SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə43/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   39   40   41   42   43   44   45   46   ...   104

 
mehribanlaşmışdı. Elə bil münasibəti daha təmənnasız olmuşdu. Doğ-rudur, 
yenə  də  hərdən-birdən  anasına:  “yaxşı,  bir  əlivizi  cibivizə  atın  görək,  - 
deyirdi, - professorun pulları kif atıb”, amma indi ata-anasın-dan pulu da elə 
bil  bir  növ  utana-utana,  çəkinə-çəkinə  alırdı...  İşə  gi-rəndən  sonra  özü  də 
qazanırdı.  Doğrudur,  donluğu  xərcinin  onda  biri-ni  də  ödəməzdi,  amma, 
buna baxmayaraq, hər dəfə anasından pul alanda deyirdi ki, borc götürürəm, 
maaşda  qaytaracağam: hər ikisi  bi-lirdi  ki,  bu  günü-gündən  artan  borc  heç 
bir vaxt ödənilməyəcək... 
 
Bir dəfə isə lap pərt oldu. Əslində bu pərtlik də deyildi, nə isə bir başqa 
hiss  idi.  Zaur  biləndə  ki,  atası  onun  adına  üçotaqlı  kooperativ  mənzil 
yazdırıb və pulunu da verib, həm bir qədər əsəbiləşdi - “kim bilir haçan hazır 
olacaq  bu  mənzil,  ondansa  bu  pulları  verəydi,  indi  xərcləyəydim”  -  deyə 
düşündü,  həm  bir  az  şəstinə  dəydi  -  deməli,  mənim  gələcək  mənzilim  də 
atamın hesabınadır, amma bir tərəfdən də sevindi  - hərhalda özünün ayrıca 
evi  olacaq...  Belə  ayrıca  otaq  həs-rətində  olurdu  çox  vaxt,  tez-tez  lazım 
olurdu ona belə bir məxsusi mənzil... Amma hər halda... Bir dəfə atası özü 
bu  barədə  söhbət  saldı.  Bu  söhbəti  açmaq  üçün  atası  qəsdən  elə  vaxt 
seçmişdi ki, Zivər xamm evdə olmasın. 
 
- Əlbəttə, - dedi atası, - biz istərdik ki, həmişə səninlə bir yerdə yaşayaq, 
amma bilirsən özün də, - bunu gizlətməyin nə mənası var - ananın xasiyyəti 
tünddür. Sənin goləcək arvadm lap məlaikə olsa da, ikisi bir yerdə yola 
getmoyəcəklər. Ailədə narazılıq, dedi-qodu nəyə lazımdır, ondansa bu başdan 
işimizi elə tutaq ki, arada hörmət-izzət qalsın... Vaxtdır, sən də gorək evlonmok 
barodə fikirləşəsən. Bizim də daha baba, nənə olmaq yaşımızdır. Əməlli-başlı 
fıkirləş, hər cəhətcə götür-qoy elo. O vaxta ev do hazır olar... İnşaallah, o vaxta 
gərək müdafıə də eləyosən... 
 
Atası  heç  bir  vaxt  onunla  belə  damşmamışdı.  Ümumiyyətlə,  az-az 
danışırdılar, atası clminə  - kitablar aləminə qapılmış qaradinməz bir adaırı 
idi,  arvadıyla  nadir  hallarda  danışar,  oğluyla  isə  demək  olar  ki,  heç 
danışmazdı.  Bu  cür  açıq  sözlori  iso  Zaur,  üınumiyyətlə,  birinci  də-fo 
eşidirdi ondan. Elo buna da mat qalmışdı. Amırıa bundan daha artıq başqa 
bir şeyə mat qalmışdı Zaur. Mat qalmışdı ki, atası neçə illər bun-dan qabaq 
öz hoyatını doqiq qrafik üzro qurduğu kiırıi, indi onun, Za-urun da hoyatını 
bu  cür  doqiq  planlaşdırmışdı:  ali  təhsil,  dissertasiya,  ınənzil,  evlənmə, 
övlad... Doğrudur, bəzən görürsən gözlənilməz ha-disəlor do olur, mosolon: 
İkinci Dünya müharibəsi. Qrafık müəyyən 
dərəcədə  pozulur.  Amma  hər  halda  İkinci  Dünya  müharibəsi  də,  ağır 
yaralanması da Məcid Zeynallmın çox gənc yaşlarında müəyyənləş-dirdiyi 
həyat cədvəlini - qarşıya qoyulmuş bir məqsəddən yeni bir məqsədə gedən 
dümdüz  yolu  dəyişə  bilməzdi.  Və  bu  dümdüz  yol  üzrə  gedən  hərəkəti 
Mociddon sonra onun oğlu Zaur davam etdirməli idi. Sonra isə, inşalllah, 
Zaurun oğlu qədəm qoymalı idi bu yola... 
 
*** 
 
Şam yeməyindən sonra atası öz iş otağına çəkildi, Zaur jumalları 
vərəqləyirdi ki, birdən Zivər xanım: 
 
- Bura bax, - dedi, - qulağıma cürbəcür sözlər çatır ha... 
 
Zaur “Oqanyok"dakı krossvordu gözdən keçirərək laqeydcəsino: 
 
  Nə sözlər? 
 
  Səni  tez-tez  bir  xanımla  görürlər. 
“Oqonyok"u bir qırağa qoydu: 
 
 Nə xammla? 
 
 Nə bilim, nədir onun adı - Nərminədi, Təhminədi nədi... 
 
Zaur hiss elədi ki, qızarıb pörtür və qulaqları od tutub yanır. Özünü ələ 
alıb: 
  Nədir ki? - dedi. 
 
  Yaxşıdır yenə sifətində bir az həya qalıb, - dedi anası, - bir gözümün 
içinə düz bax görüm. 
 
Zaur güclə gülümsündü vo anasının gözlərinin içinə baxdı. 
 
  Düzdür  ki,  onu  maşınına  mindirib  bütün  Abşeronu  gozdirirson? 
“Aman Allah, hər şeyi ycrli-yataqlı çatdırıblar” . 
 
  Bilmirsən  ki,  yerin  qulağı  var?..  Heç  ağlın  var,  heç  bir  beynivo 
vurursan? Ərli arvaddır axı... Sonin Tanka-mankalarından deyil... 
 
  Kiındir bu xoborlori sono çatdıran?.. Camaatın işi-gücü qurtarıb... 
 
 Yox,  görünür  sənin  işin-gücün  qurtarıb...  Heç  omollərindon  uta-nıb 
eləmirsən... Bura bax, gör no deyirəm, son day balaca uşaq deyil-sən. Bığlı, 
saqqallı yeko kişison... Mən heç vədo sonin işlorino qarış-mamışam ki, ho, 
de  do,  qarışmamışam,  yox?  Amma  bu  səfor,  bax,  deyirəm,  aç  qulaqlarını 
yaxşı-yaxşı  eşit,  gör no  dcyirom.  No  qodor  ki, atovun qulağına  çatmayıb, 
biryolluq bu işdən ol çək. Bildin? 
 
Məsolonin bu cür qoyuluşu özündən çıxarırdı Zauru: no ultima-tumdur 
bu belo, o südomor körpo-zaddır boyom? Amma dinmodi... 
 
Bəlkə  elo  Zivor  xanım da gorək  söhbətini  burada  xotm  eloyoydi.  Sözünü 
bununla qurtarsaydı Zivər xanım, hor şey bolko ayrı cür olar- 


dı.  Aınrna  Zivər  xanım  harm  arvad  idi,  içində  hikkəsindən  qaynayırdı  və 
dilini  dişləyib  demək  istədiklərini  ürəyində  saxlaya  bilməzdi.  V  ə  dediyi 
sözlər  də  bütün  sonrakı  hadisələr  üçün  təkan  oldu...  Zivər  x  a  -  nım  üz-
gözünü elə turşutdu ki, elə bil çimçəşirdi, iyrəndiyi murdar bir şey haqqında 
danışırdı: 
 
  İndi də sənə ilişib, - dedi, - idarəvizin bütün kişiləriylə fırıldaq çıxarıb 
doyub, indi növbə sənə çatıb?! 
 
Zaur yerindən sıçradı: 
 
  Bəsdir, -  dedi, -  ayıbdır səninçün, bu cür sözlər danışmaq... 
 
onun-bunun ara söhbətlərini təkrar eləmək yaraşmaz sənə... 
 
Yəqin bunu çox sərt dedi, çox əsəbi dedi, anası elə bil barmağını dişlədi, 
sövq-təbii bir hisslə elə bir şeyi duydu ki, o hələ Zaurun özünə də tam aydm 
deyildi.  O  vaxt,  Zaurla Təhminənin  əlaqələri,  Zaurun  fıkrincə,  qeyri-ciddi, 
yüngül bir şey olduğu vaxtda Zivər xanım qadm - lıq və analıq intuisiyası ilə 
bu əlaqələrin ciddiliyinı dərk eləmişdi. 
 
Kinayəylə: 
 
  Ara söhbətləri?!  - deyə təkrar elədi.  - Əcəb ara söhbətləridir! Bütün 
şəhər  danışır  da  bu  söhbətləri...  Bircə  sənin  kimi  uşağı  ələ  sa-lıb  aldada 
bilərlər ki, bütün bunlar ara söhbətləridir, boş qeybətlərdir... 
 
Bütün şəhər bilir ki... 
 
  Bütün şəhər... Anket paylamısan bütün şəhərə? 
 
  Anket-zad  lazım  deyil...  Hamı  bilir  də...  Özü  də  onunçün  tə-favütü 
yoxdur kim olsun... nə idi o kişi, o yaşlı kişi var e, dədəsi ye-rindədir, əşi 
sizin  idarədə  işləyir,  nədir  o  köpəkoğlunun  adı,  balaca  dazbaş  kişidir  e, 
bumunda da ziyil var... 
 
Bilirdi  ki, anası  kimi nəzərdə tutur,  amma  boğazına ip də salsay-dılar 
Zaur Dadaşın adını çəkməzdi... 
 
Zivər xanımın özünün yadına düşdü: 
 
  Hə, Dadaş, dcyirəm axı, adı Dadaşdır. Utanıb yerə girmir, həya-sızın 
qızı... Denən, cavan gəlinsən... Sir-sifətdən də babatsan - bu, Zi-vər xanımın 
Təhminə haqqında dediyi birinci və axırıncı yaxşı söz ol-du: “babatsan”  - 
cavan  orin  var...  Amma  di  gəl,  gör  kimnən  eşqbazlıq  eləyir  -  qoca  idbar 
kişiynon... 
 
Zaur dəqiqləşdirməyə çalışdı: 
 
  Deməli,  belə  çıxır  ki,  eşqbazlıq  eləmoyi  günah  deyil,  günahı  on-
daymış ki, qoca idbar kişiylə eşqbazlıq eləyir? 
 
  Sən mənimlə burada söz güləşdirmə... Kimnən eşqbazlıq eləyir 
 
  öz işidir. Bir də o əri qurumsağın işidir. Kül onun başına ki, bu cür 
arvadı  evində  saxlayır.  Aınma,  bax,  səndən  əl  çəksin.  Yoxsa,  Allaha  and 
olsun,  onun  başına  bir  oyun  açaraın  ki,  öz  adını  da  yadından  çıxa-rar.  - 
Zivər xanım Təhminəyə nə cdəcəyini daha da dəqiqləşdirərək əlavə elədi. - 
Gözlərini çıxararam o it qızının... 
 
Zaur anasınm xasiyyətino bələd idi, bilirdi ki, anası dediyini elə-yəndir, 
bütün bu əhvalat da, görünür, Zivər xanıma möhkəm toxun-muşdur. Zaur 
məsələni daha da gərginləşdirmək istəmirdi, odur ki: 
 
- Sən allah boşla görək, ay ana, - dedi. - Aramızda heç nə yoxdur. Bir 
idarədə  işləyirik,  tay-tuşuq,  bəlkəm  indi  işdən  çıxanda  bir-iki  də-fə  onu 
maşınla apannışam, vəssalam... Nə böyük bir məsələ imiş ki bu? Əgər belə 
ürəyinə  salırsansa,  yaxşı,  söz  verirəm  ki,  bir  də  onu  ma-şınıma 
mindirməyim, qoy trolleybusla getsin. - Hənıişəki kimi yarıza-rafat tərzində 
damşırdı, amma elə bil daxili bir nigaranhq hissi keçirir-di, nədənsə ona elə 
gəlirdi ki, Təhminəni bir növ satır və məhz elə bu-na görə, özünə vicdam 
qarşısında bəraət qazandırmaqçün Təhminoni ınüdafiə elomok istədi: 
 
-  O  ki  qaldı,  Dadaş,  -  dedi,  -  soni  yüz  faiz  əmin  edə  bilərəm  ki,  bu, 
yalan  sözdür,  böhtandır,  vəssalam.  Mən lap  yəqin  bilirəm, Dadaş-la  onun 
arasmda heç bir şey olmayıb, ola da bilməz. 
 
 Sən hardan bilirson? Özü sənə deyib? 
 
 Yox,  özü  deməyib.  İntəhası  mən  də  həmin  o  idarədo  işləyirəm  vo 
çörəyi burnuma ycmirəın axı... Bu söhbət ağ yalandır. 
 
Amma Zivor xanım hcç cür razılaşmaq istəmirdi: 
 
Tək Dadaşdır boyəm? Odey bizim qonşu da neço vaxt onunla 
 
“dostluq” eloyib. 
Zaur: 
 
- Hansı qonşu? - deyə xobər aldı və hiss clədi ki, bütün içi donub huz 
bağlayır. 
 
Alyanın  oğlu  da...  Spartak...  Alya  danışırdı,  dcyir,  yazıq  godoyo 
aman vcrmirdi. Tclefonumuzu, dcyir, day yerindən çıxardırdı. Geco bilmoz, 
giindüz bilmoz, zongi zongə calayır... Ciyoriyanmış hardan zong vururmuş 
göroson, öz cvindon? Bos, ori balqabaq harada itib qa-lıbmış?.. Əh... 
 
İ  ç  i 
elo
  b  il  d  o  n 
bağlamışdı  Zaurun,  elo  bil  bcyııi  ağırlaşmış,  qıc  olub
 
qalmışdı, yavaş-yavaş özüno goldikco birco istok hakim kosilirdi qol-bino: 
bu saatca Tohminoylo görüşsün, lapdan, aman, macal vcrmodon soruşsun 
Spartak barosindo vo cavabından asılı olaraq ya münasibot-lori birdofolik 
qırılsın, ya da... Sanki anasının sosini do artıq eşitmirdi. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə