SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə84/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   80   81   82   83   84   85   86   87   ...   104

yerindən bura turistləri cəlb edir. Cıdır düzündə, Ərimgəldidə, Topxa-nada, 
İsa  bulağı  meşəsində,  Səkili  bulağın  yanında  ucaldılmış  beşul-duzlu  və 
nisbətən kiçik, xudmani otellər türist tələbatmı çətinliklə ödəyir, gərək neçə 
ay əvvəldən yer rezervasiyası edilsin. 
 
Hər ilin payızında keçirilən Üzeyir Hacıbəyli musiqi festivalları zamanı 
isə  nəinki  Şuşada,  Laçm,  Ağdam,  Xocalı,  Qarabulaq,  Ağdərə,  Xankəndi 
otellərində də yer tapmaq müşkül olur. 
 
Beyrək  funikulyordan  daha  çox  dünən  Şuşada  keçirilən  axır  çər-
şənbədən  danışdı.  İlk  dəfə  idi  ki,  axır  çərşənbəni  Şuşada  qarşılamışdı  və 
Cıdır  düzündəki  Qarabağ  qaçağanlarmın  yarışmdan,  Çovqan  oyu-nundan, 
içinə  üzərrik  atılan  və  ta  gecə  səhərə  qədər  yanan,  üstündən  uşaqlarm 
belədən  belə  atıldığı  tonqallardan,  Qarabağın  hər  tərəfındən  görünən 
atəşfəşanlıqdan,  xanəndələrin  zili  bütün  ətraflara  yayılan  sə-sindən,  səkkiz-
on  yaşlı  uşaqların  -  Qarabağ  bülbüllərinin  Qarabag  şi-kəstəsindən  və  yaşlı 
xanəndələrin hamısına qalib gəlib “Xarı - bülbül” mükafatı almalarından elə 
şövqlə danışırdı ki, Məlik özünün də iki də-fə Şuşada keçirdiyi bu bayramı 
sanki yenə öz gözləriylə görürdü. 
 
Beyrəlc - Bilirsən - deyirdi, - Nəvvab muğam konservatoriyası-nm 
professorları sevinclərindən yerə-göyə sığmırdılar. 
 
Məlik əl-üzünü yuyub, üzünü qırxıb yüngülvarı idman edəndən sonra 
bilgisayarmda əvvəlcə elektron poçtasına baxdı. 
Türkiyədən,  Irandan,  Rusiyadan,  Gürcüstandan,  Avropadan  tanış 
jumalist  işdaşlarından  xeyli  təbrik  ismarışları  gəlmişdi.  Hamısma  gö-zucu 
nəzər  sahb  Kərkükdən  gələn  məktubu  oxumağa  başladı,  qızı  Burladan  idi. 
Burla iki il idi, Kərkükdə Füzuli Universitetində Azər-baycan ədəbiyyatı və 
dilindən dərs deyirdi: 
 
“M ə n i m ə z i z l ə r i m , a t a , a n a , B e y r ə k . H a m ı n ı z ı n N o v r u z b a y r a m ı n ı t ə b r i 
k e d i r ə m . H a m ı n ı z a b u x o ş g ü n d ə m ö h k ə m c a n s a ğ l ı ğ ı a r z u e d ir ə m . S ö z v e r m i ş 
d i m k i, b u ü N o v r u z u B a k ı d a b i r l i k d ə k e ç i r ə c ə y i k , n ə y a z ı q k i, m ü m k ü n o l m a d t , 
s a b a h U n ı m ç u v a u ç u r a m , M a h m u d Q a ş q a r h U n i - v e r s i t e t i n ə d ə v ə t e d i b l ə r . O 
r a d a n M o s k v a y a , M o s k v a d a n d a B a ğ ç a s a - r a y a u ç a c a m . Q a s p r a l t İ s m a y t l U n 
i v e r s i t e t i n d ə m ü h a z i r ə l ə r i m v a r ”. 
 
Məlik:  Zalımın  qızı  dünyanın  bu  başından  vurub  o  başından  çıxır:  o 
universitet sənin, bu universitet mənim - deyə düşündü və məktubun ardını 
oxudu. 
 
B u i l k i N o v r u z t ə t i l l ə r i n d ə n i s t i f a d ə e d i b B a k ı y a g ə l ə b i l m ə d i y i m ə ç o x ü 
z ü l d ü m . S i z i n ç ü n b u r n u m u n u c u g ö y n ə y i r . A x ı n ə q ə d ə r b i r - 
 
b i r i m i z i e k r a n d a g ö r ə , b ü g i s a y a r l a y a z t ş a b i l ə r i k ? O n u b i l i n k i, h ə m i - ş ə q ə 
l b i m d ə s i n i z . S i z i b ə r k - b ə r k ö p i i r ə m 
-
 B u r l a . 
 
Məlik təəssüflə düşündü ki, nə iyirmi yeddi yaşlı Beyrək, nə iyirmi beş 
yaşlı Burla hələ ailə qurmayıb, valideynlərindən babalıq - nənəlik sevincini 
əsirgəyiblər.  Bilgisayarda  bugünkü  günlüklərin  (qəzetlərin)  mədəniyyət 
səhifələrinə ötəri nəzər saldı, bəlkə proqrammda istifadə ediləsi xəbərlər var. 
 
“Yeni  gün”  qəzeti  may  ayında  Nabranda  Xəzər  -  Qara  dəniz  ulus-
lararası sinema festivalı haqqında məlumat verirdi. Bəli da, bu festival-ları, 
ədəbiyyat, şeir günlərini, mədəniyyət həftələrini, musiqi konkurs-larını, teatr 
yarışlarmı  işıqlandırımağı  çatdıra  bilmirik,  biri  də  burdan  çıxdı.  Nə  qədər 
tədbir,  bayram  olar:  Qobustanda  üç  ildən  bir  Dədə  Qorqud  törənləri, 
Muğanda  iki  ildən  bir  Koroğlu  idman  oyunları,  Gəncədə  Nizami  günləri, 
Naxçıvanda,  Əshabi-Kəf  din  mərkəzində  “Qafqazda  İslam”  mövzusunda 
beynəlxalq  elmi  məşvərət,  Dərbənddə  Narmqala  açıq  səma  teatrında  tarixi 
tamaşalar festivalı, Şamaxıda Sa-bir günləri, Qazaxda Molla Pənah Vaqif və 
Səməd Vurğun günləri, Şuşada Vaqif, Natəvan və Cabbar Qaryağdıoğlü şeir, 
musiqi  məclislə-ri,  Qəbələdə  Yunis  İmrə  şöləni,  Şəkidə  gülüş  şənlikləri, 
Lənkəranda Rəqs yarışı, Mərdəkanda Sergey Yesenini anma günü, Təbrizdə 
Şəh-riyar həftəsi, Ərdəbildə Xətai simpoziumu, Marağada muğam gecələ-ri, 
Tovuzda, Salyanda, Tufarqanda aşıq deyişmələri,  - di gəl çatdır, hamısında 
iştirak edə bilməsən də, hamısını mütləq işıqlandırmalısan ki, o biri kanallar 
qabağa düşməsin. 
 
“Oğuz”  günlüyü  Novruz  ərəfəsində  türk  dünyasından  məlumatlar 
verirdi: Kazanda Rudolf Nuriyev teatrmda Qara Qarayevin 3-cü sim-foniyası 
və  Skripka  konserti  əsasında  balet  tamaşası  hazırlanır,  Paris-dən  ən 
avanqardçı  xoreoqraf  kimi  tamnan  Roce  Düpon  dəvət  olunub. 
Türkmənistanda  Nebit  dağda  türkmən  neftinin  kəşf  olunmasında  böyük 
xidmətləri  olan  Azərbaycan  neftçilərinə  həsr  edilmiş  muzey  açılıb. 
Moskvada Avrasiya mənəvi məkam və tarixi rus-slavyan - türk-tatar mədəni 
əlaqələri  mövzusunda  beynəlxalq  elmi  konfrans  işə  başlayıb.  İstanbulda 
Gürcüstan fılmləri həftəsi keçirilir. Günlük İstan-bulda belə bir Azərbaycan 
fılmləri  festivalınm  keçirilməməsinə  görə  irad  tuturdu.  “İşçi  çırağı” 
günlüyündə  tələb  olunurdu  ki,  hökumət  Kəl-bəcərdə  Fəhlə  dincərliyinin 
tikintisinin  ləngiməsinin  səbəbiərini  izah  etsin.  Bu  barədə  fəhlə  həmkarlar 
Birliyinin bəyanatı da dərc olunmuşdu. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə