SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə85/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   81   82   83   84   85   86   87   88   ...   104

“Azad Azərbaycan” günlüyündə sağ və sol partiyalara mənsub olan gənclərin 
“Boz Qurd” və “Əm əkçi” futbol takımlarının sabahkı oyu-nu haqqında elan 
verilmişdi. 
 
Məlik  düşündü ki,  indi hansı  tərəf  məğlub  olsa  günahı hakimin  üstünə 
yıxacaq. “Çinar” aylığı (jumalı) iyul ayında Göygöldə Qafqaz rəssamlarınm 
birgə  sərgisinə  hazırlıqdan  reportaj  dərc  etmiş,  Göygöl  yolunda  Əhməd 
Cavad abidə - bulağmın şəklini vermışdi. “Türk eli” dərgisinin üz qabığmda 
Nazım  Hikmətin  İstanbuldakı  heykəli  əks  olunmuşdu,  səhifələrində  isə 
Şəkidə  keçirilmiş  talış  mədəniyyət  gün-lərindən  rəngli  şəkillər  və 
Naxçıvanda  açılmış  ləzgi-avar  xalq  sənəti  sərgisiylə  bağlı  illüstrasiyalar 
verilmişdi. 
“Odlar  yurdu”  aylığında  Qaradağ  sinema  şəhərciyinin  dörd  ən  böyük 
studiyasında  Azərfilm,  Turanfılm,  Xəzərfilm  və  Qobustanfılm-də  çəkilən 
ssenarilər haqqında yazı vardı, “Şeytanbazar” həftəliyində isə həmişəki kimi 
Qaradağ sahil villalalarının sakinləri sinema ulduz-ları haqqmda dedi-qodular 
dərc olunmuşdu. Məlik ərinməyib “Pəri Cadu” həftəliyinin saytma da nəzər 
saldı - yenə ulduz falları, tilsim-lər, sehrlər, cadular, hər növ esktrasenslərin 
proqnozları  -  öncədənde-mələri.  Məlik  XXI  əsrdə  də  bütün  bunları 
oxuyanlar,  hətta  bunlara  inananlar  tapılır  —deyə  düşündü.  “Doqquz” 
mövsüm  —yaz  toplusu  da  çapdan  çıxmışdı.  Dəbdə  olan  modlar,  geyimlər 
toplusuydu. Admı niyə “Doqquz” qoymuşdular? 
 
Yadma düşdü kü, toplunun hər sayının üstündə GÖZƏLLİK ON-DUR - 
DOQQUZU DONDUR - sözləri yazılır. 
 
“Azərbaycan ocağı” aylığı məlumat verirdi ki, Xankəndində Şir-vanzadə 
erməni teatrında M irzə Cəlil Məmmədquluzadənin Kamança pyesi tamaşaya 
hazırlamr. M əlik düşündü ki, nə yaxşı məhz - barışa, anlaşmaya çağıran bu 
yüksək humanist qayəli əsəri seçiblər. Doğru-dur, keçən ağır hadisələr hələ 
yaddaşlardan  silinməyib  və  bəlkə  uzun  zaman  unudulmayacaq,  amma 
Ermənistana,  doğma  dədə-baba  yurdla-rına  qayıdan  azərilərin  və  Dağlıq 
Qarabağdakı  ermənilərin  eyni  ölçüdə  hüquqları  təmin  olunandan  sonra 
münaqişələrə ehtiyac qalmamışdı. Eyni hüquqlara Gürcüstandakı azərilər də 
malik  olandan  bəri,  Gür-cüstanm  da  ərazi  bütövlüyü  qarşılıqlı  anlaşma  və 
bütün  milli  azlıqların  mədəni-iqtisadi  tələblərinin  ödənməsi  şərtilə  bərpa 
olunandan bəri Cənubi Qafqazda da Şimali Qafqaz kimi tam bir sabitlik əldə 
olun-muşdu. Az bir zaman ərzində qarşılıqlı əməkdaşlıq nəticəsində quru- 
 
culuq  işləri  bəhrəsini  vermiş,  işsizlik  tamamilə  aradan  götürülmüş,  ti-
carətin,  sənayenin  başqa  sahələriylə  yanaşı  turizm  industriyası  da  sürətlə 
inkişaf  etmişdi.  İndi  doğrudan  da,  Qafqaz  turist  Məkkəsinə  çevrilmişdi. 
Çoxlu  turist  şirkətlərindən  ən  böyük  imkanlara  ikisi  malik  idi  -  bir  sıra 
ölkələrin  şərikli  “İpək  yolu”  şirkəti  və  “Qafqaz-tur”  .  “İpək  yolu”  şirkəti 
“Baykaldan-Balkana”  -  adlı  səyahət  marşrutu  təş-kil  edirdi.  Marşrutun  bir 
ucu Baykal göstərilsə də bəzi hallarda bu marşrut Yakut Saxa elindən yaxud 
Monqolustanda  Orxan  abidələrin-dən  başlanır  və  Quzey  Kiprıs  Türk 
Cümhuriyyətində bitirdi. Əlbəttə uçaq marşrutları da vardı, amma çox vaxt 
turistlər  qatarla  ya  avtobus-larla  səyahət  etməyə  üstünlük  verirdi.  “Üç  ox” 
ekspres  qatarı  səmişin-ləri  Doğu  Türküstandan,  Altaydan,  Qazaxıstandan, 
Orta  Asiyadan  Xə-zər  sahillərinə  çatdırır,  burada  “Azərbaycan”  və 
“Türkmənistan” az-man bərələri qatarları, avtobusları tərkinə alır və Bakının 
Türkan  li-manına  çatdırırdı.  Buradan  isə  ya  Bakı-Tiflis-Batum-Sırp 
atabamyla Türkiyəyə və oradan Avropaya, ya Bakı-Xudafərin-Sədərək-İqdır 
yoluyla  yenə  də  Türkiyəyə,  oradan  Avropaya  səyahət  davam  edirdi. 
“Qafqaz-tur”  şirkəti  isə  Qara  dəniz  sahillərindən  Xəzər  sahillərinə,  Neft 
daşlarından Bakurianiyə, Elbrusdan, Tiberdadan, Dambaydan Göyçə gölünə, 
Dilicana uzanan yollarla turistlərə bir aylıq rahat və xoş səyahət təklif edirdi. 
 
 
Turistlərə  yadigar-suvenirlər  kimi  Qubaçı  ustalarınm  düzəltdiyi  metal 
döymələr,  Quba  xalçaları,  Lahıc  misgərlərinin  məmulatı,  Şoki  ipəkləri, 
Basqal kəlağayüarı, Gürcustan çaxırları, erməni konyakları hədiyyə edilirdi. 
 
Məlik  “Bildiriş”  bülleteninə  göz  atdı.  Mirzə  Fətəli  Axundzadə  Dövlət 
dram teatrında  Hüseyn  Cavid  pyesləri həftəsi  uğurla  davam  edirdi.  Üzeyir 
Hacıbəyli  Dövlət  Opera  və  balet  teatrı  Milanın  La  ska-la  teatrınm 
solistlərinin  qastrolları  haqqında  anons  vermişdi.  Hüseyn-qulu  Sarablı 
Muğam  teatrında  Yeddi  muğam  silsiləsində  həftənin  hər  günü  bir  dəstgah 
səslənəcəkdi - Çahargah, Segah, Rast, Şur, Bayatı Şiraz, Humayun, Şüştər... 
Hüseyn  Ərəbli  səhnəsində,  gürcü  teatrı  Şekspirin  “Koriolan”  pyesini 
göstərəcəkdi, Sinema-klubda Çaplin-Fellini fılmləri retrospektivi başlanırdı. 
 
Qara  Qarayev  musiqi  mərkəzində,  Niyazi  konsert  salonunda,  Fik-rət 
Əmirov  oda  musiqisi  evində,  Tofıq  Quliyev  estrada  teatrında,  Rə-şid 
Behbudov Mahnı teatrında, Vaqif Mustafazadə caz-klubunda 


bayram  konsertləri,  İçəri  şəhər  teatrlarında  Orta  oyunu,  Qaravəlli,  Ki-
limarası,  Zorxana,  Şəbih  tamaşalan  və  etnoqrafık  bayram  oyunları,  Şah 
İsmayıl  Xətai  tarix  muzeyində,  Nizami  ədəbiyyat  muzeyində,  Sultan 
Məhəmməd  Milli  rəsm  qalereyasmda,  Hacı  Zeynalabdin  Tağıyev  dünya 
mədəniyyəti  muzeyində,  Səttar  Bəhlulzadə  çağdaş  sənət  muzeyində,  İikəl 
sənət  muzeyində,  Ziya  Bünyadov  Ordu  muzeyində,  Həsən  bəy  Zərdabi  və 
Mikayıl Müşfiq kitabxanalannda bayram sərgiləri açılırdı. 
 
Məlik  elektron  yaddaş  kitabçasında  qeydlər  etdi,  əlbəttə  hamısma 
getmək, hamısmı  seyr  etmək, hamısım  diniəmək  imkanı  yox  idi  -  odur  ki, 
çeşidli teatrları, muzeyləri əməkdaşları arasında bölüşdürdü - hə-rəsinə birini 
göndərəcəkdi, özü isə mütləq vaxt tapıb Qorqud dağının ətəyində açıq səma 
altında  yerləşən  İlkəl  sənət  muzeyinə  getməlidir.  Deyirlər  ki,  oramn 
ekspozisiyasına Lerikdən yeni tapılmış daş at, qoç heykəlləri əlavə edilib - nə 
isə  ayrı  aləmdir.  Mütləq  gedib  baxmalıdır.  Vaxt  eiəyə  biiir  ki...  Heç 
İçərişəhərdəki  Xalq  sənəti  muzeyinin  yeni  açılmış  şöbələrində  -  zərgərlik, 
misgərlik,  şəbəkə,  dulusçuluq, təkul-duz,  xəttatlıq  muzeylərinə də  baş  çəkə 
bilməyib.  Dünən  Puşkin  mə-dəniyyət  evində  Dostoyevskinin  “Karamazov 
qardaşları” romanmin ikinci nəşrinin təqdimatı olub. Nə yazıq ki, vaxt tapıb 
bu  romanın  ye-ni  tərcüməsini  oxuya  bilməyib.  Heyf  ki,  keçən  həftə 
Akademik  Landau  Yəhudi mərkəzində  “Abram  Qubermamn  Azərbaycanda 
dini dözüm-lülük dəyərləri” məruzəsini də dinləyə bilmədi. Macal tapa biiir 
ki... 
 
Behzad İran mədəniyyət evində Hafız Şirazi gecəsinə dəvət et-mişdilər, 
ora  da  gedə  bilməmişdi.  İran  artistlərinin  ifasmda  fars  dilin-də  Hafızi 
dinləməyin öz ləzzəti var. 
 
Video-telefonun zəngi çalındı. M əlik dəstəyi qaldırdı və kiçik ek-randa 
Aypərinin  bir  qədər  narazı  çöhrəsini  gördü.  Salam-kəlam,  hal-əhval  və 
bayram təbriklərindən sonra Məlik: Gözümə bir təhər dəyir-sən - deyə xəbər 
aldı - qanın niyə qaradır? 
 
Aypəri:  Qamm  qara  oiacaq  da  -  dedi.  -  Bakıdan  bəzi  dekorları  yu-
badıblar. Tamaşanı Novruz bayramına çatdıra bilmədik. 
 
Aypəri  bir  neçə  həftəydi  ki,  Təbrizdəydi.  Əbdülqədir  Marağayi  te-
atrmda “Koroğlu” operası yeni quruluşda hazırlamrdı, rəssam kimi Ay-pəri 
dəvət olunmuşdu. İlk tamaşanı bayramda vermək istəyirdilər və budur bax, 
Çəniibel səhnəsinin dekorları gəlib vaxtında çatmamışdı. 
 
Məiik Aypərini fıkrindən yayındırmaq üçün, söhbəti dəyişdi: - Nə oldu, 
Nigar tapdınız? - deyə soruşdu, tapdıqlannı bilirdi. 
 
Aypəri:  -  Bəs  deməmişdim  sənə,  axır  ki,  tapdıq  -  dedi  -  Səfıəddin 
Urməvi  Konservatoriyasının  3-cü  kurs  tələbəsidir.  Səhnə  təcrübəsi  azdır, 
amma səsi pis deyil - yenə əvvəlki söhbətə qayıtdı: 
 
-  Gör  sən  Allah,  hər  şey  hazır  idi,  gör  işimizi  necə  pozdular.  Axı 
demişdim  onlara  “Qırat”  marşrut  avtobuslanyla  göndərin  dekorları,  yox, 
pula qənaət ediblər, “Dürat”la göndəriblər, odur ki, gecikir  - hec cür sakit 
ola bilmirdi. 
 
vMəlik:  -  Əşi,  kefmi  pozma  -  dedi  -  Şər  deməsən  xeyir  gəlməz.  Bir 
yandan elə yaxşı oldu, bir həftə sonra ilk tamaşaya mən də gələrəm Təbrizə. 
 
  Hökmən “Qırat’Ta gəl. 
 
  Mənim  o  qədər  vaxtım  hanı?  Səhər  uçağıyla  gəlib  gecə  uçağıy-la 
qayıdaram. Beyrək zəng eləmişdi, Burladan da ismarış var. Urum- 
 
çuya uçur. 
 
Aypəri:  -  Bilirəm  -  dedi  -  Mənə  də  ismarış  göndərib.  Beyrək  də zəng 
eləmişdi. Deyir Şuşada axır çərşənbə qiyamət olub. Burda da çox təmtəraqlı 
keçdi.  Gecələr  Eynal-Zeynal  dağında  qalanmış  tonqallar  elə  gözəl  görünür 
ki... Bir-iki eskiz də çəkdim. Sabah da Ərkin təpə-sində məşəl yandırılacaq. 
 
Məlik:  -  Bilirəm  -  dedi  -  Bildir  ordan  veriliş  hazırlamışdım,  ya-dında 
deyil?  Aypəri:  -  Əlbəttə  yadımdadır  -  dedi  -  Yaxşı,  di  salamat  qal.  Bir  də 
bayramını təbrik edir, öpürəm - indi Aypərinin kiçik ekran-dakı çöhrəsində 
xoş bir təbəssüm vardı. 
 
Məlik  liftlə  birinci mərtəbəyə  endi, həyətə  çıxdı,  paltosunun  ci-bindən 
pultu  çıxartdı  və  qarajmın  qapısına  tərəf  tutub  düyməni  basdı.  Qarajm 
qapıları açıldı. Pultun ikinci düyməsini basıb qarajdakı avtosu-nun qapılarını 
açdı.  Məliyin  avtomobili  “Ceyran”  idi.  Beyrəklə  Aypə-ri  nə  qədər  israr 
eləsələr  də  “Maral” almırdı.  Beyrək  özü  neçə  ildi  ki,  “M  aral”  sürürdü  və 
atasına  da  bu  avtomobilin  məziyyətlərini  təriflə-məkldən  yorulmurdu. 
Amma  daha  ucuz  olsa  da,  qıvraq,  çevik  “Ceyran”  markası  Məliyin  işinə 
daha  çox  yarayırdı.  “Maral”  avtomobilini  Ford  fırmasının  yardımıyla 
tikilmiş  Gəncə  avtomobil  fabriki,  “Ceyran”ı  Fiat  fırmasının  iştirakıyla 
qurulmuş Sumqayıt fabriki istehsal edirdi. 
 
Məlik  avtomobilini  işə  salıb  qarajdan  çıxdı,  pultla  qaraj  qapılanm 
bağladı.  Həyətdən  sola  burulub  Şeyx  Məhəmməd  Xiyabani  prospek-tinə 
tərəf  sürdü.  Məliyin  mənzili  Bakımn  Bayat  məhəlləsində  idi.  Hansısa 
kitabda oxumuşdu ki, bir vaxtlar bura 8-ci kilometr adlanır- 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə