SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə87/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   83   84   85   86   87   88   89   90   ...   104

 
Adəti  üzrə  hər  bulaqdan  bir  qurtum  içib  avtomobilinə  qayıtdı,  Aşıqlar 
bulvarından 
Firudin 
Ibrahimi 
küçəsinə 
buruldu, 
Mirzə 
Cəlil 
Məmmədquluzadə  heykəlinin,  Qaçaq  Nəbi  İdman  sarayımn,  Şeyx  Şa-mil 
bağının  yanından  ötüb  Gəncə  meydanına  çıxdı.  Burada  20-ei  ilin  Gəncə 
üsyanma həsr olunmuş abidə ucalırdı. 
 
Səməd  Vurğun  bağmın  düz  qənşərində  -  Bülbül  bağında  böyük 
sənətkarın  heykəli  ucaldılmışdı  və  üzbəüz  duran  bu  iki  heykəl  -  şairin  və 
müğənninin heykəlləri - sanki bir-birini salamlayırdı. 
 
Qarşısında  Əliağa  Şıxlınm  və  Səməd  bəy  Mehmandarlının  qoşa  hey-
kəlləri ucaldılmış Hərb Akademiyasımn yanmdan Füzuli bulvanna çıxdı. 
 
Füzuli  bulvarmda  Opera  teatrınm  yeni  binasına  nəzər  saldı.  Opera-nm 
fasadmda yeddi iri pəncərədə yeddi rəngbərəng vitraj çəkilmişdi. “Leyli və 
Məcnun”,  “Şah  İsmayıl”,  “Aşıq  Qərib”,  “Koroğlu”  operala-rına,  “Qız 
qalası”,  “Yeddi  gözəl”,  “Min  bir  gecə”  baletlərinə  həsr  olunmuş  əlvan 
vitrajlar  gecələr  daha  cazibədar  görünürdü.  Memar  və  rəssam  bu  vitrajları, 
teatrın qarşısındakı iri hovuzu elə yerləşdirmişdi-lər ki, rəngli - şüşə şəkillər 
qarşıdakı hovuzda da əks olunurdu. 
 
Məlik  Əbülfəz  Elçibəy  prospektinə  çıxdı,  Dumalar  parkmın  ya-nmdan 
keçdi. Dumalar parkında Vaqif və Vidadinin birgə heykəlləri sanki uzaqlara 
uçub gedən duma qatarımn seyrinə dalmışdı. 
Səfəvilər  prospektinə  çıxdı,  Qızılbaşlar  meydanından  keçdi,  Şə-hidlər 
dağı istiqamətində irəlilədi. 
 
Dağın  20  Yanvar,  Qarabağ  şəhidləri  və  1918-ci  il  mart  qurbanları 
cərgələrindən  aşağıda  yerləşən  Şəhidlər  muzeyinin  eksponatlan,  şə-killəri, 
fotoları,  sənədləri  XX  əsrdə  xalqın  başına  gətirələn  bütün  mü-sibətləri  əks 
etdirirdi. 1905, 1918-ci il mart, 1920-ci il aprel, 1921 Xi-yabani hərəkatınm 
tar-mar edilməsi, 1937, 1946-cı il 21 Azər, 1990-cı il - Qara yanvar, Baqanis 
Ayrım, Qukark, Xocalı faciələri... 
Ana Yasa küçəsindən bu muzeyə qalxan pilləkənlərm iki tərəfın-də, açıq 
havada  -  terrorçu  cinayətlərinin  nəticələri  -  musiqiçi  Rafıq  Babayev  həlak 
olduğu  metro  vaqonunun,  Sumqayıt  yolunda  alimlərin  tank  tırtıllan  altında 
əzilmiş  “Jiquli”sinin,  Qanlı  yanvarda  gülləbaran  edilmiş  Təcili  yardım 
maşımnm,  Yevlax  yolunda  partladılmış  səmişin  avtobusunun  qalıqları 
nümayiş etdirilirdi. 
Məlik  Şəhidlər  dağımn  yuxarı  girişindən  yoxuşla  iş  yerinə  çatdı, 
avtosunun açarlarını qaraj xidmətçisinə tapşırdı, avtomobili içəri sa-lacaqdı. 
Hələ xeyli vaxtı vardı. Yenicə ucaldılmış və bütün Yaxın Şərqdə ən uca 
qüllə  sayılan  TV  qülləsinin  aşırı  sürətli  liftiylə  yuxarı  qalxıb  “Bulud” 
restoranma daxil oldu. 
 
“Bulud”  restoranı  qüllənin  ən  üst  qatında  yerləşirdi  və  aramla  hər-
lənirdi - yarım saat ərzində Bakının və bütün ətraflarm mənzərəsini seyr edə 
bilərdin. “Bulud” restoranından da yuxarı “Buludüstü” kafe-si vardı, amma 
o açıq havada idi, hələ bu ilıq mart günündə orada otur-maq olmazdı. 
 
Restoran  öz  oxu  ətrafında  dövr  etdikcə  Məlik  səhər  yeməyini  ye-yir, 
ətirli  Astara  çayı  içir  və  hər  gün  seyr  etdiyi  doğma  şəhərinə  bax-dıqca 
baxırdı. 
Ə  w  əlcə  müştəri  gözüylə  Azadlıq  meydanma  baxdı.  Bir  neçə  tele-
kamera bu gün orda qurulmuşdu. 
Keçmişlərdə  Flökümət  evi  adlanan  bina  indi  Odlar  sarayı  adlamr-dı. 
Sarayın dörd qülləsinin üstündə dörd tərəfdən on altı daimi məşəl yanırdı  - 
bu məşəllər Qüzey  və Güney Azərbaycanm on altı tarixi ərazi-sini, vaxtilə 
xanlıqlar adlanan əraziləri təmsil edirdi - sağ cinahda Bakı, Gəncə, Qarabağ, 
Şirvan,  Şəki,  Naxçıvan,  Lənkəran  və  Quba,  sol  einahda  Təbriz,  Ərdəbil, 
Zəncan, Marağa, Urmiya, Qaradağ, Maku və Xoy. 
 
Şəhidlər  dağının  üstündə  də  (deyilənə  görə  bir  vaxtlar  burada  Ki-rov 
adlı bir inqilabçmın abidəsi varmış) üç məşəl - Bakının rəmzi - şölələnirdi. 
 
“Bulud”  restoranı  aramla  hərləndikcə  Məlik  şəhərin  beş  girişində  də 
yanan üçlü məşəlləri görə bilirdi. Balaxanı və Suraxanı şoselərinin kəsişdiyi 
yerdə, Xırdalan şossesində —Sulu təpədə, Lənkəran şosesin-də - Qaradağda, 
Sahil  yolunda  -  Türkanda,  bir  də  dənizdə,  Böyük  Zi-rə  və  Kiçik  Zirə 
adalannm arasındakı haçansa Makarov bankası adla-nan qaldırımda. Xəzərin 
səthi  yenidən  bir  qədər  aşağı  düşəndən  sonra  bu  qaldırım  da,  Səbayilin 
qalıqları  da  üzə  çıxmışdı  və  Üççırağın  birini  də  bu  qaldırımda  -  şəhərin 
dəniz qapısında qurmuşdular. 
“Bulud” hərlənib elə bir baxış nöqtəsinə çatmışdı ki, indi Nərgiz adası 
ovuc içi kimi görünürdü. Məlik xatırladı ki, bir vaxt bu adanın adı haqqında 
qızğın mübahisələr olmuşdu. Nargin adını dəyişəndə adanın keçmiş adına  - 
Böyük  Zirəyə  etiraz  olundu,  Xəzərdə  bir  neçə  Zirə  ad-lı  ada  var,  çaş-baş 
düşəcək - dedilər. Sonra kimsə xatırladı ki, indi çoxdan unudulmuş Anar adlı 
bir yazıçınm hekayəsində bu ada Nərgiz adlanır. (Bu Anar deyilənə görə o 
vaxt mövcud olan Yazıçüar Birliyi- 


nin sədri olub, so n ra ö m rü n ü n axırın adək Suraxanı - Əzizbəyov avto- 
 
b usunda k o n d u k to r işləy ib ). 
 
Nə isə bu ad qəbul olundu, həm köhnə Nargin adınayaxın idi, həm də 
burda hər il Çiçək bayramları keçirilirdiyinə görə. İndi Nərgiz ada-sı X əzər 
hövzəsinin ən m əşhur dincərlik və əyləncə yeri idi. Buna da vaxtilə etirazlar 
olmuşdu. Bu adanın faciəvi keçmişi var, sovet dönə-mində nə qədər günahsız 
insanı burada güllələyib dənizə atıblar - deyirdilər. Və m əhz elə buna görə 
də bu adada repressiya qurbanları-na abidə ucaldılıb. Bu müddəaya qarşı da 
dəlil  gətirirdilər  ki,  həmin  insanlar  elə  bu  arzularına  görə  -  milləti  azad, 
xoşbəxt, şad görmək is-tədiklərinə görə qurban gediblər. Bu günün insanları 
uşaqlar və bö-yüklər - burada xoş istirahət edəcək, əylənəcək, sevinəcəklərsə, 
elə  bu  da  qurban  getmişlərin  ruhunu  şad  edəcək.  Hər  nəysə  təklif  qəbul 
olundu və indi buradakı uşaqlar və böyüklərçün əyləncə yerlərinə gə-milərlə, 
katerlərlə,  xüsusiylə  yaz  və  yay  aylarının  bazar  günlərində  minlərlə  insan 
gəlirdi. Adanın ən uca nöqtəsində Şeytan-çarxı - Karu-sel o qədər böyük idi 
ki,  hətta  Xəzər  bulvarından,  Bayıldan,  Zığdan  və  əlbəttə  bax  burdan  - 
“Bulud”  restoranından  aydınca  görünürdü.  Şey-tan  çarxı  göy  qurşağınm 
yeddi rəngində idi və şəhərdən baxanda yan-sı adanın o tərəfində qaldığına 
görə  bu tərəfdən  doğradan da  yeddi  rəngli göy  əyrisini  xatırladırdı.  Çarxda 
əylənənlər hündürə qalxdıqca bütün ada, dəniz, uzaq şəhər aydm görünürdü. 
Bu nöqtədən adanm düz yerində əlvan gül-çiçəkdən düzəldilmiş Azərbaycan 
xəritəsi daha qə-şəng görünürdü. 
 
 
“Min bir gecə”, “Ömər Xəyyam”, “Bəhlul Danəndə” əyləncə mərkəzləri 
səhərə  qədər  maraqlı  proqramlar,  konsertlər  təqdim  edirdi.  V  ətəgə” 
restoranında yalnız Xəzərin və Kürün balıqları deyil, dün-yanın hər yerindən 
gətirilən okean, dəniz, göl və dağ çaylanmn ne-mətlərini dadmaq olardı. 
 
Matəm günlərində təbii ki, adada bütün əyləncə yerləri qapanırdı. Bura 
gələn m üxtəlif heyətlər Repressiya qurbanları abidəsi önünə ək-lillər qoyur, 
anma duruşunda durur və adanın dörd tərəfindən dənizə çiçəklər səpirdilər. 
 
Adaya şəhərdən adi günlərdə iki saatdan bir, bazar günləri hər saat yola 
düşən  dəniz  tramvaylarıyla  getmək  olardı.  “Qtzıl  balıq”,  “Ağ  ba-lıq  ,  Ala 
balıq  ,  “Şahmaya”,  “Sazan”  adh  dəniz  tramvayları,  taksi-katerlər,  matorlu, 
yelkənli və avarlı kirayə qayıqlar şəhərdən adaya, 
 
adadan  şəhərə  şütüyürdü.  Əlbəttə  şəxsi  yaxtaları  -  təknələri  olanlar  da 
istədikləri  vaxt  adaya  gələ  bilərdilər,  amma  küləkli  havalarda  buna  ica-zə 
verilmirdi.  Şəxsi  təknələr  Bayd  bumunda  yaxt-klubun  körpülərində  lövbər 
salmışdı.  Bir-birindən  fərqli,  əlvan  və  göyçək  təknələr  gül  bağ-çasını 
xatırladırdı.  Amma  bu  səmtin  ən  yaraşıqh  nəhəng  gəmisi  -  üç  ağ  yelkənli 
qədim  üslubda  düzəldilmiş  gəmi-otel  idi.  Adı  da  elə  “Yelkən”  idi.  Qapalı 
yerlərində və göyərtisində yay və qış restoranları işləyirdi. 
 
“Bulud”  bir  qədər  də  hərlənmiş  və  indi  Bayıl  yüksəkliyi  aydın  gö-
rünürdü.  Bu  yüksəkliyin  ən  uca  yerində  möhtəşəm  Çənlibel  qala-oteli 
yerləşirdi.  Qalanın  damında  şəhərin  və  dənizin  hər  yerindən  görünən  bir 
heykəl ucahrdı - Qır atın belində Koroğlu heykəli. 
 
Yalnız Nərgiz adasına deyil, Xəzərin başqa adalarına (onlarm ço-xunda 
dincərliklər,  çimərliklər  və  dəniz  havası  müalicəsinə  möhtac  olanlar  üçün 
xəstələr  evləri  qurulmuşdu)  şəhərin  müxtəlif  yerlərindən  getmək  olardı. 
Hətta  bəzi  nisbətən  iri  vapurlar  Bakıdan  çıxıb  Salyana  qədər  gəlir,  oradan 
Kür boyu Yevlaxadək ya da Araz boyu üzürdülər. Bu da türistlərin sevdikləri 
marşrutlardan  idi.  Xəzərdə  üzən  iri  Azər-baycan  gəmiləri  “Dədə  Qorqud”, 
“Nizami” 
Həştərxana, 
Ənzəliyə, 
Ma-haçqalaya, 
Qazaxıstan 
və 
Türkmənistana  gedib  gəlirdilər.  Adi  səmişin  daşıyan  yaxud  turizm 
kruizlərinə  çıxan  gəmilər  Bakı  dəniz  limanından  gedib-gəlirdisə,  dəniz 
tramvayları daha çox  ya Bayıl  bumundan, ya  da bulvardakı Xəzər muzey  - 
akvariumun körpüsündən yola çıxırdı. İsti-fadədən çıxmış böyük şelf-qazma 
qurğularından biri bura gətirilib sa-hilə bənd edilmişdi və qurğunun müxtəlif 
mərtəbələrində Xəzər mu-zeyinin tarix, gəmiçilik, balıqçıhq, neft bölmələri, 
suyun  altında  --  divarları  sukeçməz  qalın  şüşəli  salonlarda  akvarium 
yerləşdirilmişdi. 
 
“Bulud”  hərlənib  baxış  nöqtəsini  keçmiş  İliç  buxtası  adlanan  əra-ziyə 
tuşlamışdı. Neftçilərin çoxdan tərk etdikləri bu iri ərazini indi amerikalıların 
qurduqları  “Disney  nağıl  dünyası”  tutmuşdu.  Disney  şirkətiylə  uzun 
damşıqlar  və  müəyyən  maddi  güzəştlərin  hesabına  bu  yerin  adı  məhz 
Azərbaycan  türkcəsində  qəbul  edildi:  Disneyland  ya  Disneyuord  yox  - 
Disney  nağıl  dünyası.  Məşhur  Disney  personajlarıy-la  bir  sırada  Cırtdamn, 
Divlərin,  Pərilərin,  Küpəgirən  qarıların,  sehr-baz  dərvişlərin,  Güləndə 
ağzından gül tökülən Gül Qəh-qəh xanımın, Ovçu Pirimin, Annudan bəyin, 
Qaraqaşın,  Göyçək  Fatmanın  da  məzə-li  fıqurları  elektron  idarəetmələr 
vasitəsilə yüz cür oyun çıxarıb uşaq-ların sonsuz sevincinə bais olurdu. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə