SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə88/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   84   85   86   87   88   89   90   91   ...   104

 
Burdan  Qorqud  dağma  kanat  yolu  çəkilmişdi.  Qorqud  dağımn  şə-hərə 
baxan  yamacında  Qızıl  çadırda  restoran,  alaçıq,  dəyə,  muxuru  şəklində  içi 
komfortlu  otaqlarda  isə  Qorqud  otelinin  ayrı-ayrı  nömrə-ləri  yerləşirdi. 
Dağın Şıx çimərliyinə baxan səmtində Ağ Çadırda das-tan teatrı və yenə də 
alaçıq  -  odalar  vardı.  O  tərəfdəki  böyük  Təpəgöz  mağarası  da  çocuqların 
sevimli  əyləncə  yerlərindən  idi.  Burada  elek-tron  cihazlarla  idarə  olunan 
nəhəng  Təpəgöz  fıqurunu  görəndə  uşaq-lar  azacıq  vahimələnir,  sonra 
Təpəgözün çıxardığı oyunlardan həzz alıb doyunca gülüşürdülər. 
 
“Bulud” hərəkət etdikcə Qorqud dağının zirvəsi daha aydın görünürdü. 
Bu  zirvədə  ucalan  nəhəng  Dədə  Qorqud  abidələr  kom-pleksinin  siluetləri 
aydm seçilirdi. Dədə Qorqud kompleksi beş ayrı heykəl-sücetdən ibarət idi. 
Qopuzlu  Dədə  Qorqud  özü,  yağıları  at  be-lində  zəbun  edən  Salur  Qazan, 
Qırx  incə  belli  qızla  Burla  xatun,  bağ-landığı  böyük  ağacı  köklü-köməcli 
yerindən çıxaran Qaraca çoban və Beyrəklə Banuçiçək. 
 
“Bulud”  hərlənir  və  Məlik  burdan  görə  bilmədiyi,  amma  qarış-qarış 
gəzdiyi yerləri xəyalında canlandırırdı. Səngəçaldan çıxan dəniz tram-vayları 
Qaradağ,  Şıx  çimərliyi,  Bibi-heybət,  Bayıl  və  şəhərin  mərkə-zindəki 
duraqlardan  keçərək  Əhmədli,  Günəşli,  Zığ,  Hövsan,  Türkan-dan  ötüb  son 
dayanacaqlarına Şah dilindəki 100-cü buruğa çatırdılar. Uzun illər istifadəsiz 
qalmış Yüzüncü buruq da turistlər üçün görməli yerlərdən biri idi. LiftJə ya 
pilləkənlə buruğun təpəsinə qalxan turist-lər dəniz durbinləri vasitəsilə bütün 
Abşeronu seyr edə bilərdilər. Ya-xın vaxtlarda dəniz tramvayları Şah dilini 
də  burulub  qüzey  Abşeron  qəsəbələrinə,  oradan  Corat  bağlarına  və 
Sumqayıta qədər işləyəcəkdi. 
Məlik  Lökbatanın,  Çeildağın  vulkanlarım  təsəvvüründə  canlandır-dı, 
təsəwüründəcə  daha  uzaqlara  -  Ceyranbatan  qoruğuna  çatdı.  Bilir-di  kı,  bu 
bayram  günü  orada  xüsusi  ayrılmış  yerlərdə  pikniklər  -  çölçü  məclisləri 
qurulacaq, 
Ö  z  ü  n  b  i  ş  i  r  ,  ö  z  ü  n  y  e
  guşələrində  manqallardan  qalxan  tüstü, 
təndirlərdə yapılan çörəklər, kabab iyi, çal-çağır... 
 
- Bumuna kabab iyi dəyməsin - deyə Məlik öz-özünü xəyallar aləmindən 
ayırdı - pendir-çörəyini ye, vaxta az qalıb. “Bulud” onun baxışlarım şəhər 
məhələlərindən bir-bir keçirirdi. Uzaqdan öz otuz-mərtəbəlik binalarını da sezdi, 
Qaçaqlar dağında Razin mağarası da yadına düşdü, Günəşlinin yeni 
göydələnlərini də gördü, Zığın Zeytun meşəsini də... 
“Bulud”  bayaqkı  nöqtəsinə  gəlmişdi  və  Məlik  yenidən  Azadlıq 
meydanına, Odlar sarayına baxmağa başladı. 
 
Azadlıq meydamnm yerinə Şeyx Səfı xalçasınm min dəfə bö-yüdülmüş 
əksi  rəngli  daşlarla  düzülmüşdü.  Meydanm  qarşısında,  bul-varda  çağdaş 
Azərbaycan istiqlalınm beşiyi Gəncədən gətirilmiş nə bilim neçə əsrlik Xan 
Çinar, onun iki tərəfindən isə iki çinar pöhrəsi əkilmişdi. Bəzi şərhçilər bu 
pöhrələri  Azadlıq  və  Məsuliyyət  çinarla-rı  adlandırırdı  ki,  Azərbaycanm 
rəmzi olan Xan Çinar bu iki duyğunun - Azadlıq və Məsuliyyət duyğularmm 
arasında daima baqi qala bilər. Pöhrə çinarlar isə il-ildən ucalaraq haçansa 
Xan Çinara boy verəcəkdi. 
 
Məliyin yadına düşdü ki, elə burdaca Xan Çinarın altında bir gös-tərici 
qoyulub - məsafə göstəricisi. Yollar bu nöqtədən hesablanırdı. 
 
Göstəricədə bu nöqtədən altı ox - altı istiqamətdə ən ucqar yerlə-rə olan 
məsafələr  kilometrlər  və  dəniz  milləriylə  qeyd  olunmuşdu.  Şərq 
istiqamətində  -  Şah  dəniz,  Şimal  istiqamətində  Dərbənd,  Şimal-Qərb 
istiqamətində  Sınıq  körpü,  Qərb  istiqamətində  Sədərək,  Cənub-Qərb 
istiqamətində Urmiyə, Cənub istiqamətində Zəncana qədər olan məsafələr. 
 
Odlar  sarayınm  fasadmda,  haçansa  Leninin  heykəli  ucalan  yerdə  indi 
rəmzi  bir  fıqur  ucahrdı:  90-cı  illərin  meydan  günlərində  üçrəngli  bayrağı 
bura  sancan  igidin  məşhur  fotosuna  əsasən  yaradılmış  heykəl-sal  divara 
dırmaşan  adam  və  əlində  üçrəngli  bayraq.  Heykəl  daşdandı,  əlindəki 
üçrəngli bayraq isə real bayraq idi, parçadan. 
 
Məmməd Əmin Rəsulzadənin məşhur sözləri də bura həkk olun-muşdu: 
Bir dəfə ucalan bayraq bir daha enməz. 
 
Odlar saraymm əsaslı rekonstruksiyasından sonra Milli Məclis bu-rada 
yerləşirdi.  Milli  Məclisin  iclas  salonunda  Dövlət  bayrağı  və  ger-biylə 
bərabər, Ana Yasanın əsas müddəaları da həkk olunmuşdu: 
 
B i r l ə ş m i ş A z ə r b a y c a n R e s p u b l i k a s ı A z ə r i t ü r k m i l l ə t i n i n v a h ıd , a z a d , m 
ü s t ə q i l , d e m o k r a t i k , d ü n y ə v i d ö v l ə t i d i r . A z ə r b a y c a n R e s p u b l i - k a s ı n ı n b ü t 
ü n v ə t ə n d a ş l a r ı i r q i n d ə n , m i l l ə t i n d ə n , d i l i n d ə n , d i n i n d ə n , s o s i a l d u r w n u n 
d a n , s i n f i m ə n s u b i y y ə t i n d ə n , c i n s i n d ə n a s ı l ı o l m a y a r a q b ə r a b ə r h ü q u q l a r 
a m a l i k d i r l ə r . A z ə r b a y c a n b ö y ü k T ü r k d ü n y a s ı n ı n a v r ı l m a z p a r ç a s ı d ı r . A z ə 
r b a y c a n x a l q ı b ü t ü n t ü r k x a l q l a r ı y l a v ə ö l k ə - d ə y a ş a y a n b ü t i i n m i l l i a z l ı q l a 
r l a q a r d a ş d ı r . A z ə r b a y c a n d ü n y a n ı n b ü - t ü n x a l q l a r ı y l a b a r ış , d o s t l u q , b ü t 
ü n d ö v l ə t l ə r l ə q a r ş ı l ı q l ı f a y d a l ı ə m ə k - d a ş l ı q ş ə r a i t i n d ə y a ş a m a q n i y y ə t i n 
d ə d i r . 


 
Əlbəttə,  bu  müddəalar  müəyyən  diskussiyalara,  mübahisələrə  sə-bəb 
oldu, amma Milli Məclisdəki partiyaların və bitərəflərin ümumi razılaşması 
nəticəsində qəbul olundu. 
 
Sağ  və  sol  partiyalar  bir  vacib  məsələdə  də  razılığa  gələ  bildi,  dördü 
birlikdə hökümətə  müraciət  etdilər.  Hökümət  bu müraciətə  müsbət  yanaşdı 
və indi şəhərin mərkəzində ucaldılmış əzəmətli Pan-teonda - MİLLİ BARIŞ 
m  əqbərəsində  dörd  böyük  siyasi  xadimin  mə-zarları  yerləşir:  M  əmməd 
Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçu-başinin, Fətəli xan Xoylunun və 
Nəriman Nərimanov nəşləri o dövlət-lərlə danışıqlar nəticəsində Ankaradan, 
Parisdən, Tiflisdən və Mosk-vadan Bakıya gətirilib burada torpağa tapşırıldı. 
Seyid  Cəfər  Pişəvəri-nin  nəşi  isə  Təbrizə  köçürüldü  və  möhtəşəm  türbədə 
dəfn olundu. 
 
Nəsiminin,  Füzulinin  Azərbaycana  gətirilməsi  bir  qədər  çətinlik-lərlə 
üzləşsə də axır ki, onların da, Mirzə Fətəlinin də nəşləri Bakıya gətirildi. 
 
Şəhərin  dağlıq  hissəsində  Nəsimi,  Füzuli  və  Mirzə  Fətəlinin  türbələri 
yan-yanaşı ucalırdı, Nəsiminin və Füzulinin türbələri ənəvi Şərq memarlığı 
üslubundaydısa,  Mirzə  Fətəlinin  türbəsi  ən  yeni  mo-dem  Qərb  memarlığı 
yönündə  tikilib  və  bu  da  uzun  zaman  dartışmala-ra,  mübahisələrə  səbəb 
oldu. Amma indi artıq gözlər bu üç türbənin qonşuluğuna çoxdan alışıb və 
mübahisələr də unudulub gedib. 
“Bulud”  hərlənərək  baxış  nöqtəsini  bir  qədər  də  dəyişdi  və  Məli-yin 
diqqətini  indi  də  “Dəyirman”  univermağı  çəkdi.  Köhnə  dəyirmanın 
binasında yerləşən bu super dükanın qarşısında bir ay qabaq Abşeron üçün 
səciyyəvi  olan  rəngbərəng  pərli  yel  dəyirmanları  qoymuşdular  və  onlar 
binaya  ayrı  yaraşıq  verirdi.  “Dəyirman”  Bakmın  iki  ən  böyük 
Univermağından biri idi və “Karvan” univermağıyla rəqabət aparırdı. 
“Karvan” univermağmın damında gecələr işıqlı məftillər vasitəsi-lə dəvə 
karvanmm ləngərli hərəkətini əks etdirən reklamın qarşısmda “Dəyirman” da 
indi bu əlvan yel dəyirmanlarını çıxarmışdı. 
“Dəyirmandan”  bir  qədər  bu  tərəfə  18-ci  il  mart  bağı  görünürdü. 
Haçansa 26-lar bağı adlanan bu yerdə 1918-ci ilin mart günlərində minlərlə 
Azərbaycanlı  qırmışdılar.  İndi  burada  qoyulmuş  Kədər  hey-kəli  də,  hər 
saatdan bir səslənən Qara Qarayev rekviyemi də həqiqi ünvanını tapmışdı. O 
vaxt  inqilabçı  sayılan  və  xüsusi  əzazilliyiylə  fər-qlənən  bir  neçə  şəxsin  də 
möcüzəvi  şəkildə  hifz  olunub  qalmış  hey-kəllərini,  bir  çoxların  istəyinə 
uymayaraq məhv etməmişdilər. 
Haçansa  məşum  “KQB”  binasınm  -  indi  Repressiya  qurbanları 
muzeyinin  həyətinə  yığmışdılar  onları.  Bura  ölümə  göndərilən  insan-ların 
yerinə  indi  özləri  -  ölümə  göndərənlər  -  heykəl  şəklində  olsa  da  -  burada 
dustaq idi, ömürlük-əbədi cəza müddətlərini çəkirdilər. 
 
Məlik  saatına  baxdı  -  birin  yarısı idi.  İlin  təhvil  olacağı  vaxta düz  bir 
saat on iki dəqiqə qalırdı. 
 
Çayçı  Məliyin  kredit  kartını  qeyd  elədi  və  o,  sağollaşıb  liftə  girdı, 
zirzəmi  düyməsini  basdı,  liftdən  çıxıb  vaqonetə  mindi  və  yeraltı  yolun 
relsləriylə  “Çağdaş”ın  zirzəmisinə  çatdı,  buramn  liftinə  minib  yed-dinci 
mərtəbəyə qalxdı. 
 
Onun  daimi  köməkçisi,  pult  rejissoru  Ərxan  artıq  yerindəydi. 
Görüşdülər, bir-birinin bayramm təbrik etdilər. 
Məlik  kürsüsünə  əyləşib  monitorlara  baxmağa  başladı.  Yanardağ-dan 
Qız  qalasınacan  yol  boyu  müxtəlif  yerləri  əks  etdirən  görüntüləri  bir-bir 
gözdən keçirdi. 
Ərxandan: 
 
- Bəs Yanardağ hanı? - deyə soruşdu. 
Ərxan: - Odey, birinci monitorda - dedi. 
Məlik:  -  Bu  “Yanardağ”  motelidir,  motel  mənim  nəyimə  lazımdır, 
unutmusan ki, əsas obyekt yerdən çıxan odlardır. 
 
Ərxan:  -  O  da  var  -  dedi  -  ehtiyat  monitorda.  Elə  bildim  moteldən 
başlayacayıq - bir qədər pərt kimi olmuşdu Ərxan. 
 
Məliyin  bu  cavan  və  bacarıqh  köməkçisinə  xoş  münasibəti  vardı, 
söhbəti zarafata salmaq istədi, - Yəqin - dedi - Yanardağ motelində-ki qaraçı 
rəqslərinin xəyalma dalmısan. 
 
Ərxan:  -  “Yanardağ”  motelində  qaraçı  rəqsləri  olmur - 
dedi 
 
  Atəş rəqsləri olur. Qaraçılar “Qaraçı” karvansarasmda çıxış edir. 
 
  O haradır elə? 
 
  Qobustanda. Sofı Həmid - qoruq qəbiristanlığından bir az yuxa- 
 
rıda. Heç olmamısımz? 
 
Məlik: - Yox - dedi - elə yerlər siz cavanlar üçündür. - Amma fi-kirləşdi 
ki,  mütləq  macal  eləyib  bu  Qaraçı  karvansarasına  baş  çəkmə-lidir.  - 
Qobustandadır deyirsən? 
 
Bəli. 
 
Məlik Qobustana axırıncı dəfə keçən yay İşıq - səs tamaşasına baxmaq 
üçün  getmişdi.  Hər  bazar  günü  göstərilən  bu  doğrudan  da  fan-tastik 
tamaşaya baxmağa dəyərdi. Adam əlindən tərpənmək olmurdu. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə