SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə42/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   38   39   40   41   42   43   44   45   ...   104

- Qəsdən, qəsdən səni bura gətirdim, - deyirdi, - axırıncı dəfə, son dəfə, 
son dəfə səninlə olmaq istəyirdim... 
 
Zaur  etiraz  eləmirdi,  amma  çox  yaxşı  bilirdi  ki,  sözdür  bütün  bun-lar 
hamısı,  axırıncı  görüşləri-fılan  deyil,  yenə  görüşəcəklər,  yenə  se-vəcəklər 
bir-birlərini,  çünki  Təhminə  onsuz  -  Zaursuz  yaşaya  bilmir.  Buna  lap  qəti 
əmijı  olmuşdu  Zaur,  odur  ki,  sakit  idi...  Deyir,  axınneı  görüşümüzdür,  çox 
gözəl, mən  daha  görüşmək  üçün heç  bir  təşəbbüs  göstərməyəcəyəm,  desə, 
deyəcəyəm  ki,  “balam,  özün  qərar  vermədin,  axır  göriişümüzdür?”  .  Özü 
məni axtaracaq, özü tapacaq, mən ancaq gözləməliyəm, vəssalam... 
 
Maşına minəndə Təhminə: 
 
- Amma səni o bağa aparmağımm bir səbəbi də var idi, -  dedi. 
 
  Bu səbəbi heç vaxt bilməyəcəksən. 
 
  Nə səbəbdir ki? 
 
  Demərəm. 
 
Zaur  inad  eləmədi.  Bilirdi  ki,  təkid  eləməsə  Təhminə  özü  deyə-cək. 
Amma  bu  səfər  belə  olmadı.  Təhminə  heç  bir  şey  demədi.  Nə  on-da,  nə 
sonra. 
 
...Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi. 
Bəlkə də heç yox imiş belə bir səbəb, Təhminə elə-belə, onun 
 
marağmı cəlb eləmək üçün demişdi bunu. Kim bilir?.. 
 
Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşımn 
içindəcə Zaurun boynundan öpdii: 
 
- Əlvida,  - dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf 
addımladı. 
 
“Əlvida.  Sağ  ol.  Hələlik”  .  Vida  sözlərinin  heç  bir  fərqi  yoxdur. 
“Holəlik”  deyib  ömürlük  ayrılmaq  olar.  “Əlvida”  deyib  üç  gündən,  üç 
saatdan,  on  beş  dəqiqədən  sonra  yenidən  görüşmək  olar...  Bu  belədir, 
əlbəttə, amma hər halda evdə, çimmək otağına keçib, soyuq çiləyin al-tında 
yuyunanda Zaura birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən 
sahilin  qumu,  dənizin  duzu,  isti  günün  təriylə  birlikdə  Təhminənin 
öpüşlərini,  sığallarım,  əllərinin  təmasını  da  həmişəlik  yuyub  aparır. 
Sözlərini,  pıçıltılarını,  saçlarmın  iyini...  Bir  də  heç  bir  zaman  Təhminəylə 
görüşməyəcəklər, saçlarını əliylə almndan atdığı-nı, dodaqlarında tükənmiş 
təbəssümün,  gözlərinin  dibində  sönən  son  qığılcımlarım  Zaur  heç  vaxt 
görməyəcək.  “Əlbəttə,  belə  deyil,  -  deyə  düşündü.  -  Əlbottə,  yeno 
görüşəcəyik. Gözləmək lazımdır. Gözləmək, vəssalam” . 
 
Üçüncii fəsil 
 
Yaxşı görüniir surəti məhvəşhrin, əmma 
 
Yaxşı nəzər etdikcə, sərəncamı vamandır! 
 
Zaur  valideynlərini  çox  istəyirdi.  Həm  də  yaşa  dolduqca  daha  ar-tıq 
istəyirdi  onları.  Daha  doğrusu,  yetkinlik  yaşında  o,  öz  valideynləri-ni  lap 
körpə vaxtında sevdiyi kimi sevirdi - təbii və təmənnasız bir məhəbbətlə... 
Körpəliklə  yetkinlik  yaşı  arasında  qalan  qısa  bir  dövrdə  -  beş-altı  il 
çəkmişdi bu müddət - Zaurun təqribən 14-15 yaşından 19-20 yaşına qədər - 
valideynlərinə münasibəti başqa cür idi. Əlbət-tə, sevirdi onları, amma bu 
sevgidə  bir  bəyənməzlik,  üstüörtülü,  bəzən  də  açıqdan-açığa  rişxənd, 
istehza da var idi - valideynlərinin yaşayış tərzinə, köhnəlmiş anlayışlarına 
və zövqlərinə bir növ ağız büzərdi. Amma, eyni zamanda, bu bəyənmədiyi 
həyat tərzinin bütün niyaz-im-tiyazlarından da bolluca istifadə edirdi, bahalı 
hədiyyələrdən  -  ali  məktəbə  daxil  olduğu  il  atası  ona,  “Moskviç” 
bağışlamışdı  -  imtina  eləmirdi.  O  illər  Zaurun  bütün  marağı  idmanla,  caz 
musiqisiylə,  rəqs-lərlə  və  qızlarla,  xariei  geyim-gecimlərlə  və  xarici 
fılmlərlə bağlı idi. 
 
Valideynləri  ev-eşiklərini  ağır,  zəhmli,  tünd  mixəyi  rəngli  köhnə 
mebellə  doldurmuşdular.  (Belə  mebel  sonralar  yenə  dəbə mindi,  am-ma  o 
illər  geriliyin,  pis  zövqün  rəmzi  kimi  görünürdü  Zaura).  Vali-deynləri 
bufetlərinin üstünü, servantlarınm içini bahalı qab-qacaqla doldurmuşdular, 
masanın,  hətta  röyalın  üstünə  də  iri  büllur  güldanlar,  mürəbbə  vazalan, 
gülqabılar düzülmüşdü. Valideynləri hind fılmlərin-dən zövq alırdılar, atası 
saatlarla  radiocihazı  qurdalayıb  orob  vo  İran  musiqisinə  qulaq  asardı  - 
ləzzotlə gözlərini də yumardı, qulağını di-rəyərdi cihazın dinamikinə, necə 
deyərlər, “çorta gedərdi” vo yalnız hərdən-birdən ağzım marçıldadıb “bəh-
bəh”  deyərdi.  Valideynləri  böyük  cah-cəlallı  məclislor  düzəldordilər,  bu 
məclislərdo  uzun-uzadı,  adamın  üroyini  çəkən  duzsuz  sağlıqlar  deyilərdi. 
Vo valideynlori elə bil iynə üstündə oturardılar: amandır, birdən qonaqlann 
yeri sohv düşər,  başda oturmalı qonaq aşağı düşər, aşağıda oturmalı adam 
başa  keçər,  amandır,  birdon  bir  adam  yaddan  çıxıb  qalar,  sağlığına  badə 
qaldırmazlar, amandır, birdən siyahının sırası, ardıeıllığı pozular: ki-minsə 
ünvanına ovvolcə sağlıq deyilər (halbuki onun sağlığı sonra deyilməliydi), 
kiminsə  sağlığı  sonra  deyilər  (halbuki  əvvəl  deyilmo-liydi)  və  belə 
məclislərdə tamadalığa məhkum olmuş bədbəxt, yu- 


 
mordan mohrum biçarə, dəridən-qabıqdan çıxardı ki, ırıəzəli bir söz dcsin və 
dcdiyinə də bircə özü gülərdi, amma qonaqlar da başa düşən-də ki, bu yerdə 
gülmək  lazımdır,  birtəhər,  zoman  irişərdilər...  Vali-deynlərinin  bütün  bu 
həyat  sistemini  Zaur  öz-özlüyündə  “müsəlman-çılıq”  adlandırardı  və  heç 
fıkirləşməzdi  ki,  bədbəxt  müsəlmanlar  ha-çandan  sağlıq  deyiblər  görəsən, 
haçandan bəri tamada seçiblər? 
 
Bir  də  ki,  saysız-hesabsız  qohum-əqrəbaları  vardı  və  tez-tez  on-lara 
təşrif  gətirən  bu  yad  adamlarla  kəlmə  kəsmək,  xoş-beş  eləyib,  hal-əhval 
tutmaq  məcburiyyəti  vardı...  Bir  də  evlərinə  gələnlərlə  ana-sının  daimi 
söhbətləri, qeybətləri vardı: kim necə yaşayır, kimi hara qabağa çəkiblər və 
məlumdur  ki,  nə  yolla  çəkiblər,  kim  kimin  adamı-dır,  kim  kimin  arxası, 
dayağıdır,  kim  kimin  yerlisidir,  filankəs  filan-kəslo  gəzir,  fılankəs  də 
fılankəslə,  fılankəs  fılan  qədər  qazanır,  fılan-kəs  fılan  şeyi  alıb,  fılankəs 
arvadını döyür, ya filankəs ərinin başma min fırıldaq açır... 
 
Bütün  bunlar  Zaurçün  yad  və  yabançı  idi,  onun  sevmədiyi,  bəyən-
mədiyi,  bəzən,  hətta  nifrət  bəslədiyi  başqa  bir  aləmin  bəlirləri  idi.  Və  bu 
aləmin  təzahürləri  Zaurun  camnı  lap  boğazına  yığan  vaxtlarda  o,  hətta  öz 
valideynlərinə də xor baxırdı. Amma qəribədir, bu cür müna-sibətin nəticəsi 
tamam başqa olurdu. Zaur bu anlarda valideynlərinə az qala ikrah hissi ilə 
yanaşsa da, onların sədəqələrindən imtina etmirdi, oksino, elə bil daxilində 
valideynlorino  qarşı  bir  növ  ifrat,  təmənnaçı-lıq  hissi  oyanırdı:  müxtəlif 
şəkillərdə,  müxtəlif  bəhanələrlə  valideyn-lərindən  elə  hey  bir  şey  çəkib 
qoparmaq  istəyirdi.  Valideynlərindən  deyəndə  -  anası  evdar  qadmdı,  atası 
idi  qazanan,  amma  atasına  birba-şa  miiraciət  etməyə  cəsarəti  çatmırdı, 
atasıyla aralannda müəyyən pərdə saxlanırdı, odur ki, tələblərini, istəklərini 
anasımn vasitəçiliyi ilo edirdi: “palto, kostyum, almaq istəyirəm”, “səfərim 
var”  və  sairə  sobəblor  gətirirdi.  Bəzən  iirəyinin  sözünü  zarafata  salıb 
deyirdi:  “ki-minçün  saxlayırsız  bu  pulları,  bilmirəm,  tək  bircə  balanıza  da 
xərclə-məyəndə kimə xərcləyocəksiniz professorun var-dövlətini?” 
 
Hər  istəyinə,  hor  arzusuna  əməl  olunurdu  Zaurun  və  qəribədir  - 
valideynlərinin  oğullarına  qarşı  bu  səxavəti,  bu  əliaçıqlığı  oğullarında 
minnətdarlıq  hissi  oyatmırdı,  olsa-olsa  içi  istehza  qarışıq  məmnun  bir 
təbəssüm qonurdu dodaqlarına... 
 
O  illərdə  Zaur  su  porisino  oxşayan  sarışın  saçlı  Tanya  adlı  bir  qız-la 
gəzirdi.  Tanya  idmançı  idi,  yelkənli  qayıqları  sürmək  üzrə  çempion  idi. 
Məlum deyil ki, hansı yollarla Zaurun anası oğlunun kiminlə gəz- 
diyini iyləyib-çiiyloyib bilirdi. Bu əlaqo heç ürəyindən deyildi Zivor 
xanımın vo nədənso homişo o qız haqqında com halında danışardı: 
 
- Yenə sənin Tanka-mankaların zong eləmişdi... 
 
Tanka-manka həmin o Tanya adlı qız idi, həmin o su pərisinə ox-şayan 
qayıq  çempionu.  Və  həmin  o  su  pərisinə  oxşayan  sarışın  qayıq-çı  qız 
günlərin  bir  giinündə  ata-anasıyla  Lvova  köçdü  və  Zaurun  həya-tından 
həmişəlik qeyb oldu... Zaur az-az xatırlardı onu, hər dəfə xatır-layanda elə 
bil yaddaşma ilıq bir bahar mehi əsirdi - uzun sarı saçları islanmış Tanyanı 
gözləri qarşısına  gotirən  kimi  dərhal  xəyalında  dəni-zin  sonsuz  maviliyi  - 
qızın  gözlori  rəngdəydi  bu  mavilik  -  bir  də  dal-ğaları  yarıb  aşan  iri  ağ 
yelkənli qayıqlar canlanırdı. 
 
Zaurun  atası,  geoloji-mincraloji  elmlər  doktoru,  professor  Məcid 
Zeynallı  nə  qazanmışdısa  öz  əlinin  zəhmətilə,  uzun  və  çətin  həyat 
mübarizələrində qazanmışdı. 30-cu illərdə ucqar bir dağ kəndindən Bakıya 
gələndə Məcid Zeynallının yamaqlı çəkməsi, bircə dəst boz şalvar-köynəyi 
vo  şalvarının  cibində  cəmi-cümlətanı  üçcə  manat  pulu  vardı...  Mocid 
modənlordo  qara  fəhlə  işlədi,  vağzalda  hambal  işlədi,  hətta  bir  müddət 
yeməkxanada aşpaz köməkçisi işlədi. Rabfakm axşam şöbəsində təhsil aldı. 
Xüsusi bir qabiliyyətə malik olmasa da zohınot-sevərlik, yuxusuz gecəlor, 
inad gücüno universitetə daxil oldu, oranı ola qiymotlə bitirib Leninqrada 
aspiranturaya getdi... 1936-cı ildə Lenin-qradda dissertasiya müdafıo elodi, 
elmlor  namizədi  oldu.  Bakıya  qayıt-dı  və  elə  homin  il  işo  düzoldiyi 
institutun makinaçısı Zivərlo evlondi... 
 
Zivorgilin  Dağlı  ınohollosindo  dodə-baba  evləri  vardı.  İkimortoboli  evin 
ikinci ınortobosini kirayo verordilor, birinci mortobosindoki iki otaqda iso 
Zivorin anası vo bacılarıyla bir yerdə Mocidlo Zivor düz bir il yaşadılar. Bir 
il  sonra  Mocidgil  şohorin  morkozindo  azad  olunmuş  monzillordən  birino 
köçdülor,  sonralar  qonşularındakı  iki  otağı da  öz  monzillorino  qatdılar  vo 
indiyocon do burada yaşayırdılar... 
 
Qırxıncı ilin scntyabrında Zaur dünyaya goldi... 
 
Dava  diişdii  vo  topçu-zabit  Mocid  Zeynallı  Scvastopolda  yaralan-dı, 
qospitaldan  sonra  tocili  Bakıya  çağrıldı  vo  bir  dosto  geoloqla  bir  ycrdo 
İrana göndorildi. Davanm axırınacan İranda qaldı. İıandan gotiı-diyi şcylor 
içindo  Zaurun  on  çox  yadında  qalan  lakh  çokmolor  vo  ol-van  şokokıd 
qutuları  idi...  Davadan  sonra  Mocid  Zeynalh  doktorluq  müdafio  clodi, 
kafcdra miidiri toyin olundu vo Qırmızı Əmok Bayrağı ordcni aldı. 
 
Tohminonin falında bir şey hoqiqət idi: yaşa dolduqca Zaur, doğ-rudan 
da, yumşalırdı, mülayimləşirdi. Əvvola, validcynlorino qarşı 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə