SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə86/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   82   83   84   85   86   87   88   89   ...   104

mış.  Əcəb  qəribə  addır  -  niyə  8-ci  kilolmetr,  hardan  8-ci  kilometr,  yə-ni 
hardan  hesablamağa  başlasan  bura  gəlib  səkkizinci  kilometr  çıxır. 
Ümumiyyətlə,  şəhərin  m  üxtəlif  mikrorayonlarına  (o  vaxt  bu  əcaib  sözü 
işlədirmişlər) 1-ci, 2-ci, nə bilim neçənci mikrorayon deyərlər-miş. Buralarda 
tikilən  evlərin  görünüşünü  də  Allah  göstərməsin  (Mə-lik  köhnə  sinema 
arxivində,  xronikalarda  görmüşdü  onları).  Məlik  şə-hərin  indiki 
məhəllələrinin adlarım bir-bir yadına saldı, Əfşar, Qacar, Qaşqay, Şahsevən, 
Kəngər, Bayandır, Borçalı, Zəngəzur, İqdır. Amma nə deyirsən de Məliyin 
yaşadığı  Bayat  məhəlləsi  onun  gözündə  bütün  başqalarından  səfalı  idi. Elə 
onun  yaşadığı  otuz  mərtəbəli  binamn ar-xasından  başlanan  Qarayazı  parkı, 
parkın içindəki Uçan su şəlaləsi nəyə desən dəyər. 
 
Məlik cib telefonunu çıxarıb Ankaraya, sonra Nyu-Yorka, Moskva-ya və 
Tehrana  zəng  etdi,  çoxdan tanıdığı  və  daima  intemetlə əlaqə  saxladığı  tele 
jumalist  dostlarıyla  danışdı.  Çox  qabaqcadan  onlarm  ra-zılığını  almışdı  ki, 
SNN, TRT-də, Moskvamn “Avrasiya” və Tehranm “İrani-növ” kanalları da 
Azərbaycanda keçirilən Novruz bayrammın görüntülərini mütləq başqa TV -
lərdən deyil, “Çağdaş”dan alsm. Bu həm “Çağdaş”a yaxşı reklam idi, həm də 
xeyli  gəlir  gətirəcəkdi.  O  bi-ri  kanalların  rəhbərlərinin  bağrı  çatlayacaq  - 
Məlik  gülümsündü  -  ay-ıb  olsun  -  deyə  belə  xudbin  fıkirlərə  görə  özünü 
məzəmmət  elədi  və  -  amma  yəqin  onlar  da  bir  şey  fıkirləşiblər  -  deyə 
sakitləşdi. Axı o bi-ri TV -lərdə işləyənlərin çoxusu da yüksək peşəkardılar 
və onun yaxın dostları idi. 
 
Xiyabani  prospektindən  Çanaqqala  meydanına  çıxdı,  bu  meydanda 
ucalan  Kamal  Atatürkün  möhtəşəm  heykəlinin  yamndan  burulub  Qa-
raqoyunlular bulvarına girdi. 
Qaraqoyunlular  bulvarı  Bakının  yeddi  ən  məşhur  bulvarından  bi-riydi. 
Qara şəhər zavodları şəhərdən kənara Üç təpə tərəflərə köçü-rüləndən sonra 
Xəzər bulvarı Bayddan Zığa qədər uzanırdı və Ginne-sin kitabına düşmüşdü 
-  bu  sahil  şəridi  dünyada  ən  uzun  bulvar  idi.  Cəfər  Cabbarlı  meydanmdan 
Nərimanov  prospektinə  qədər  uzanan  Füzuli  bulvarı  isə  şəhərin  ən  şık, 
dəbdəbəli  bulvarı  sayılırdı,  Ən  baha-lı  mənzillər,  ən  şıq  otellər  burada 
yerləşirdi.  Haçansa  Respublika  sa-rayı  adlanan  Füzuli  sarayı  da  burda  idi, 
Dram teatrı da, Opera teatrının yeni binası da. Sağ və sol tərəfdən şəhərin ən 
iri sinemaları “Aynur”, “Dalğa”, Cəfər Cabbarlı şəhər teatrı, saysız-hesabsız 
sərgi salonları 
 
nəzərə  çarpırdı.  Əlibəy  Hüseynzadə  və  Əhməd  bəy  Ağaoğlu  küçələ-rinin 
Füzuli  bulvarmda  kəsişdiyi  yerdə  bu  iki  dost  mütəfəkkirin  qoşa  heykəli 
qoyulmuşdu. 
 
Füzuli  bulvarı  da  Xəzər  bulvarı  boyu  uzanan  Xəzər  prospekti  kimi 
gecələr  o  qədər  gur  çıl  çıraqlı  idi  ki,  yəqin  bu  işıq  seli  göyün  yeddi  qa-
tmdan, kosmik gəmilərdən də görülüb seçilərdi. 
 
Qarabağ  bulvarı  əksinə,  daha  sakit  və  kədərli  idi.  Bu  bulvar  boyu 
yerləşmiş anıtlar orijinallığı ilə seçilirdi. Qarabağ döyüşlərində həlak olmuş 
naməlum şəhidin məzarı üstündə yanan əbədi od  - qədim ocaq-lar şəklində 
düzəldilmişdi.  Xocalı  müsibətinin  amtı  -  yerlə-yeksan  ol-muş  xarabalıq, 
yanıb  qaralmış  daş  qalaqları,  kösövlərdən  ibarət  idi  və  bu  daşların, 
kösövlərin arasından  torpaqdan  daima tüstü  süzülüb  qal-xırdı.  Hər  saatdan 
bir  səslənən musiqi,  Fikrət  Əmirovun  Şur  simfonik muğammdan  bir  parça 
anıtm təsir gücünü bir az da artırırdı. Dikuçar faciəsinin anıtı da qeyri-adi idi 
-  parçalanıb  yanmış  metallik  dikuçarın  yarıqları  arasında  həlak  olanların 
sifətləri həkk olunmuşdu. Və nə-hayət bütün bu acı xatirələrin təsəllisi kimi 
Qarabağ dəmir yolu vağ-zalının qarşısmda möhtəşəm Zəfər Tağı ucalırdı. 
 
Son  illər  Bakıda  qoyulmuş  müxtəlif  abidələr  və  anıt  yerləri  arasın-da 
Məlik  ən  çox  Qarabağ  bulvarmda  yerləşənləri  bəyənirdi,  bir  də  Millət 
meydanmda  ucalan  Dirəniş  abidəsini.  Biləcəri  tərəfdən  20  Yan-var 
prospektiylə  şəhərin  mərkəzinə  tərəf  irəliləyərkən  Millət  mcyda-nmda, 
haçansa  11  Qızıl  Ordu abidəsinin  yerində  nəhəng  bir  tankın  ar-xa  tərəfini 
görürdün.  Tank  sanki  at  kimi  şahə qalxmışdı.  Qarşı  torəf-dən  baxanda  isə 
yalın  əlləriylə  bu  tanka  qarşı  çıxmış  insanların  gücüy-lə  tankın  qabaq 
tərəfınin  havaya  qaldırıldığım  görürdün.  Millət  mey-danında  ucalddmış 
Dirəniş  abidəsi  də,  20  Yanvar  prospekti  boyu  in-sanların  həlak  olduqları 
nöqtələrdə çəkilmiş qərənfıl şəkilləri də o uzaq illərin hələ də yaraları qövr 
edən müsibətini yada salırdı. 
 
Azərbaycan  sinemasından  Kukla  teatrına  qədər  açılmış  Yeddi  gö-zəl 
bulvarı  isə  boy  sarıdan  ən  qısa,  amma  turistləri  ən  çox  cəlb  edən 
bulvarlardan idi. Buradakı bahalı dükanlar, “Yeddi gözəl” mod teatrı, sərgi 
salonları və restoranlar sanki bir- biriylə bəhsə girərək daha ya-raşıqlı, daha 
cazibədar, daha cəlbedici olmağa çalışırdı. Amma bu bul-varda turistləri ən 
çox cəlb edən “Yeddi gözəl” fəvvarələri idi. Yeddi iqlimdən yeddi gözəlin 
rəngbərəng  fıqurları  axşamlar  işıq  effektləri  vasitəsilə  sanki  Qara  Qarayev 
musiqisinin müşayətilə rəqs edirdilər. 


Turistlər  bir  də  Bakıya  qayıtmaq  üçün  fəvvarələrin  hovuzuna  qəpik-quruş 
atırdı. Qonaqları cəlb edən ikinci yer Cəfər Cabbarlı meydamn-dakı qüllə idi. 
Keçmiş  Sabunçu  vağzalı  dəmiryol  durağı  kimi  isttifadə-siz  qalandan  sonra 
indi bu binada “Arşın mal alan” Mədəniyyət  və Ticarət Mərkəzi açılmışdı. 
Binanm  qüllədəki  pəncərələrindən  hər  gün  gündüz  saat  on  iki  tamamda 
Üzeyir  musiqisinin  sədaları  altında  “Arşın  mal  alan”  operettasının  rəngli 
saxsılardan  düzəldilmiş  personajları  çı-xıb  meydana  toplaşanlara  baş 
əyirdilər. 
 
Araz  bulvarı  Vahid  Azərbaycan  meydanmdan  başlayırdı.  Səlcuq 
stadionu  (əsaslı  dəyişdirilmiş  və  genişləndirilmiş  keçmiş  respublika 
stadionu)  qarşısmda  üç  böyük  Səlcuq  hökmdarının  -  Sultan  Toğrulun,  Alp 
Arslamn və Məlik şahm at belində heykəlləri ucahrdı. Stadion gi-rişinin sağ 
tərəfində  Tofıq  Bəhramov  adına  İdman  muzeyində  Azər-baycan 
idmançılarmm qırxdan artıq Olimpiya və dünya çempionu me-dalları, saysız-
hesabsız  prizlər  nümayiş  etdirilirdi.  Meydanın  qarşı  tə-rəfındə  bir  yanda 
“Savalan”  o  biri  tərəfdə  “Şahdağ”  otellərinin  qarşı-sında  Azərbaycan 
tarixinin  on iki məşhur  dövlət  xadiminin heykəlləri  qoyulmuşdu  -  Aranşah 
Cavanşir,  Qızıl  Arslan,  Şirvanşah  İbrahim,  Cahanşah  Ağqoyunlu, 
qaraqoyunlu Uzun Həsən, Şah İsmayıl Səfəvi bir tərəfdə  - Nadir şah Əfşar, 
Qarabağlı Pənah xan, İbrahim xan Ca-vanşir, şəkili Hacı Çələbi xan, qubalı 
Fətəli  xan,  gəncəli  Cavad  xan  o  biri  tərəfdə.  İki tərəfin  arasından isə  Araz 
bulvarı başlanırdı. Araz bul-varmda Güney  və Quzey Azərbaycanın istiqlal 
mübarizəsinin  altı  Obeliski  -  Tikili  daşı  ucaldılmışdı.  1905-1906  Səttarxan 
hərəkatına həsr olunmuş Məşrutə obeliski, 28 Mayıs - Cümhuriyyət obeliski, 
Xiyabani hərəkatımn Azadıstan obeliski, 1945-ci il 21 Azər obeliski, 1991-ci 
il Qüzey Azərbaycanın müstəqillik obeliski və Xudafərin-Qovuşma obeliski. 
 
 
Yeddinci məşhur bulvar Aşıqlar bulvarı idi ki. Məlik avtosunda həmin 
bulvarın  girəcəyinə  yaxınlaşırdı.  Hər  səhər  işə  gedəndə  avto-sunu  burada 
əyləyir,  bulvarda  yarım  saat  piyada  gəzərdi.  Haçansa  Er-mənikənd  bulvarı 
adlanan bu bulvarın girəcəyində Aşıq Ələsgərə həsr 
 
olunmuş  abidə  qoyulmuşdu.  Daha  doğrusu  Ələsgərin:  
Ç ə r ş ə n b ə 
g ü n ü n d ə  ç e ş m ə  b a ş ı n d a  g ö z ü m  b i r  a l a g ö z  x a n ı m a  d ü ş d ü  
misralarmın 
 
motiviylə  düzəldilmişdi  bu  abidə.  Bir  çeşmə  qurulmuşdu,  çeşmə  ba-şmda 
Aşıq Ələsgərin və onun çərşənbə günü rast gəldiyi ala göz xa-mmın surətləri 
yaradılmış, o məşhur qoşmanm bəndləri həkk olun- 
 
muşdu. Məlik Aşıqlar bulvarı boyu irəlilədikcə bulaqların üstündə 
uşaqlıqdan əzbər bildiyi misraları hovəslə bir də oxuyurdu. 
Q u r b a n ı 
d e r : k ö n l ü m
 
b u n d a n  s a y r ı d ı ,  N ə e t m i ş ə m , y a r ı m
 
m ə n d ə n  a y r ı d ı , A y r ı l ı q - 
 
m ı ç ə k m i ş  b o y n u
 
ə y r i d i r ,  H e ç y e r d ə  g ö r m ə d i m
 
d ü z  b ə n ö v ş ə n i . 
 
Q a r a c a o ğ l a n ,
 
ç o x
 
a ğ l a d ı m ,
 
g ü l m ə d i m ,
 
A r a d ı m ,
 
d ə r d i m ə
 
d ə r m a n 
 
b u lm a d ı m , B u n c a g ü n d ü r b i r m i n n ə t ə g ə l m ə d i m , K ə r ə m e y l ə m ə h z ı m g ö n d ə r 
m ə m ə n i . 
 
D a ğ l a r ı n
 
q a r ı n d a n
 
b ə v a z d ı r s i n ə n ,
 
Ü s t ü n ə y ı x ı l ı b
 
ö l ə s i m
 
g ə l i r . 
 
D u m a n , g ə l g e t b u  d a ğ l a r d a n ,  D a ğ l a r b a ş ı  b a r e y l ə s i n , N ə  g ö z l ə r i m  
 
s ə n i g ö r s ü n ,
 
n ə  k ö n l ü m
 
q u b a r e v l ə s i n . 
 
A ş ı q  Q a r a b a ğ h d ı ,  X a l ı n  q a r a  b a ğ l ı d ı ,  N ə  g e d ə n  v a r ,  n ə g ə l ə n  Y o l - 
l a r q a r a  b a ğ l ı d ı . 
 
B e l i m i z d ə q ı l ı n c ı m ı z k i r m a n i ,  D a ş ı d ə l ə r m i z r a ğ ı n ı n  d ə m r ə ır i .  H a q - 
 
q ı m ı z d a
 
d ö v l ə t v e r m i ş f ə r m a n ı ,
 
F ə n n a n p a d i ş a h ı n ,
 
d a ğ l a r b i z i m d i r . 
 
M ə l e y k ə  b o y l ı ı d ı ı ,  ş i r i n 
lə h c ə li,  Ə z ə l d ə n  t a m a ş a  o l a n 
b ıt  d iin y a . 
Q o c a  c a d u g ə r d i 

a l d a d a r  s ə n i 

C a v a n l ı q  d o n u n d a  q a l a n  b u 
d iin y a . 
Ö liim  h a q d ı ,  ç ı x m a q  o l m a z  ə m i r d ə n  İ p ə k  t o r a  h ə l q ə  s a l m a  d ə m i r - 
d ə n , A y d ı ,  g ü n d i i  g ə l i b  k e ç ə r  ö m iir d ə n ,  T ə l ə s ir i k ,  g ö r ə n  y a z a  n ə  q a ld ı . 
B 'ır g ü n  ö l s ə m  h a m ı  d e y ə r y a z ı q d ı r ,  C a n ı  y a n a n  y a  b i r  o h ı r ,  y a  ik i. 
Y a r ın 
b a ğ ç a s ı n d a g i i l l ə r a ç d m ış , D ə r s ə m  ö ld ü ır ə r lə r, d ə r m ə s ə m  ö llə m ... 
 
G ü n i k i n d i , a x ş a m o l u r , G ö r k i , b a ş a n ə l ə r g ə l i r , V e y s ə l g e d ə r , a d ı q a l a r 
, D o s t l a r m ə n i x a t ı r l a s ı n . 
Hər  aşığın  öz  çeşməsi  vardı  və  hərəsinin  üstündə  onun  sözləri  həkk 
olunmuşdu:  Aşıq  Qurbani,  Abbas  Tufarqanlı,  Pir  Sultan  Abdal,  Sarı  Aşıq, 
Qaracaoğlan, Dadaloğlu, Əmrah, Aşıq Alı, Aşıq Bosti, Mol-la Cuma, Aşıq 
Veysəl... 
 
Məlik düşündü ki, nə yaxşı bu dərd, niskil, qom  - aşıq qoşmaların-da, 
gəraylılarda, bayatılarda, Füzuli qəzəllərində, neçə-neço oski şai-rin yamqlı 
şeirlərində,  Segahm,  Şüştərin,  Humayunun  hüznündo  obə-di  həkk  olunub 
qalıb.  Çünki  öz  ömrün  də,  xalqınm  günü-güzəranı  da  nə  qodor  qayğısız 
keçir-keçsin, insanın bəzən qüssəyə, kədəro, hosrə-tə də ehtiyacı olur. Bəlkə 
indi,  bizim  bütün  ağrı-acılarımız  ötonlordo  qaldığından  qəlbləri  sarsıdan 
ədəbiyyat  da  yarana  bilmir.  Bir-birindən  nəfis  kitab  nəşrləri,  bir-birindən 
parlaq aylıqlar, həftəliklər... Amma insanın könlünü titrədən osərə nə yazıq 
ki, rast gəlmirsən. Bolkə bu da firavanlığımızın bədəli, əvəzidir. Kim bilir? 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə