Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə136/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   132   133   134   135   136   137   138   139   ...   145

 
334
General Portnyakin içəridən axıb gələn və bu dəm heç gizlətməyə  də  cəhd 
etmədiyi bir rus kini və kinayəsi ilə: 
– Siz kimsiz ki?– soruşdu.– Gürcü knyazı Sisişvili, yoxsa rus generalı Sisianov? 
Knyaz Sisianov düz generalın qarşısına gəldi və onun gözlərinin içinə baxa-baxa: 
– Mən rus əsilli general Portnyakinin komandiriyəm!– dedi.– Bildiz, general, 
mən kiməm? 
General Portnyakin susdu. 
Knyaz Sisianov: 
– Və bunu heç vaxt yadınızdan çıxarmayın! Hətta çoxlu şampan içəndə də! 
 
 
 
 


 
335
İKİNCİ HİSSƏ 
 
1. 
 
Ibrahim xan bağçada kiçik uşaqları – Abbasqulu ağa, Gövhər ağa, Hacı Hacan 
ağa, Səltənətbəyim, Əli ağa ilə oynayırdı. 
Abbasqulu ağa: 
– Kəndli ilə öküzü oynayaq!– qışqırdı.– Kəndli ilə öküzü!.. 
Ibrahim xan: 
– Yaxşı…– dedi.– Mən kəndli! 
Gövhər ağa: 
– Mən də öküz!..– qışqırdı. 
Ibrahim xan güldü: 
– Ay qız,– dedi, – sənnən öküz olar?! Qız nədi, öküz nədi?! 
Abbasqulu ağa: 
– Öküz mənəm!– dedi. 
Ibrahim xan: 
– Yaxşı, mən oldum kəndli!– deyib, səsini dəyişdi və Abbasqulu ağaya 
müraciətlə kəndlinin sözlərini söylədi: 
  
 
Sarı öküz, sənnən budu diləyim, 
                  
Bir günlüyü tamam gərək əkəsən… 
  
 
Istəmirəm axşamadək çəkəsən, 
  
 
El töhmətin üstümüzə tökəsən…
 
Abbasqulu ağa baş barmaqlarını buynuz kimi gicgahından qaldıraraq səsini 
dəyişib öküzün sözlərini  söylədi: 
     
Sən havaxtda mənim gördün işimi? 
   
 
Qoymayırsan dinc saxlayım başımı… 
   
 
Qoyundan, keçidən ver yoldaşımı, 
   
 
Gör, mən onlar ilə necə çəkərəm!.. 
 
Uşaqlar da haray-həşirlə oyunu qızışdırırdı…
 
 
 
2. 
 
Tehranda  şah sarayının qadınlara məxsus hissəsində, kiçik bir baxçada o gözəl 
fəvvarənin  şırıltısı çay şırıltısına bənzəyirdi, amma çay deyildi və kim bilir, o 
fəvvarəniin kənarında oturub gözlərini uzaq bir nöqtəyə zilləmiş  Ağabəyim Ağa 
suyun o səsinə qulaq asa-asa bəlkə elə bu barədə fikirləşirdi? 
Xacə baxçaya daxil olub: 
– Gəl, ağa,– dedi. 
Əbülfət ağa xacənin ardınca bağçaya girdi: 
– Məni nə münasibətilə çağırmısan, Ağabəyim?– soruşdu. 
Xacə susəpəni əlinə alıb bağçadakı gülləri sulamaq istədi. 
Ağabəyim Ağa qardaşının sualına cavab verməzdən əvvəl: 
– Gülləri mən sulamışam, xacə,– dedi.– Sən gedə bilərsən. 
Xacə tərəddüd etdi: 
– Şahbanu… 


 
336
Ağabəyim Ağa səsini bir az da ucaldıb təkrar etdi: 
– Sən gedə bilərsən!– dedi. 
Xacənin uzaq Qarabağdan gəlmiş bu bacı ilə qardaşı bağçada tək qoymaqdan 
başqa çarəsi qalmadı. 
Yalnız xacə bağçadan çıxdıqdan sonra Ağabəyim Ağa soruşdu: 
Deyirlər, Qarabağa gedirsən? 
Əbülfət ağa: 
– Hə,– dedi.– Onsuz da gəlib sənlə xudahafizləşəcəkdim. 
– Elə bil, gözlərini məndən gizlətmək istəyirsən? 
– Niyə? 
– Səbəbini sən bilməlisən… 
– Mənim ürəyim tər-təmizdi, Ağabəyim. 
– Bəs, deyirlər, Qarabağa beş yüz seçmə atlı ilə gedirsən? 
– Bəli. Şahımız ilə məsləhətləşdik və belə qərara gəldik. 
Ağabəyim Ağa qardaşının sözünü təkrar etdi: 
– «Şahımızla…"– Sonra dedi:– Deməli, xan atamızın üstünə qoşun çəkirsən? 
– Xeyr, mən xan atamızın üstünə qoşun çəkmirəm. Mən istəmirəm ki, o özünü 
də, bütün Qarabağı da məhv etsin. Xan atamız kafirlərlə danışığa başlayıb. Iran kimi 
bir müsəlman dövlətinə arxa çevirib, dinsiz kafirlərlə bir olmaq istəyir. Belə 
müsəlmanlıq olmaz. Islam hümməti belə bir iş tutmamalıdı! Allah bunu bizə 
bağışlamaz və bütün millətimizi zəlil eləyər!  
– Sən millətin dərdini çəkirsən? 
– Bəs, mən millətin dərdini çəkməsəm, kim çəkməlidi?! Gördün, Allah Cavad 
xana necə  cəza verdi? Öz müsəlman qardaşlarıyla – qızılbaş ordusuyla birləşib 
kafirləri torpağımızdan qovmaq əvəzinə, bu boyda Fətəli  şahımıza arxa çevirdi
təkbaşına kafirlərlə vuruşdu, axırı da o cürə pis qurtardı!.. Saday bəy də o cürə…– 
Əbülfət ağa bir an susdu, sonra davam etdi.– Xan atamız Cavad xandan da o tərəfə 
gedir, kafirlə danışığa başlayır. Bu şeytan tilsimidi, mən bu tilsimi qırmağa gedirəm. 
Ağabəyim Ağa dodaqları əsə-əsə: 
–  Əbülfət…– pıçıldadı.–  Əbülfət…– Və birdən-birə  çılğınlıqla dedi:– Sən 
millətin dərdini çəkirsən, yoxsa Qarabağ taxtının dərdini?– Sonra da bərkdən 
qışqırdı.– Get!.. Get!.. Mən heç kimi görmək istəmirəm!.. 
Və Ağabəyim Ağa ürəyinin dərinindən axıb gələn bir hönkürtü ilə ağladı. 
 
3. 
 
Xidmətçi içəri girib dedi: 
– Vanya yüzbaşı hüzurunuza təşrifinə izn istəyir. 
Mitəkkəyə söykənərək döşəkcənin üstündə yanpörtü oturub kağızlara baxan 
Ibrahim xan dikəlib: 
– Gəlsin,– dedi. 
Vanya yüzbaşı içəri girən kimi, yenə ağır vücuduna yaraşmayan bir cəldliklə irəli 
yeriyib Ibrahim xanın əlindən öpdü, amma bu dəfə xan ona oturmaq təklif etmədi. 
– Nə var, Vanya yüzbaşı, nə xəbərlə gəlmisən? 
– Nə xəbər yoxdu ki, xan? Dünya qaynar qazandı, içindəki də pıqqapıq qaynayır. 
Allah sizin canınızı sağ eləsin, bizə göstərdiyiniz iltifat… 


 
337
Ibrahim xan onun sözünü kəsdi: 
– Mətləbə keç, yüzbaşı. Mənim vaxtım yoxdu. 
– Vaxt neyləsin? Bu vurhavura vaxt tab gətirər. O, sizsiniz ki, əlahəzrət, bu qədər 
işin öhdəsindən… 
– Dedim, mətləbə keç, kişi! Vaxtımı alma! 
– Fətəli  şahın  əlli minlik qoşunu gəlib Naxçıvan və Irəvan xanlıqlarının lap 
sərhəddinə dirənib. Bunu bilirsiz. Deyirlər, bu gün, sabah sərhəddi keçəcək… 
– Sonra? 
– Məzhəb haqqı, sonrasını deməyə cəsarətim çatmır… 
Ibrahim xan yenə nəsə bəd bir xəbər hiss edib ayağa qalxdı və hirslə: 
– Mütrüblük eləmə, kişi!– dedi.– Səndə  nəvaxt cəsarət olub ki, indi də 
çatışmasın?.. De, görüm, nə xəbərdi? 
– Oğlunuz  Əbülfət ağanın başçılığı ilə    şahın beş yüz seçmə atlısı Qarabağa 
gəlməyə hazırlıq görür…  
– Nə? Nə dedin?!– Ibrahim xan özündən çıxıb, Vanya yüzbaşının yaxasından 
yapışdı: – Sən hardan bilirsən bunu? 
– Əlahəzrət, indiyədək olub ki, mənim gətirdiyim xəbərlər yalan çıxsın? 
Ibrahim xan əlini yüzbaşının yaxasından çəkdi. 
Vanya yüzbaşı: 
Xan sağ olsun, Əbülfət ağa qoşunla Qarabulağı keçib Tuğ kəndinə üz tutacaq. 
Ibrahim xan: 
– Əgər bu söhbət olubsa, Tehran sarayının bağlı qapıları arxasında olub, – dedi.– 
Bunu sən hardan öyrənmisən? 
– Saraylarda da divarın qulağı olur… 
– Yaxşı, gedə bilərsən… 
Vanya yüzbaşı yerindən tərpənmədi. 
Ibrahim xan tərs-tərs yüzbaşıya baxıb: 
– Nədi, yenə bayquş xəbəri var?– soruşdu. 
– Mənə tapşırığınız var idi, xan… 
Ibrahim xanın, elə bil, fikri özündə deyildi: 
– Nə tapşırıq? 
– Axund Mirmöhsün ağa barədə… 
– Hə, nə oldu? 
– Oturub-durub Əbülfət ağanı tərifləyir… 
Ibrahim xan bu dəfə tamam özündən çıxdı  və bağıra-bağıra Vanya yüzbaşını 
yaxasından yapışıb qapıya tərəf itələdi: 
– Nə olsun? Bəyəm  Əbülfət ağanı  tərifləmək olmaz?! Yaxşı eləyir, tərifləyir!.. 
Erməni dığası!.. Rədd ol!.. Rədd ol buradan!.. 
4. 
 
Mayor Lisaneviç, daha iki rus zabiti və onları müşayiət edən yerli bəy atların 
belində Xankəndindən Şuşaya doğru qalxırdı. 
… Yaşıl bir yamacdan keçəndə, mayor Lisaneviç, görünür, daha özünü saxlaya 
bilmədi, atı alt tərəfi sıldırım qayalıq olan yamacın lap kənarına sürdü və orada sinə 
dolusu bir nəfəs alıb ətrafa baxdı. 
Bütün ətraf Şuşa dağları idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə