SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə31/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   27   28   29   30   31   32   33   34   ...   104

 
Nemət maqnitofonu qurdu. H ər adamm səsi gələn kimi Mənzər içini 
çəkirdi: 
 
  Vaxsey,  vaxsey,  Nemət  qardaşdır,  Mənzər  canı,  Nemət  qardaş-dır. 
Sürəyya bacı. Sürəyya baeıdır. Oh, Bikə xala, cammçün, Bikə xa-ladır, - elə 
bil  maqnitofondan  ən  azı  Nəsrəddin  şahm  səsi  gəlməli  idi,  onun  yerinə 
Nemət, Sürəyya, Bikə xala danışıb Mənzəri mat-məəttəl qoyurdular. 
 
Monzərin kəşfləri davam edirdi: 
 
  Kanneniçka, Cildiçka! - deyə çığırırdı. 
 
Mürşüd: 
 
  Murzik,-  deyə  dik  atıldı.  -  Murtuz,  Balayeviçi  deyir?  Evinəcən, 
Karmen bala! Ay sənin oyunun olsun. 
 
Maqnitofondan Nemətin səsi gəldi. 
 
  Bir də mən görsəm ki... 
 
Sonra sükut başlandı. 
 
Nemət: 
 
  Vəssalam,  -  dedi,  düyməni  basdı. 
Mürşüd: 
 
  Görsən neyləyəcəksən, Nemət? - dedi. - Mən ölüm, qulağıma pıçılda. 
 
  Heç nə, əşi... 
 
Mənzər: 
 
- Vaxsey, vaxsey, qiyamət imiş, - dedi. - Nemət qardaş başına dönüm, 
ver bir do qulaq asaq. 
 
Nemət düyməni basdı. Bir də qulaq asdılar. 
Mənzər yenə səsləri tanıyır: 
  Sürəyya bacı! Bikə xala! Vay evinəcən, - deyə qışqırırdı: Yenə 
Nemətin səsi gəldi. 
 
  Bir də mən görsəm ki... 
 
Nemətlə Mürşüd şahmat oynamağa başladılar. 
 
Mürşüdün adəti vardı. Oynayan vaxtda aramsız danışır, oxuyardı. - Deyir, 
çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Yaxşı, Nemət müəllim, 
mən burdan sənə şah desəm, hara gedərsən? Aha, bu-ra, çox gözəl, çox da 
pakizə, deyir qızım sənə başmaq alım, al dədə, qurbanın olum. Al, bir dənə 
də şah. Deyir şax, şax, uşaqsan, uşax. Dər-sə gedən bir uşaq, çıxdı buz üstə 
qoçaq, durdu qoçaq neylədi, buza be-lə söylədi. Nə söylədi, söylədi ki, mən 
bu topu götürürəm, bu atla, so-ruşsan niyə deyərəm neçin ki, lazımdır, 
Deyir, dağlar dağımdı mənim, 
qəm  oylağımdı  mənim,  dindirmə,  deyir,  qan  ağlaram,  çünki  yaman 
çağımdır mənim, hə... ki... qızı verdilər keçələ, bəs bir gün gördülər... 
 
nə  gördülər,  gördülər  ki...  şah,  bir  də  şah  deməli,  belə  getdin,  çox  yax-şı, 
indi  sən  mənə  şah  deyirsən,  lap  əcəb  eləyirsən,  -  birdən-birə  elə  bil 
Mürşüdün  söz  axını  qurudu,  bir  az  tutulan  kimi  oldu,  başmı  qaldı-rıb 
maddım-maddım Nemətə baxdı, - boy, mən matam ki, - dedi, - ə, bu necə 
oldu,  ə?  Bu  biri  topu  görmədim  zəhrimarı,  ay  sənin  saqqalm  ağarsın,  pah 
atonnan,  udmuşdum  e,  oməlli-başlı  səni  sıxışdırırdım,  tfu,  andıra  qalasan 
belə oyun. Yaxşı, birini də düzək. 
 
Dəhlizdən səslər gəldi. 
Sürəyya: 
 
- Xoş gəlmisiz, keçin içəri, - deyirdi. 
 
Nemət səslərindən gələnləri də tanıdı. Sürəyyanm ortancıl bacısı Tahirə 
və onun əri Cabbar idi. 
 
Nemət ayağa durub onların qabağına çıxdı. 
 
Cabbar Allahın fağırı idi. Vur qapazı başına, al çörəyi əlindən. Ta-hirə 
isə atmaralı idi. 
Ər  də,  arvad  da  kimyaçı  idilər.  Ər  elmlər  namizodi.  Arvad  elmlər 
namizədi. Ər indi doktorluq dissertasiyasmı yazırdı. 
 
Cabbar sözləri çox aydın və təmkinlə tələffüz edər və sırf odobi dildə 
danışardı:  “Mən  vo  Tahirə  artıq  beş  ilə  yaxındır  ki,  nikahdayıq.  Biz 
mütəmadiən hər axşam dənizkənarı bağa gedib təmiz hava qəbul edirik” və 
b. k. 
Sısqamətən  bir  oğulları  vardı.  Nemət  onu  görəndə  ürəyindən  qara 
qanlar axırdı.  Çünki haçan  görsəydi  Tahirə ritorik  suallarla  uşağın  ca-nını 
boğazına yığırdı: “Alik necə çörək ycyir? Alik pis çörək yeyir. Bəs, Fatik 
necə  yeyir?  (Uşağın  adı  Fuad  idi)  Fatik  yaxşı  yeyir.  Alik  mamasını 
neyloyir?  Alik  mamasını  incidir.  Bəs,  Fatik?  Fatik  maması-mn  sözünə 
baxır” . 
 
Uşaq  bütün  bu  ritorikam  çox  laqeyd  və  bigano  görkomlə  dinləyir-di. 
Monfur  Alikin  kim  olduğunu  heç  kəs  bilmirdi.  Tahirə  özü  də  bil-mirdi. 
Neməto elə gəlirdi ki, bu mifık bir varlıqdır. Fatikin mələkliyiy-lə müqayisə 
üçün peyda olmuş bir iblisdir. 
 
Bir həftə bundan qabaq Cabbargil təzə mənzilə köçmüşdülər. Amma 
köçməyə çoxdan hazırlaşırdılar. Altı ay söhbətlərinin əsas 
 
mövzuları monzil məsələsi idi. 
 
Bundan əvvəl isə düz üç il ayrı mövzuları vardı. Üç il bundan qa-baq 
Dunayla səyahətə çıxmışdılar, altı ölkədə olmuşdular. Nemət 


düşünürdü  ki,  özlərinə  bilmirəm,  amma  camaata  bu  səyahət  çox  baha 
oturdu.  Kim, harda, nədən  danışsaydı  Tahirə  dərhal  onun  sözünü ağ-zmda 
qoyub deyərdi: 
 
- Yadında, Caboş, biz Rumıniyada olanda... 
 
(Ümumiyyətlə, onda bu xasiyyət  vardı, birinci növbədə ərinin, sonrakı 
növbələrdə başqalarımn sözünü yarımçıq kəsib ya etiraz edər, ya təshih edər, 
ya da tamam başqa, heç dəxli olmayan bir məsələdən danışmağa başlardı). 
 
Cabbar da təmkınlə: 
 
- Bəli, Tahirə, - deyə cavab verərdi. - Lap yaxşı yadımdadır. Tahirə ərini 
Caboş çağırırdı. Bilmirəm bu bacılarda nə adətdir. 
 
Alya da o boyda zırpı kişiyə Murzik deyir. 
 
- “Caboş, Murzik! Yaxşı ki, Sürəyya mənə belə bir ad qoymayıb”. Nemətin 
yanmda Caboş, ya Murzik deyəndə əti tökülürdü. Çimki-nirdi, elə bil 
qapınm dalından açıq-saçıq bir səhnə, ya başqasınm yığı-şılmamış yorğan-
döşəyini, yad adamın alt paltarını, ya nə bilim nələr 
 
görürdü. 
 
Tahirə: 
 
- Caboş, - dedi, - görürsən. Sürəyyagil təzə maqnitofon alıblar. 
 
  Bəli, görürəm. Çox mübarəkdir. Sağlıqlarına qismət olsun. 
 
  Sağ ol. 
 
  Yadında,  Caboş,  Avstriyada  maqnitofon  gördük  e,  belə  san  qutuda? 
Nemət: “Aman Allah”, - deyə düşündü. 
 
  Təzə eviniz necədir?  - deyə soruşdu. Hər halda ev söhbəti nis-bətən 
təzə idi, qulağı yağır eləməmişdi. 
Cabbar: 
 
  Yaxşıdır, - dedi. - İki balkonu var. Hündürlüyü üç metr. Köhnə 
 
layihəylə  tikilib.  Qəşəng.  -  “Qəşəng”  onun ən  çox  işlətdiyi  söz  idi.  - Çox 
yaxşı oldu, mən elə bilirdim tualetlə hamamı bir yerdə olacaq. Təzə evlərdə 
belə olur axı... Amma baxtımız gətirib. Qəşəng. 
 
Sürəyyamn içəri girdiyini görüb bir də təkrar elədi: - 
Hamam ayrı, tualet ayrı. Qəşəng. 
 
Əliylə qəribə bir hərəkət elədi. Güman ki, tualetin formasını təs-vir 
edirdi. 
 
  Qəşəng, - dedi, - ağ kafel. Mətbəx də, hamam da. Duşu bir balaca... 
 
Tahirə onun ağzından vurub. 
 
  Bilmirəm, nə duş, duş salmısan, - dedi. - Yaxşı, qərara gəldik axı ki, 
usta çağırıb dəyişdirəcəyik. 
 
Cabbar: 
 
  Əlbəttə, - dedi, - amma ırıən... 
 
Tahirə: 
 
  Çox  evdə  kafel  vurmurlar,  -  dedi,  -  gərək  özün  vurdurasan. 
Cabbar: 
 
  Nemət,  -  dedi,  -  bir  təmiz,  keyfıyyətli  kafeldir  ki,  Tahirənin, 
Sürəyyanın canıyçün. Baxanda adamın ağzı açıq qalır. 
O,  həmişə  arvadımn  canına  and  içirdi.  Nemətlə  danışanda  Sürəy-yanı 
əlavə edərdi. Murtuzla danışanda Alyam. 
Sürəyya: 
 
  Nemət,  -  dedi,  -  maqnitofonu  qursana!  Tahirəgil  qulaq  assınlar. 
Nemət düyməni basdı, dərhal da səsi eşidildi: 
  Hə, bir şey deyin. 
 
Tahirə: 
 
  Sənsən? - dedi. 
Nemət başını yellədi. 
Sürəyyanın səsi gəldi: 
 
  Yazır? 
 
Tahirə: 
 
  Caboş,  Sürəyyadır  e,  -  dedi. 
Cabbar: 
 
  Qəşəng,- dedi. 
 
Sürəyyanın səsi gəldi: 
 
  Demək, mən demək istə... 
 
Gülüşdülər. 
 
Cabbar: 
 
  Qəşəng, - deyə təkrar etdi. 
 
Karmen “Murzik” dcyəndə yenə gülüşdülər. 
Mürşüd: 
 
- Murtuz Balayeviçin qulağına çatar, yaxşı düşməz, - dedi, - inciyər. 
Tahirə Sürəyyanın qulağına tərəf əyilib Alyagildən nə isə damş- 
mağa başladı. 
 
Cabbar gözlərini qırpmadan diqqətlə qulaq asır, vaxtaşırı: - 
Qəşəng, qəşəng, - deyirdi. 
Nemətin səsi gəldi: 
 
Bir də mən görsəm ki... 
 
Sükut. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə