizləyirdi, təbiətlə yaşayır, təbiətlə nəfəs alır. Bura-
da
kı  ağaclarla,  quşlarla, otlarla nəfəs  alırdı.  Lakin elə  ki, cə-
miyy
ətlə daha yaxından təmasda olur (İbil öz hərəkətlərinə onu 
c
əmiyyətə, onun intriqalarına çəkir) bu zaman o, özünü bəd-
b
əxt hesab edir və belə bir mühitdə yaşamaq istəməyərək özü-
nü öldürür. Bütün bu faci
ənin günahını  isə  qız  öz  ailələrinin 
üz
ərinə götürərək “günah qızdadır, ana” – deyir. Ana isə “bi-
zim n
ə günahımız var, İlahi?!”, - deyə fəryad qoparır. Müəllif 
ana
nın dili ilə sualı tamaşaçıya, oxucuya və cəmiyyətə ünvan-
la
yır. Bu sualların cavabını cəmiyyətdə axtarmağın lazım oldu-
ğunu dərk edir. Cəmiyyətin ictimai-siyasi, mənəvi-iqtisadi me-
tamarfoza
sının təsviri F.Mustafanın “Alın yazısı”, “Əqrəb bür-
cü”, “D
əhliz” əsərlərində də davam etdirilir. Burada da cavabı 
c
əmiyyətdə axtarılan suallar verilir, cəmiyyət ittiham edilir. Po-
zul
muş  cəmiyyəti saflaşdırmağa,  təmizləməyə  ehtiyac olduğu 
açıq-aydır görünür. 
“Əqrəb bürcü” dramında F.Mustafa cəmiyyətə  başqa bir 
prizmadan ba
xır. Cəmiyyətdə əksər insanların ikrahla baxdığı, 
pe
şəsinin adını insanların dilə gətirə bilmədiyi, qalanların həyat 
t
ərzini və onun cəmiyyətdəki yerini təsvir etməyə çalışır. Müəl-


Firuz Mustafa 
348 
lifin yara
dıcılığına xas olan mücərrədlik bu əsərdə  də  özünü 
göst
ərir. Öz obrazlarının (qadın, kişi, qonşu qadın, qonşu kişisi, 
po
lis, oğlan) heç birinə xüsusi olaraq ad verməməklə, cəmiyyət 
üçün ümumil
əşdirməyə  çalışır.  Əsərdəki yazıçı  obrazı  əsərin 
ideya
sını açmağa xidmət edən əsas komponentlərdəndir. Yazıçı 
qa
dınlar haqqında kitab yazır; burada ayrı-ayrı adamların ehti-
rasla
rına qurban gedən, təhqirlərinə məruz qalan, söyülən, dö-
yül
ən qadınların taleyi əks olunmalardır. O, öz çörəyini namu-
sunu, b
ədənini satmaqla çıxaran peşə sahiblərinə də xüsusi yer 
ayırır. 
Öz söhb
ətlərində qadın bu yoldan çəkindirməyə, cəmiyyətə 
qaytarma
ğa çalışan yazıçının məsləhətindən qadın imtina edir. 
Lakin hadis
ələrin sonrakı inkişafı daha da dramatikləşir. Yazıçı 
qa
dının həyatını dəyişə bilməsə də tamaşaçının ona münasibəti 
d
əyişir.  Məlum olur ki, əraziyə  köçən yeni qonşu  ətrafındakı 
evl
əri almaq istəyir. Qonşu kişu vaxtilə qadını aldatmış yüksək 
rütb
əli polisdir. O,  öz karyerası  üçün  qadını  yoldan  çıxarmış, 
başqa birisi ilə  evlənmişdir. Nəticədə  onun vəzifəsi böyüyüb, 
aldat
dığı qadın isə cəmiyyətdə adı ikrahla çəkilən bir peşə öy-
r
ənib, çörəyini bu sənətdən çıxarmağa sadəcə məhkum edilmiş-
dir. Aradan ill
ər keçsə  də, kişi  bütün bunları  cavanlığında 
müm
kün  olan  bir  şey  kimi qələmə  verir. Hətta,  qadının  onun 
ucba
tından bətnində olan uşağı məhv etməsi belə onu kədərlən-
dirmir; ki
şi cəmiyyətdə yalnız özü və ailəsi üçün yaşadığı hal-
da, qa
dın cəmiyyətdən yenə təcrid olunmamışdır. O, tez-tez ye-
tim uşaqların böyüdüyü yerlərə gedir, onlara əlindən gələn kö-
m
əyi göstərirdi. 
Əsərin sonluğu  da  qadının  vaxtilə  onu aldatmış  kişi  və 
onun ail
əsindən üstün olduğunu sübut edir. Kişinin evində yan-
ğın baş verərkən onun arvadı uşağını evdə qoyub canını qurta-
rır. Hadisədən xəbər tutan qadın əsərin qəhrəmanı özünü təhlü-
k
ə altına ataraq içəri daxil olur və uşağı xilas edir. Lakin onun 
özü v
ə bədəni yanmışdır. Hadisə yerinə gələn qonşu kişi qadına 
köm
ək etmək istəyəndə onun arvadı “əxlaqsız bir qadının evin-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə