Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   17   18   19   20   21   22   23   24   ...   145

 
49
– Çox sağ olun... Bura da yaxşıdı elə...  
Ağadadaş əlini uzadıb Məsməxanımın qolundan yapışdı: 
– Gəl, gəl qabağa. Kimnən əskiksən bəyəm?!  
Əlbəttə, bir halda ki, Ağadadaş kimi bir qohumları istəyirdi Məsməxanım 
keçib qabaqda əyləşsin və özünü daha rahat hiss etsin, daha onun sözünü yerə 
salmaq olmazdı; Məsməxanım dinməz-söyləməz, maşından düşüb bu dəfə qabaqda, 
Ağadadaşın yanında oturdu.  
Ağadadaş dedi: 
– Xoşum gəldi sənnən, yaxşı  qızsan! – Sonra da soruşdu: – Neçə yaşın var 
sənin? 
Ağadadaşın tərifi qızın ürəyinə yağ kimi yayıldı və Məsməxanım qızara-qızara 
dedi: 
– On altı tamam olub, keçmişəm on yeddiyə...  
Ağadadaş sol əli ilə rulu tuta-tuta sağ  əlini Məsməxanımın qara yubkasının 
altından çıxmış çılpaq dizinə vurdu: 
– Əşşi, sən lap tabakasan ki!.. 
Məsməxanım ömründə restorana getməmişdi və bilmirdi ki, cücəni qurbağa 
kimi aralayıb qıpqırmızı qızardanda adına «tabaka» deyirlər və çox yeməli bir şey 
olur bu «tabaka»; Məsməxanım Ağadadaşın sözünü başa düşmədi və həmişə piyada 
gedib-gəldiyi bu yola baxa-baxa fikirləşdi ki, adamın Ağadadaş kimi bir qohumu 
olmağı çox yaxşı bir işdi; ancaq Məsməxanımı narahat edən, bu gözəl gəzintidən 
əməlli-başlı  ləzzət almağa qoymayan və yavaş-yavaş ürəyini döyündürməyə 
başlayan bir səbəb vardı ki, bu da Ağadadaşın sağ  əli idi; Ağadadaşın sağ  əli elə-
eləcə Məsməxanımın çılpaq dizinin üstündə idi. 
Birdən Məsməxanımın ürəyi qırılıb ayağının altına düşdü – Məsməxanım hiss 
etdi ki, Ağadadaşın  əli dizinin üstündən yavaş-yavaş yuxarı qalxır; bilmədi nə 
eləsin, özünü elə itirdi ki, cınqırığını da çıxarmadı. Amma, iş lap ağ olanda 
Məsməxanım daha özünü saxlaya bilməyib demək istədi ki, evlərində çörək var, heç 
bir çörək almaq lazım deyil, tez qayıtmaq istəyir evə... 
– Ağadadaş əmi... 
– Nə? Əmi? Heç gözləməzdim sənnən belə söz!..– Ağadadaş gözlərini yoldan 
çəkib məzəmmətlə Məsməxanıma baxdı. – Mənə elə Ağadadaş deginən, istəyirsən 
Ağa de, ya da Dadaş de, necə xətrün istəyir... Başqalarıyçın necə, səninçün də o cür! 
Əskik-zad deyilsən ki, başqalarından, necə istəyir xətrün, elə də çağır məni! Səni... 
səni yağ içində böyrək kimi saxlayacağam! Ayda bir dəst  əntiqə paltar alacam 
səninçün, şuba da alacam, öz canımçun! 
Məsməxanım Ağadadaşın dediklərindən heç nə başa düşmürdü, təkcə bunu 
hiss edirdi ki, əl daha da yuxarı qalxır. Qız heç özü də bilmədi ki, necə haray saldı: 
– Saxla! Düşürəm! Ay mama!.. 
Ağadadaşın ilan vurmuş kimi əlini çəkməyiylə tormozu basmağı bir oldu – 
belə bir haray-həşiri heç gözləmirdi və Məsməxanım bir də onda özünə gəldi ki
küçə ilə evlərinə tərəf qaçır. 
Məsməxanımgilin mənzili ikimərtəbəli böyük binanın ikinci mərtəbəsində idi 
və Güldəstə də indi eyvana çıxıb ağ «Volqa»nı gözləyirdi: həyətdəki pəncərələr də 
ağ «Volqa»nı gözləyirdi. Başı alovlu qaça-qaça həyətdən keçib binalarına gələn 


 
50
Məsməxanımı görəndə qonşuların bəzisi başını buladı, bəzisi təəccüb etdi, bəzisi də 
fikirləşdi ki, belə-belə işlər, anası çıxan ağacı balası budaq-budaq gəzər... 
Güldəstənin hövlnak qapını açmağı ilə soruşmağı bir oldu: 
– Bu nə gündü belə? Nolub, ağəz? Ağadadaş hanı bəs?! 
Güldəstənin fikri vardı ki, Ağadadaşı bir-iki saat getməyə qoymasın, çay 
dəmləsin, mürəbbə qoysun qabağına, ağ «Volqa» da dayansın həyətdə və qızını bu 
görkəmdə görəndə Güldəstənin ağlına gələn birinci bu oldu ki, bəlkə  ağ «Volqa» 
qəzaya uğrayıb, ya adam basıb. 
– Hanı bəs Ağadadaş? 
Məsməxanım hönkürə-hönkürə özünü divanın üstünə atdı: 
– Qaçdım mən, qaçdım! Qaçdım! 
Güldəstənin belə işlərdə səriştəsi az deyildi, o saat ürəyinə pis fikir gəldi:  
–  Niyə? Niyə qaçdın? – soruşdu. 
– Əl atırdı mənə!.. 
Güldəstə elə belə bir xəbər gözləyirdi, əlini əlinə vurub: 
– Vay, köpək oğlu! – dedi. – Kül olsun belə kişinin başına! Kişi niyə olur e... 
Məsməxanım həmişə anası belə sözlər deyəndə, söyüş söyəndə hirslənirdi, 
amma bu dəfə hönkürə-hönkürə təkcə bunu dedi: 
– Sən də həmişə deyirdin ki, qohummuzdu... qohummuzdu... day nə bilim nə... 
Güldəstənin başına, elə bil, təzədən bir qazan qaynar su ələdilər: 
– Qohummuz? Allah vurmuşdu onu! Qohummuza bir bax! Körpüdən keçəndə 
dal-dala dəymişik, vəssalam!.. Qara yerə soxum onu, o boyda arvadını evdə qoyub 
gəlib uşağa sataşır! – Sonra elə bil ki, Ağadadaş yanındaymış kimi, barmaqlarının 
onunu da şax açıb əllərini onun başına basdı: – Ala e! Ala! Qara yerə girəsən elə! 
Bundan sonra Ağadadaşın söhbəti Məsməxanımgilin evindən kəsildi, Güldəstə 
bir dəfə də olsun qızının yanında onun adını çəkmədi, amma hərdən Məsməxanım 
yanında olmayanda yenə  də tanış-bilişin, qonşuların yanında öyünməkdən özünü 
saxlaya bilmirdi. 
– Qızıl Ağadadaş bizim qohummuzdu...  
...Məmmədağa Məsməxanıma baxdı, elə bil, həmin qəribə yay gecəsi bu qızın 
nə fikirləşdiyini, ürəyindən nələr keçdiyinin hamısını bilməli idi: 
– Nə fikirləşirsən? 
Məsməxanım yalın ayaqları ilə qayalıqdan aşağı düşə-düşə: 
– Heç... – dedi. – Fikirləşirəm ki, dünyada pis adamlar var, bu pis adamların 
da bəd əməlləri var... 
– Nədi ki? 
– Biri var Fatmeyidə... Guya ki, qohummuzdu...  
Fatmeyi balaca kənd idi və Məmmədağa orada yaşayanların çoxunu tanıyırdı. 
– Adı nədi? 
– Ağadadaş. 
– Hansı Ağadadaş? Qızıl Ağadadaş? 
– Hə, Qızıl Ağadadaş. – Məsməxanım qumluqda dayanıb ay işığında 
qayalıqdan aşağı düşən Məmmədağaya baxdı, elə baxdı, elə bil, bu saat ondan çox 
gözlənilməz bir söz eşidəcəkdi. 
– Onu tutublar ki... 


 
51
– Doğru deyirsən? – Bunu da o saat qara gözləri alışıb-yanan Məsməxanım 
dedi və Məmmədağa bu küləkdayandıran qızın gözlərindəki qığılcımdan başa düşdü 
ki, çox pis adammış Ağadadaş. 
– Hə. Tutublar onu. Hökumətin çamadan sexini öz dükanına çeviribmiş... 
Yığdığı qızılların hamısı getdi işinin dalınca... Haramdı də!.. 
– Qurban olum hökumətə! – Məsməxanım bu sözləri elə ürəkdən dedi ki, elə 
bil, illərdən bəri yığılıb sinəsində qalmışdı və indi birdən-birə fürsət tapıb çıxdı. 
Məmmədağa dedi: 
– Indi, belələrinin qanı gedib! 
– Hə... Vəlvələ düşüb canlarına köpək uşağının... – Məsməxanım qızışıb lap 
sarı simə keçəcəkdi, amma özünü saxladı. – Belələrini gözümün qabağında da 
assalar «uf» demərəm! 
– Pisliyi çox dəymişdi sənə? 
– Ağadadaşın? Hə... Çoxdanın sözüdü... Fağır qız uşağıydım onda... – 
Məsməxanım gülümsədi və Məmmədağa qızın qalın dodaqlarındakı təbəssümdə bir 
acı duydu; ürəyindən belə bir hiss gəlib keçdi ki, gecələr gilavar əsəndə  dənizlə 
danışan bu qarabuğdayı qız kimsəsizin biridi, güvənməyə adamı yoxdu, öyünməyə 
bir işi yoxdu. 
Məlum məsələdir ki, Məsməxanım Məmmədağanın fikirlərindən xəbərsiz idi 
və indi birdən-birə onun ürəyinə keçmiş illərin, keçmiş Məsməxanımın nisgili gəldi. 
Indi  əgər Ağadadaş  Məsməxanıma sataşmaq istəsəydi, qız barmağıyla onun 
gözlərini deşərdi. O illər keçmişdə qalmışdı, o illər ki, Məsməxanım həyasızın 
birinin qabağında qorxusundan çaşıb qalmışdı; ona elə gəlirdi ki, indi tamam başqa 
adamdı, indi dünyanın hər üzünə  bələddi və indi, kim olur-olsun, bir deyənə beş 
cavab verər, necə ki, Fazilovun abrını bükdü ətəyinə. 
Məsməxanımın pamidor köşkü rayondakı böyük meyvə-tərəvəz dükanına 
baxırdı və həmin dükanın müdiri qırx il ticarət sistemində işləyən Fazilov idi. 
Məsməxanım işləyən pamidor köşkünün arxa tərəfində böyük bir tut ağacı 
vardı və Fazilov lotereya ilə udduğu sarı «Moskviç»ində (hamı deyirdi ki, Fazilov 
bu «Moskviç»i lotereya ilə udmayıb, lotereya biletinin özünü kimdənsə böyük 
məbləğə alıb; Fazilov kələkbazın biri idi və istəmirdi ki, günlərin bir günündə ona 
belə bir sual versinlər: «–Ayda yüz iyirmi manat maaş alırsan, uşaqların var, ailən 
var, haradandı səndə bu qədər pul ki, maşın almısan?») tozanaq qaldıra-qaldıra tez-
tez bura gəlib: 
– Pəh!.. deyirdi, sonra həsir şlyapasını yağlı peysərinə qaldırıb tuta baxırdı. – 
Ürəyim yandı, ay qız, qalx bir az tut yığ yeyək! 
Məsməxanım bu yaşlı kişinin sözünü yerə salmırdı, ağ çit pencəyini əynindən 
çıxarıb bir göz qırpımında ağaca dırmaşırdı, tutun dəymişlərindən bir-bir dərib 
boşqaba yığırdı; bu tut ağacını çırpmaq mümkün olmurdu, çünki hər tərəf qum idi; 
Məsməxanımın ağacda tutun yaxşılarından seçib bir-bir yığması on dəqiqə, iyirmi 
dəqiqə  çəkirdi və günlərin bir günündə  məlum oldu ki, Məsməxanım ağacda tut 
yığanda qoçaq Fazilov da köşkün pəncərəsindən altdan-yuxarı onun ayaqlarına 
baxır. 
Məsməxanım tut yığdığı boşqabı, az qala, Fazilovun başına çırpıb öz 
kəşfindən əməlli-başlı qeyzə gəldi:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə