SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə92/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   88   89   90   91   92   93   94   95   ...   104

Otaqdan  çıxmağa  tələsmirdi.  Qoy  elə  bilsinlər  ki,  namaz  qılır.  Bu-ra 
ayağmı  basandan  bəri  hər  addımı  güdülürdü  -  bunu  bilirdi.  Amma  yəqin, 
texniki  səviyyələri  elə  deyildi  ki,  otel  otağınm  içində  izləyici  cihazlar qura 
bilsinlər. 
 
Əzan səsi zonanm hər tərəfınə yayılırdı. 
 
Zona!  Məlik  ürəyində  nəfəskəsici  bir  sancı  duydu  -  onun  doğul-duğu, 
boya-başa  çatdığı,  oxuduğu,  işlədiyi,  sevib-sevildiyi,  ailə  qur-duğu,  oğul-
uşaq atası olduğu şəhər indi Zona idi. Daha doğrusu Zona-lar. Ən dəqiqi - üç 
Zona. Üç Zonaya bölünmüşdü onun Bakısı. 
 
Dünya  bu  üç  siyasi  quruluşa  malik  olan  hissələri məhz  elə  belə,  Zona 
adlandırsa da, xarici kütləvi informasiya vasitələri imkan tapan-da və xəsis 
məlumatlar  alanda  Birinci  Zona,  İkinci  Zona,  Üçüncü  Zo-na  istilahlarını 
işlətsələr  də  bu  bölgələrin rəsmi  adları  da  vardı  -  Bi-rinrci  Zona  BEHİŞTİ 
BADİ-KÜBƏ,  İkinci  Zona  BAKI  KOMMUNA-SI,  Üçüncii  Zona  BAKU 
SİTİ adlamrdı. 
 
Neçə il bundan qabaq bir telejumalist kimi Bakıdan İstanbula on günlüyə 
ezamiyyətə gedərkən Məlik heç ağlına gətirə bilərdimi ki, bu ezamiyyət belə 
uzun  -  neçə  illər  -  çəkəcək,  onun  da,  başqa  ölkələrdə  qalmış  milyonlarla 
azərbaycanlının da vətənlərinə yolu bağlanacaq. Burada elə müdhiş hadisələr 
baş verəcək ki, hər bir əsil azərbaycanlı kimi Məliyin də daha heç vaxt üzü 
gülməyəcək. 
 
İndi neçə ildən sonra bura qayıdışın nə qədər üzücü olduğunu tə-səw ür 
etsə belə, dünən keçirdiyi əzablar düşündüklərindən də ağır oldu. 
 
Məlik buradan getdiyi gündən bəri Türkiyədə  yaşamalı olmuşdu. Orda 
da  əvvəl-əvvəl  çox  əziyyətlər  çəkdi.  Maddi  çətinliklər  öz  yerin-də, 
Azərbaycanda  qalmış  ailəsi  haqqında  heç  bir  məlumat  ala  bilmə-məsi  və 
nəinki  yollar  qapanandan,  hətta  poçt,  teleqraf,  telefon  əlaqə-ləri  də 
kəsiləndən sonra arvadı Aypərinin, oğlu Beyrəyin, qızı Burla-nın o məşum 
günlərdən sonra sağ qalıb-qalmamasım da bilmirdi. 
 
Son  illərin  yeganə  sevinci  Ərxanın  gətirdiyi  müjdəydi.  Ərxan  ne-çə 
ildən bəri Azərbaycandan çıxıb Türkiyəyə gələ bilən yeganə tanı-şı idi. Nə 
yolla gəlmişdi, Məlik bilmirdi, doğrusu heç maraqlanma-dı da... 
 
Təxmin  edə  bilərdi  ki,  hansı  Zonanmsa  gizli  xidmət  orqanlarıyla 
bağlıdır,  yoxsa  Ordan  çıxıb  Bura  gələ  bilərdimi?  Hansı  zonanın-dinçi-
lərinmi, kommunistlərinmi, demokratlarınmı xidmətində idi Ərxan - Məliyə 
gətirdiyi müjdənin müqabilində bunun nə əhəmiyyəti vardı? 
 
Arvadı da, oğlu da, qızı da, o bəlalı günlərdən, o müsibətlərdən sa-lamat 
çıxa  biliblərmiş,  üçü  də  sağ  imiş.  Bu  şəraitdə,  bu  dövrdə,  bu  günlərdə 
bundan artıq nə sevinc gözləyə bilərdi ki? 
 
Ərxan  hər  üçünün  ünvanını,  telefon  nömrələrini  gətirmişdi.  Əlbəttə 
burdan,  İstanbuldan  zəng  eləmək  qeyri-mümkündü,  amma  Məlik  ona 
təəccübləndi ki, bir yerdə deyil, hərəsi ayrı-ayrı ünvanlarda yaşayır. 
 
Ərxan  gülümsündü:  nəinki  ayrı-ayrı  ünvanlarda,  ayrı-ayrı  zonalar-da 
yaşayırlar - dedi. 
 
Ərxan  haçansa,  dünyanın  düz  vaxtında  Məliyin  yanında  işləmişdi, 
vaxtilə  Məlik  ona  yəqin  ki  çox  yaxşılıqlar  eləmişdi, amma  bütün  öm-rünü 
“Balığı at dəryaya, bahq bilməsə də, Xahq bilər” düsturuyla ya-şamış Məlik 
məhz  hansı  yaxşıhğı  etdiyini  yaddaşma  yük  eləməmişdi.  İndi  nadir  bir 
keyfıyyətlə  -  insanm  yaxşılığı  unutmamasıyla  rastlaşıb  təəccüb  qalmışdı. 
Əlbəttə Ərxan İstanbula çox güman ki, müəyyən tapşırıqla gəlmişdi, amma 
Məliyi,  dediyi  kimi  öz  təşəbbüsüylə  axtarıb  tapmış  və  ona  bu  xoş  xəbəri 
çatdırmışdı. - Bilsələr ki, sizinlə görüş-müşəm, dərimə saman təpərlər - dedi. 
Bilsələr?  Kimlər  bilsə  -  dinçilər,  kommunistlər,  demokratlar?  Məlik 
soruşmadı,  əw  əla  Ərxan  olanı  de-məyəcəkdi,  ikinci  də  Məliyin  bu 
məsələlərə  zərrə  qədər  də  marağı  qalmamışdı.  Bütün  bu  olub-keçənlərdən 
sonra  onu  dünyaya  bağlayan  heç  nə  yoxdu.  Xəstəliyindən  də,  ömür 
möhlətinin bitə-bitdə olmasın-dan da xəbərdar idi. Tək bir arzusu vardı - heç 
olmasa həyatımn so-nunda bircə dəfə də olsa arvadmı, övladlarmı görsün. 
 
Ərxan sanki möcüzələr aləmindən gəlmiş bir sehrbaz idi. Məliyin bu 
istəyini sanki gözlərindən oxumuşdu. 
 
- Xanımla, balalarla görüşmək istərdinizmi - deyə soruşanda Mə-lik 
qulaqlarına inanmadı. Bu mümkün idimi? Ərxan: - Dünyada müm-kün olmayan 
heç nəsnə yoxdur- dedi - Mən danışmışam. Sizi Türkiyə qəzetlərinin birindən 
ezam edəcəklər, guya hər üç zona haqqında ma-teriallar hazırlayacaqsımz. 
Məlik: Axı heç bir türk jumalistini ora bu-raxmırlar - dedi. ORA kəlməsini 
işlətdi, Bakıya, Bakısına Zona demə- 
 
yə dili gəlmirdi. 
 
İndi Vətən Məlikçün ORA idi. 
 
Ərxan:  -  Doğrudur  -  dedi  -  yalnız  Türkiyədən  deyil,  ümumiyyət-lə 
bütün dünyada hər üç zonanı görəcək ilk jumalist olacaqsmız. Çünki ictimai 
təmayülündən, siyasi  baxışlarmdan, yaşadığı ölkədən asılı olaraq hər hansı 
Zonaya  tək-tük  hallarda  jumalistlər  gələ  bilir,  amma  hər  üçü-nə  getməyə 
icazə alan ilk və tək jumalist siz olacaqsınız.. 


Axır ki dözmədi, soruşdu: 
 
 Bunu necə edə bildin, Ərxan? 
 
 Kimsəyə desəniz ki, bunu mən etmişəm, bir daha nə siz, nə də heç kəs 
mənim üzümü görə bilməyəcək. 
 
 Kimsəyə demərəm, əlbəttə, amma mənə ki, deyə bilərsən. 
 
 İnciməyin, yox, deyə bilmərəm. Bəlkə haçansa elə bir vaxt gəl-di ki, bu 
sirri  aça  bildim,  hələlik  isə  sizə  yalnız  daşdan  keçən  sənəd-ləri  almaq, 
anketləri doldurmaq lazımdır - təkrar etdi - Sizə elə sənəd veriləcək ki, hər üç 
Zonaya gedə biləsiniz. 
 
 Nəyimə lazımdır üç Zona - axır ki, bu sözü işlətməli oldu - mən yalnız 
ailəmlə görüşmək istəyirəm. 
 
Ərxan  kədərlə  gülümsündü:  -  İş  ondadır  ki,  onlar  hərəsi  bir  zona-da 
yaşayır. Bir zonadan o birinə keçməksə yasaqdır. 
 
Hər  şeyi  Ərxan  dediyi  kimi  etdi,  lazımı  sənədləri  aldı.  Üç  ayrı-ay-rı 
sənəddə göstərilirdi ki, o, qəzetəçi Məlik Məhmədoğlu, yazılar ha-zırlamaq 
üçün Behişti Badi-kubəyə, Bakı Kommunasına və Baku-si-tiyə ezam olunur. 
 
Özü  pərdə  arxasında  qalsa  da,  bütün  bunlar  Ərxanın  yardımıyla 
olunduğunü  Məlik  yaxşı  dərk  edirdi.  Amma  bilinmirdi,  bütün  bunlann 
müqabilində Ərxan ondan nə istəyəcək. Artıq xeyli müddətdi ki, in-sanların 
təmənnasız  xeyirxahlığına,  haçansa  edilmiş  yaxşılığı  unutma-malarma 
inamını itirmişdi. 
 
Hər halda nə olur-olsun, Ərxan ona ailəsindən xəbər gətirmişdi. Məlik 
sonu hətta ölümlə nəticələnə biləcək bu səfərə çıxmağa ha-zırdı. 
 
Blokada  şərtlərinə  görə  Türkiyədən  xaricə  yalnız  bir  yolla  çıx-mağa 
icazə  verilirdi  -  Cenevrəyə  uçmalıydı,  oradan  Amerika  uçağıyla  yola  düşə 
bilərdi. 
 
Ərxan onu agah etmişdi ki, üç Zonanın bir aeroportu var və o, De-kade 
adlanır. 
 Dekade nə deməkdir? 
 
 DKD  -  abbreviaturadır,  üç  sözün  baş  hərfı  -  Din,  Kommuna,  De-
mokratiya. 
Məlik gülümsündü - son illərdə üzündə görünən ilk təbəssüm idi. Ərxan ona 
lazımı izahatlar verirdi: -  Üç Zonanın bir hava limanı olduğundan üç sərhəd 
məntəqəsindən, üç gömrükdən keçməli olacaq-sınız. Çalışm, az şey götürün, 
özü də hər Zonanın xüsusiyyətini nəzər-də tutun ki, gömrükdə əlinizdən 
almasınlar. Hə, bir də - Ərxan əlini 
 
cibinə  atdı,  bir  xeyli  Amerika  dolları  çıxarıb  Məliyə  uzatdı  -  Orada  hər 
addımda sizə lazım olacaq. 
 
Məlik pulu heç cür götürmək istəmirdi. - 
Param var - deyirdi. 
Ərxan:  -  O  parayla  siz  heç  hava  alamndan  çıxa  bilməzsiniz,  onda-kı 
olsun şəhərə çatmaq. Özünüz bilin, bu paranı götürməsəz, getməyə dəyməz. 
 
Məlik  istər-istəməz  pulları  aldı:  -  Bilmirəm,  sənin  xəcalətindən  necə 
çıxacam - dedi. 
 
Ərxan: - Mən ömrüm boyu sizin xəcalətinizdən çıxa bilməyəcəm. Siz 
mənim balamı xilas etmisiniz. 
Birdən Məliyin yadına düşdü ki, çox illər qabaq, hələ O həyatda və O 
vətəndə Ərxanın çox gənc  yaşlarında iki oğlu olmuş və dünyaya gələndən 
bir ay sonra hər ikisi ürək çatışmamazlığından ölmüşdü. 
 
Üçüncü  oğlu  da  eyni  ürək  şikəstliyiylə  doğulanda  o  vaxtlın  çox 
populyar  jumalisti  Məlik  Bakının  ən  mahir  mütəxəssis  həkimlərini  ayağa 
qaldırdı  və  uşaq xilas  olundu.  Bilmirdi  uşaq  indi həyatdadırmı,  amma hər 
halda soruşdu: - Oğlun necədir? - Adım unutmuşdu. 
 
Ərxan: - Top kimi - dedi və əlavə etdi: - sizin sayənizdə. 
 
Məlik  bir  daha  təşəkkür  etdi,  pulları  cibinə  qoyanda:  -  imkanım  olan 
kimi borcumu qaytaracam - dedi. 
 
Ərxan:  -  Siz  mənə  yox,  mən  sizə  borcluyam  -  dedi  -  Yadınızda-mı,  o 
vaxt, mətbəədə yığıcı köməkçisi işləyirdim, siz də hələ məşhur jumalist yox, 
adicə müxbir idiniz. Yenə də donluqlarımızı yubatmış-dılar, cibimdə çörək 
almağa  bir  qəpik  pulum  yoxdu.  Siz  bunu  bildiniz  və  cibinizdən  iki manat 
çıxardınız:  -  mənim  də  indi  olamm  budur  -  dediniz  -  bir  manatını,  tən 
yarısmı mənə uzatdınız. 
 Bir manat hara, sənin mənə verdiyin bu paralar hara? 
 
 O  bir  manat  bu  paralardan  artıqdır.  Çünki  mən  indi  paramın  an-caq 
kiçik bir hissəsini sizə verdim, siz isə o vaxt olanınızın yarısım 
 
qıydımz mənə. 
 
Vidalaşarkən Ərxan: - Orda hər nə görsəniz, bədbinləşməyin - dcdi - 
çox qəribəliklərlə rastlaşacaqsımz. 
Doğmdan da qəribəliklər elə uçaqdaykən başladı. 
 
Cenevrədən  qalxmalarından  üç  saat  yarım  keçmiş  təyyarə  bələd-çiləri 
üç dildə - ingilis, ms və fars dillərində - elan etdilər ki, uçaq enir, səmişinlər 
qomyucu kəmərləri bağlamalıdır. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə