SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə34/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   30   31   32   33   34   35   36   37   ...   104

verdisi arvadlara, uşaqlara. Ayrıca Bikə xalanın sağlığına içdilər, de-dilər ki, 
yeməklər qiyamətdir. 
 
Sonra Nemət durdu: 
 
  İçək  tamadanm  sağlığma,  -  dedi.  Uzun-uzadı  nə  isə  danışdı.  Nə 
danışdığını özü də bilmirdi. Bircə fikrində onu tutmuşdu ki, mümkün qədər 
təmtəraqlı danışsın. “İnsanlıq, vüsət, zəka, istiqbal, hünər, müzəf-fər...” . Lap 
qafıyə çıxdı. İstədi “əsər” də əlavə etsin, ancaq qorxdu. 
 
Alya: 
 
  Bəsdir,  sən  allah,  ay  Nemət,  -  dedi,  -  bu  oldu  lap  kult  liçnosti. 
Murtuz bir balaca keflənmişdi, bu sözlori eşidəndə ayağa sıçradı. 
 
  Nemət  burda  çox  damşdı,  -  dedi.  -  Belə  yaxşı-yaxşı,  yağlı-yağ-lı 
sözlər  dedi.  Mən,  əlbəttə,  belə-belə  sözləri  bilmirəm.  Belə  qırılda-da 
bilmərəm.  İndi  neyləyək  kulturamız  çatmır,  -  son  cümləni  deyib  Alyaya 
baxdı.  Alya  da  ona  baxdı.  Bu  mənalı  baxışmamn  mənası  bu  idi  ki, 
“kulturanm  çatmaması”  rişxənd  təbiriylə  deyilmişdi,  təki  hammın 
mədəniyyəti bizimkiycən olaydı. 
 
  Hə, bir sözlə, hörmətinizə görə sağ olun. Məni çox təriflədiz, bəlkə 
layiqindən də artıq,  - bu yenə eyni priyom idi. - Mən indi bacar-dığımdan 
xalqıma  xidmət  eləmişəm.  Cəbhənin  odunda-alovunda  qa-nımızı  tökəndə, 
elə  biz  sizin  kimi  çavanların  bugünkü  fıravan  gününü  fikirləşmişik  ki,  siz 
belə-belə  oturasız,  kef  çəkəsiz,  xoşbəxt  dolanasız.  İndi  sizin  də  borcunuz 
odur  ki,  bu  yolda  qan  tökən  adamlara  lazımi  hönnət-izzət  göstərəsiniz. 
Böyüyün  böyük  yeri  var,  kiçiyin kiçik,  yoxsa  ara qarışıb  məzhəb  itsə,  bu, 
yaxşı  nəticə  verməz.  Alya,  o  ki  qal-dı,  sən  deyirsən  kult  liçnosti,  deyir, 
vallah, o liçnostə də canım qurban, onun kultuna da. 
 
Murtuzun  əqidəsi  qəlbinin  dəruni  guşələrində  gizlənir.  “Ararat" 
konyakınm beşinci qədəhindən sonra isə atlamb ordan çıxırdı. Müd-dəaları 
da çox dəqiq idi... 
 
Deyir  dəryalarca  qan  töküb,  adam  qırıb?  Əcəb  eləyib.  Xalq  düş-
mənlərini qırıb qurtarmasaydı Hitleri məğlub edə bilərdi? 
 
...Masanın arxasından durdular. 
 
Dadaş yenidən pəncərənin qabağına gəldi. Nemət onun yanında durub: 
 
-  Ora  Akademiyanın  təzə  binasıdır,  -  deyirdi.  -  Köhnə  binası  gö-
rünmür. Ora dəyirmandır. O, bankın qabağıdır. 
 
Sonra kimsə təklif etdi ki, maqnitofonu qursunlar. 
 
Nemət düyməni basdı: 
 
  Hə, bir şey deyin, - dedi. Bir neçə dəqiqədən, bir neçə səsdən sonra 
isə: 
  Bir də mən görsəm ki... - dedi və susdu. 
 
Qonaqlar vidalaşıb dağılışdılar. 
 
Çarpayısında uzanan kimi yuxuya getdi. Bu gün çox yorulmuşdu. Çox 
da həyəcan keçirmişdi. 
Qızlar da yatdılar. Bikə xala da. Sürəyya da. 
 
Gecənin bir yarısında elə bil kimsə qəfilcə Neməti oyatdı. Gözlərini 
açdı. Gördü ki, kefliliyi də keçib. Tamam ayıq idi. Ta- 
mam da oyaq. Yuxusuzluğa alışmış bir adam təcrübəsiylə dərhal başa 
düşdü ki, təzədən çətin yata. 
 
Elə bil kimsə onu oyatmış və beynini fikirlə doldurmuşdu. Yaman da 
yanğısı vardı. Durub su içdi. 
Fikirlərini  qovmaq  istədi.  Divara  tərəf  çevrildi.  Əlini  xəritəyə  çəkdi: 
Ağcatau, Sasık göl, Ağcal... 
Amma fıkirlər qayıtdı. Onları dağıtdı. Yenə qayıtdılar. Yenə. Yenə... 
 
Dünən  səhərdən  bəri  başında  oyanan  fıkirlər  elə  bil  yenidən  rəsm  - 
keçidə gəlmişdi. 
 
Əvvolcə  atası  haqqında  düşünməyə  başladı.  Diişündü  ki,  bax,  anam 
deyirdi  atanın  Samuxda  yaman  hörməti  vardı.  Evlər  tikmişdi,  yol 
çəkdirmişdi.  Sonra  düşündü  ki,  Samux  indi  Mingəçevir  dənizinin  di-
bindədir. Evləri, yolları, hamısı... 
 
Bəs, Samuxda yaşayan adamlar? O adamlar ki, atası onların hörmo-tini 
qazanmışdı?  Horosi  biryana  dağılıb.  Bəlkə  atasmın  surətini,  xatirə-sini, 
bağışlanmış fotoşəkillor kimi, hərəsi bir tərəfə aparıb. Bəlkə do... 
 
Sonra  hardansa  beynində  qafiyəlor  dolaşmağa  başladı:  azsa,  pozsa, 
yazsa... 
 
Sonra  nədənsə  pəncərənin  axar-baxarı  haqqında  düşünməyə  baş-ladı: 
Qız qalasımn topəsi, Akademiyanın təzə binası. Bank, dəyirman. 
 
Sonra marşrutlu avtobus haqqında dünənki fıkirlərini xatırladı. 
Sonra qulaqlarında maqnitofon yazıları canlandı: 
 
“Bir do mən görsom ki...” - bu cümlə nəbz kimi beynində döyün-məyə 
başladı. 
 
O biri otaqda saat üç dəfə vurdu və qəfilcə bir an içində Nemət hər şeyi 
başa düşdü. 
 
Fikirləri durulub aydınlaşdı və Nemət hər şeyi birdən anladı. 


Anladı  ki,  pəncərənin  axar-baxarı  nə  qədər  cazibəli,  mənzərəli,  gözəl 
olsa da, o, Nem ət bu görünüşə nifrət edir. Nifrət edir, çünki o, bu mənzərəyə 
məhkumdur.  Ömürlük  məhkumdur.  Heç  bir  zaman  bu  pəncərə,  qatar 
pəncərəsi  kimi  hərəkətə  gəlib  dəyişməyəcəkdir.  Bu  pəncərəni  xalça  kimi 
dÖrd  mismarla  onun  həyatma  mıxlayıblar.  Ömrü  boyu  o  bu  pəncərədən 
baxıb Qız qalasımn təpəsini, Akademiyanm yeni binasını, bankı, dəyirmanı 
görəcək. 
 
Adam öz həyatım qadını atan kimi ata bilmir, insan öz həyatmı axıracan 
yaşamalıdır. Həyat yükünü axıracan daşımalıdır... 
 
Nemət dəhşət içində anladı ki, bir də onun həyatında heç bir vaxt heç bir 
şey olmayacaqdır. Nə ürkək duyğuların nigaranlığı, nə gözlə-mə, nə aldanış, 
nə ümid, nə bahar gecəsi son tramvayın pəncərəsində diksinən ulduzlar... 
 
O, həyatını, gündə oynadığı rolundan bıqmış bir aktyor kimi, qa-tarlara 
qoşulub  dəyişməz  relslərlə  gedən  parovoz  kimi  son  mənzilə.  son  pərdəyə, 
son  dayanağa,  son  sükuta  çatdırmalıdır.  Son  qaranlığa.  son  səsin  susduğu 
yerə... 
 
O qanunların, qadağaların, normaların əsiridir. 
Onları poza bilməz. 
 
Poza bilməz, aza bilməz. Aha, indi tapdı ki, bu qafıyə hardandır. Yazıq, 
biçarə, zavallı marşrutlu avtobus! 
 
Pozsa, azsa, yazsa... 
 
Yazılana pozu yoxdur. Bunu bayaq kim dedi? Bayaq yox, dünən. Dadaş 
dedi, hə, bir də yadımdadır, vaxtilə Bikə xala demişdi. 
 
Dünən Karmen də nə isə buna bənzər, bir şey deyirdi, hə, dedi ki. 
yazılıb, pozulmayacaq. Nə pozulmayacaq? Hə, maqnitofon yazısı... 
 
  Hə, bir şey deyin... 
 
  Demək, mən demək istə... 
 
Bir dənə söz, bir dənə hərf dəyişə bilməz. Donub qalıb. - Bir 
də mən görsəm ki... 
 
Heç kəs bilmir ki, bir də sən görsən ki... nə edəcəksən? 
 
Sabah  yenə  yığışıb  bu  yazıya  qulaq  asacaqlar.  Sabah  olmasın,  biri-si 
gün  olsun.  Ya  bir  həftə  sonra.  Yenə  qulaq  asacaqlar.  Hamısı  -  özləri  də, 
qonşuları da, qohumlan da, Mürşüd, Mənzər, Tahirə, Caboş, Alya... 
 
Sabah da qulaq asacaqlar. Hə, hə, lap yəqin bil. Biri gün də, o bi-ri gün 
də. 
 
Hər  gün  Bikə  xala  təkrar  edəcək  ki,  Alyagilin  maqnitofonu  iki  də-fə 
böyükdür.  Hər  gün  Karmen  rişxənd  edəcək  ki,  Nemət  “zadrıpan-nıy” 
maqnitofon  alıb,  hər  gün  Sürəyya  ona  acıqlanacaq  və  hər  gün  də  sonda 
Nemət bir də mon görsəm ki, - deyə kimisə hədələyərək, sözünü yarımçıq 
qoyub sükut, səssizlik uçurumuna yıxılacaq. 
 
Heç kəs də heç bir vaxt bilməyəcək ki, Nemət bir də görsə nə olacaq... 
Nə olacaq? Heç nə, hədəsiz hədə... 
 
Sabah, biri gün o, birisi gün. Ay keçəcək, il keçəcək. Heç 
nə dəyişməyəcək, ilahi, heç nə, heç bir şey. 
 
Iyirmi-otuz  il  sonra  Nemət  qocalıb  öləcək.  Ancaq  ölənə  qədər 
həyatında heç bir dəyişiklik olmayacaq. Arvadı. Üç qızı. Eyni qohum-lar. İş 
yoldaşları,  qonşular.  Eyni  söhbətlər,  zarafatlar,  qayğılar,  təlaş-lar.  Eyni 
məclislər, tostlar... 
 
Eyni pəncərə. Eyni avtobus. Eyni yazı... 
 
Bir də mən görsəm ki... 
 
Yazılana pozu yoxdur. Vəssalam. Qurtardı. Kitab bağlandı. Nöqtə. 
Nöqtə? Bəlkə vergüllü nöqtə? Daha doğrusu, nöqtəli vergül? Bəl- 
 
kə dalı var, izahı var... 
 
Bir də mən görsəm ki... Nə görsən, ay yazıq? Nə görmiison? Nə 
görəcəksən? Görsən nə edəcəksən? Heç nə... 
 
Yazılana pozu yoxdur. 
 
Yaxşı,  bəsdir,  yat  getsin,  Nemət.  Sabah  tezdon  işə  gedəcəkson.  Yüzə 
qədər say: yuxuya gedəcoksən. Ya da yum gözlərini, təsovvür elo ki, yolla 
gedirson, gedirsən, gedirsən bir də görocokson yatdın. Əsas yuxulamaqdır. 
Adam  yuxuda  olanda  vaxt  məfhumu  yox  olur.  Ya-tırsan,  yuxu  soni 
hoppadan götürüb qoyur səhəro. Vəssalam. Yaxşı, yataq. Bir, iki, üç, dörd, 
bcş, altı... 
 
Təhminə! Tohmino?  O  hardan  yadıma  düşdü?  O  hardan  golib  çıx-dı? 
Hardan golib düşdü bu obraz, durdu gözlorimin qabağında? Düındüz uzun 
qıçlı.  Qara  saçları  şəlalə  kimi  çiyinlərino  axmış.  Dişlə-ri  ton  bir  boyda  - 
qarğıdalı  donələri.  Gözləri...  Nə  rəngdəydi  Tohmi-nonin  gözlori?  Qara? 
Qonur? Göy? Yaşıl? Yox, yaşıl deyildi. Göy, şa-balıdı, qara, qonur? Göy? 
Yaşıl?  Yox,  yaşıl  deyildi.  Nə  rong  idi?  Nə  cür  olub  ki,  indiyəcən  diqqət 
eləməmişəm?  Doğrudan  qəribodir.  Yax-şı,  yat,  Nemət,  sabah  işdə  fıkir 
verərsən. Yox, qoribodir. Nə rəngdir axı, qara, qonur, şabalıdı? Bəli də, indi 
də beynino bu düşdü? Bu geco 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə